The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə34/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
98 
 
zəhərləndiyi stola enməyi sanki saatlar çəkdi.Mən isə silahı kənara ataraq elə o stolun üstünə 
əlimi qoyaraq o ki var qusdum. Bədənimdəki qisası, kini,üfunəti qusdum.      
         
   
                                    Nigah yaĢı on səkkiz  və ya Yəqin 
Hani nə yazacağını bilməzsən ..... Dolanıb durarsan bir mövzunun kənarında. Sanki kimsə sənə 
lazım olan qapını baglayıb və açarını hara gəldi vızıldadıb....... Bax mən indi eləyəm....Sanki 
mən altına ördək yumurtası qoyulmuĢ hindquĢu kimi suya tullanıb üzən balalarımın ardından 
qıĢqırıb özümü dağıdıram. Əslində anlamadığımız iĢlər də elədir .  Ördək balaları üzər, biz isə 
anlamsız təlaĢımızda. 
  Dolanıb dururam mövzunun kənarında .bir  atılsam. Bax budur məsələ:  dönsəm uçurum, 
atılsam uçurum. Qurtulma ehtimalım sıfıra bərabər. Hadisələrin baĢlangıc ucunu ələ keçirə 
 bilsəm............ 
   Hamı kimi bizimki də bir eĢq. Məni onun zindanına  atan eĢq .                                                            
Əslində eĢq insanıın içində qövr edən bir əzaba yanlıĢ adın qoyulmasıdır. Bəlkə də eĢq elə bu 
deməkdir. 
 EĢq – bütün yaradılıĢların dib nöqtəsi, məsuliyyətdən azad, azadlıqdan məhrum bir duyğu..... 
Ən pisi isə zənnin aldanıĢına uğramaq . Mən arxayın sevgimin badəsini içərkən ,yalnıĢ zamanda 
yalnıĢ adamla bir ömrü xərclədim. Budur məsələ: yalnıĢ yumurta, yalnıĢ ana ,boĢuna təlaĢ.... 
-
 
Mən səni sevmirəm. Biz ayrılmalıyıq. 
-
 
Bu zorla deyil ki, mən bu evə gəlmək istəmirəm. 
Azərbaycanda boĢanmaların qarĢısını almaq üçün yaĢ həddinin on səkkizə çatdırılması 
qarĢımızda duran vacib məsələdir.-televizordan ucalan səs sanki  üçüncü Ģəxs kimi söhbətə 
qarıĢırdı. 
Əlindəki telefondan gələn mesay cikiltisini kəsmək üçün baĢ barmağını  səssiz düyməsinə 
sıxmıĢdı. Bunu hiss etdiyimi duyanda əlini qeyri –ixtiyari cibinə apardı. Utandı deyəsən.  
-
 
Bizim uĢaqlarımız var axı?!........ 
-
 
Onlar belə gözümdə deyil. Mən baĢqasını sevirəm. 
-
 
Axı sən mənə də sevirəm deyib evlənmiĢdin. Sən qırx yaĢında etdiyindən utanmırsan? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
99 
 
-
 
Mən səninlə necə evli olmuĢam, bunu belə anlamıram 
Nigah yaĢının on səkkizə qaldırılması....-əlimi televizorun qapat düyməsinə atdım. Otağa 
dəryalar qədər dərin bir sükut çökdü. 
-
 
Bəs biz?! ........... 
-
 
Aliment ödəyəcəm. Mən məsuliyyətdən qaçmıram ki......... 
Daha sonra uzun bir sükut. Içimdə açılan bir böĢluğun divarına  bir boĢanma kağızı asdılar. Bu 
qədər sadə. Yəni biz də sıradan boĢananların sırasına qatıldıq. Statistikanın bir rəqəmi də bizdən 
ibarət oldu. Bütün hisslər , yaĢanmıĢlar balaca bir kağıza sığıĢdı. Cəmiyyətin bir Ģikəsti də mən 
oldum:boĢanmıĢ qadın...............   
Nədən doydum ki...... 
Insanın ağlı bir az qanunlara satılmıĢ casus kimidir.. Ürək isə yağıĢda büzüĢmüĢ tüksüz cücələr 
tək bir ümidlə boylanır . Boylanır ki, bəlkə yağıĢ yaxın saatlarda kəsəcək xəbərini ona kimsə 
yalandan da olsa desin.  
-
 
Sən boĢanan ilk qadın deyilsən ki,, 
-
 
Bunlar primitiv hadisələrdir . Hər kəsin baĢına gələ bilər.  
-
 
Sən yəqin lazımı diqqəti ərindən əskik etmisən. 
-
 
Sən yəqin.......sən yəqin...... 
Bu yəqinlər və ağlımın casusluğu ürəyimi təpiklər altına salmıĢdı. Mən içimə çölümdəkilərin 
hesabını verib qurtara bilmirdim 
Sükut. Sükut. 
Sonra telefonlar susmadı. Həyat öz axarına düĢdü. “Mənim otuz yaĢım var. Mən gəncəm hər Ģeyi 
yoluna qoya bilərəm . Məni bir natəmiz birinə dəyiĢibsə ............ Mən hər halda onun tapdığı 
qadından daha gözələm. Ən azından bunu mənimlə on il yaĢamağı sübut edir.   Özünə haqq 
vermələr çoxaldıqca, həyat məni ağuĢuna daha sürətlə almağa baĢlayırdı.  
-IĢ qadını olmaq öz ayaqları üzərində durmaq ........... 
-Onun alimenti mənə lazlm deyil, alsın baĢına çaxsın 
-Çox gözəl qadınsan, sən müstəqilsən  istədiyini edə bilərsən. 
- Özünü yığıĢdır! Son zamanlar qulağıma axmaq- axmaq sözlər dəyir- gözəl komplimentlərin 
ardından pis hədələr gəlməyə baĢladı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
100 
 
Nə yalnıĢ idi ki, ........Harada yalnıĢa yol vermiĢdim?!.... Əslində mən olduğum vəziyyəti 
qəbullanərkən hər Ģey onun üçün bitməyibmiĢ.....Əslində sönmüĢ bildiyim bir vulkanın ta 
ətəyində yeni yuva qurmağa çalıĢirdım. Çifayda.... 
Mən balasını hər dəfə div yeməsinə baxmayaraq, hər yaz bala çıxaran simurq təki “bəlkə 
alındıların” ardınca yuvaralanarkən kimlərinsə mənim üçün hazırladığı  planlarının içində özümü 
tapdım.  
Insanlar əlləri yetməyəndə ya iftira atarlar ya da ............Ġkinci ya da yüksək insanlara məxsus bir 
hərəkət olur. Yəni sadəcə hörmətlə çəkilmək...Məğlubiyyəti qəbullanmaq. Bu hər kəsin edəcəyi 
iĢ deyil. Mən eĢqdə məğlub oldum . Budur meydan mən çəkilirəm. 
Amma insan keçmiĢindən qurtula bilməz ki,. Bu qeyri-mümkün bir iĢdir. KeçmiĢin səni bir 
kabus təki izləyəcəkdir. Sən onu ha gizləsən ,......O bir cəsəddir sən ondan ha qurtulsan:  onu üzə 
çıxaracaq bir yalnıĢ hərəkətin mütləq olacaqdır.   
Mənim də keçmiĢim bir anda gələcəyimin içində peyda oldu. Silahını üzərimə qaldırdı.  
-EĢitdim ərə gedirsən? 
-Bundan sənə nə? Sən gedib evlənərkən mənə gənəĢdin?! 
-Mən kiĢiyəm. KiĢi ilə qadın bir deyil.  
- Mən sənin bu hərəkətini necə baĢa düĢüm? Məni hədəliyirsən? 
-Bu gün hər Ģey bitəcək. Yəqin camaat da mənə haqq qazandıracaq. 
- Sənə camaatın yəqini lazımdı yoxsa ......... niyə məndən əl çəkmirsən ?... Getdin qoĢuldun 
birinə . Mənim öz həyatımı yenidən qurmağa haqqım yoxdur? 
*** 
Indi mən parkda qanlar içində sərilib qalmıĢam . Ətrafda yenə yəqinlər səpələyən insan toplumu 
var . Mənim gözüm isə səmanın lap dərinliklərinə dikilib qalıb.Səma nə qədər mavi nə qədər 
gözəl imiĢ ....... 
Gülümsəmək istədim. Sonra bədənimə boĢaldılan güllələri xatırladım. Əlim qatı bir mayenin 
içində idi. Yəqin ki qanım idi. Yəqin ki... Bir təbəssüm qondu dodağıma. Mənim bu yəqini bol 
insanlardan fərqim nə idi ki........ Bir yəqin ucundan mən bu gün burada uzanmıĢdım. Tərpənə 
bilmirdim.  


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə