The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə25/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
74 
 
-
 
Hər Ģeyim sənə fəda. Nə istəyirsən alım. 
-
 
Bircə dənə oğlun var. Qa deyəndə ət ver qu deyəndə su. 
-
 
Lap gecə də iĢləyərəm, təki sən yaxĢı ol 
-
 
SaĢdarını kəsdir məjnuna dönmüsən. 
-
 
Belə moddadı……. 
Bütün olub keçənlər acı –bağıraq kimi yol boyunca beynində uzanırdı. Əslində hər Ģey apaçıq 
ortada imiĢ, mən görməmiĢəm 
       Gecəyarı evə döndü. Arvadı elə divandaca, əlində pult mürgüləmiĢdi. Cəlal ona fikir 
vermədən oğlunun yataq otağına keçdi. Elə o an bu otağa illərdir keçmədiyini xatırladı. Bu 
illərdə yalnız  dəyirman rolunu oynadığını anladı. Elə hey pul üyütmüĢdü. YaĢamaq üçün vəsait. 
Otağı yad kimi nəzərdən keçirdi.  Bu gəncin otağında nələr yox idi: pariklər dodaq boyaları yerə 
atılmıĢ qara çulgilər.Cəlal indiyə kimi oğlundan hansı futbol komandasını tutduğunu belə 
soruĢmadığını xatırladı. Oğlunun mıĢıl-mıĢıl yatan bədəninə baxdı. Bu onun oğlu ola bilməzdi 
axı. On ildən sonra qurban – səna ilə tapılmıĢ oğul. Uğruna canlar fəda edilməli oğul. Jurnalitika 
fakültəsinin qırmızı diplomlu məzunu………. 
 Həyatının iyrənc bir yalanın üzərində qurulduğunu anlayanda əti ürpəĢdi. Arvadından 
baĢlayaraq zəncirvari  hər kəs susmuĢdu. Cəlal bu gün öyrəndiyi həqiqəti bağrına basaraq 
oğlunun çarpayısınn ayağına çökdü. O ki var səssizcə ağladı. Gözlərini yaĢını belə silmədən  
sürətlə dönüb otaqdan çıxdı. “ya indi ya heç vaxt” – pıçıldayaraq mətbəxə cumdu. Əlinə ilk 
keçən qiyməkeĢi qapıb geri döndü. Bir dəqiqə sonra əlinə balıq kimi çapalayan balasını qəssab 
kimi doğradı.   
Əlindəki qiyməkeĢi polislər belə zornan aldı. Üzü-gözü qan içində idi. Həyətdən 
çıxarılanda Məsmənin qapısının qarĢısında geni pozuqları görəndə içini acı bir təəssüf hissi 
bürüdü. Onları da öldürmədiyinə təəssüfləndi. Polis maĢınına mindiriləndə qəfil bir gənc bitdi 
qarĢısında. Polisləri itələyərək ilan kimi fısıldayaraq onun yaxasından yapıĢdı və dedi: 
sən onu öldürdün.sən bir dühanı öldürdün.elə bildin, elə bildin geydi o…… yazı yazırdı 
bədbaxt onlardan……….   
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
75 
 
                           PeĢmançılıq 
Kəndə girəndə, yenə həmiĢəki qorxunu hiss etdi. Istədi maĢını döndərib geri qayıtsın. Payızın 
yoluĢdurub çılpaq buraxdığı ağaclara baxa-baxa, yenə irəliləməyində davam etdi. Yox, getməliydi, 
vacib  idi.  “Onsuz  da,  axırıncı  dəfədir,  bir  daha  bu  lənətə  gəlmiĢ  kəndə  gəlməyəcəm”,-deyirdi 
ürəyində. Ġçindəki bu təsəlli ilə maĢının sürətini artırdı. Yolun kənarındakı evlərə baxdıqca, əslində 
heç nəyin dəyiĢmədiyini görürdü. DəyiĢən qarĢısına çıxan fərqli sifətlər idi. Cavanları O tanımırdı. 
Qocaların  da  üzünü  tanımayacaq  qədər  unutmuĢdu.  Kəndin  içiylə  irəlilədikcə  sıralamanı  uĢaq 
vaxtındakı kimi xəyalında düzürdü: “dəyirman, sonra çayxana... Yox, indi bu ikisinin arasına hansısa 
telefon  Ģirkətinin  baza  stansiyası  girib.  Əslində  xəyallarımızla,  ümidlərimiz  də  belədir.  Mütləq 
aralığa həyatın dikəltdiyi həqiqət adlı sütunlar girər, eynilə bu baza stansiyası kimi.” Ġçindəki bu acı 
hiss  ilə    dəyirmanın  qarĢısında  döyüldüyünü  xatırladı.  Kimsə  onu  müdafiə  etməmiĢdi.  Ġndi  niyə 
gəlməli  idi  bura,  kiməsə  borclu  deyildi  ki?..  Amma  gəldi...  Səbəbini  belə  doğru-dürüst  anlamadan 
yola düĢüb gəldi. 
Nəhayət,  sonuncu  döngəni  burulub  yarıdoğma-yarıyad  küçəyə  döndu.  Kollar  o  qədər  boy 
atmıĢdılar  ki,  maĢının  payızın  tutqun  havasında  belə  parıldayan  rəngini  sanki  qısqanclıqla 
cırmaqladılar.  O,  buna  daha  da  hirslənərək,  maĢına  rəhmsizcəsinə    qaz  verdi  və  qəfil  əl  əyləcini 
çəkərək  nümayiĢkarənə  bir  ulartı  ilə  dövrə  vurub  saxladı.  Qapını  açıb  yerə  düĢmək  istəyəndə 
ayağını,  sanki  üstünə  dırmanacaq  sarı  palçığın    içində  zorla  bir-iki  daĢ  tapıb,  üstünə  qoydu. 
QarĢısında hündür, köhnə dəbli darvaza ucalırdı. Bir zamanların ən gözəl darvazalarından biri, indi 
onun bahalı xarici avtomobilinin və son dəbli paltarının yanında sanki öz paslı, çirkin görkəmindən 
utandı.  Əlini  darvazanın  balaqapısına  uzadanda,  bir  anlıq  duruxdu.  Bu  darvazaya  özünü  nə  qədər 
çırpmıĢdı.  Hey bağlı.. Hey bağlı.,  ya da  -”atan evdə  yoxdu, cəhənnəm  ol”,–sözlərini bu darvazada 
əzbərləmiĢdi O da...  
Içindəki  uĢaqlıqdan  qalan  cəsarətsizliyini  yenərək,  balaqapını  açıb  içəri  keçdı.  Həyətin 
aylardır təmizlənmədiyi bəlli idi. Payızın torpağın qoynunda dəfn etməyə hazırlaĢdığı yarpaqlardan 
gələn çürüntü qoxusu həyəti baĢına götürmüĢdü. Tam yiyəsizlik, yetimçilik yağan sur-suması ilə çox 
iyrənc  gəldi  bu  həyət-baca  ona.  Addımının  səsinə  bir  az  aralıdakı  ağacın  altında  bir  it  hürmək 
əvəzinə, nə isə tənbəl bir səs çıxartdı. Elə bu an eyvana çıxan beli bükülmüĢ bir qadın onu görərək 
yeriĢini sürətləndirib sürahinin qapısını açmağa tələsdi. Üzünə qondurduğu  süni təbəssüm üzünün  
qırıĢları arasında elə itib- batmıĢdı ki, güclə sezilirdi. 
-Bıy, ay bala, xoĢ gəldin. Biz elə bilirdik gəlməyəcəksən-deyərək üzündən öpmək üçün belini 
dikəltməyə cəhd etdi. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
76 
 
-Əslində elə olmalı idi. Amma gəldim. 
Qadının onu öpməsinə Ģərait yaratmaq, üçün aĢağı əyildi. Qadın onu öpəndən sonra,  qabağa 
düĢərək  otağın  qapısını  açdı.  Ġçərinin  havasına,divarlarına  hopmuĢ  tanıĢ  siqaret  qoxusu  burnunu 
qıcıqlandırdı. Ġçəri keçdi. Ġlk öncə yarımqaranlıq otaqda gözləri heç nə seçmədi. Sonra yavaĢ-yavaĢ 
gözü alıĢdı bu alaqaranlığa. Küncdəki köhnə çarpayını sezdi. Çarpayının üstündə sanki əlinə alsan 
bir ovuca sığa biləcək bir adam uzanmıĢdı. Əvvəl inanmaq istəmədi. Necə ola bilər ki, qarĢısında bir 
vaxtlar  Kür  kimi  əsib–coĢan,  dağ  seli  kimi  guruldayan  adam  indi  belə...  Sanki    beynindəki  o 
sarsılmaz,  möhtəĢəm  portreti  parçalayıb  yelə  verdilər.  Özündən  asılı  olmadan  yaxınlaĢıb  dizi  üstə 
çarpayının yanında yerə çökdü. Lakin çarpayıdan, ya da adamdan gələn kəsif qoxu onu necə vurdusa 
bir anlıq geri çəkildi. Bunu hiss edən qadın: 
-Vəziyyəti pisdir. Mənim də qaldırıb təmizləməyə gücüm yetmir. 
Həyatında ilk dəfə idi ki, özünü batırmıĢ xəstə gördüyünə, görə çimçəĢdi. 
Xəstə  göz  qapaqlarını  yavaĢca  aralayaraq  ona  baxdı.  Ağzının  qırağından  axan  su  boynuna 
doğru Ģırım açmıĢdı. Ölgün gözləri ilə onu süzərək əli ilə adyalı didiĢdirdi. 
-On  gündü  ki,  dili  batıb.  Birtəhər,  iĢarə  ilə  baĢa  salır.  Ölsəydi  mənim  də  canım  qurtarardı, 
onun  da,-qadın  bu  sözləri  elə  tərzdə  dedi  ki,  bayaqdan  iyrənməkdən  ödü  ağzına  gəlmiĢ  adamın 
vəziyyəti indi daha da pisləĢdi. 
-Elə danıĢma. Axı bu insandı, toyuq deyil,-Özündən asılı olmadan hirslə cavab verdi. Sonra 
buna  haqqı  olmadığını  anlayıb  susdu.  Bu  sözlərdən  sonra  xəstə  onun  üzünə  elə  baxdı  ki,  ürəyi 
parçalandı.  ”Ata!  ay  Ata,...  Özünü  də  məhv  elədin,  bizi  də.  Heç  sən  bu  günlərə  düĢəcək  adam 
idin?!”–içində elə inildədi ki, az qaldı ki, nəfəsi kəsilsin. 
-Arzu gəlib getmir? Hanı qızınız? Niyə gəlib sahib çıxmır?-yarikinayəli Ģəkildə, yanında, indi 
də həbsxana nəzarətçisi kimi dayanmıĢ qadına dedi. 
“HəmiĢə belə olmusan. Kimə, kimdən ötrü keĢik çəkdiyin də bəlli olmayıb. Yox,  yox bəlli 
olub, səhv elədim. Qorxurdun, qorxurdun ki, bəlkə bu kiĢi yanılar, birdən bu atalı ikən yetim qalmıĢ 
balasına beĢ-on qəpik pul verər”. 
-GəlmiĢdi  bala,  gəlmiĢdi.  Getdi,-qadın  tələsik  cavab  verib  qapıya  doğru  irəliləyə-  irəliləyə 
davam etdi,- gedim, gedim çay qoyum,-deyib otaqdan elə çıxdı ki, sanki onun nifrətli baxıĢlarından 
qaçırdı. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə