The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə35/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
101 
 
Sonra təcili yardım gəldi. “Məni aparmayın! Mən yaĢamaq istəmirəm.....”. DanıĢdırmadılar. 
Ağzıma oksigen ambusunu basdılar.  
    Amma bir Ģeyə yəqinim dəqiq idi: Mən üzərimə güllələr saçan bu adamı hələ də sevirdim.. 
. Ən dəhĢətlisi isə deyəsən son nəfəsimdə belə ona bir Ģərqli beyni ilə haqq 
qazandırırdım..................... 
 
 
  
 
                                           On üç yaĢlı insan    
Soyuq küçələrin möhkəm yaddaĢı var idi. Onu heç unutmazdılar ki,... Özünü bildi-biləli 
buralarda böyümüĢdü. Ona -“sənin qanında it genləri var”- desəydilər buna təccüblənməzdi. Bu 
qıĢda soyuq, yayda qaynar küçələrin “insan” adlı iti  idi. Onun illərdir yuyulmamıĢ üzü bu 
küçələrin daĢları tək yağıĢlar yağanda sevinirdi. Ovucları daim açıq, gözləri yazıqlıq ifadəsi ilə 
dolu olardı. O, bu meqapolisin cazibədar sifətinin “dilənçi” adlı Ģıramı idi. Bu Ģıramı Ģərqin 
qoynundakı bu avropa Ģəhərinə elə  buranın da yaradıcıları atmıĢdılar. Bəli, O bu meqapolisin 
dilənçi adlı gözmuncuğu idi. 
Haradan gəlmiĢdi , göydənmi düĢmüĢdü, yoxsa elə bu Ģəhərə də bir dilənçi torbası cırılıb 
da  düĢmüĢdü?!  
  
KeçmiĢi yox idi! Gələcəyi də yox idi!  
Onun üçün bu gün var idi. O, bu günün övladı idi.  
  
Səhərin qoynuna günəĢ doğmamıĢ, gecənin qınına girmiĢ dilənçi topluluğu oradan 
çıxaraq, Ģəhərin canına birə kimi daraĢardı. Onun üçün öz bildiyi,  on üç il belə keçmiĢdi.  
Ad günü olmazdı. Doğulduğu yer kimi, doğulduğu zaman da onun üçün mübhəm idi. Ad 
günü olan  insanlar onun üçün dilənməyə daha avantajlı idilər. Vəssalam. 
Zaman onu da, bu Ģəhərin dolanbaclarında hərləyə- hərləyə qarnında əridirdi. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
102 
 
Ona edilən müraciətlərin ən yumĢağı “ rədd ol” idi. Əl-ayaq təmasından isə ən yaxĢı 
tanıdığı  təpik idi.     
Bu səhər də, günəĢdən erkən oyanıb tərk etdi məskənini. Payızın yelləri Bakının saçlarını 
qarıĢdırıb, ətəyini qaldıra-qaldıra, bu səhərdə öz sataĢmağında davam edirdi.. Dünənki planı verə 
bilməmiĢdi. Bir təpiklə canını qurtarsa da, bu günü baĢqa cür qurtarmalı idi. Külək pəriĢan 
saçlrını qarayanız üzünə dağıdıb, ona da sataĢdı. Amma O bu gün bütün bunları görəcək 
vəziyyətdə deyildi.Pul!  Pul bu günün yeməkdən və küçədə oturub insanlara tamaĢa etməkdən 
də, daha vacib məsələsi idi. Universitetə, iĢə və daha  bir çox yerlərə tələsən insanlar ona fikir 
vermədən yanından o yana bu yana ötürdülər. O insanların bəzisinin üzündən kədər, bəzisinin 
üzündən yarıxöĢbəxtlik, bəzilərinin üzündən isə onun anlamadığı nələrsə yağırdı. Yenə  pul üçün 
ona aid küçələrdə insanlardan sallaĢmağa baĢladı. Əllərinə toxunduğu bəzi yaraĢıqlı xanımlar 
cəld çantalarından çxardıqları ətirli dəsmallarla onun təmas etdiyi yerləri silərdilər. Bu səhər də 
eyni mənzərələr, eyni hərəkətlər. Daha bunları dərd edəcək vaxtı da yox idi.  
Plan! 
Plan! Bu axĢam da yerinə yetirilməsəydi döyülməyi daha sərt olacaqdı. 
  
Universitetin qarĢısında toplanmıĢ gənclərdən yan ötmək istəsə də, bir ümid onu onlara 
tərəf itələdi. 
-Siz sevdiklərinizin canı, bu sabah məni sevindirin. Nooolar- həmiĢə əzbərində olan sözləri 
iĢə saldı. 
-Aaz bəri gəl- gənclərin arasından ən balaca boylusu ona səsləndi.- bəri gəl mən deyəni et, 
gör sənə nə verəcəm. 
“Verəcəm”- bu sözün sehirli qüvvəsi onu bir anda gənclərin ortasına itələdi. 
-Gözəl, bax! Bu əyri gədəni öpsən sənə  bu yaĢıl pulu sənə verəcəm-həmin gödəkboylu onun 
gözündə iri yağlı tikəyə çevrilmiĢ əskinazı  sifətinin qarĢısında yellədi. 
-Əə, rədd ol yox bir- ona göstərilmiĢ oğlan çığırdı. 
-Əə əzik ,atamın canıycın yüz dollar da sənə verəcəm. Bax, cıqqılı Beyoncedir. Gödək boylu 
əlini onun üzündə gəzdirib, çənəsindən tutub qaldırdı. Gəncin əli o qədər yumĢaq və isti idi ki, 
bir anlıq özündən asılı olmayaraq canı titrədi. O an anladı ki, bunlar ona pul verməyəcəklər. 
Istədi Ģütüyüb aradan çıxsın lakin həmin gəncin əli sürətlə çənəsindən sürüĢüb, kəlbətin kimi 
qolundan yapıĢdı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
103 
 
-Az, sən bilirsən qəĢəng geyindirilsən, yuyundurulsan nə qəĢəng olarsan. And içərəm ki, sən 
qaraçı deyilsən.Ə, bir bunun gözlərinin alalığına, dərisinin qarayanızlığına baxın- bunu deyərək 
onun sifətini əllərinin arasına alıb, onun bərabərincə yerə çökdü. Bu hərəkətdən onun canı lap 
titrədi. Ġlk dəfə idi ki, kimsə onu gözlərinə baxırdı və ilk dəfə idi ki bu bir gənc oğlan idi.Canına 
özünün anlamadığı istilik qarıĢıq titrətmə gəldi. 
-Səlim, gözlə vurularsan. YavaĢ- ətrafdakı digər gənclər necə səs-küy saldılarsa O, qəfil qızı 
buraxaraq: 
- Səndən nə əcaib iy gəlir. – deyib cəld əllərini digərlərinin həmiĢə etdiyi kimi yaĢ salfetlə 
silməyə baĢladı.Oradan qaçaraq neçə aralandısa bir də iki küçə o tərəfdə dayandı.Nəfəsini almaq 
üçün səkiyə çökdü.Ürəyi quĢ balası tək sinəsində çırpınırdı. QarĢısında bir dükanın böyük bir 
vitrini rəngli paltarlarlı manikenlərlə sanki gəl-gəl deyirdi.Qalxıb yerindən vitrinin önünə gəldi. 
Paltarlar əvəzinə, ĢüĢəyə düĢən rəsminə baxdı.Son zamanlar bədənində gedən dəyiĢikliklər, 
üzündə əmələ gələn sızaqlar ona nədənsə xəbər versə də bunun nə olduğunu hələ  anıĢdıra 
bilməmiĢdi.Bayaq o gənclərin yanında da, oldu həmin Ģey. Sanki birdən tənəffüs etdiyi havanın 
da dadı dəyiĢərdi, içindəki o qəribə hiss tərpənəndə. Bu acmaq, susamaq kimi bir hiss deyildi. Bu 
bütün yeniyetmə qızlarda baĢ verən əsrarəngiz  təbii bir qüvvə idi. Ġndi yenə oksigenin baĢqa dad 
verdiyi aləmdən baxırdı vitrin ĢüĢəsinə.Mənsub olduğu dünya az qala yadından çıxmıĢdı ki, 
qulağınım dibində  “rədd ol” kəlimələri Ģaralaq kimi partladı. Dabanına tüpürüb qayıtdı həmin 
doğma küçələrə. 
AxĢam düĢənə qədər lazım olan məbləğin demək olar ki, yarısını toplamıĢdı. Tez-tez 
dayanıb topladığı pulları sayır və saydıqca ona elə gəlirdi ki, bir sehirli əl onları mütləq 
artıracaq.Yarıümidlə özünü iĢdən evə ya da haralarasa tələsən insanlara çırpırdı. Bu gün pulun 
azalmasından qorxaraq heç nahar da etməmiĢdi. Aclıqdan mədəsi sıyrılıb gedir, gözünün 
qarĢısında sarı nöqtələr oynayırdı. Son bir Ģans. GünəĢ artıq yatağına doğru gedirdi. Ümidinin 
son damlasını içirdi ki, qəfil qarĢıdakı restorandan bir topa insan çıxdı.Dayanmadan gülüĢür, 
ətrafa xöĢbəxtlik səpələyirdilər. O da instiktiv olaraq onlara tərəf irəlilədi. Yolu keçmək üçün 
keçidə girməyə qorxdu. Qorxdu ki, keçiddə itirəcəyi vaxtda onlar çıxıb gedərlər.Özünü yola atdı. 
Dörd qanadlı iĢləyən yolun birincisini keçdi, ikincisini keçdi üçüncüsünü....... 
Üçüncüsünü keçəndə sanki üstünə bir canavar düĢdü.Çox əcaib bir vıyıltı eĢitdi. Sonra yerdə 
olduğunun fərqinə vardı, sonra sinəsinin üstündə yekə bir təkər gördü. Bu təkər ona o qədər 
nəhəng gəldi ki, elə bildi üstünə dünya yıxılıb. Çapaladı. Tora düĢmüĢ balıq kimi 
çapaladı.Tərpəndikcə heyi kəsilir, ağzından qan Ģoralanıb yerə tökülürdü. O can atdığı topa insan 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə