The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə15/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
43 
 
qəsdən pis bükürdünüz ki, onlar orada açılsın. Vəssalam . Lazım gələndə məni də o 
sıraya qatdınınz. Kəsdiyiniz çörəyə.... 
Əhmədin sözünü dodağından Ģoralanan qan kəsdi. O an anladı ki, diĢini dodağına sığaraq 
onu möhkəm qanadıb. AtaĢ stolun üstündəki salfeti götürüb onun qanını silə-silə ağladı: 
-
 
Bilirəm böyük bir p..x yemiĢəm. BağıĢla əlim-ayağım bağlı idi. Bilmirəm sənə niyə 
kömək etmədim . Əslində indi kəsib atdıqlarımı o vaxt edərdim. Dəli, mən səni satmaq 
istəsəydim bura niyə gələrdim. O ki qaldı Gülyaya o qız bilirdi ki, polietilen açılacaq 
amma bunu qəbul edib. O, özünü intihar edib.Onun yanındakı o pezəvəngi də öldürdülər. 
O deyibmiĢ qıza.... Qıza deyibmiĢ ki, bu qurulma iĢdir. Amma qız yenə onu yenə qəbul 
edib.. Gəl gedək. Gəl gedək, səni bir az sonra tapacaqlar. ġef əmrini  verib. 
Əhməd artıq Gülyanın ölümünü dəqiq biləndə ortadan bölünmüĢ kimi iki qat oldu. Özündən 
asılı olmadan hönkürdü. AtaĢ bir ucdan salfet çıxarıb onun gözünün yaĢını silməyə cəhd edir, 
çox vaxt da cəhdi boĢa çıxırdı.Əhməd azacıq sakitləĢən kimi əli ilə AtaĢa siqaret iĢarəsi 
verdi. AtaĢ bağıĢlanmaq istəyən körpə uĢaq kimi cəld cibindən özü hazırladılarından birini 
ayırıb verdi.               
Əhməd onu yandırıb bir qullab alan kimi əlindəki siqaretı yerə atıb tüpürməyə baĢladı: 
-
 
Bundan yox daha bunlar öldü mənim üçün. Daha çəkməyəcəm.ölsəm də çəkməyəcəm.- 
dedi. 
-
 
Biz getməliyik. Olsun ki, sənin yerini tapıblar.Mən sənin maĢınınla gəlmiĢəm. Öz 
maĢınımla çıxmadım ki, daha Ģıbhə çəkərəm.  
-
 
Yolda səni saxlayan polis tapılmadı?- Əhməd laqeyd Ģəkildə soruĢdu. 
-
 
Saxlasa da, indiki vəziyyətimizdə polis ən zərərsiz mövqedədir. Hər an beynimizi 
dağıdacaq biri qabağımıza çıxa bilər. 
Əhməd AtaĢın ardınca düĢüb çay bağçasını sürətlə tərk etdi.Əhməd bağçadan bir az aralı 
saxlanmıĢ maĢınını görənə ürəyi dağ- dağ oldu.Bu maĢınla nə qədər xatirələri olmuĢdu.Bu 
maĢını alanda körpə uĢaq kimi neçə gün ona pəncərədən, qapıdan tamaĢa etməkdən 
doymamıĢdı. Təzə gəlin kimi nazlandırar, bir yerinin cızılmasına razı olmzdı.Ġndi isə 
ürəyində yalnız bir arzu var idi: mümkün olduğu qədər bütün hər Ģeydən onu  yarım il öncə 
bu qılafa soxan hər xırda detaldan can qurtarmaq istəyirdi.AtaĢ ona fikir vermədən maĢını iĢə 
saldı. Yarımsaat sonra Astara bütün məĢum xatirələri ilə geridə qaldı. 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
44 
 
***  
 Bu səhər Qafar məktəbə getmədi. Qayıdıb evə gələndə Məsmə arvad təəccübləndi, amma 
özlüyündə baĢa düĢdü ki, nə isə önəmli bir Ģey olub ki, Qafar məktəbdən vaz keçib. YavaĢca 
gəlib kiĢinin üzünə baxdı.HəmiĢə beləydi. Əzəldən bu evdə nə isə soruĢulmazdı. Lazım gəlsə 
danıĢılacaq. Qafar siqaretə güc verərək sonuncu qullabı vurub onu külqabıda əzdi. 
-
 
Köçürük- elə Ģəkildə dedi ki, sanki bu dəqiqə baĢ verəcək bir iĢi xəbər verir. 
-
 
Hara? Niyə?- Məsmə özündən asılı olmadan divana çökdü. 
-
 
Bu bina plana düĢüb, bizi Qarabağa yox, onun yaxın yerlərindəki tikilmiĢ evlərə 
köçürəcəklər. Deyilənə görə, burada göydələn tikəcəklər.Nə isə hazırlaĢ! Üçünçü 
qaçqınlıq baĢlayır. Bizə kim qarğadı?!..- Qafar kiĢi elə ah çəkdi ki, Məsmənin ürəyi 
ağrıdı. KiĢi heç atası öləndə belə ah çəkməmiĢdi. 
-
 
Ay kiĢi, niyə pis olursan ki, təzə evimiz olacaq. Daha yaxĢı, bu iylənmiĢ yerdən canımız 
qurtarar. Bax əvvəl ġuĢadan qaçanda bir məktəbdə daldalandıq. Səsimizə səs verən də 
yox idi. Sonra Allah sağ eləmiĢlər bizi gətirib bura- Bakıya köçürdülər. Yenə heç olmasa 
burada yardım- zad almağımız daha asan oldu. Indi də təzə evər tikiblər. O gün televizor 
da gördüm Ģirin evlərdi.- Məsmə gücü çatdığı qədər ömür-gün yoldaĢına səbr vermək 
istəyirdi. 
-
 
Bizə yanıb köçürmürlər. Buranı satın alan alıb- bunu deyərək Qafar əlini nəmdən 
qabarmıĢ divara çəkdi. 
-
 
Ay kiĢi, elə deyirsən ki, elə bil divin canı ĢüĢədə olduğu kimi sənin də canın bu evdədir. 
Rəhmətliyi də bura azara salmadımı.- Məsmə gileyli- gileyli dedi. 
-
 
Yox ona görə demirəm ki. Ġyrimi ilə yaxındı burada yaĢayırıq. Əhməd Gülnar burada 
böyüyüblər. Burada yüz cürə xatirələrimiz var. 
Qafar kiĢi Əhməd gedəndən ilk dəfə idi ki, onun adını çəkirdi.Məsmə bundan daha da, pis 
oldu.Bundan cəsarətlənərək  dedi: 
-Bu gecə Əhmədi yuxuda görmüĢəm. 
          - Necə görmüsən?- Qafar bacardığı qədər soyuqqanlı soruĢmağa cəhd etdi. 
 
- Heç gördüm ki, gəlmək istəyir amma qoymurlar.- Məsmə ürəksiz- ürəksiz Ģəkildə dedi. 
 
- O, elə yerə iliĢməyib ki, onu buraxsınlar.- Qafar köksünü ötürdü. 
Elə bununla da köçmək və Əhməd söhbəti qapandı. AxĢam qonĢular da yığıldılar 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
45 
 
Hərənin ağzından bir avaz gəlirdi.Kimi köçməyin tərəfdarı idi, kimi Bakıda qalmağın, kimi də 
Qafar kiĢi kimi susmağa üstünlük vermiĢdi. 
- ƏĢi, burada qalmağın nə mənası gəlin gedək. Ən azından Qarabağın havasına yaxın 
olarıq- Kərəm kiĢi armudu stəkndan çayı qurtumlayaraq dedi. 
   
- Yox, ey camaat, bunlar bizim əlimizdən qaçqınlıq statusumuzu da alırlar. Baxın bir 
zamanlar Qarabağdan bələkdə çıxan uĢaqlar indi yekə kiĢi, arvaddılar. Bu nəsil üçün artıq 
vuruĢacaq bir amil qalmayıb. Indi bu müharibə, bu torpaq məsələsi qalacaq bu nəslin uĢaqlarına 
onlar da nə deyəcəklər? Deyəcəklər: Ay qardaĢ, nəyin uğruna gedib vuruĢuram hay.... Məsələ 
budur ey...- həmiĢə radikal fikirləri ilə seçilən mitinq Əli dedi. Qafarın bu mitinq Əlidən heç 
xoĢu gəlməzdi. Bəzən onun haqqında hamı ehtiyatlı fikir yürüdürdü. Bəzilərinin düĢüncəsinə 
görə O, əslində qatı millətçi də deyil, haranınsa agentidir. Mitinq Əlinin Ģillə kimi tutarlı 
sözlərindən sonra heç kəs bir söz demədi. Bir az sonra dükandan- bazardan söhbət salıb 
dağılıĢdılar  
Hamı dağılandan sonra Qafar kiĢi uzun müddət arxa balkonda durub Ģəhərə tamaĢa etdi. Əslində 
indi buradan getməyinə o qədər pis olmurdu. Ürəyində özünə belə etiraf etmədiyi bir həqiqət var 
idi. Bu həqiqət nə qədər üstünü basdırsa da, qabarıb çıxır və onu incidirdi. Istədi bir siqaret 
yandırsın sonra siqaretinin bitdiyini xatırlayıb daha da pis oldu. Içindəki Əhməd adlı həqiqət indi 
daha  da qabarıb üstünə hücım çəkdi. Arxa balkondan sürətlə otağa girdi və orada da ləngiməyib 
birbaĢa çölə çıxdı. Məsmə arvad onun dalınca ha eliyib çıxınca kiĢi çoxdan qaranlığa qarıĢmıĢdı. 
 
Qafar kiĢi birbaĢa AtaĢgilin blokuna girdi. Mərtəbələri bir- bir qalxdıqca ona elə gəlirdi 
ki, onun indiyə kimi yaĢadığı bu bina sanki qırx mərtəbəlidir. Nəfəsini bir azca dərərək əlini 
zəngə uzatdı. Sonra duruxdu, geri dönüb qayıtdı. Iki pillə enmiĢdi ki, yenidən bu dəfə qəti 
addımlarla zəngi basdı.Ara vermədən səbirsiz-səbirsiz zəngi basdı.Nəhayət içəridən addım 
səsləri eĢidildi. Qapı açılanda AtaĢın nənəsi narazı baxıĢları ilə Qafarın qarĢısında bitdi.Qafar 
onun baxıĢlarına fikir vermədən elə birbaĢa salamsız- kəlamsız: 
-
 
AtaĢ haradadır?- deyə soruĢdu. 
-
 
Bu axĢam bu AtaĢ niyə hamının baĢına daĢ salıb. Gələn elə onu soruĢur. Bir sən 
qalmıĢdın .....-  qoca demək olar ki, Qafarın üstünə çığırdı.- Yoxdular ey. Burada 
yoxdular, məni də bu xarabanın altında tək qoyub gediblər. Ölsəm meyidim iylənəcək
yiyə çıxan olmayacaq. 
-
 
Hamısı hara gedib ki?- Qafar demək olar ki, özünü məcbur edərək soruĢdu. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə