The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə22/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
64 
 
-Sizi buranın həkimləri tanıdı və mən də o vasitəylə. Əgər icazə versəydiniz sizi evinzə 
aparardım  
-Özüm gedə bilərəm – Aliyə çarpayıdan qalxmaq istədi lakin o an yeriməyə halı 
olmadığını anladı-hə aparin . iĢinizə mane olmuram? 
- Nə danıĢırsınız bunu özümə borc bilirəm. 
Yol boynca gənc adının Cəmil olduğunu, rayona Bakıdan yeni gəldiyini və bir neçə gündən  
sonra iĢinə baĢlayacağını həvəslə bildirdi. 
-
 
Əslində Nərgizli qəsəbəsində yaĢayiram amma yəqin ki iĢimlə əlaqədər olaraq rayona 
köçməli oldum. 
-
 
Hmm . Mənim bacım da o qəsəbə də yaĢayır.  
-
 
Çox gözəl. 
Aralarındakı bu qısa söhbətdən sonra hər ikisi susdu. Yalnız Aliyə onun sürəti getdikcə 
azaltdığını görərək ünvanı bilmədiyini anladı: 
-
 
Zəhmət olmasa düz sürün . Parkın  yanında tikilmiĢ yeni binalara. 
Aliyə maĢından düĢdükdə Cəmil: 
-
 
Əgər yalnıĢ anlamazsanız sizdən telefon nömrənizi almaq istəyirəm. 
Aliyə bunu necə qızararaq istədiyinə gülümsədi.Telefon nömrəsini verdi və bu telefon 
nömrəsi həftə keçmədi ki, onların eĢq poçtalyonuna çevrildi. Aliyə üçün may ayı bir baĢqa 
cür gəldi. Sanki ətrafinda kəpənəklər uçuĢurdu. Gözünə heç kəs görünmürdü.  Ona elə gəlirdi 
ki, sanki Cəmilə qədər yaĢamayıb. Cəmilə qədər ki , həyat cizgisi ürəyi dayanmıĢ insanın 
ürək kardioqraması kimi dümdüz , onunla tanıĢlıdan sonra isə sinəsindəki qəlb döyüntüləri  
eniĢli-çıxıĢlı oldu. “O, məni ncə varamsa elə qəbul edir” – Aliyəni ən çox Ģad edən də bu 
idi.Münasibətləri geniĢləndikcə sevgiləri aralarındakı sərhədləri zorlayırdı . Əvvəllər onu 
qapıya qədər ötürən Cəmil indi hər dəfə dəqiqələri artıraraq içəri girir , çayı ya da əlində 
gətirdiyi müxtəlif içkiləri Aliyə ilə birlikdə içərdi. Aliyə onun qarĢısında qolubağlı əsirə 
dönmüĢdü. Bəzən bunun düzgün olmadığını Cəmilə deyir , Cəmil isə cavab olaraq onu 
qucaqlayıb hərarətlə bağrına elə basırdı ki, Aliyənin xöĢbəxtlikdən az qala nəfəsi kəsilirdi. 
Bir axĢam nə Cəmil nə də Aliyə ayrılmaq məramında olmadılar. O gecə Aliyə həyatının ən 
füsünkar günahını etdi.  Səhər ayılanda etdiyi iĢdən utanaraq cəld geyinməyə baĢlasa da 
Cəmil buna imkan vermədi.  
-
 
Sən mənim həyatımsan. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
65 
 
-
 
Sən də mənim üçün eləsən.- Aliyə boğularaq cavab verdi və ardınca hönkürüb ağladı.  
-
 
Sənə nə olub ? Niyə ağlayırsan? 
-
 
Heç nə . heç nə . Dur çıx get.  
Cəmil cəld geyinə- geyinə – sənin xətrinə dəyəcək pis hərəkət etmıĢəm?- söylədi  
Aliyə susdu. Aliyə  dilini udmuĢ kimi üç gün özünə gələ bilmədi. Elə bilirdi ki, etdiyi iĢi hamı 
bilir. IĢ yerində kabinetdən çıxmır , Cəmilin aramsız etdiyi zənglərə cavab vermir, atdığı 
mesajları oxumadan silirdi. Ürəyinə pis bir qorxu dolmuĢdu. AxĢam iĢ vaxtı bitdikdə zorla qalxıb 
idarədən çıxdı. Təzəcə binadan aralanmıĢdı ki, Cəmilin  qara mersedesı qarĢısını kəsdi. Cəmil 
cəld maĢından düĢərək arxa qapını açdı və Aliyəni göstərdiyi müqavimətə baxmayaraq maĢına 
otuzdurdu.  
-
 
Ġndi mənə de görüm nə olub? 
-
 
Vicdan. 
-
 
Mənim haqqımda nə isə eĢitmisən? 
-
 
Heç nə . 
-
 
Onda vicdanı yola vermək olar.  
-
 
Demək asandır. 
Aliyə maĢını idarə edən bu adama baxır və təəccüblə “ necə oldu ki, mən hər Ģeyə bu qədər 
nəzarətimi itirə bildim?! Sanki hər Ģey kənardan , məchul bir qüvvə tərəfindən nizamlanır və 
məni harasa yönləndirir. Bax, indi mən bu adamın maĢınında nə gəzirəm? Içimdə bu mənə 
zövq verir, beynimdə isə .... bunu özümə etiraf etməyə belə qorxuram” 
Cəmil Aliyənin gücsüz etirazlarından  zövq ala-ala yenə gecəni  baĢgiçələndirici 
söhbətlərlə yarı etdi. Birdən Aliyənin düz gözlərinin içinə baxaraq: 
-
 
Böyük bir səhv etsəm məni bağıĢlayarsan? 
-
 
Baxır səhvə. Nəyə görə soruĢursan? 
-
 
Unut getsin . Elə -belə dedim. Qoy qalxım dostuma zəng vurum bizə içki alsın 
gətirsin.  
-
 
Lazım deyil, Cəmil . Sən yanıımdasan, bu mənə yetər. 
-
 
Yox, yox lazımdır. 
Cəmil zəng vurdu. Aliyə onun kənardan nə isə sifariĢ verməsinə öyrəĢmiĢdi. Aliyə yataq 
otağına keçərək: 
-Dostun, yəqin içəri  girməyəcək? 
  
- Hə, arxayın ol. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
66 
 
Aliyə sərbəst Ģəkildə qara gecəliyini geyinib qonaq otağına keçdi. 
-Ay mənim kraliçam,....- Cəmilin sözünü qapının bərk döyülməsi kəsdi. Aliyə özündən 
asılı olmayaraq  əlini gecəliyinin yaxasına apardı. Cəmil Aliyəyə fikir vermədən qapını geniĢ 
Ģəkildə açdı  
Içəri bir bir kiĢi ardınca isə Aliyəyə çox tanıĢ sifəri olan cantaraq bir qadın girdi. Onların 
içəri girməyi ilə həmin qadın Cəmilin üstünə atılıb çığırmağa baĢladı: 
-
 
Bircə bu qalmıĢdı. Bircə bu qalmıĢdı. – dayanmadan çığırırdı. 
Aliyə elə bil on min vatlıq elektrik məftilinə yapıĢmıĢdı. Nə içəri-yataq otağına keçə bilir, nə də 
bu adamlar kimdir soruĢa bilirdi.  
-
 
Mən səni tanıyıram – cantaraq qadın Aliyəyə yaxın gəldi. Ondan gələn qoxu Aliyənin 
yadına o məĢum günü – xəstəxanadakı günü yadına saldı.Qadın yenə natəmiz qoxusu 
onun qarĢısında idi. Ona elə gəldi ki, sanki bətni yenidən yarılır və minlərlə qanlı 
körpə ayaqlarına ətəyinə dırmaĢır. 
-
 
Siz kimsiniz ? Mənim evimdə nə edirsiniz?- olan var gücü ilə bağırdı. Lakin ağzından 
çıxan səs öz qulağına ciyilti kimi gəlib çatdı. 
-
 
Pozğun, sən kimin üzərinə qıĢqırırsan? Camaatın ərini əlindən almağın yetmir , hələ 
bir dilin də var?  Hökumət də səni elin təlim –tərbiyəsinin baĢçısı qoyub.  Sən isə 
əlindən gələni beĢ qaba  çəkirsən?-  qadın irəliləyərək Aliyənin yaxasından yapıĢdı. 
Aliyənın  heç nəyə qüvvəsi qalmamıĢdı. Cəmil isə sanki heç nə olmamıĢ kimi 
kənardan baxırdı. O gecə aliyəni gecə köynəyində görməyən bəlkə də bircə anasıgıl 
oldu. Bu dava –dalaĢın içində hardansa polis də peyda oldu.  Hamı bir ağızdan 
danıĢırdı. Heç kəs bir- birini dinləməsə də  nəyi isə qarĢılıqlı izahat verirdilər. Aliyə 
sürünərək yataq otağına keçdi  birtəhər paltarını tapıb əyninə geydi. əl atıb çantasını 
götürdü. “Tez.tez buranı tərk etmək lazımdır yoxsa bunlar məni linç edəcəklər.”-deyə 
düĢündü Camaatı aralayıb önə keçdikcə müxtəlif sözlər eĢidirdi: 
-Suyun lal axanı... 
-Demə-demə 
-Ailəli adamla gəzirmiĢ. 
-YoldaĢı anası ilə gəlib tutub. 
Aliyə olan –bitəndən dahada tez qurtulmaq üçün addımlarını yeyinlətdi lakin qəfil qarĢısında 
bitən polislər buna aman vermədilər. Onlar ictimai asayiĢin pozulması  barədə Aliyənin 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə