The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə20/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
58 
 
- Bəli də, deyirsən sən danıĢmağında ol!Mən bildiyimi edəcəm. Buyurun ,buyurun Aliyə 
xanım sən karyeralı , bilmiĢ bir qadınsan . Sənə  bir evdar qadın necə yol göstərə bilər?! 
- Ay mənim sirr sandığım – Aliyə kövrəlmiĢ bacısını qucaqladı – bunun sənin 
dediklərinlə bir əlaqəsi yoxdur. Sadəcə olaraq mən yeni bir iĢə təyin olunmuĢam bilirsən ki orada 
məni bəlkə də heç tanımırlar. Kraliça deyiləm ki, hər halda mənim də bir məsuliyyətim var. 
Aliyənin bu dəlilərindən sonra azca yumĢalan bacısı da onu qucaqladı.  
-
 
Get, amma söz ver ki, özünə baxacaqsan 
-
 
Ay qız,  niyə də baxmayım uĢaq yox..........-sözü yarıda qırılan Aliyə  qəfil susdu.                  
Aralarına qəfil girən sükut sanki ikisinin də qəlbini qırdı. 
Nəhayət Aliyə cəsarətlənib: 
-
 
Nə isə, mən gedim. Sən də ağlama oldu. Əslində hər Ģey öz əlimızdədir. Mən istədim 
və həyatımı dəyiĢdim. Bu mənim seçimimdir və bundan da qətiyyən peĢman deyiləm. 
Bacısıgil  Ģəhərdən bir az  aralı qəsəbədə olurdular. Aliyə əməliyyatını bu qəsəbədə etdirmək 
istəyəndə, əvvəlcə bacısı razılaĢmaq istəmədi. Lakin Alidə bu məsələnin mümkün qədər gizli 
olmasını və bunun onun karyerasını zədələməməsi üçün bacısına o ki, var dil tökdü. “Ən azından 
səssiz-küysüz alındı”- deyə qəsəbədən uzaqlaĢdıqca düĢünürdü. Avtobus onu fikirləri ilə 
yirğalaya-yırğalaya Ģəhərə çatdırdı. 
Gecəni anasının minbir sualları və məsləhətləri ilə baĢa vuran Aliyə ilk öncə səhər 
yeməyi belə yemədən ev axtarmağa getdi. Bir neçə ev dəllalı ilə görüĢdükdən sonra birbaĢa iĢ 
yerinə getdi. 
Idarədə ona gözləməyi əmr edən katibə yenə öz iĢi ilə məĢğul olmağa baĢladı. Aliyə 
gülümsünərək “O  hələ mənim kim olduğumu bilmir”-deyə Ģənlənərək duĢündü. Bunu biləndə 
onun üzünün ifadəsinin necə olacağını görmək ləzzət verəcək. Yan otağın qapısı açılanda Aliyə 
bunun otaq qapısı olmadığını və geniĢ dəhlizə açıldığına diqqət etdi. Bu zaman həmin qapını 
açan qız Aliyəyə tərəf gələrək qəfil səsləndi: 
-
 
Ay qız, sən Aliyə deyilsən? 
-
 
Bəli. -Onun  tanıĢ kimi müraciətinə Aliyə rəsmi soyuqqanlılıqla cavab verdi. 
-
 
Sən məni tanımadın? Mənəm ey: texnukumda bir partada oturardıq. 
Onun bu sözlərindən sonra Aliyə yaddaĢını qurcalayaraq qızın sifətini alt və üst Ģüurunda 
axtarıĢa baĢladı. Onun yaddaĢında olan texnikumdakı parta yoldaĢı Sevinc əyriburun çirkin bir 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
59 
 
qız idi ki, Onun da bu qızla qətiyyən oxĢarlığı yox idi. Qiz Aliyənin gözlərini döydüyünü 
gördükdə qəhqəhə ilə güldü: 
-Sən də hamı kimi məni tanımadın. Texnologiya inkiĢaf edir, dəyiĢir və bizi də 
dəyiĢdirir.Plastik əməliyyat və sən cəmi on gün sonra türklər demiĢkən fıstıq kimi olursan. 
-Salam- Aliyə təəccüblə səsləndi. – əgər  səni bu qədər dəyiĢibsə deməli tibb doğurdan 
inkiĢaf edıb. 
-Gəl bacı, sən hara, bura hara?-deyərək onu qoluna girərək dəhlizə tərəf çəkmək istədi. 
Aliyə katibənin də eĢidəcəyi bir səslə: 
-
 
Müdir ilə görüĢməliyəm. Narahat olma burada gözləyərəm. 
-
 
Problemin var? 
Aliyə cavab verməyə hazırlaĢırdı ki, katibə əlindəki dəstəyi  yerə qoyaraq ona səsləndi. 
-Xanım, sizin adınızı  öyrənə bilərəm? 
-Aliyə Səfərli. 
- Buyurun keçə bilərsiniz 
- Mən burdayam-dəhlizin sonundakı otaqda. GetməmiĢ mənə dəy-Sevinc Aliyəyə əli ilə 
dəhlizə tərəf iĢarə edərək gözləmə otağını tərk etdi. 
Yarım saatdan sonra bütün icra  hakimiyyətinin iĢçiləri yeni gələn Ģöbə müdirəsindən 
danıĢırdılar. Aliyə müdirin kabinetindən çıxanda Sevinc eynən texnukumda olduğu kimi qəfil 
onun boynuna sarıldı.  
-
 
Ay Vəfasız, bunu bayaq mənə niyə demirdin? 
Aliyə cavab əvəzinə çiyinlərini çəkdi. Katibə ona kabinetini göstərmək lazım gəlib gəlmədiyini 
soruĢanda Sevinc yenə qəfilcil it kimi ona sanki sən lazım deyilsən tövrünü edərək Aliyənin 
qoluna girib 
-
 
Gəl canım bacın ölməyib ki, mən göstərərəm.-deyə önəmli adam kimi xoruzlandı. 
Aliyə elə o an katibənin üzündəki ifadəyə diqqət yetirmədiyini xatıladı. Artıq gec idi .Sevinc 
sanki qartal kimi onu diĢinə vurub səliqəli bir otağa gətirmiĢdi. 
-Ay qız, bu day-day söhbətidir yoxsa aĢq-meĢq var xəbərimiz yoxdu? 
-Nə? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
60 
 
- Bu da.Bu boyda vəzifəni sənin ala gözlərinə verdilər? 
- Mən anlamıram. sən nə deyirsən? 
- YaxĢı vaxt keçdikcə açılıĢarsan onda danıĢarıq. 
- Bəs sən ? Səni bura kim gətirib? 
- Onu deməzlər necə ki, sən demirsən. Onu aĢkar edərlər  
-Eləmi hmmm. –Aliyə fikrə getdi 
- Ay qız, kefin pozulmasın deyərəm onsuzda kimsədən gizlətmirəm ki. Sən niyə mənə öz 
kabinetində yer təklif etmitsən?- Sevinc adəti üzrə yenə gözlənilmədən hücuma keçdi. 
  
-Hə yaxĢı, bağıĢla- Aliyə bunu deyərək kabinetinə göz gəzdirdi. Otaqda kitab Ģkafı , 
divan və iki yumĢaq kreslo var idi. Divarda prezidentin böyük portreti   ilk baxıĢda insanda 
ciddiyyət yaradırdı. 
- Keç otur – divanı Sevincə göstərdi. Yerlərini rahatlayan kimi Sevinc yenə dil-boğaza 
qoymadan danıĢmağa baĢladı: 
-    Əvvəl  harada iĢləyirdin? 
- Məktəbdə 
-  Hə qadası, bura məktəbə bənzəməz. Gözəlsən tezliklə iliĢəcəksən. 
- Sən bayaqdan bu mövzunun ətrafında dolanıb durusan . Nə demək istəyirsən? 
- Ərdə olmusan? 
- Sevinc sən məni dopros edirsən? 
- YaxĢı-yaxĢı gedirəm, sən də yeni iĢinin kefini çattat. 
Sevinc bunu deyərək divandan sürətlə qalxaraq  qapıya döğru getdi. Aliyə onun getdiyini 
düĢünmüĢdü ki, qapı təkrar açıldı və Sevinc baĢını içəri salaraq demək olar ki pıçıldadı: 
-Demə ki, demədi, Səmradan ehtiyatlı ol! 
Qapı onun ardınca elə sürətlə bağlandı ki, Aliyə ağzını açıb heç nə deyə bilmədi.  “Səmra 
kimdir? Bu nə çərənliyir? Nə isə bu qız elə texnukum vaxti da çərənçi idi.xeyri yoxdu ha yüz 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə