The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə19/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
55 
 
Bədənindən qopmaq üçün yüyürdü.. Çəkdiyi əzabları günahlarına əvəz edərək yüyürdü. Üfüqün 
qucağına can atdı. GünəĢə yetiĢmək üçün, qurtulmaq üçün içindəki buz kimi soyuqluqdan. 
GünəĢə gedən yol da bitərmiĢ......Ayağı sürüĢdü boĢluğun içinə yuvarlandı. Ayaqları suya 
toxunana qədər, su onu bətninə çəkən qədər yuvarlandı. 
Cəsədini iki gün sonra tapdılar.Üzündə acı bir həsrət var idi. Bu həsrəti üzündən su da yuyub 
apara bilməmiĢdi.Qolundakı iynə yerlərindən narkoman hesab etdilər. Sahibi tapılana qədər yuz 
zənni- gümanda boğuldular 
 
 
 
 
                            KARYERA 
 
Doğum Ģöbəsinin dar dəhlizi boğazında daralan nəfəsini daha da boğdu. Onun özünu pis 
hiss etdiyini duyan bacısı qoluna girərək, əlini ovcuna alıb tumarladı. 
-Zəhləni tökmək istəmirəm amma yenə soruĢacam. Sən yenə həmin fikirdəsən? 
Bacısının uzunə dikilmiĢ mərhəmət dolu baxıĢlarını görməmək üçün üzünü yana çevirib 
mızıldandı: 
-Səncə, baĢqa çıxıĢ yolum var?! 
-Hər halda sən bu gündən sonra təksən. Pis, yaxĢı o sənin ərin olub. Bu onun son 
yadigarıdır 
-Bəs mənim həyatım?! O öldü. Daha yoxdur. Bəs mənim bu gündən sonra quracağım 
həyat?! Mən hər Ģeyi; keçmıĢə aid hər Ģeyi, bu uĢağı da silib atmaq istəyirəm. 
-Sakit ol! Aliyə- bacısı qaĢlarını çatdı: 
-Sən hər Ģeyi,bütün xatirələri silə bilərsən, lakin onları beyninin içindən qaĢıya bilmərsən. 
Mən sənə yenə deyirəm, bu uĢaq heyifdir. Sən.. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
56 
 
Bacısının sözünü açılan qapı kəsdi. Içəridən cantaraq bir qadın çıxaraq onlara iĢarə etdi. Aliyə 
onun üzünə baxdı. Qadın sanki xəstəxananin bir parçası idi. Onun əynindəki  yuyulub 
ütülənməkdən rəngini itirmiĢ  xalat  üzu ilə ahəngdarlıq təĢkil edirdi.   Xalatdan fərqli olaraq 
üzünə sürtdüyü kirĢan  onu gülməli vəziyyətə samıĢdı. Tərdən axan sürməsi  bulanıq gözlərinin 
ətrafında topa-topa durmuĢdu. Əksər ortayaĢlı qadınlar kimi döĢləri ilə qarnının arasında məsafə 
qalmamıĢdı. Ondan gələn yodqarıĢıq tər iyi Aliyənin ürəyini bulandırdı. 
Otağın giriĢində onun paltosunu almaq istəyən qadına bacısı: 
-Xanım, lazım deyil . Mən içəri keçməyəcəm. –dedi-Aliyə mən buradayam.  Ürəkli ol. 
Aliyə balaca dəhlizdən keçərək  bir az geniĢ bir otağa girdi. Otağa  girən kimi ilk gözünə dəyən 
əcaib formalı stol oldu. Bu stolun yanındakı əl-üz yuyanda əlini yuyan  qadın ona tərəf 
dönmədən : 
-
 
Necənci hamiləlikdir?-deyə soruĢdu 
-
 
Birinci-həyacanını boğmağa çalıĢan Aliyə ona cavab verdi. 
-
 
Birinci? Ərdəsiniz? 
-
 
Bunun nə dəxli var? Mən mümkün qədər bu iĢin tez qurtarmasnı istəyirəm. 
-
 
Yanınızda adam var? Yəqin tək gəlməmisiniz.-qadın bu dəfə ona tərəf dönərək bir 
həkim mülayimliyi ilə soruĢdu. 
-
 
Hə, bacımla gəlmıĢəm.  
-
 
Sizin məlumatınz yoxdursa əgər, mən  bəri  baĢdan sizə söyləyim. Əgər birinci 
hamiləlik  məhv edilərsə sizin bir daha uĢağınız olmaya bilər. 
-
 
Bəli bunların hamısını bilirəm . – həyəcandan əlləri əsən Aliyə dayana bilməyib
iyrənsə də əcaib stola söykəndi. 
Daha  sonra olanları üç ay sonra xatırladı. Ona soyunmağa kömək üfunətli iy verən tibb bacısı 
onun üçün canfəĢanlıq edir,( yəqin alacağı qəpik –quruĢa ümid edirdi.) həkim isə istifadə edəcəyi 
alətləri sıra ilə stolun yanındakı plastik kətilə düzürdü. Əməliyyatdan sonra Aliyənin çığırmamaq 
üçün diĢlədiyi dodağının qanı tökülən xalat üçün ondan ayrıca pul tələb etdilər.  
   
Iki günlük ağrı-acıdan sonra  Aliyə yavaĢ-yavaĢ özünə gəldi. Qüvvəsi çatsaydı həyatının 
iki gün öncəyə qədər olan qalanını bir köhnə dəftər kimi bir kənara tolazlayardı. Ən pis halda 
yandırardı. Hər Ģey nə qədər sürətlə olub bitdi-deyə düĢündü. Sanki beynindəki xatirələrə 
toxunsaydı bütün olan bitənlər bu an olmuĢ kimi idi. Öz –özünə gülümsəyərək: mənim həyatım 
sürətləndərilmiĢ film lenti kimi keçdi. Camalla tanıĢliq, toy, ailə həyatı . ömründə  ilk dəfə  
duyduğu analıq duyğuları və sonra daha da sürətlənən hadisələr lenti.... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
57 
 
Avtomobil qəzası, Camalın ölümü, yas və ardınca alınan o cazibədar təklif. Aliyə çarpayıda 
böyrü üstə dönərək  filmin təklifə qədər olan hissəsinə sanki arxasını çevirdi. Yastığı qucaqlayıb 
yanağına söykədi. “Mən gəncəm, enerjiliyəm  bu iĢin öhdəsindən əla gələrəm, bəlkə də bu təklif 
olmasaydı uĢaqdan vaz ....nə isə bu fikri  unutmasam  yeni səhifə aça bilməyəcəm. Təklif.” 
Təklif Ģöbə müdiri .... bu kəlmələr canındakı  ağrıya qarıĢaraq  bütün bədəninə məstedici bir 
Ģirinlik yayırdı. Hər Ģey unudub fikri cəmləmək lazımdır. Birinci Ģəhərdə ayrıca ev tutmaq 
lazımdır. Bəsdir valideynləri ilə yaĢadı. Anası ona kənddən-ər evindən geri döndükdə otağının 
yenə Aliyəyə məxsus olduğunu sözarası çatdırmıĢdı.”Yox . daha onların ayağına bağ 
olmayacam.Park ətrafında tikilmiĢ yeni evlər çox gözəldir yəqin ki, orada kirayəyə otaqlar 
tapılar. Bu depressiya vəziyyətindən qurtulmaq üçün ən yaxĢı dərman alıĢ-veriĢə çıxmaqdır.” Bu 
düĢüncələrlə qalxıb otağın küncündəki güzgünün qarĢısına keçdi. Xurmayı saçlarını əli ilə 
daraqlayıb yuxarıda topladı. “Özümü o qədər itirməmiĢəm. Kim mənə üzdən otuz iki yaĢ verər 
ki, dərim hələ təravətlidir. Gözlərimin ala olması mənim üçün həmiĢə avantaj olub . Camal da ilk 
öncə gözlərimi bəyənmiĢdi. Ehh....” Camal yadına düĢən kimi üzü tutuldu. Güzgünün 
qarĢısından çəkilərək, çarpayının küncündə oturdu.”Ən ümdə məsələ evə dönüb hər Ģeyi 
planlaĢdırmaq lazımdır.”  Əlini ataraq çarpayının altından  paltar çantasını çıxardı. Çarpayının  
baĢ tərəfindən toplanan paltarlarını çantaya yığmağa baĢladı. BaĢı elə qarıĢmıĢdı ki, bacısının 
gəldiyini duymadı. 
-Sən nə edirsən? 
- Heç. YığıĢıram. 
-Niyə ? Onları mən də yığıĢdıra bilərdim. 
-Yox. Mən gedirəm ona görə yığıĢıram. 
-Nə?- bacısı özündən asılı olmayaraq qıĢqırdı-Sən,dəli olmusan?   Ən azından on gün 
yataqda qalmalısan! 
-Ġnan mənə -Aliyə  tövrünü pozmadan sakitcə cavab verdi- beləsi daha yaxĢıdır. 
Çarpayıda çox vaxt keçirdikcə vicdan və depressiya yaxamdan əl çəkmir. Məncə daha vaxtdır 
həm də anamgili və iĢ yerini  Ģübhələndirməyin yeri yoxdur.  
- Aliyə,iĢ də, anamgil də gözləyərlər. əsas məsələ sağlamlıqdır. 
- AxĢam düĢməmiĢ gərək gedib çatam. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə