The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə31/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
91 
 
Əlimi gölgəlik edib ətrafa baxdım. Məktəbdən və ya əsgərlikdən sonra iĢ-güç sahibi 
olmayanların məskəni olan bu tində sanki öz sakinlərinə öyrəĢmiĢdi.Adamlarsız çox miskin 
görünürdü.Adilin çəkmə köĢkünün kral olduğu bu tin. 
Desəm ki,səhv məndə oldu, yalan olar. Heç indi də tam xatırlaya bilmirəm hər Ģey necə baĢ 
verdi.GünəĢ çox parlaq idi.Qəfildən yanımda bir “murano”dövrə vuraraq saxladı.Təkərlərin 
altındakı toz dənəcikləri havalanıb yernən-göynən bir oldu.Gözlərimi mexaniki olaraq qapadım. 
MaĢından düĢən Rüfət- bir neçə  il öncə baĢını yardığım-Ģəstlə irəli yeriyib mənə: 
-Ot istəyirsən?- dedi. 
- Ehtiyacım yoxdur- mən bu sözləri bütün nifrətimlə dedim. 
- Dəvə, səni sürüdəki eĢĢəyin quyruğuna bağlamaq lazımdır.-Rüfət kinayə ilə mənə dedi. 
- Rüfət, qaĢınırsan deyəsən. Get güzgüdə baĢına bax! (onun baĢındakı çapığın yerində tük 
bitməmiĢdi)Orada tük nədi heç ot da bitməyib.Əlindəkiləri get ora ək!- bu sözılərimə cavab 
olaraq Rüfət üstümə qolaylandı: 
- Bir yetimə görə dilin yaman uzundur. 
-   Atam, anam yoxdu. ġəxsiyyətimə nolub?! 
- Atan var, ay bədbəxt amma vay o atadan ki, atalığını danıb özünü dayı kimi qələmə verə-Rüfət 
nəhayət, ilan kimi zəhərini tökdü. 
- Sən nə deyirsən, it?- mən yalnız o toz-dumanın içində Rüfətin məni vurmasını xatırlayıram.Toz 
yatanda ortalıqda nə Rüfət, nədə Muranosu var idi.Ağzımın qanını silə-silə qalxıb 
oturdum.Yediyim yumruq eĢitdiyim sözün yanında heç qalırdı.Əgər həqiqətən dayım mənim 
atam idisə... Əslində nə baĢ verib ki o atalıqdan imtina edıb? Bəs bu məlumat bu itin əlinə 
haradan keçib? Qalxıb yerimdən özümdən asılı olmadan məhəlləni tərk etdim.O gün axĢama 
kimi Notrdam qozbeli tək dolaĢdım.Ģəhərin küçələrində. Özümə gələndə artıq qaranlıq 
çökmüĢdü. Ayaqlarımı nə vaxt gəlib dənizə sallamıĢam, ondan belə xəbərim olmayıb. Dalğalar 
gəlib ayqlarıma çırpılır, sanki onları qucaqlamaq istəyirdilər.Bunları hiss edəcək və duyacaq 
vəziyyətdə deyildm. Zamanı itimiĢdim. Evə necə döndüm, yoli necə tapdım yaddaĢımda bu 
barədə bir iz yoxdur.Gecənin bir aləmində əsas zala keçəndə dayım və arvadı  axĢam çaylarını 
içə-içə söhbət edirdilər.Dayımın o ağarmıĢ saçları ona həmiĢəki nuraniliyini verimiĢdi.Dayımdan 
fərqli olaraq bibimin üzü həbsxana divarları tək bum –buz idi. Onun heç nə ifadə etməyən 
üzündən çətin ki, nə isə bir Ģey anlaĢılardı. Onun məndən zəhləsi getdiyi ya xoĢu gəldiyini bu 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
92 
 
keçən illərdə qətiyyən anıĢdıra bilməmiĢdim.Amma bu gün heç nə vecimə deyildi.Ġrəliləyib 
dayımla üzbəüz oturdum.O, mənim indiyə kimi belə hərəkət etdiyimi görmədiyindən əlindəki 
fincanı yanındakı stolun üstünə qoyub təəccüblə üzümə baxdı.Dayımın arvadı ilan kimi 
fısıldadı.Bu fısıltı qulağıma elə gec gəlib çatdı ki, elə bil onunla mənim aramda neçə zaman 
dolanbacı var idi. Qulaqlarım guruldayır,ürəyim bərk- bərk döyünürdü.Gözlərimin qarĢısında 
rəngli iĢıqlar yanıb sönürdü.Dayımın sualedici baxıĢları cəmi iki kəlməyə sığıb üstümə töküldü: 
-Nə olub bala?. 
-“Bala”-bəlkə doğurdandan da bu ötən illərdə gercək ola biləcək sözü sən məndən 
əsirgədin. Bu gözəl otaqlarda yatan uĢaqlarından məni ayırdın.Harri Potter kimi evin 
zirzəmisində öl sənin orada yaĢayan siçan qədər də qiymətin yoxdur.Bax, bu münasibəti gördüm 
sizdən. 
-Çörək itirən, sənin həddin nədir ki, bizimlə belə danĢırsan- bibimin bayaqdan qulağımımn 
dibində eĢidilən fısıltısı indi açıq- aydın zəhərləməyə keçdi. 
-Sakit ol, aaaz- dayımın ötkəm səsi onu susdurdu-görək bu uĢağın dərdi nədir. Hə, bala de görüm 
indi nə demək istəyirsən? 
Mən aralığa çökmüĢ ağır sükutu nifrətlə qayçılayaraq: 
-Mənim atam kimdir?  Əgər sənsənsə, bunu mənə dərhal de! Braziliya serialına döndərməyin və 
mən də bu evə tüpürüm gedim- dedim. 
Dayımın arvadı bunu eĢidərək “hiyy” edərək içini çəkdi. Dayım sakitcə üzümə baxdı və bu 
zaman onun üzünün necə saraldığını müĢahidə etməmək mümkün deyildi. O üzünü arvadına 
tutaraq: 
-Dur mənim dərmanımı gətir!- dedi. O, neçə illər idi ki qan təzyiqi xəstəliyindən əziyyət 
çəkirdi. Ani bir əsəbi pozğunluq onu xəstəxanalıq etməyə yetirdi. Onun dərman istəməsi evdə 
məndən baĢqa hamını bir- birinə qatdı.Dayımın uĢaqları haradasa gizlənmıĢ gizli mühafizəçilər 
kimi tez meydana çıxdılar və dərmanı, suyu gətirdilər.Hamısının ĢərtləĢmiĢ kimi tərs baxıĢları 
sanki məni bölmək istəyirdi.Dayım isə dərmanını içəndən sonra arvadına və uĢaqlarına otaqdan 
çıxmaq göstəriĢini verdi. Sonra bundan vaz keçərək ayağa durdu və mənə arxasınca gəlməyimi 
iĢarə verdi. O, daim istirahət etdiyi kabinetin qapısını açaraq içəri girdi. Bura mənim də sevimli 
yerim idi, amma buranı mən ancaq yay tətillərində görərdim. Cünki yay tətilində dayımın o 
həbsxana nəzarətçısınə bənzəyən arvadı Gürcüstana- anasıgilə gedər və ev boĢ qalardı.Ev boĢ və 
qarnımın da yarıac olmağıma baxmayaraq yay tətilini dəli kimi sevirdim. Ona görə yox ki, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
93 
 
məktəb olmazdı. Ona görə ki, yay tətillərində dayımın bu zəngin kitabxanası mənə qalardı. 
Istədiyim qədər bu kitabxananın dadını çıxarardım. Dayım daim buradakı kitabları yeniləyir və 
beləliklə, yaydan yaya da olsam demək olar ki, bütün kitabları oxuya bilirdim.Ġndi yenə kabinetə 
girəndə əsgərlikdən bəri qoxusun belə almadığım bu otağa girəndə bir anlığa sanki hər Ģeyi 
unutdum. O, isə mənə fikir vermədən kitab Ģkafının aĢağısındakı siyirtməni cibindən çıxartdığı 
açarla açdı.Oradan cildi clrılmıĢ bir albomu çıxarıb stolun üstünə atdı.Sonra yumĢaq kreslonu 
çəkərək oturdu. Mən dediklərimin bu albomla nə əlaqəsi olduğunu anlamadan onun üzünə 
baxdım. O, isə dərindən nəfəs alaraq albomu açdı və ilk səhifədəki Ģəkilin üstünə barmağı ilə 
döyəcləyərək dedi: 
-Bizim nəsildə namussuzluq olmaz. Biz vicdansız hərəkət etmərik əgər bu olarsa biz 
bunun hesabını verəcək qədər cəsur böyüdüldük.Bu Ģəkildəki insanları görürsən- o yenə 
barmaqlarını onların üstünə döyəclədi- bunlar sənin ailəndir. Mən bütün bunları sənə 
deyəcəkdim, lakin əsgərlikdə nə isə bir axmaqlıq edəcəyindən qorxdum. 
-Axı nə baĢ verir ki?- mən səbirsizliklə demək ilar ki, qıĢqırdım. 
-Sakit bir az səbir. Heç mənim üçün də keçmiĢi xatırlamaq asan deyiıl. Bilirsən, yox 
yaxĢısı budur mən səni hər Ģeyi əvvəldən danıĢım. 
O, dərindən nəfəs alaraq yeni bir siqaret yandırdı və səbirsizliklə bir ah çəkdi. Üzünü turduĢudub 
iyrənc bir Ģeydən danıĢacamıĢ kimi ikrahla sözə baĢladı: 
-Tarixin üzərindən tullanmaq ya da onu yox saymaq olmaz. Biz hər Ģeyin hesabını əvvəl-
axır veririk. Ya bu dünyada, ya o dünyada bunun elə də fərqi yoxdur. Lakin zalımların cəzası 
bəzən uzun çəkir, bunu mən öz həyatımda gördüm. Indi elə bir məqama gəlib çatmıĢam ki, 
bıçağı boğazıma dirəmisən. Deyirsən qus . Bax mən bunu edurəm və olsun ki bu qusacaqlarım 
heç də sənin xoĢuna getməsin.- O,bir anlıq söhbətinə ara verərək albomu əlinə aldı . əlini ağ qara 
Ģəkillərin üstündə gəzdirərək yenidən sol əlində tutduğu siqaretə bir qullab vurdu.mavi duman 
sifətinin qarĢısında hörük kimi burulurdu.Mən nəfəsi tıncığmıĢ adam kimi sanki gözlərimlə onu 
yeyirdim. O, isə orta əsr dərviĢi kimi tam səbirlə sözünə davam etdi: 
-1988-ci ilin noyabrın əvvəllərində Leninikanda qəribə bir Ģaiə yayıldı.Hə sən Leninikan 
harada, biz haranın qaçqınıyıq bunu bilmirsən. Sən və sənin timsalında bütün gənclər 
bizimkimiləri “yeraz” yəni Yerevan azərbaycanlısı kimi tanıyırsınız.Sənə bu gün tarix dərsi 
keçmək fikrim yoxdur Onsuzda boĢ tarix dərslərindən hamımız bezmiĢik.Sənə bunu danıĢmaqda 
məqsədim baĢ verən hadisənin harada və nə cür olması haqqında məlumatının 
olmasıdır.Leninikan Ermənistanın Ģimalında Azərbaycanın qərbində yerləĢən bir bölgədir.Bu 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə