The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə24/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
71 
 
-
 
Mənim adım Muxtardır. Orta məktəbdə oxuyanda tarixi çox sevərdim. Bizim bir tarix 
müəllimimz var idi. Rəhmətlik, hey , Mxitarın erməni olmadığını bizə sübut etməyə 
çalıĢırdı. Mən də onunla mübahisə edirdim . O, mənə neçə il əlləĢdi,  almanla albanın 
fərqini izah edə bilmədi. O qədər qarmaqarıĢıq tayfa adı çəkərdi ki, biz bir Ģey 
anlamazdıq. Tarixdən yeganə yaddaĢımızda qalan Mxitar QoĢ oldu , onu da uĢaqlar mənə 
ayama etdilər. 
-
 
EĢitidiyimə görə rayonda elektrik fasilələrlə  verilir. Sizin kənddə də belədir? -Rəfiqəm 
dəftərçəsinə  qeyd apara-apara soruĢdu. 
-
 
Hə. Bacı, bizdə bəlli saatlarla iĢıq olar. Heç rayonda özünü toka verib öldürdü xəbərini 
eĢidə bilərsən? EĢitməzsən  çünki  volt  həmiĢə aĢağıdır, adam öldürən deyil. Bir gecə 
təcili yardıma bizim uĢağı gətirmiĢdik . ZəhərlənmiĢdi , qusurdu. Təcili yardımda 
oturanlar Ģam tapmadılar və  bizdə gəldiyimiz maĢının iĢığını içəri saldıq balacaya iynə 
vurdular. Yox! Bizim prezidentin bunlardan xəbəri yoxdu, olsa belə qoymaz. 
-
 
Rəfiqəm cəld onun sözünü kəsdi:- Bu orta əsr inancıdır: Krala inam. 
-
 
Yox bacı biz vallah bircə Allaha inanırıq.  
-
 
Bizdə belədir də sən baĢqa söz deyirsən, səni yalnıĢ anlayırlar. Halbuki, hamımız eyni 
dildə danıĢırıq. – rəfiqəm üzünü mənə tutaraq sanki bu fikrə münasibət bildirməmi istədi. 
-
 
Ən yaxĢısı, özünü bilməməzliyə vurmaqdır. Səhv etmirəmsə, elə, sizin kəndə olub-Mən 
Muxtara müraciətlə dedim. “Yenə sən savadlı olarsan” məsələsi.. 
-
 
Hə bizim kəndə olub- Muxtar gülərək danıĢmağa baĢladı- kəndimizdə üç nəfər kəndin 
dəlisovunu götürüb, gedib bankdan kredit götürülər. Pulun ödənmə vaxtı çatanda  adam 
pulu təbii ki ödəyə bilmir. Polis, məhkəmə ,adam hamıya tutuquĢu kimi eyni sözü deyir: 
“baĢına dönüm yenə sən savadlı olarsan”.axırda hakim hirslənərək rədd eliyin bu dəlini 
burdan  -deyərək iĢi nəticəsiz bağlayır... 
-
 
Rəfiqəm qəhqəhə çəkərək-Azərbaycan sənin timsalında yaxĢı bir aktyor itirib-dedi. 
-
 
Yox – Muxtar cəld etiraz etdi.- Azərbaycanın ən son ehtiyac duyduğu adam mənəm. Indi 
Azərbaycanın Remboya, Polad Əlamdara ehtiyacı var. 
Biz parkdan ayrılanda rəfiqəm dərin düĢüncələrə dalmıĢdı. O,  mənimlə sağollaĢıb 
ayrıldıqdan bi iki addım sonra geri döndü və dedi: 
-
 
TruĢoba sözünə görə üzr istəyirəm . Əfv olunma ehtimalım var? 
-
 
Ürəyin buz kimi olsun – Mən onun mənə tərəf uzatdığı əlini sıxdım.  
 
                           OĞULLARINIZI ÖLDÜRÜN 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
72 
 
Sən bilirsən bu nə deməkdir? Bu sadəcə olaraq baĢındakı papağı yerə çırp və yox ol deməkdir. 
QardaĢının səsi qaranlıqda çaxan ĢımĢək kimi  beynində əks səda verdi. 
Ayaqlarını sürüyə -sürüyə yola düzəldi. Dünya sanki üstünə yıxılmıĢdı. Nəfəs alması belə ona 
inandırıcı gəlmirdi.  
-
 
On  il sonra, on il sonra sizi muĢtuluqlamaq mənə qürürdu. Həyat yoldaĢınız hamilədir.- 
həkim gülümsünərək ona dünyanın ən gözəl sözlərini dedi. 
-
 
Qurban kəsməlisən . duaların qəbul olunub. On il sonra ata olmaq nəhayət sənə də nəsib 
oldu. – anası qırıĢmıĢ əllərini göyə qaldırıb Ģükürlər etdi. 
-
 
Allah  nə xeyirdisə onu etsin- atası yenə müəmalı diləklərindən etdi. 
-
 
UĢaq xəstədi varımızı –yoxumuzu satdıq onun üçün. Həkim bizə yazığınız gəlsin- arvadı 
soyuqdan büzüĢə-büzüĢə  beĢ il sonra həmin xəstəxananın dəhlizindı bir baĢqa  həkimə 
yalvarırdı.. 
-
 
Allah sən mənim canımı al! Balama dəymə.- dodağının altında dayanmadan pıçıldayırdı. 
-
 
Allah nə xeyirdisə onu etsin- yenə atası dilləndi. 
KeçmiĢin dodaqlarından tökülən sözlər sanki  addımladığı  yollara tökülürdü.  
-Məsmənin evinə üç dənə geni pozuq  gəlib. 
-Gecələr Tbilisi prospektində olurlar. 
- Ay camaat, qeyrətiniz namusunuz olsun. Elələrinin bizim məhəllədə nə iĢləri var.  
- Məsmə, imanına it bağlayım çıxart at onları . Gorbagor olacağın vaxtda qarğatma bu 
məhəlləni dalınca  
AxĢam çayxanadakıların, gündüz arvadlrın saqqızına çevrilmiĢdi təzə gələnlər. Qeybət ,söz- 
söhbət pis qoxu kimi   məhəlləni baĢına götürmüĢdü. Elə o günlərdə öyrənmiĢdi Cəlal belə 
adamların da mövcudluğunu. ÖyrənmiĢdi və dəhĢətə gəlmiĢdi ki, sən demə kiĢi də qadın 
kimi geyinib yolda dura bilərmiĢ.Fikir baĢını o qədər qatmıĢdı ki, göydələndən az qala yerə 
yuvarlanacaqdı.  ġəkk eləmiĢdi Allahın birliyinə.Bu qədər pisliyi yaradıb yeri üfunətə basan 
Allaha üsyan etmiĢdi içində. 
      Sonra gedib gizlicə baxmaq istəmiĢdi  bu varlıqlara . Öz fikrindən elə utanmıĢdı ki, sanki 
bunu içində duyub bilən olmuĢdu. Sonra elə içindəcə basdırmıĢdı ki, bu duyğunu bəxtindənmi 
bəxtsizliyindəmi  gecələrin birində Məsmənin evinin qabağında onlara rast gəldi. Qadından 
fərqlənməyən bu varlıqları bircə səsləri ələ verirdi. Kobud səslə bir- birilə zarafatlaĢan bu cütlük 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
73 
 
Cəlala fikir  vermədən yolun əks istiqamətinə düĢüb getdilər. Onlardan küçənin ortasında bir ətir 
qoxusu qaldı ki, bu Cəlalın çox pis Ģəkildə ürəyini bulandırdı. “Bunları kim əkib, kim doğub?! 
bunların hansı Ģeytanın övladıdırlar?! Lənət sənə kor Ģeytan”-deyərək Cəlal bütün nifrətini 
onların getdiyi yol istiqamətində tüpürdü.  
  
Evə gəldiyində həmiĢəki kimi fəhlə paltarlarını giriĢdə soyunub idman paltarını geyindi. 
Içəri zala keçmək istəyirdi ki, oğlu yanından ötərək salam verdi və tələsik öz otağına keçdi. 
Bayaqkı tanıĢ ətir qoxusu ilan kimi Cəlalın burnuna- boğazına dolandı. “ƏĢi, ətir ətirə oxĢayar 
yəqin ki, bayaqkı qoxudur hopub bədənimə. Murdarların zəhərli qoxuları mənimlə eviməcən 
gəlir. 
-
 
Onlar neçə olurlar?- iĢ yerində telefondan internetdən baĢı çıxan cavandan ürəksiz-
ürəksiz soruĢdu. 
-
 
Ay dayı, nəyinə lazımdı. Onlar parazitdi harada gördün öldür yəni. 
-
 
Yox ey bala elə soruĢuramda de! Utanma daha ayıfdan keçib. Odur ey televizırda da 
danıĢırdılar. Amma üssüörtülü. Yenə bir Ģey annamadım. 
-
 
Ay dayı bunlar nöbənövdi. Ən pisi budur da. Qiz kimidilər.oturuĢdarı duruĢdarı itib də,…   
adamlıqlarını itiriblər.  ġeytana uyublar da. Nə isə, ağzımızı murdarlamayaq. 
  AxĢam yenə və evə dönəndə həmin ətir qoxusu  otaqların hamısında idi. Arvadı həmiĢəki 
kimi gözlərini  televizordakı seriala elə həyacanla dikmiĢdi ki, elə bil atılıb ora girəcəkdi. 
Instiktiv Ģəkildə günəbaxan tumlarlını aramsız çırtlayır və  tumun qabıqlarını isə bəzən 
qarĢısındakı qaba bəzən də yerə tökürdü. 
-
 
UĢaq hardadı? 
-
 
Az sənnənəm gədə hardadı? 
-
 
Həyətə çıxdı- avadının səsi  serialdan gəlirmiĢ kimi əsrarəngiz çıxdı. 
Cəlal neçə illik vərdiĢini pozdu. Elə çirkli fəhlə paltarında həyətə çıxdı. Ürəyi heç yaxĢı 
Ģeylərin olacağını demirdi. HəmiĢə beləydi. Pis Ģeylər olanda ürəyini bir qaramat basardı. Bu 
dəfəki qaramat deyəsən baĢqa idi. Qeyri –iradi Məsməgilə tərəf irəlilədi. Bura nə üçün 
gəldiyini belə anıĢdirmamıĢ, içəridən gülüĢmə səslərini eĢitdi. Urəyi quĢ kimi sinəsində 
çapalayırdı. BaĢında bir arpa dənəsi boyda da olsa ağıl qalmamıĢdı. Istədi dönüb geri 
qayıtsın. Lakin Məsmənin həyətindən gələn tanıĢ səs onu yerinə mıxladı.Geri dönüb taxta 
hasarın yarığından içəi baxdı. Bu o idi. əynində qısa yubka var idi. Cəlal az qala hasara 
yapıĢdı. Bir dəqiqəmi, yoxsa saatlardır dayandığını anıĢdıra bilmədi.  Geri- geri addımlayıb 
qaçmağa baĢladı. Ta qardaĢının evinə qədər qaçdı. Nə bir taksi saxlmaq nə də avtobusa 
minmək gəlmədi ağlına. Üstünün semənti, tozu tökülə-tökülə qaçdı . 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə