The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə3/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   2   3   4   5   6   7   8   9   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
- Elə-belə Ģeydi. Yat!- əhməd bacısını sakitləĢdirdi. Sonra özü-özünə”ġey olmağına 
Ģeydi,amma ay bacı, bilsən bu nədir”- deyə Ģən-Ģən düĢündü. 
  
Səhər bütün binaya zur düdüyü vuruldu. Səhərin gözü açılmamıĢ AtaĢı və üç qardaĢının 
həbs olunması hamını heyrətə saldı. QonĢuların dediyinə görə onlarla münasibətdə olan 
qonĢuların da evlərini axtarıblar. Bu xəbərləri iĢə-məktəbə getməsə də yenə erkəndən oyanıb 
həyətə çıxan atası gətirdi. Əhməd bunları eĢidəndə canına vicvicə doldu. Atası vəcdlə 
öngörücülüyünü danıĢdıqca Əhməd gözucu babasının köhnə paltarları arasında gizlətdiyi çanta 
istiqamətinə baxırdı.  
-Bir bizim evi, bir də Kərəmgili axtarmayıblar. Bu hökumət dovĢanı arabaynan tutur. 
Bilir kim kimin süfrəsinin qırağında sülənir.- Atasının bu sözlərinin eĢidəndə Əhməd 
sanki yuxudan ayıldı. “Deməli ona görə mənə.........” Atası isə dayanmadan halal 
çörək qazanmağından və bundan hökumətin də xəbəri olmasından öyünə-oyünə 
danıĢırdı.  Əhməd qarĢısındakı çayı bitirər-bitirməz cəld süfrədən qalxdı.O, atası ilə 
babasının son xəbərləri necə həvəslə müzakirə etmələrinə fikir verməyərək əynini 
qalınlaĢdırmağa baĢladı. Onun otaqdan çıxması hec kəsin diqqətini cəlb etmədi. 
Əhməd birbaĢa tində daim bekarçılıqdan milçək tutan bina uĢaqlarının yanına 
yollandı. Səhər erkəndən orada bir kəs olmadığına görə Əhməd məcburən tək –tənha 
asfaltla səki arasında çömbəldi. Əllərini nəfəsi ilə isidərək gecə baĢ verənlərlə səhər 
eĢitdiklərini analiz etməyə çalıĢdı:”yaxĢı AtaĢı buraxmasalar bəs onda nə olacaq?.. Bu 
malı mən nə edəcəm?! Atamın bu iĢdən xəbəri olsa vallah məni övladlıqdan rədd 
edər. Hər nə isə, ən yaxĢısı səbir etməkdir. Görək nə olur?”- deyə oturduğu yerdən 
qalxıb evə yollandı. Gecənin narahatlığından sonra səhərin Ģirin yuxusu bütün 
bədənini bürüyür və onu çarpayıya sürükləyirdi. Əhməd atasının deyinməyinə 
baxmayaraq yerinə uzandı və o anda yuxuya getdi. Nə qədər yatdığından xəbəri 
olmadan doyunca yatdı. Göz qapaqlarını zorla aralayıb ətrafa baxanda yenə atasının 
siqaretin dumanında itib batdığını gördü. Ona elə gəldi ki, yatdığından bəri heç 
zaman keçməyib . Atasını elə həmin yerdə qoyub yatmıĢdı. Amma səhərkindən fərqli 
olaraq atasının üzündə Ģən ifadənin əvəzində yorğun bir üzüntu var idi. Əhməd 
gözünü ovxalayıb özünə gələn kimi anasına tərəf iĢarə edərək nə baĢ verdiyini lal dili 
soruĢdu. Bunu sezən atası: 
-
 
Heç. AtaĢgili dəlil yetərsizliyindən buraxıblar. –dedi 
-
 
Buna sən niyə pərt olusan ki? Elə bil onları axtaran dedektiv sənsən.-Əhməd  zarafatla 
onun könlünü almaq istədi. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
-
 
Yox, ay bala, mənə dəxli . Sadəcə olaraq mən əmin idim ki,onlar tozla varlanıblar.Demək 
belə deyilmiĢ. Onlar haqqında pis fikirləĢmiĢəm. Nə isə vicdan. 
Əhməd atasının bu sadəliyinə ürəkdən yandı. Az qala atasına “sən haqlısan” demək istədi, 
amma bu coğrafiya müəlliminin qatı “kominist” xarakterini xatırlayıb susdu.   
Bayırda əsən külək gecənin daha soyuq olacağını pəncərəyə taqqıldadıb bildirdikcə, 
babasının yorğana daha çox bürünürdü.. Əhməd qaranlıq çökmüĢ  pəncərəyə baxaraq bayıra 
çıxmaqdan vaz keçdi.  
  AxĢam yeməyində atasının pərtliyi hamıya sirayət etmiĢdi. Hər kəs AtaĢgilin məsələsinə 
toxunmadan hər Ģeydən danıĢmağa çalıĢırdı. Əhməd  həvəssiz-həvəssiz yeməyi çeynəyib 
udmağa çalıĢırdı.Onu belə görən atası: 
-
 
Tənbəl, butun günu yatırsan yorulmursan ki , yemək də sənə dadlı gəlsin.-deyə ona tənə 
vurdu. 
-
 
Onda milyonçular heç nə yeməsin, cünki heç yorulmurlar.-Əhməd mızıldandı. 
-
 
Sən nə bilirsən ki?! .... 20 yaĢın var iyrimi  qramlıq ağlın yoxdur. Milyonçu da iĢləyir, 
kasıb da iĢləyir . 
-
 
Baxır kim nə səviyyədə-deyə Əhməd atasını daha da cırnatmağa çalıĢdı.  
-
 
Mən Alahın mənə verdiyindən çox razıyam. Mənim cəmiyyətdə üzüm ağdır. Birdə ki
insanın səviyyəsi qazandığı pulla qalxıb enmir.  
-
 
Ata, sənin bu fərziyyələrin çürüyüb. Bu fərziyyələr heyf ki, mənə iki mərtəbəli ev, maĢın 
vermir. Quru ideyalardı. Min ildir ki, kasıblar özlərini bunlarla aldadır. Sənin demədiyin 
bircə Ģey əksik qaldı: mən burada kasıbĢılıqdan gəbərim, Allah mənə cənnətdə əvəzini 
verəcəkdir. – hirslənən Əhməd sözünü bitirəndə bağırdığının fərqinə vardı, çünki hamı 
süfrədən əlini çəkib onun üzünə mat-mat baxırdı. Əhməd sərhəddi aĢdığını anlayan kimi 
süfrədən qalxıb otağı tərk etməyə baĢladı.Qapını arxasınca örtəndə atasının “bu qoduğun 
Amerika filmlərinə baxmaqdan baĢı xarab olub.”-dediyini eĢitdi. 
Çölün  Ģaxtası bıçaq kimi üzünü döğrayanda paltarlarının nazik olduğunun fərqinə vardı  hər 
Ģeyə acıq edib səkinin üstünə çökdü. Qollarını qucaqlayıb, üzünü ovxaladı” Həyat ötüb keçir, 
zamanı tutmaq olmur . Bu iylənmiĢ yataqxanalarda çürüyüb gedəcəyik. Bakının bu 
parıltısından bizə nə.......”- Əhməd bu fikirlərlə QavroĢsayağı büzüĢdü. Kürəyindən külək 
döĢəməsin deyə köhnə pivə budkası ilə divarın küncünə siviĢdi.Təzəcə öz yerini rahatlamıĢdı 
ki,bir qara kölkə qarĢısında bitdi. Bu gölgə ağzını açana kimi Əhmədin ağlına yüz fikir gəldi. 
Gölgə siqaret yandırıb birini də Əhmədə uzadıb dedi: 
-
 
Necəsən? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
Əhməd yalnız bundan sonra AtaĢı tanıdı. Onun dünən gecəki zəif səsindən əsər əlamət 
qalmamıĢdı. Onun uzatdığı siqareti alan Əhməd: 
-
 
Dünən gecəyə qədər yaxĢı idim- dedi. 
-
 
Mal etibarlı yerdədir?- AtaĢ ətarafa baxa-baxa pıçıldadı.  
-
 
Nə mal?- Əhməd heç nə bilmirmiĢ kimi səsləndi. Əhməd bu sözlərdən sonra ayın tutqun 
iĢığında AtaĢın ağzının sanki bıçaq kəsmiĢ kimi açıldığını gördü. O əlləri əsə-əsə 
Əhmədin yaxasından yapıĢdı: 
-
 
Əyə oğraĢ, sənə dünən gecə əlli min manatlıq  mal əmanət etmiĢəm.  
-
 
Sən mənə yalnız çanta vermisən, içində nə var onu bilmirəm. –Əhmədin bu sözlərindən 
sakitləĢən AtaĢ onun yaxasını buraxaraq əllərini arxasında gizlətməyə çalıĢdı 
-
 
Get gətir! – amiranə tərzdə dedi. 
-
 
Sən mənə etibar etdin, mən də insanlıq etdim . Ġnsan kimi de gedim gətirim . -Əhməd 
incik –incik üzünü çevirdi.  
-
 
YaxĢı-yaxĢı  incimə . Dəyən yerin yaxındı deyəsən . – AtaĢ səsini yumĢaltdı.  Əhməd 
onun gözlərinin canavar gözləri tək parladığını gördü. Bu gözlərdə dünya ehtirası o qədər 
cox idi ki, Əhməd bu qaranlıqda belə  bunu sezdiyinə görə əti ürpəĢdi. Ürpənti və maraq 
içində soruĢdu: 
-
 
Niyə mən ? Mənə niyə etibar etdin? 
AtaĢ ürəklə sümürdüyü siqareti bitirib, kötüyünü bir az aralı ataraq: 
-  Sizin ailədə  əmanətə xəyanət yoxdur. Bunu mən belə bilərək böyümüĢəm. Bu aksiom 
mənə yetərlidir. –dedi. 
Əhməd evdə əsən soyuq küləklərə baxmayaraq sakit-sakit içəri keçdi və birbaĢa çanta 
qoyduğu yerə getdi. Çantanı çıxarıb qoltuğuna vurdu və sürətlə qapıya tərəf yeridi. O an atası 
bir müəllim zəhmi onun qarĢısında bitdi. Əhməd bu eynək taxılmıĢ gözlərin birində Ģəfqəti, 
birində hiddəti görəndə özündən asılı olmadan yerində duruxdu.Qolunu bədəninə tərəf 
sıxaraq sanki çantanı əlindən alacaqlarmıĢ kimi  hazır durdu. 
-Hara ?- atasının səsi içəridə ildırım tək çaxdı. 
- Gəlirəm-Əhməd mümkün qədər yumĢaqlıqla cavab verməyə çalıĢdı. 
- O çanta nədir? 
- Ata, mən uĢaq deyiləm. -Əhməd bunu deyərək yavaĢca atasının yanından keçib otağı 
tərk etdi. AtaĢ çantanı onun əlindən qapan kimi cəld içindəki bükülüləri saydı. Sayından 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə