The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə29/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
86 
 
               
O gecə quĢ olub uçdu ora. Sabahı gözləyə bilmədi. Eyni uĢaq evindəki qıza bənzər 
qıvırcıq saçlı bir körpə qız uĢağını görəndə hönkürüb ağlamağa baĢladı.Öpdü, doyunca öpdü öz 
balasını itirmiĢ ana kimi.Aradılar, axtardılar uzaq qohum çıxdılar. Qadın sənədləĢməni 
gözləmədən elə o gecə verdi uĢağı. Bağrına basıb qoxusunu içinə çəkdi körpənin. Payızın 
soyuğunda cındır adyalla titrəyən uĢağı öz paltosuna büküb maĢına gətirdi. Az sonra qucağında 
mıĢıldayan körpənin balaca dırnaqlarından öpərək özünə daha da sıxdı. MaĢının ĢüĢəsini aĢağı 
salıb siqaret yandırmaq istəyən Adilə: 
  
-uĢağa ziyandır eləmə!- deyəndə Adil gülümsünərək: 
-Bu sözün həsrətini o qədər çəkmiĢdim- deyərək əlindəki siqaret qutusunu bayıra atıb 
ĢüĢəni qaldırdı.  
 
    
Heykəltəmizləyən 
 
Səhərin ayazı üzünü daladıqca yeriĢi zəifləyirdi. Əlləri cibində də qızmırdı. Sanki, ayaz 
soyuq ilan kimi qıvrılaraq boğazından içəri soxularaq qarnına dolmaq istəyirdi. “Gərək bu gün 
çıxmayaydım” deyə öz-özünə düĢündü.   Lakin havadakı soyuqla evdəki ümidsizliyi müqayisə 
etdikdə soyuğu secməkdə yanılmadığını anladı. Yolu qısaldıqca titrədiyini unudur,  qəlbini yenə 
eĢidəcəyi sözlərin sıxıntısı bürüyürdü. “Ay qoca get nərd oyna  ,   parkda otur.  Sənin   kimilərinə   
daha iĢ  yoxdur. Yıxılıb qolunu qıçını qırarsan. Sənin daha o vaxtın  deyil”. Bu sözləri 
əzbərləmiĢdi. Amma yenə gedirdi. Bir   zaman  qabarlı  olduğuna görə xəcalət cəkdiyi  əlləri indi   
ağappaq idi. Ġmkanı olsaydı indi xoĢuna gəlməyən o ağ əlləri  ilə  müdirin yaxasindan  yapıĢar,  
üstünə  qıĢqırardı: “Ay kiĢi heykəl vermirsən heç olmasa balaca da olsa bir büst ver. Mənim 
sənətim budur. Mən ömrümün əlli ilini bu iĢdə çürütmüĢəm. Bundan baĢqa iĢ bacarmıram”. Bu  
qamaqarıĢıq düĢüncələr içində iki həftə əvvəl onu, “-get, fikirləĢərik”-deyə  baĢından eləyən 
bürokrat müdirin atasından qalma kimi Ģəxsi hesab etdiyi bu köhnə idarəyə necə çatdığını 
bilmədi. Katibə özünü görməməzliyə vurdu . Həm tünd ətir, həm də təmizlik qoxusu verən 
gözləmə otağında ilk nəzərə çarpan yarıçılpaq katibə və böyük bədənnüma güzgü idi. Katibə iĢ 
masasını sanki, qəsdən güzgü ilə üzbəüz qoymuĢdu. Qoca, “bir az da bura gəlsəm deyəsən çox 
Ģey kəĢf edəcəm”-deyə öz-özünə gülümsədi. Katibə ona, əyləĢmək üçün yer də təklif etmədi. 
Deyəsən güzgüdə özünə tamaĢa edərək daha vacib bir iĢlə məĢğul idi.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
87 
 
-Baba, yenə gəlmisən? - Arxadan gənc bir adamın səsi eĢidildi. Qoca döndükdə uca boylu 
birini gördü. Ġlk dəfə idi ki, onu görürdü. Amma deyəsən cavan onu artıq tanıyırdı.    
-Hə, bala iĢ verilənə qədər gələcəm. 
Bu sözü eĢidən katibənin dodaği azacıq qaçdı. Güzgüdə onu görən qoca sanki onun nə  
düĢündüyünü üzündən oxudu “Ay qoca, bir ayağın burda, bir ayağın gorda. Hələ bir gələcəm 
deyirsən”. Üzünü turĢutdu. Gənc adam gərgin sükutu pozdu. 
-Ay baba iĢi neynirsən? 
-Bala, at ölüncə otlayar. 
-Əgər iĢ vermirlərsə, o qədər iĢ var. get baĢqa yerdə axtar. Niyə burda özünü yorursan? 
-Bala, hər kəsin bacardığı bir iĢ var. Mən qırx ildir ki, heykəl təmizləyirəm. Bu əllərim 
onların hər yerini əzbər bilir. Gecənin qaranlığında məni gözübağlı aparıb hansı heykəlin yanına 
buraxsan əllərimin yaddaĢı ilə onu tanıyaram. 
-Bunlardan iĢ istəmək Yeziddən su istəmək kimi bir Ģeydir- deyən gəncin üzündə səmimi 
bir ifadə vardı. 
-Mən onlardan iĢ istəmirəm ki,- deyə qoca sakitcə cavab verdi.-Mən dövlətdən istəyirəm. 
Gənc susdu, amma bu sükut çox çəkmədi. Gələn telefon zəngi ikisinin də diqqətini özünə 
cəlb etdi. Katibə boyalı dodaqlarını oynadaraq naz-qəmzə ilə telefona cavab verdi. Dəstəyi 
yerinə qoyduqdan sonra bayaqkı qəmzəli qız, ciddi bir ifadə ilə: 
-Müdir bu gün olmayacaq. Gedə bilərsiniz. 
Qocanın ayaqları bu sözlərdən sonra elə bil yerə yapıĢdı. Ġki ay dayanmadan ayaq 
döydüyü idarə sanki ona ağır bir təpik iliĢdirmiĢdi. 
-Baba, buna fikir vermə bir azdan müdir gələr. Bu, bizi baĢdan etmək üçün uydurur.-
deyən gəncin səsi ona dumanli çatdı. Acqarına dörd saat müdirini gözlədiyi idarəni asta-asta tərk 
etdi. Ayaqlarini sürüdükcə zəmanənin ağirlığı, həyatının yoxsulluğu sanki sinəsinin üzərinə 
çökür, nəfəsini daraldırdı. ġəhərin bu geniĢliyi qəlbini sıxır, mağazaların gözqamaĢdıran parıltısı 
ona uzaq ulduzlar kimi görünürdü. Ona həmin anda, “sən ölmusən, burda yoxsan” deyən olsaydı, 
buna qətiyyən təəccüblənməzdi. Evdəkilərə nə deyecəkdi... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
88 
 
Özünü yaxinlıqdakı parka zorla çatdırdı. Özünü ilk rast gəldiyi skamyaya atdı. Nəfəsini 
geniĢləndirmək üçün köynəyinin düymələrini dartıĢdırdı. Bir az özünə gəldikdən sonra ətrafa göz 
gəzdirdi. Lakin gözü, nə kolluqlarda gizlənməyə çalıĢan gəncləri, nə də fürsət gəzən dilənçiləri 
gördü. Gözündə, parkın ortasindakı böyük heykəl bitdi. Ġnstiktləri qocanı ona tərəf itələdi. 
Bilmədi süründü, bilmədi yeridi. Bir anda özünü heykəlin yanında gördü. Kürəyini ona 
söykəyərək pıçıldamağa baĢladı: 
“Yəqin içində mənə gülürsən. Deyirsən: “Ay qoca, get cəhənəm ol, öl! Sənin  kimilərinə   
mənim   ehtiyacım  yoxdur”. Eeh sənin özündən xəbərin yoxdur. Bilmirsən ki, sən də fələyin 
diĢinə keçəcəksən? Mənim kimi sən də kiməsə lazim olmayacaqsan? Mən ölsəm yenə mənə yiyə 
çıxan olacaq. Bəs sənə?!... Bir bax üstünü quĢ batırıb.” 
Qoca, nimdaĢ, ancaq təmiz olan pencəyinin ağzı süzülmüĢ cibindən əl yaylığını çıxarıb 
tüpürcəyi ilə heykəli təmizləməyə baĢladı. Çirkabı təmizlədikcə mızıldanırdı: 
“Lenin baba sağ olsun, 
Dörd bir yanı bağ olsun.”  
 
 
 
 
 
                                    KEÇMĠġĠN  HÖKMÜ 
Hər Ģey iki gün öncə məhv oldu. Iki gün öncə mən azad quĢ kimi idim.Yalnız iki gün öncə, sanki 
bir sehirli əl mənim məkanımı və zamanımı dəyiĢdi və məni koordinat xəttinin sıfırıncı nöqtəsinə 
atdı. Mən indi zamanın  ilbiz təki süründüyü bir yerdəyəm: bir həbsxana kamerasında. Bura 
qaranlıq və rütubətli olmağına baxmayaraq, insanın zehninə sanki çıraq tutur və hər Ģeyi sıfırıncı 
nöqtədən baĢlayaraq insanın beynində canlandırır. Bu dar kamerada xatirələr məni küncə 
sıxıĢdıracaq qədər böyükdürlər. Bilirəm bu baĢıma gələnləri eĢidənlər onun kökünü 
araĢdırmadan belə : biz onun belə iĢ tutacağını bilirdik . elə belə də olmalı idi. Axı kim kimin 
həyatının ta kökünə qədər enıb əsılində nəyin nə üçün baĢ verdiyini araĢdıra bilər ki.... Əslində 
mən də  iki gün öncəyə qədər mənə anladılan bir hadisəni soyuqqanlıqla qəbul etmiĢdim.. O 
hadisəni beynimdə  keçmiĢimə aid bir iki hadisə cəmlədiyim qovluğa atımıĢdım vəssalam. Nə 
ürəyimdə bir yanğı hiss oyanmıĢdı nədə ki.........baĢıma gələn bu hadisələr o qədər qarma 
qarıĢıqdır ki, mən hakimə nə anladacağımı belə bilmirəm. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə