The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə33/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
96 
 
-Mən ermənilərin evi axtarmaq niyyəti ilə yola çıxdığını görəndə mənə əvvəl heç nə 
çatmadı.Qəfil xatırladım. Səni xatırladım. Evimizdəki dördüncü uĢağı xatırladım.Evə sarı 
qaçmağa baĢladım. Elə bil yollar ilana döndü bitmək bilmədi. mən artıq evə gələndə artıq gec 
idi. Evi axtarıb sonra da od vurub getmiĢdilər.Bu qədər kinin arxasında nə dururdu. Bunu indi də 
anıĢdıra bilmirəm. Insan nəyə görə qatil olar....,? Mən özümü tüstünün- dumanın içinə atdım. 
Evin altını ustünə gətirmiĢdilər. Səni tüstüdə bayılmıĢ tapdım.Yəqin ki, sandığın arxasında bir 
uĢağın olması onların ağlına gəlməyib, ya da Allah sənin yaĢamanı istəyib.əni götürüb oranı tərk 
etdim. Mənim onları müdafiə etməyə nə gücüm yeti nə də cəsarətim. Həyat film deyil ki,,,, 
həyatda adətən Ģər qələbə çalır. Mən gecə yarıya kimi Spitakın ətrafında girləndim. Gecəyarı o 
dəhĢətli qətliam törənmıĢ yamaca gəldim. Qaranıqda heç nə sezilmirdi. Qaranlıq əjdaha kimi 
uçurumu udmuĢdu. Ürəyimdən elə keçdi ki, özümü ora atib öldürmək.bax ona da cəsarətim 
çatmadı.- dayımın səsini yenə həminki quru öskürək boğdu.Dayım hey öskürdü, öskürdü və 
öskürəyi kəsmədi. Sonra dayım boğulmağa baĢladı, sonra təcili yardım gəldi. Sonra.... bu 
sonraların hamısını məm hissiyyatsız halda izləyirdim. Ətrafımda adamlr on dəqiqə boyunca o 
yana bu yana qaçdılar sonra hamısı yoxa çıxdılar.Mən isə bilmirəm nə vaxtsa özümə gəldim və 
oranı tərk edərək otağıma getdim. Yatağıma uzanıb sadəcə olaraq ölmək istədim. Lakin insan 
ölmək istəyəndə  sanki ölüm də beĢ ayaq borc alıb ondan kilometrlərcə uzaqlara qaçır. Bu da 
ölümün gicikliyidir. Mən ölümlə həyatın arasında o gecə bir sonuca vardım. Getmək. Ayağım 
tutduqca baĢım getdikcə getmək.  
 Artıq bir sutka sonra mən Rusiyanın çöllərinə külək kimi sovrulan qatarın içində 
idim.Hamının əvəzinə yaĢamağa gedirdim . Əsgərlikdən dönəndə Biləcəridə bir əsgər yoldaĢım 
onunla Sibirə getməyimi mənə təklif etmiĢdi. Mən isə buna gülərək etiraz etmiĢdim. Bu təklifi 
heç bir ay keçməmiĢ dəyərləndirəcəyimi xəyal belə etməzdim. Dayımın evini tərk edəndə onun 
salamat olub hələ də həyatla təpikləĢmək niyyətində olduğuna arxayın oldum. Hər halda kiminsə 
ölümünə səbəb olmaq heç yaxĢı hiss deyil. Evə dönüb paltarlarımı yığıĢdırdım və bir də . bir də 
dayımın kitabxanasından Tolstoyun “ Hərb və Sülh” əsərini və  albomdakı mənim aralarında 
olmadığım o ağ- qara Ģəkili götürdüm.  
 
*** 
Bu dəfə bura gələnləri heç kəs bura sürgün etməmiĢdi. Sibirin bu soyuq çöllərinə hər kəsi 
bir səbəb dartıb gətirmiĢdi.kimi çörək ücündan, kimi daha çox pul istəyi. Mənim kimilər isə 
canını qoymağa yer tapmayıb bura gəlib çıxmıĢdı. Yol çəkimi ilə məĢğul idik.Ən pisi isə burada 
ermənilər də var idi.DiĢim bağırsağımı kəsə-kəsə birtəhər içimdəki kini yola verməyə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
97 
 
çalıĢırdım.Onlar da “Qarabağ  bizim müharıbəmiz deyil” deyib özlərini qoruyudular.Amma bir 
gün dananın quyruğu göründü. 
Artıq bura gəldiyimiz iki ay olmuĢdu. Yolun əsas hissəsi təhvil verdiliyinə görə axĢam Ģirkət 
böyük qonaqlıq verəcəkdi. Geçə yenə o qadın yuxuma girdi. Bu dəfə nə çığırmadı, nə 
çapalamadı. Üzümə baxdı və xeyli gülümsədi sonra da ağ iĢıqlı dumana qərq oldu.Bu əlamət ya 
nəyinsə baĢlanğıcı ya da sonu olmalı idi.Yuxudan qalxan kimi ağlıma gələn fikir bu oldu.Gündüz 
hər Ģey yolunda idi. Gecə qonaqlıqda biz ermənilərlə paralel stollarda oturmuĢduq. Qonaqlıq 
irəlilədikcə hərə ağzına gələni danıĢırdı.Azca içmiĢdim. Birdən qəfildən qarĢıdakı stoldan qırx 
yaĢlarında olan Raçik adlı erməni qalxıb içki badəsini özündən də yuxarı qaldırıb: 
-
 
Bunu arsakda qəhraman kimi ölən ermənilərin Ģərəfinə içək.- ətrafdan qalxan yarırus 
yarıerməni səsləri onun səsini batırırdı.Artıq bizim stolda oturan bəzi gənclər etiraz 
etmək üçün qurcalandılar amma Raçikin yenidən gurlayan səsi bizi gözləməyə məcbur 
etdi.ġəxsən mən dünənə qədər ermənilərin içində ən yaltağı olan Raçikin nə 
yumurtalayacağını maraqla gözləyirdim.  
-
 
Biz ermənilər Arsakda türkləri öldürərək öz övladlarımımzın qisasını almıĢıq. Mənim 
üzüm övladlarımın yanında ağdır çünkü mən Arsakda nə etdiyini bilən oğlanlardan 
olmuĢam.Bir hadisəni heç unutmayacam. Mən bütün ömrümü Spitakda keçirmiĢəm.  
 mən Spitak sözünü eĢidəndə diksindim.Stoldan duraraq onu ayaq üstə dinləməyə baĢladım.O 
isə heç kəsi saya salmadan davam edirdi. Deyəsən içki onu təmiz dəli eləmiĢdi:                                                                                                     
-
 
Oranı və adamlarını beĢ barmağıım kimi tanıyıram.Orada biz 1988-ci ildə yetmiĢə yaxın 
türk vələdini boruda qaynaq edib uçurumdən atdıq. Oradakı türklərin içində heç 
unutmadığım bir qadın var idi. Gənçliyimin o qaynar çağında onun öldürülməsini heç 
istəmirdim. O çox gözəl idi.Balalarının üçünü də  alıb boruya qapatdıq lakin qonĢulardan 
biri onun bir uĢağının da olduğunu dedi və o avtomatın qundağı ilə qadını vurdu. Qadını 
o ki var döydülər(ərini artıq öldürmüĢdük) amma tərs boynuna almadı. Ölənəcən mənim 
üç uĢağım var deyə çığırırdı.amma mən də əmin idim ki onun dörd övladı var. Mən bu 
gün burdakı türklərə görə də həm bizim qəhrəmanların sağlığına içirəm həmdə gözəl və 
qorxmaz türk qadınlarının Ģərəfinə badə qaldırmaq istəyirəm. EĢq olsun.. 
Mən bu sözlərdən sonrasını xatırlamıram. Gözlərim qarĢısında hər kəs dumana büründü. 
Yalnız bir insanın üzü bu qədər insanın içində böyüdü, böyüdü və bütün dünyanı götürdü. 
Mən nə zaman onların stolunda oturan polisin qoburundan tapançanı götürdüm nə zaman 
onun sifətinə atəĢ açdım bilmirəm. Birçə onu bilirəm ki, onu parçalanmıĢ baĢının içki 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə