The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə18/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
52 
 
proqramı tərəfindən ləğv edilmiĢdi. Bu proqramda xöĢbəxtlik, saədət və qəmsizlik  bir- birinin 
ardınca sıralanmıĢdı. 
  
Qadın daha güzgüyə baxmırdı. Bilirdi ki, bu ləkəli güzgüdən yaĢadığı saraylar, malik 
oldüğü milyonlar görünməyəcək. Diktatorun arvadı qocalırdı. 
 
 Parisdən Monte- Karloya  gedən yol, sonuncu abzas oldu həyat dəftərində . Bu abzasın 
ilk sözünün böyük həifi kraliçə sözünün k – la  baĢlayırdısa  sonuncu kəlməsi səfalətin s hərifi ilə 
bitdi. 
  
Parisdən  Monte-Karloya getdikləri zamanda çevriliĢ oldu. Üstlər alt oldu. Iyirmi dörd 
saat lazım oldu amma fələyin ciblərində heç iyirmi saat da tapılmadı. Oğullarını çıxara bilmədi 
köpək balığının ağzından. Parçaladı, buynuzuna keçirdi sonuncu matodoru qızmıĢ kəl.  
  Qadın daha güzgüyə baxmırdı.  Bilirdi ki, oradan son zamanlar torba kimi sallanan  qarnını 
görəcək. Bu qarın yarıac idi. Illərlə yediyindən, dağıtdığından  bir ovuc ehtiyat qarnının 
küncündə saxlaya bilməmiĢdi.  
  
Kazinoda gəldi, o məĢum telefon zəngi.  Ölkə respublika elan olunub. Sülalə çökdü. 
Diktatorun rəngi zəhərlənmiĢ insanın rəngi tək yamyaĢıl oldu. Telefon əlində titrədi. Sonuncu 
qədəh əlində qaldı.  Sabahın ilk günəĢini diktator kimi qarĢılamadı.  Səmanın qarasında da, 
ağında tək qaldı diktatorun arvadı. Milyonların sel kimi axdığı hesabları Ģaxta vurdu.  
    
Qadın neçə vaxt idi ki, güzgüyə baxmırdı.  Bilirdi ki, oradan güllələtdiyi, dənizlərə 
gömdüyü  neçələrinin üzü qabaracaq və hamısının ağzından bu sözlər töküləcək” el malı ilan 
sümüyüdür : yeyilər həzm olunmaz” 
    
 Səhərin günəĢi al Ģəfəqləri ilə doğulanda, dünənki kraliça  kazınoda tək- tənha qalmıĢdı. 
Ətrafı dağılmıĢ stollar, sındırılmıĢ qədəhlərlə dolu idi.  Bunları gecəyarı kazinoya tökülən bir 
sürü qara eynəklilər etmiĢdi.  Onlar yerə yıxılıb, çapalayan diktatoru ölümlə həyat arasından 
dartıb çıxarmaq istəyirdilər. Diktatorun arvadı bunu onların sonrakı cəzalar üçün etdiklərini 
bilirdi. Amma bir Ģey edə bilmirdi. Diktatorun baĢına yığılanlar, onu yaxına buraxmırdılar.  
Sona çatmıĢ imperiyanın son qalıqlarını yığıĢdırmaq ona qaldı. Bu son qalıq isə:  özünə qalan 
özü idi.  
  
Qadın daha güzgüyə baxmırdı. Sanki zamanın dolanbaclarında itmiĢ özünü bu güzgü 
udmuĢdu.  Yerində bom-boz ləkələr qalmıĢdı. Əlini atıb, oturduğu yarıqırıq stulu qaldırdı.   
Istədi kazinonun mətbəxindəki bu iyrənc güzgünü sındırsın .  Qəfildən bunun cəriməsini ödəyə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
53 
 
bilməyəcəyini xatırladı.. Stulu yerə qoyub, üstünə çökdü.  Yaz buludu tək ağladı.   Doyunca 
ağladı. Oğullarına , ərinə, imperiyasına və keçən iki ildə əlinin yeganə bəzəyi olan yoluq 
süpürgəyə  ağladı. Içindəki uçurumlara ağladı. Üzündə bəxtəvər ifadə olan adi adamlara 
paxıllığından ağladı . Beyni quruyana qədər ağladı. 
 
 
 
 
                      GünəĢə doğru 
Üzü günəĢə doğru gedirdi. Tikanlar, qanqallar əlini- ayağını didikləyird,.lakin O, bütün 
bunları hiss etmirdi. GünəĢ üfüqün qoynuna can atdıqca günün baĢa çatdığı bəlli olurdu. Neçə 
vaxtı idi ki, səmtini , yönünü itirmiĢdi. Valideynləri yana-yaxila onu  qoruyurdular. Amma 
bilirdilər ki, təbəssümü üzündə donmuĢ balalarının bir dərdi var. Həkimlər dava-dərman........ 
Heç kəs bir söz demirdi.  
Elə hey susurdular. Hamısı susurdu. Ağızları möhürlənmiĢ kimi susardilar. Sanki hamısı 
bir- birini tanımaya-tanımaya ĢərtləĢmiĢdilər. 
  
-Balamın  dərdini mənə deyin nə olar yalvarıram, siz də atasınız anasınız............ 
DaĢ heykəl kimi üzünə səssiz-sədasız baxardılar. 
Elə -belə də dönüb hər dəfə kəndə qayıdardılar.Yaxınlara tanıĢlara –biliĢlərə özləri də 
sükutla cavab verərdilər. Ətrafdakı insanlar da, nəhayət onların bu sükutundan bezdiler. Daha 
heç nə soruĢmadılar. Yeni mövzu alınacaq cavabdan daha maraqlı oldu: dağ boyda oğlan Ģam 
kimi əriyir. Aaz, xəbərin var deyirlər elə dərdi var ki, o tərəfdə tapıb. Hiiiy, düz deyirsən, 
bajı?......... 
  
Insanlar öz aralarında gəldikləri nəticəylə onlardan aralaĢdılar. Sanki qurbağa gölünə 
qəfil daĢ atıldı. Onlardan hamı aralı durdu. Vəbalı adam kimi salamlarını belə güclə aldı, kənddə 
bir iki adam.  
   
Üzü günəĢə doğru gedirdi. GünəĢ yerə daha da yaxınlaĢmıĢdı. Ona elə gəlirdi ki, sanki 
beyninin içini su alıb.  Addımını atdiqca o suyun hərəkətini belə hiss edə bilirdi. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
54 
 
    
Əsgərlikdən daha çox əsirlikdə qaldı. Oradan ataya və anaya yalnız iki əzik məktub gəlib 
çıxmıĢdı. Sonra məktubların ardınca əcnəbilər onu gətirdilər. Hər Ģey ilk baxıĢda yolunda idi. 
Əli- ayağı salamat idi. Amma heç danıĢmadı. Gələndən iki gün sonra ata qorxa-qorxa  oğlunun 
ağzına baxdı. Dilinin yerində olduğuna əmin oldu. Sonra, sonra , sonra............ 
Sonra oğlu heç vaxt danıĢmadı.  
O ki məktubu ata dönə- dönə oxudu orada” Ata, mən yaxĢıyam amma mənə hey iynə vururlar” 
cümləsi insanın gözünü deĢəcək qədər neçə yerdə keçirdi. Bəzən eyni sətirlər təkrar –təkrar 
yazılmıĢdı. 
  
Üzü günəĢə doğru gedirdi. Düzənlik intənasız bir zaman kimi bitmək bilmirdi.Sanki hər 
atdığı addımla arxasında qoyub gəldiyi həyatdan anbaan qopurdu. Üfüq günəĢi bağrına basıb bu 
vüsaldan cızdağı çıxacaq qədər atəĢlənmiĢdi. 
-  Dağ kimi balam əriyir, ay həkim tayfası, niyə bir söz demirsiniz? 
- Get Ģükür et oğlunu qaytardılar. Duan qəbul olundu. 
- Quru cəsəd üçünmü? 
- Erməninin əlində ölsəydi?!.... 
Quru-quru əriyirdi. Içindən-içindən nə isə gəmirib yelə verirdi bədənini.Əvvəl sükut gəldi sonra 
keylik, daha sonra beyni özünə tabe olmadı.Ġçində iki obraz qaldı. Ana və ata. Daha sonra bu 
obrazların adı da qar kimi əriyib getdi. Beynində iki mehriban üz qaldı, bir də evlərinin ala 
qapısı. Hara getdisə ora döndü.ala qapının yanına. QıĢ qurtardı. Yazın ilk mehi əsəndə yavaĢ-
yavaĢ əlini, ayağını da unutdu. 
-Bala, sənə nə etdilər? 
Ağzı sulana-sulana baxdı qarĢısında ciyildəyən adama . Xatırlaya bilmədi.  
Bu gün canı heç qızmamıĢdı.  GünəĢin qaynar Ģüalarının  altında oturdu. Dərisi yandı 
duymadı. Qıza bilmədi aranın yandırıcı  havasında . Doymadı əlini qaldırıb havaya udmaq istədi 
al Ģəfəqləri. Sanki mart soyuğunda həsrətli bənövĢələr kimi günəĢ vüsalına qovuĢacaqdı.Qaçdı, 
evdən çıxdı.ala qapını itələyib qaçdı.GünəĢə doğru irəliləməyə baĢladı.Getdikcə sanki günəĢ 
ondan uzaqlaĢırmıĢ kimi bir hiss var idi içində. GünəĢin ardınca yüyürdü. Yol boyunca, kənd 
boyunca yüyürdü. Nəfəsi kəsilənə qədər yüyürdü.Qanqallara dolaĢa- dolaĢa, yıxıla-dura 
yüyürdü. Taqəti kəsilənə qədər yüyürdü. Sükutla möhürlənmiĢ dodaqları ilə yüyürdü. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə