The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə23/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
67 
 
ifadəsinin alınmasının vacibliyinin bildirdilər. On dəqiqə keçməmiĢ Aliyə və Cəmilin ailəsi polis 
maĢınında polis idarəsinə gətirildilər. Aliyə  bundan lap baĢını itirdi. Dayanmadan özü-özünə 
“anamgil, anamgil, anamgil “ deyə pıçıldayırdı. içində yaranmıĢ uçurumda bircə dənə bu söz 
qalmıĢdı.  Elə hey bu söz ətrafında dolanıb dururdu. Çantasından gələn telefon zəngini polis 
nəfəri ona yaxınlaĢaraq bildirdi. Aliyə əli əsə-əsə telefonu çıxardı. EĢitdiyi səs onu daha da 
heyrətə saldı: 
- XoĢuna gəldi? Səni bilmirəm mən çox zövq aldım . Əlvida fahiĢə . Bu da sənin karyeranın 
sonu. Səmradan sənə bir qulaq sırğası: tanımadığın  salonda  qumar oynama!- Səmranın səsi 
uzaqlaĢaraq qaranlığa gömüldü.    
Qaranlığın heç bir ulduz görünməyən bətnində  isə Aliyəyə təsəlli olacaq bir iĢartı belə 
görünmürdü.  
 
 
         
-
 
  
 
 
  
       
      .    
                                                           Mxitar QoĢ 
ĠĢdən yenicə qayıtmıĢdım ki, yaxın rəfiqələrimdən biri zəng vurdu. O, əyalətə gəldiyini və məni 
görmək istədiyini bildirdi. PlanlaĢdırdığım iĢlərin yarımçıq qalmasından narazı olsam da, onu 
yenidən görmək istəyi hər Ģeyi üstələdi. HəmiĢəki kimi glomour qadın təsiri bağıĢlayan, rəfiqəm 
yenə öz tərzindən geri qalmayaraq, bütün gözəlliyi ilə on beĢ dəqiqə sonra qarĢımda idi. Uzun 
görüĢmə və salamlaĢma paradından sonra  qarĢı- qarĢıya oturub çay içməyə baĢladıq.  
-
 
Sənin bu rayonda necə yaĢadığını hələ də ağlıma kəsdirə bilmirəm.  Bakını – o gözəl 
paytaxt Ģəhəri at, gəl bu “truĢoboda” yaĢa. – rəfiqəm dodağını büzərək üzümə baxdı.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
68 
 
-
 
Bura “truĢoba” deyil . Əyalətdir, rayondur və vətəndir- mən tam cidiyyətlə rəfiqəmə 
cavab verdim. 
-
 
Patriotka –rəfiqəm gülümsünərək yenə eyni fikrin üstündə kökləndi. – sənin kimi ziyalı 
burada itib- batır. Mən yenə deyirəm:gəl Bakıya! Sənə yaxĢı Ģərait yaradarıq. 
-
 
Bakı – daĢdan Ģəhər! Ora mənim ilham pərimi qaçırdır. əgər bu xalqdan yazmaq 
istəyirsənsə , o xalqın iĢində yaĢamalısan. 
-
 
Qıraqdan görünmür? 
-
 
Adaya xəritədən baxmaq ayrı, adada yaĢamaq ayrı. 
Rəfiqəm çayını qurtumlayaraq, əlindəki qələm ilə dediyim sonuncu cümləni dəftərçəsinə 
qeyd edərək dedi: 
-QəĢəng cümlədir.  
 
-TəĢəkkür. Hə, səni bu “truĢoba” dediyin yerə hansı rüzgar atdı? 
-Eh.. bu jurnalistika deyilən sənəti həəə........- o qaĢlarını çataraq davam etdi- mənə get 
rayondan həqiqətləri gətir deyərək yolladılar. 
- Yəqin həqiqəti icra hakimindən öyrənəcək deyilsən?!..- mən yarıroniya ilə  rəfiqəmə dedim. 
- Əlbətdə ki. Həqiqət düzdə, yalan ortada. Həqiqəti necə tapacam ,bax ,bu çəin məsələdir.  
- Ġstəsən mən sənə kömək edə bilərəm. 
- Necə edəcəksən? Çox maraqlıdır. 
- Heç səni bir nəfərlə tanıĢ edəcəm . O da sənə rayonun sosial, iqtisadı, mədəni və mənəvi 
tərəflərini çox gözəl izah edəcək. 
- Bu sənsən?- rəfiqəm gözünü belə qırpmadan üzümə maraqla baxdı. 
-Xeyr. Mənim kimilər bu rayonun Sabir demiĢkən intiligentləriyik. Əlcəkli piĢik siçan tuta 
bilməz. 
-Vou, Vou, - rəfiqəm ingilis sayağı içini  çəkdi.- Çox maraqlıdır. Kimdir bu adam ? 
- Mxitar QoĢ. 
- Mxitar QoĢ?!  Mxitar QoĢ alban tarixçisi deyil? Bəlkə də öldüyündən min beĢ yuz il keçir.  
- Hə. Amma mən sənə canlı Mxitar QoĢ versəm?!.. Nə edərsən? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
69 
 
- Bağrım yarıldı.. Tez elə! 
- Səbirli ol! Naharımızı edək, mən də onu tapım görüm haralardadır.. 
Rəfiqəm peĢəsindən irəli gələn maraqla yeməyi burnuna, yoxsa ağzına belə yediyinin fərqinə 
belə varmadan ,sürətlə naharı baĢa vurub, yalvarıcı nəzərlərlə üzümə baxdı. 
Nahardan sonra onu bazarın qarĢısına apardım. Bura daim günəmuzd iĢləyən fəhlələrin yeri 
idi. Iki dəqiqə keçməmiĢ rəfiqəmlə tanıĢ edəcəyim adam qarĢımızda peyda oldu. Rəfiqəm 
onun baĢındakı kommunist sayağı kepkaya, gözündəki qara eynəyə və cins Ģalvarına baxaraq 
ümidsizcəsinə üzümə baxdı. Mən isə tövrümü pozmadan: 
-
 
Hə qardaĢ, əgər bizə yarımsaatını qurban versən sənə bütün media adından təĢəkkür 
edərik. 
-
 
Canla baĢla.- deyərək, O razılaĢdı. 
Biz rayonun  yeganə parka oxĢayan yerinə yollandıq. Bir çaynik çay sifariĢ edib kölgəyə bənzər 
yerlərin birində oturduq.  
-
 
QardaĢ nə iĢləyirsən?- rəfiqən nəhayət bayaqdan onu boğan marağının  ipini açıb  
boĢladı.  
-
 
Fəhlə 
-
 
Fəhlə?!- rəfiqəm az qala qıĢqıraraq təkrarladı. 
-
 
Hə bacı fəhlə. Sən bilmirsən fəhlə kimdir?  Səhərlər bir tikə güzəran üçün maĢınlara 
doluĢub nə iĢ gəldi görməyə hazır olan insan  kütləsinə fəhlə deyilir.  
Onun bu cavabından sonra kefi açılan rəfiqəm – Amma qara eynəyin heç sənətinlə uyuĢmur- 
onu cırnatmağa çalıĢdı. 
- Gözlərim xəstədir. GünəĢ iĢığı çox parlaq olduqda görmürəm. .   
-Harada yaĢayıran? 
- Ele de burada yaxınlıqda: pudrası özündən olan kəndə. 
- Evlisən? 
- Hə . Məni hər gecə pol ağacına qonaq edən Son A ilə  
-Sona?   Adı Sonadır? 
- Yox ,bacı. Son A, yəni sonuncu aldanıĢ. Yəni, evlənib dadını görən bir daha evlənməz . Nə 
isə bir səhvdir eləmiĢik. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
70 
 
- Güzəran necədir? 
Ay bacı, güzərandı da ...- o səsini uzadaraq davam etdi.- Allah  nə  göndərdi qurumunda 
çalıĢıram.yəni nə iĢ tapsam . Getdim özümə sosial təminat düzəldəm, onu da Ģərtnən verdilər. 
Dedi ki, altı ay mənim, altı ay sənin. Üstündən altı ay keçib  kartımı qaytarmırlar. Mənə 
dedilər ki, rayonda hamı Prezidentin arvadına yazır, iĢi düzəlir. O de.. bizim qonĢuda biri 
yazdı: on gün sonra kərpic evini söküb, daĢdan yeni ev tikdilər. Yox!  Mən bir də, bu 
camaatın sözünə aldanan deyiləm. Götürüm yazım, məni tutsunlar basınlar içəri ki, o boyda 
adamın həyat yoldaĢına məktub yazmısan. Mən də getdim, kiĢi kimi prezidentin özünə 
məktub yazdım. Onda da baĢıma iki iĢ gəldi: biri məktubdan əvvəl , biri məktubdan sonra. 
- Hə nə oldu?- rəfiqəm səbirsizliklə soruĢdu. 
- KeçmiĢdə mirzələr var idi, indi də kompyuterdə yazan mini yubkalı qızlar . Mən də getdim 
bu salonların  birində dərdimi dedim.. O qızlardan biri yerindən belə tərpənmədən, boyalı 
dodaqlarını oynada-oynada mənə min beĢ yüz simvol dedi. Mən də bu nə deməkdir 
soruĢduqda, üstümə hirslənərək – get yaz kağıza gətir – dedi.Getdim yazdım gətirdim. Mən 
hərfləri sayıram elə dediyi qədər olur, qız sayır artıq çıxır. Sən demə nöqtə də hesaba girirmiĢ 
Həyatımda ikinci dəfə nöqtə ilə baĢım bəlaya düĢdü. Bir dəfə  də  səkkizinci sinifdə 
oxuyanda olmuĢdu. Yeni rus dili müəlimimiz gəlmiĢdi. O bizə hey, adı nədir?- deyirlər 
yazırsan eee- o kömək istəyən nəzərlərlə üzümüzə baxdı.Rəfiqəm tez – Ġmla – deyə səsləndi.  
-Yox –o etiraz etdi. 
Mən sakit Ģəkildə- diktant- dedim 
-
 
Hə, hə diktant – O  dedikdə, rəfiqəm yenə məğlub nəzərlərlə üzümə baxdı  
-
 
Hə, bu müəllim bizə elə birinci dərsdə diktant yazdırdı. Hər cümlənin sonunda toçka 
deyir, mən də bunu dəftərə yazırdım . Sən demə ,bu nöqtə imiĢ. Məni direktorun otağına 
sürüklədilər  və müəllimi ələ saldığıma görə valideynlərimi məktəbə çağırdılar. Mənə 
yalnız direktorun otağında  çatdı ki, toçka nöqtə imiĢ. Hə, birdə məktəbdən on iki il sonra 
mən nöqtənin də hesaba alındığını öyrəndim. Nəhayət qızla dalaĢ- deyiĢikdən sonra 
məktubu yolladım. O min beĢ yüz simvolla dərdimi nə dərəcədə anlatdım bax orasını 
bilmirəm.Bu bəladan yenicə qurtulmuĢdum ki, evə gələndə  yolda intiligent Qiyazı 
gördüm. Ona məktubu göndərdiyimi dedim. O isə mənə korrupsiya aradan götürülüb, 
sənin məktubuna cavab olaraq səni də,  o pensiya idarəsinin  müdirini də tutacaqlar. Indi 
qılçam əsir, deyirəm kaĢ məktubum yolda itə, gedib yiyəsinə çatmaya..... 
-
 
Sənin əsl adın nədir ki, sənə Mxitar QoĢ deyirlər?- rəfiqəm müsahibindən soruĢdu.  


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə