The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə27/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
80 
 
Arvadı ona huĢ verməyərək otaqdan çıxdı. Ġki dəqiqədən sonra qonĢu otaqdan ucalan 
ağlaĢma səsləri ətrafda hamının yuxusunu öğurladı.  
Qonum-qonĢu tez onlara yığıldı. Kimi kəndin mollasının ardınca yollandı, kimi camaatın 
oturması üçün otaqda yer açdı , kim isə tanıĢlarını iĢə salaraq kəndin iĢığını yandırtmağa çalıĢdı.   
  
Insanlar həyətlərində qaynaĢdıqca, Sərkar çarpayının içində  yumağa dönürdü.   Əriyib 
itməyə çalıĢırdı ki, onu bəlkə tapmayalar, bəlkə unudalar. Kəndin elektriki veriləndə , Sərkar 
atasının ölümünə bir daha inandı. Sovet rejimi dağılandan bəri elektrik bu kənddə “ölüm” 
simvolu idi. Elektrik lampası tavanda bərq vurduqca, ölüm həqiqəti Sərkarı daha da boğazlayırdı. 
Qapı qəfil açıldı və arvadı içəri girərək gözünü onun üzünə dikdi. Sərkar onun sükutundan hər 
Ģeyi anladı.Anladı ki, kəndin bütün ölülərinə etdiyini deyəsən atasına edə bilməyəcək.  Hamı hər 
Ģeyi bilirdi. Amma hamının hər Ģeyi bilməsi bir istisnanı dəyiĢdirə bilməzdi. Bu dəfə ölən atası 
idi. YavaĢca sürüĢüb çarpayıdan düĢdü. Günahkar  uĢaqlar tək arvadının qarĢısında boynunu 
bükdü. HəmiĢə əsib- coĢan, əzəməti ilə evdəki arvad- uĢağı titrədən Sərkardan bir saat ərzində 
əsər-əlamət qalmamıĢdı.    
-O sənin atandır . 
- Bu heç nəyi dəyiĢdirmir. Içimdəki bu ölü qorxusu, baĢa düĢ, məndən çox böyükdür. Əlli 
ildə dəyiĢməyən bir Ģeyi indi “Gəl Sərkar, yan otağa keç atan ölüb get mollanın yanında otur “ 
deməklə düzəlmir. – Sərkar ağzını yana əyərək arvadının təqlidini çıxarmağa çalıĢdı. Lakin bunu 
da bacarmadığını anlayaraq aciz-aciz susdu.  
Arvadı daha heç nə demədi. 
 Dan yeri ağarmağa baĢlayırdı. GünəĢ  rəngi bozarmıĢ  payız səmasına  milləndikcə Sərkar 
canına birə daraĢmıĢ tək yerində dura bilmir, otaqda var-gəl edirdi. O adamların həyətdə 
toplaĢdığını və əmisi oğlanlarının atasını yuat yerinə götürdüyünü pəncərinin bir küncündən 
müĢahidə edirdi.  Beyni kilidlənmiĢdi. Hec nə düĢünüb analiz edəcək vəziyyətdə deyildi. 
Atasının həyətin ortasında cənazə namazını qıldılar. Ağlına qəfildən “kaĢ anamgil camaata: 
Sərkar burada yoxdu -deyəydilər. “ -fikri gəldi sonra isə -“Məni axı, axĢam mal örüĢdən 
qayıdanda görənlər olub “-deyə mızıldanaraq  bu fikrdən elə vaz keçdi ki, guya nəsə doğurdan da 
camaata deyilməli imiĢ.  
Sərkar yaĢının əlli ilinin təxminən qırx ilni qorxusu ilə çıpınmıĢdı. Heç bir dəfniyyatda 
iĢtirak etməmiĢ və həyatı boyunca heç vaxt qəbirstanlıqda olmamıĢdı. Televizorda qorxu 
filmlərini izləməz, qaranlıq düĢəndə bayırda tək olmazdı. Onun qorxusunun yalnız bir adı var idi: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
81 
 
Ölüm.   Bu məvhum canına , qanına hopmuĢdu. Bir gün öləcəyini dərk etdiyində on yaĢı var idi. 
Məktəbdən gələndə bir addımlığında olan sinif  yoldaĢını “Kamaz” köpək balığı tək ağzına alıb 
aparmıĢdı. Xıncım- xıncım etmiĢdi. Bircə gözləri qalmıĢdı  əzilməmiĢ, itməmiĢ.  Ölümün 
nəfəsini onda hiss etmiĢdi. O balaca gözlərə yazılmıĢ ölümü gördü və unuda bilmədi. Onda hiss 
etmiĢdi ki, bir gün onu da , bacılarını da, ətrindən heç doymadığı anasını da ölüm oğurlaya bilər. 
Hər gün sərvaxt yatdı. Sanki onun yatmağı bir gün hər Ģeyin – ailəsinin və əzizlərinin yoxa 
çıxması ilə nəticələnəcəkdi. Kənddə lətifə oldu onun qorxusu. Bayramlarda baĢına ağ mələfə 
keçirib onu qorxutmağa çalıĢanlar da tapıldı. Hər Ģey kimi buna da alıĢdı kənd camaatı. Daha 
onu axtarmadılar .  
Atasını həyətdən çıxaranda dözmədi , istədi qaçsın tabuta çiyin verənlərdən biri də, bu 
olsun amma ayaqları sanki döĢəməyə mismarlanmıĢ kimi qopmadı. Gözlərindən iri yaĢ damlaları 
tökülür , paltarının yaxasını isladırdı.  
Dəfndən sonra həyətdən əl-ayaq çəkildi. Arvadı  sakitcə otağa girərək masaya çay qoydu və 
gəldiyi kimi heç nə demədən çıxıb getdi. Cayın ətri burnuna dəyəndə, mədəsinin bir sıxım tərə 
kimi içində burulduğunu hiss etdi. Pəncərənin qarĢısından çəkilərək masanın üzərindən çayı 
götürdü və bir qurtum aldı .Çayın istiliyi boğazını yandıranda beynində ildırım kimi bir fikir 
caxdı-”atamın ehsanı”. 
Fincanı yerə çırparaq otaqdan çıxdı. Ayağına keçən əyri-düz ayaqqabılara fikir vermədən 
həyətdən götürüldü. GünəĢ qısa gunun qürubunu edəndə Sərkar titrəyə-titrəyə qəbirstanlıq 
yoluna üz qoydu. Yol qısaldıqca ürəyi əllərində, ovcunda  və bədənin hər bir nöqtəsində Ģıddətlə 
vururdu. “Mən sadəcə olaraq içəri girəcəm, atamın qəbrini tapacam, bir fatihə oxuyub oranı tərk 
edəcəm. Bu qədər . Bunun  nəyi   qorxuludur ki,....”- deyə özünə təsəlli verərək addımlarını 
sürətləndirməyə çalıĢırdı. Qəbirstanlığın paslı , dəmir qapısının cırıltısı beyninə qədər iĢlədi. 
Əllərinin pasını üstünə sürtə-sürtə bir addım atdı. Qəbirstanlıq qarĢısında bir meydan kimi açıldı. 
“Nə qədər adam ölmüĢ”- deyə içini çəkdi. Ona elə gəldi ki,kənddə adam qalmayıb, hamını 
gətirib bura quylayıblıar.Vahimələndi. Bütün ölülərin onun üzərinə düĢəcək qədər qüdrətli 
olacaqlarını düĢündü.  Geri-geri bir addım,ardınca ikinci addımı atdı. Əsməcə bütün bədənini 
götürmüĢdü. O an anladı ki, qorxusu ondan çox böyük imiĢ. Onun üstünə gedilməyəcək qədər 
BÖYÜK imiĢ Addımlarını geri atdıqca gözlərində qəbir daĢları böyüyür və hamısı sanki 
yerlərindən qopub onu üstünə gəlmək istəyirdilər. Lap əvvəldəki qəbir daĢının üzərindəki Ģəkil 
ona tanıĢ gəldi. Budur heç bir ay deyildi bu sinif yoladaĢının öldüyü..... Onun sifətini görəndə 
anldı ki, üzünü döndərib qaçmalıdır. Geriyə belə baxmadan.... Ona tabe olmayan daĢ kimi 
ağırlaĢmıĢ ayaqlarını qaldıraraq tərpəndi. Əvvəl asta-asta, sonra isə bütün qüvvəsi ilə qaçmağa 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
82 
 
baĢladı Arxasına belə baxmadan  qaçan Sərkar özünü evlərinə yetirdi və atasının yeddisi çıxana 
qədər heç kəsin gözünə görünmədi. Sərkarın qəbirstanlığa yolu bir də özü öləndə düĢdü.     
     
                                                   Çarə 
Qapı qorxa-qorxa cırıldadı. YavaĢca içəri keçdi. Sobanın  ətrafına salınmıĢ nimdaĢ palazın bir 
küncündə büzüĢdü. Anası cəld əlindəki çay dolu stəkanı tələsik stolun üstünə qoyaraq onun 
qabağına gəldi.QarĢısında diz çökərək onun  çənəsindən tutub yuxarı qaldırdı. Gözlərinin önündə 
formasını itirmiĢ, gömgöy  göyərmiĢ  bir sifət var idi. Bu acı mənzərənin ardınca qızının sızıltıya 
bənzər səsi gəldi: 
-
 
Ma sosuz dedi. Sosuz qancıq dedi.  Sora məni o ki var döydü. Getdi. Sabaha qədər 
gözəədim. Gəlmədi. 
-
 
YavaĢ,yavaĢ. DanıĢma. Yəqin ki, indi üzünün əti də ağrıyır. Cəhənnəm olsun it oğlu 
it. Görüm onu gəbərsin o araq butulkalarının dibində- anası onun yaralarına yavaĢca 
sığal çəkə-çəkə bağrına basdı. Ana-bala bu nimdaĢ palazın üstündə nə qədər 
ağlamıĢdılar. Palazın nəmi qurumamıĢ, ağız- burnunun qanı çəkilməmiĢ darvazanın 
önündə bitən ərinə qoĢulub yenə evinə qayıdardı.Artıq yeddi il idi, əvvəllər iki aydan 
bir, sonralar hər həftə döyüləndən sonra anası evinə gələrdi. Bu illərdə uĢağı da 
olmadı və bu daha da qan tuluğu kimi yaĢadıqları evlərini cəhənnəmə döndərirdi. 
 Anası söyməkdən yorulmuĢdu, atası hədələməkdən. Dilinə araq dəyəndə heç kim 
yığıĢdıra bilmirdi əzazil kürəkənlərini. Qapıdakı itdən fərqli bilməzdi evindəki bu yad 
qızını. Vurduğu təpiklərdən betər olurdu,yağdırdığı söyüĢlər. əlindən çıxıb qaça biləndə 
qaçırdı ayaqyalın, baĢı açıq küçələrnən düz anasığilə. 
  
Yenə gəlmiĢdi. Palazın saçaqlarını didiĢdirə-didiĢdirə dodağının altında bu evdə 
hamıya tanıĢ olan sözləri mızıldanırdı: 
-
 
Gələcək! Ġt kimi gələcək! Sürünə-sürünə gələcək . Deyəcək: Gülü, yalvarıram gəl 
evimizə gedək. Vallah, səni döyməyəcəm. Çırtma da vurmayacam. – O, ərinin bu 
yeddi ildə əzbərində olan sözlərini təkrarladıqca, anası onu yerindən qaldırıb içəri 
otağa apardı. Çarpayıya uzadana kimi qızının,  bu ağrı-acının içində hələ bir ərinin “ 
O, içkili getdi ee  gedib özünü kanala atmaz ki?” – deyərək halına qalması anasını lap 
çılədən çıxardı: 
-
 
Ay qız, baĢını at yat! Hara gedib, gedibdə. Yat ki, bir sur-sumaya düĢəsən. Sən 
nicolıysan?! – deyərək baĢını buladı. Adyalı qızının üstünə atıb otaqdan çıxdı. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə