The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə28/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
83 
 
On gün gözlədi. Hər dəfə iki gün sonra darvazanın önündə peyda olub yağlı 
dilini iĢə salan ərindən bu dəfə bir xəbər yox idi. Üzünün göyərtisi çəkildi, gözünün 
ĢiĢi yatdı amma əri gəlmədi. Lazım oldu, olmadı iki küçə o tərəfdəki kəhrizdən gündə 
on yol su gətirirdi. Əlindəki qabları yola qoyub dincəlirmiĢ kimi ətrafı süzür, bəlkə bir 
xəbər ümidi ilə dörd tərəfə boylanırdı. Nəhayət on üçünçü gün qayınanasıgilin 
qonĢusu rast düĢdü.Sözlü adam kimi dilini çöx sürüdü axırda “Məndən eĢitmiĢ olma, 
bəs ġirin qız götürüb qaçıb”  
Adam getdi amma dünya onun üstünə yıxıldı. Suyu necə gətirib həyətə qoydu, necə taxta 
kətildə  oturdu heç birindən xəbəri olmadı. Zamanın kələfini itirdi. Anası səhər getdiyi 
yas yerindən döndü, yaylığını açıb üzünə onun gətirdiyi qabların birini əyib su 
vurdu.QardaĢı darvazanı açıb maĢını içəri saldı. Gəlib onunla yanaĢı kətil çəkib oturdu. 
Itirdiyi zamanın kar olmuĢ qulaqlarına “ Sənə nə olub, ay qız” sözü sanki min ilə gəlib 
çatdı. 
Dodaqları əsə-əsə güclə pıçıldadı: 
-
 
O, qız götürüb qaçıb ee. 
-
 
Cəhənnəmə qaçırsın.Piyanıska əclaf. Noulsun ki?! Indi onun oturub fikrini edirsən?- 
qardaĢı bütün bunları elə sakitciliklə söylədi ki sanki hər Ģeyi öncədən bilirmiĢ. 
Beləcə evdə hamı sakit qarĢıladı, onun üçün faciə olmuĢ bu xəbəri.Hər kəs əslində “elə bu 
da  lazım idi”- ifadəsi ilə dolaĢırdı evdə.  
Aylar günlərin tərkinə minib zamanı hərlədikcə qapılarını baĢqa bir xəbər döydü: “ġirinin 
oğlu oldu” ürəyinin baĢını sızlatdı xəbər. Bir az paxıllıq, bir az həsəd qarıĢıq 
bir hiss ilə xəbər gətirənə heç nə demədən düz otağına getdi. Gözləri ĢiĢənə 
qədər ağladı. Sonra ona xəyanət etmiĢ qarnına o ki var yumruq döĢədi. Bu 
dəfə ildən yuxarı yumruq təpik dəyməyən bədənini özü əziĢdirdi, çimdiklədi. 
  
Zamanla alıĢdı özü-özü ilə yaĢamağa. Yay axĢamlarının birində yenə gözünü 
dikmiĢdi vaxt öldürən serialların birinə. Arabir saçlarını qarıĢdırır və gözünü ekrandan 
ayırmadan alabəzək fincandan çay qurtumlayırdı.Anası gəlib sakitcə divanın bir 
küncündə oturdu. Serialın Ģirin yerinə reklam salınanda hirslənib ayağa qalxdı. Istədi 
gedib çayını təzələsin amma anasının üzünə dikilmiĢ baxıĢlarını görəndə duruxdu.Anası 
baĢı ilə ona oturmaq iĢarəsini verdi. Barmaqları ilə divanın adyalını sığallaya-sığallaya 
yavaĢca dilləndi: 
-
 
Sahibə bizə gəlimiĢdi. Səni soruĢdu. Dedi ki boĢanma-zad qutarıbbı.... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
84 
 
-
 
Hansı Sahibə?  
-
 
EmoĢun, od ey ƏtirĢahın gəlininin bacısı. 
-
 
Onun nəyinə lazımdı? – yenə qalxıb getmək istəyəndə anası bu dəfə: 
-
 
Otur sənə sözüm var. GəlmiĢdi ki sənin ağzını arasın. Mən də dedim ki, qoy birinci 
özüm danıĢım. – bütün xəbəri birnəfəsə deyəcəkmiĢ kimi tələsik dilləndi. 
Özündən asılı olmadan divanın üstünə çökdü. Evlərinə qayıdıb gəldiyi bu bir il ərzində 
ərə getmək qətiyyən ağlının ucundan belə keçməmiĢdi. “Onsuz da sonsuzam məni kimdi 
alan” düĢüncəsi ilə qapanmıĢdı özü-özünə. Anası isə onun bu sükutundan istifadə edərək 
sözləri sıraya düzürdü. 
-
 
Elə deyir ki, mənim  qardaĢıma da bir həyan lazımdı.UĢağı-zadı neynirik. Elə gəlsin 
qardaĢımıza baxsın, bizə bəsdi.Ay bala, sən də oturub- oturub neyniyəcəksən? BeĢ 
günlük ömrümüz qalıb, ya qalmayıb biz ölüb gedəcəyik. Səni də qardaĢa, qardaĢ 
arvadına möhtac qoyub getmək istəmirəm.. 
Anası bu sözləri O evi tərk edənəcən dedi. Dayanmadan təkrarladı. Sanki bu sözlərə 
proqramlanmıĢ bir robot kimi susmadı. BeĢ altı nəfər gəldi. Yedilər içdilər. Elə orada 
gördü ikinci qismətini. Əlli yaĢlarında bir kiĢi idi. Sakit tövrlə “Rusyətin çöllərində 
gəzməkdən vaxtı olmayıb evlənməyə” bəhanəsi ilə yuyub təmizləməyə cəhd edirdi 
keçmiĢini. Bütün yalançı get- gəllərdən sonra hər Ģey bitdi. Əvvəlki qismətinin-ġiringilin 
evinin tam əksi olan bir evə köçdü.  
 Hər Ģeyin yerində olduğu bu evin ən böyük özəlliyi sakitçilik idi. Qu desən qulaq tutulan 
bu beĢ otaqlı evdə o yana, bu yahna gəzməkdən tezliklə canı sıxıldı. Gecələr çarpayıda 
fikirlərini ha qucaqlayıb yatmaq istəyirdi, bir tərəfə çıxa bilmirdi. Artıq kiĢi- Adil də baĢa 
düĢmüĢdü nəyinsə yerində olmadığını. Bir səhər çayını içib yenə həyətə düĢmək 
istəyəndə qəfil ayaq saxladı və uzun uzadı onu nəzərdən keçirəndən sonra: 
-
 
Bəlkə uĢaq götürək detdomdan.- dedi. 
Boğazı qurudu. Bilmədi sevincdənmi, yoxsa  kədərdənmi ağlamağa baĢladı. 
Adil yaxınlaĢıb onu qucaqladı. 
-
 
Ġstəmirsən götürmərik. Ağlama! Niyə ağlayırsan.- deyərək onu sakitləĢdirdi. 
O, isə ona bir kəlmə də güldən ağır bir söz deməyən bu adama  bilmədi minnətdarlığını necə 
bildirsin. Bir yerdə olduqları bu altı ay müddətində ilk dəfə olaraq, O da onu ürəklə qucaqladı və 
ağarmıĢ saçlarından öpdü: 
- Çox sağ ol. Elə bil mənə dünyanı bağıĢladın. Elə sabah gedək.       


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
85 
 
Hər Ģey əvvəlcə yolunda getdi. UĢaq evlərinn birinə getdilər.Hətta götürəcəkləri uĢağı- 
kilkəbaĢ bir qızı da seçdilər. SənədləĢmə iĢinə gözucu baxaraq sanki vaxt itkisi kimi 
baĢını bulayırdı. Lakin sənədləĢmənin içində elə qəmbərqulu çıxdı ki, bu yatsa da onun 
yuxusuna girməzdi.  
 UĢaq evinin müdirəsi onun üzünə əyri- əyri baxaraq: 
-
 
Biz buna icazə verə bilmərik.  
-
 
Axı, bu yalandır- deyə etiraz etsə də sənəd artıq əleyhinə çevrilmiĢ dəlil kimi qarĢısını 
kəsmiĢdi. Sükutla geri döndülər. 
   
Hər Ģey baĢlanğıca döndü. Yenə evin boĢ səssiz divarlarına söykənə-söykənə 
gününü keçirtməyə baĢladı. QarĢısını dağ kimi kəsən dəlilik kağızı ona gərəksiz sənəd 
kimi evin bir küncünə atılmıĢdı. On il aldığı pulları geri çevirib “mən ağıllıyam” deyə 
sübut etmək qüvvəsi də yox idi. Aldığı təqaüdə çox ehtiyacları var idi.Bir körpənin 
həsrəti ilə yanan qoynunu hey qucaqlayıb o yana gedir, bu yana gedirdi. Çarə aradıqca 
çarəsizliyin içində boğulurdu. Qəminin bol olduğunu kiĢi də hiss edirdi. Evdəki sükutu 
pozmağa heç birinin cəsarəti çatmırdı.Ehtiyac boğazlarına kəndir kimi keçmiĢdi.Yalnız 
bir dəfə cəsarət edib soruĢdu: 
-
 
Bu pensiyanı niyə dəliliyə görə düzəltmiĢdiniz ki? 
-
 
Atam etmiĢdi. Onda atam o idarədə iĢləyirdi. Mənim kimi o qədər ağıllı dəlilər var.  
Daha bu barədə danıĢmadılar.Payız düĢdükcə rütubətli hava sanki sümüklərini üĢüdürdü. 
Qaçıb qurtulmaq istəyirdi evdən, rayondan, dünyadan. Təzə iĢlətməyə baĢladığı taksi ilə 
qonĢu rayonlara gedən Adil  gec gələndə bağrı daha da yarılırdı. Bir dəfə küçədə 
eĢitmiĢdi Adilin tay-tuĢuna “ Adam arvadın üzünə nə qədər baxar. Adam bezir. Qoy, bir 
az gec gedim” dediyini eĢitmiĢdi.Ondan sonra Adil həmiĢə evə gec gələndə uzun –uzadı 
güzgüdə özünə baxar və özü özündən bezərdi. Tənhalığın kral olduğu qəlbinin dəriliyində 
günü- gündən özünə etiraf etməsə də,  artıq dəli olmağa baĢladığını hiss edirdi. 
 Ürəyinin sıxıldığı axĢamların birində Adil evə qapıdan bir baĢqa sifətlə girdi. Üzü alıĢıb 
yanırdı. Sürətlə ona tərəf gələrək: 
- Düzəldi. Allah düzəltdi.çarə axtarmaqdan az qala dəli olacaqdım- deyərək olan 
bitəni bir nəfəsə danıĢdı.”qonĢu rayona gedəndə yolda bir qadın götürüb maĢına. Qadın 
səssiz ağlaya-ağlaya gözünün yaĢını gizlin silirmiĢ. Hal- əhval tuta-tuta  öyrənir ki, qadın 
ehtiyac üzündən uĢağını uĢaq evinə vermək istəyir amma heç ürəyi gəlmir.”            


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə