The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.

səhifə2/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
Məktəbdə müəllim Qarabağ müharibəsinin onlara baĢa salanda torpaqların müvəqqəti 
ermənilərdə qaldığını deyir və bu torpaqların nə vaxtsa azad olacağını söyləyərdi . Yenə Əhməd 
qalxıb müəllimə sual verəndə ki, “müharibədə niyə atəĢkəs olub? Onda müharibə bizə ötürülüb” 
deyəndə müəllim otuz yeddinci il vahiməsi ilə “Otur yerində bilmədiyin Ģeyləri danıĢma!” deyə 
onu susdurardı.  
Meqapolis öz cazibəsi və sirrləri ilə  gəncliyin kövrək addımlarını atan Əhmədin də ağlını 
oğurlamağa baĢlamıĢdı. Daha babasının revmatizmləri qarıĢıq ġuĢa inləmələri onu o qədər də 
narahat etmirdi. YaĢı irəlilədikcə bu yarıuçuq binada yaĢayan insanların rəngarəngliyi Əhmədin 
diqqətindən yayınmırdı.  
 Bəzən kasıbçılıqdan onların ağzı qoxuyanda, qonĢuluqdakı AtaĢgilin manqalları daim 
tüstülənərdi. Kabab qoxusu göyəcən millənir, bir Əhmədgilin, bir də ac piĢiklərin vəziyyəti  
gərginləĢərdi.Atası “onlar kirli iĢlə məĢğul olurlar .Bunun geci-tezi var – deyə onların 
vəziyyətinə öngörücülük edərdi. Amma  bu gec-tez heç gəlib çıxmaq bilmirdi. Köhnə 
maĢınlarının yeni çıxanlarla əvəzləyən qonĢuları zaman keçdikcə daha da parlaq həyata qədəm 
qoyurdular. Əhməd gəncliyin bitməz tamahı ilə tədricən bu parlaq həyatın əhatə dairəsinə 
düĢürdü. Atasının verdiyi qəpik-quruĢlar Əhmədin gözündə iyrənc bir təhqirə dönür və O, 
bunları tez xərcləyib qurtarmaqla sankli həyatdan , yaĢadığı zamanədən acığını çıxırdı. Atası 
daim onu “tin” uĢaqlarından ayırmağa cəhd etsə də buna nail ola bilmirdi. Evdəki dava-dalaĢlar 
adi bəhanələrdən döğsa da onların səbəb adlı kötüyü baĢqa idi. Əhməd bu yaruçuq binanın 
yerində durmayan daĢları tək laxlayırdı.Bu daĢın yerindən çıxması isə ani bir təkanla: bir telefon 
zəngi ilə oldu. 
  
QıĢ gecəsinin soyuq nəfəsi hərəni bir deĢiyə soxmuĢdu. Əhməd nazik yorğanına bürünüb, 
balaca elektrik plitəsinin istisini  acgözlüklə  mənimsəmək istəyirdi. Bacısı yenə qayınanası ilə 
tutaĢıb acıq edib gəlmiĢdi. Iki yaĢlı uĢağını sakitləĢdirməyə çalıĢan bacısının içini tez-tez 
çəkməyindən Əhməd onun ağladığını anladı. Yorğanını çiyninə ataraq  qalxıb bacısının yanında 
yerə çökdü. Bacısı burnunu silə-silə uĢaqlıqda olduğu kimi onun qucağına siviĢdi. Səssiz bir neçə 
dəqiqə ağladı, sonra boğula-boğula: 
- Heç olmasa, bir göz otaq olsa cəhənnəm olub cıxarıq. BeĢ qardaĢ iki yataqxana 
otağında........ Ġki siçan dalaĢsa biri ocağa düĢər. Arvad da it kimi gedənə gələnə də hürür. O 
birisi gəlinlər bəxtəvər olmuĢlar arxalı, dayaqlıdırlar. Hərəsi bir yana çıxa bildi. Bəs mən?....  
Mən neyləyim?!..  Üç gündən bir acıq edib gəlməkdən baĢqa çarəm yoxdur.  Dalımca niyə 
gəlirlər? Ona görə ki, əl altında bir nökərə ehtiyacları var. –bacısı dayanmadan danıĢır, Əhməd 
isə cümlələri eĢitmədən belə bu iyrənc həyatı xəyalında qılınclayırdı.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
Bacısı mızıldana –mızıldana onun dizinin üstündə yuxuya getdi. Əhməd onun baĢının altına 
yastıq qoyub, qayıdıb öz yerinə uzandı.  Divarın nəmiĢlikdən köpüb çıxmıĢ suvağı min cür 
xəstəlik vədi ilə qabarmağında idi. Əhməd bunu görməmək üçün baĢını yastığın altına soxdu. 
“Sabahı bu gündən fərqlənməyən həyatda yaĢamağın mənası nədir ki?!......Milyoncunu da 
qarıĢqa yeyəcək, məni də....”- bu düĢüncələr Əhmədin baĢını necə ağrıtdısa yorğanı üstündən 
atıb, daim qıĢ ehtiyatları yığılmıĢ arxa balkona çıxdı. Onu ispan çəkməsi tək sıxan həyatın fikri 
burnuna dəyən kanalzasiya və çürüntü qoxusu ilə beynində daha da bulanıq Ģəkil aldı. Ürəyinin 
bulandığını hiss edən kimi istədi yerinə qayıtsın lakin bu an həyətdən gələn səslər diqqətinin cəlb 
etdi. Ġki kölgə surətlə qaçırdı. Qaçanın birini yeriĢindən qonĢu AtaĢa bənzətdi. Bənzətməsində 
yanılmamıĢdı. Bu doğurdan da AtaĢ idi. O, Əhmədin balkondan onu gördüyünü sezən kimi cəld 
ona tərəf telefon iĢarəsi verdi. Əhməd nəyinsə baĢ verdiyini anlasa da, heç vaxt ona salam belə 
verməyə cəhd etməyən bu adamın ona telefon iĢarəsi verməsini anlamadı. Əyilib o biri 
balkonlara: yan və birnci mərtəbələrə baxdı və heç kəsin olmadığına əmin olduqdan sonra 
iĢarənin məhz ona verilməsindən arxayın oldu. Bunu anlayan kimi cəld içəri keçib, telefonunu 
qapdı. Tanımadığı bir nömrədən zəng gəlirdi. Telefonu açan kimi lovğa AtaĢın səsinə 
bənzəməyən zəif bir səs: 
-
 
Nə olar, qapını aç. 
Əhməd onun qapını niyə döymədiyini anlaya bilmədi. YavaĢca dəhlizdən keçib, taxta qapını 
açdı. Qapının ağzında heç kəs yox idi. Əhməd “Lənət Ģeytana gecənin bir aləmi mənimlə 
məzələnməkləri tutub. Dayanın köpəkuĢağı, mən sizə sabah gününüzü göstərərəm”-deyə hirsli-
hirsli qapını çırpmaq istəyirdi ki, AtaĢ tazı qovlamıĢ dovĢan kimi özünü tövĢüyə -tövĢüyə 
çatdırdı. Yarımqaranlıq bloku nəzərdən keçirə -keçirə əlindəki çantanı Əhmədə uzatdı və Ģəhadət 
barmağını dodaqlarının üzərinə qoyaraq susmaq iĢarəsini verdi. Əhməd əl iĢarəsi ilə ondan 
bunun nə olduğunu soruĢdu. AtaĢ: 
- Bunu iki gün saxla. Yalnız iki gün.-dedi və gəldiyi kimi də qaçaraq uzaqlaĢdı. Əhməd 
bir əlindəki çantaya bir də AtaĢı udmuĢ qaranlığa bir neçə dəqiqə baxaraq, baĢını qaĢıdı və cırıltı 
olmasın deyə qapını ehtiyatla örtərək otağa qayıtdı. DöĢəyinin üstündə bardaĢqurma 
oturub,çantanı qarĢısına qoydu. Əvvəl açmağa cəsarət etmədi. Sonra ehtiyatla   əlini uzadaraq, 
çantanı açdı.Ġçndə qəribə bükülülər olan bu çanta elə həmin an Əhmədə AtaĢgilin nə iĢlə məĢğul 
olduğunu açıqladı.”Deməli belə bu boyda vur-çatdasının dalında duran bu murdar bükülülər 
imiĢ”-deyə ildırım sürəti ilə beynindən keçirdi.”bəs bu qədər malı niyə mənə etibar etdi?...” 
Çanta qarĢısında elə fikrə getmiĢdi ki, bacısının oyanmağından xəbəri olmadı. 
-Əhməd, o nə çantadı elə?- bacısı yarıyuxulu səsləndi. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə