The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə36/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   33   34   35   36   37   38   39   40   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
104 
 
da, baĢqa digər insanlar da hamısı onun baĢına toplaĢdı. Əvvəllər bir balaca diqqətdən ötrü 
qabıqdan çıxardı indi isə ...... 
Polis gələndə artıq hamı dağılmıĢdı. Ölən dilənçi idi. Bu hər kəsi oradan dağıdacaq qədər 
tutarlı dəlil idi. Bu nəhəng “cip”i kobud Ģəkildə üstündən çəkdilər.” Canı it canıdır hələ də 
ölməyib” – deyib onu da kənara sürüdülər.Yolu yarımsaat sonra gediĢ-gəliĢ üçün açdılar. 
Onun üçün geçikmiĢ təcili yardım gələndə, mələk ruhu dilənçi cildini artıq tərk etmiĢdi.              
  
 
                                                      Qardələn 
-Adam öldürmüsən heç?- sualımın necə səfehcəsinə səsləndiiyini hiss edib tez susdum. 
 O, çapıq-çapıq olmuĢ sifətini soyuq ifadə ilə mənə çevirdi. Protez qolunu stola söykəyərək 
üzümə baxdı.Gözlərində anlamadığım dərin bir ifadə yarandı. 
-Müharibədə olmuĢ birinə belə sual vermək axmaqlıqdır. Unut unut.- Mən əlimi yelləyərək ona 
dedim.  
Mən verdiyim sualı unutmağa çalıĢanda O, yavaĢca dilləndi: 
- ÖldürmüĢəm  Bir dəfə olub. Əgər ona da, adam demək mümkündürsə...- onun cavabını 
uzun bir sükut böldü.  
HəmiĢə beləydi. DanıĢdığını nadir hallarda görərdik.Qısa və Kəsə. Onu hamı belə 
tanıyırdı. Sükutundan daha danıĢmayacağını gözləyirdim ki,  O, barmaqlarının arasında 
titrəyən siqaretə dərindən qullab vurub davam etdi:  
 
-Biz müharibə baĢlayanda beĢ nəfər idik. Könüllü beĢ nəfər. BeĢın biri  Mardakert 
döyüĢlərində itkin düĢdü. Izini tapa bilmədik. Heç elə bil belə bir adam yox imiĢ. Yoxluğuna 
özümüzü öyrəĢdirməmiĢ, o birisini iki gün sonra snayperlə vurdular. Bax, onda ilk dəfə bir beyin 
üstümə dağıldı.Qan  qarıĢıq lax yumurta qoxusu verən beyin barmaqlarıma yapıĢıb qaldı.  O isə 
öləcəyinə inanmırdı. Qollarımın arasında üĢüyə-üĢüyə can verdi.Mən  onu, mənim qucağımdan 
dartıb alana qədər “ĢĢĢĢĢĢ” deyərək  sakitləĢdirdiyimi zənn edirəmmiĢ. Bunu sonralar 
yarıqaranlıq xatırladım. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
105 
 
  
Yenə növbəti döyüĢlərdən birində idik.Uzun bir gurultudan sonra  düzənliyə ölüm sükutu 
çökdü. ParçalanmıĢ cəsədlər, yerə- yurda səpələnmiĢ boĢ gilizlər, insanın insanı gəmirdiyi bu 
yerə fevral küləyi bütün nəfəsi ilə üfürməyə baĢladı. Sağ qalanlar ağır yaralıları daĢıyır, az 
yaralılar isə meyidləri sürükləyirdilər. Hər döyüĢdən sonra alıĢdığım bu mənzərənin bircə 
yeniliyi, bu dəfə kantuziyamın tutmaması idi..Mərmilərin açdığı kalafaların birində oturdum. 
Ayaqlarımı iylənmıĢ “botinkalarımın” içindən çıxarıb azca havalandırmaq istədim amma bu da 
çox çəkmədi. On dəqiqə sonra biz, bu  qanlı düzənlikdən iki kənd aralı, evimizə doğru yol aldıq.  
 
Məhəmməd lap qabaqda gedirdi. Bölükdə gedəcəyimizi heç kimə bildirmədik. Iki saat, 
iki saata gedib qayıdacağımızı nəzərdə tutsaq da, elə alınmadı.Bir gün çəkdi. Bir az çətin oldu 
evin istiliyindən ayrılıb soyuq düzənliklərə qayıdıb gəlmək. Özümüzü toplayıb birtəhər geri 
döndük. DöyüĢün bütün qanını, qoxusunu yuyub təmizləyib gəlmiĢdik Biz geri dönəndə, bizi  
sökülməkdə olan çadırların qarĢısında öz veĢ-meĢoğları ilə əlləĢən rabitəçilər qarĢıladı. Onlardan 
biri batalyonun yoxluğunu bizə iki kəlmə ilə anladıb” fərarilər” iĢinizi verdilər “bədbaxt” 
oldunuz cümləsi ilə timsah kimi soyuq-soyuq diĢlərini ağartdı. “Bu yekebaĢın baĢını əzəcəm” 
deyib tullanan Məhəmmədin havasını birtəhər alıb batalyonun getdiyi istiqamətə yollandıq. 
Təmiz qanımız qaralmıĢdı. Səssizcə yolumuza davam etdik. Gecə yarını haqladıqca güllə mərmi 
səsləri sanki   bizə yaxınlaĢırdı. DöyüĢün tam ortasında özümüzü tapdıq. Yenə nəfəs-nəfəsə, 
kürək-kürəyə  döyüĢün sonuna qədər vuruĢduq. Ağır itki verərək acı məğlubiyyətlə geriyə- 
arxadakı mövqelərə çəkildik. Çox Ģəhid vermiĢdik. Mənim kantuziyam da bu döyüĢdə yenidən 
təzələnmiĢdi. Ətrafımda səssiz film kimi gedən döyüĢün sanki alt yazısını mən yazırdım. AxĢam 
qulağım açılanda ilk eĢitdiyim səs “sıraya düzlən” əmri oldu. Kambat gəlmiĢdi. O komandirlə nə 
üstündəsə bərk mübahisə edir, əlini qaldıraraq bizə-əsgərlərə tərəf iĢarə edirdi.Komandirin 
yorgunluq yağan üzünü əlacsızlıq bürümüĢdü. Kambat sıranın əvvəlindən axırına doğru 
addımlayaraq hamını demək olar ki,tək-tək nəzərdən keçirdi. Nə baĢ verdiyini anlayacaq 
qüvvəmiz yox idi. Hamı yorğun və gecənin yuxusuzluğunun verdiyi halsızlığın altında idi. 
Kombat bu uzun uzadı baxıĢından sonra komandirə tərəf dönərək: 
-
 
Siz mənə əlli nəfərlə döyüĢə girməniz haqqında  məlumat vermiĢdiniz. Elədirmi?- rəsmi 
bir soyuqqanlıqla soruĢdu. 
-
 
Bəli elədir.- komandir sanki məcburən o kəlmələri ifadə etdi. 
-
 
Indi hal hazırda qarĢımda neçə nəfər var və neçə nəfəri döyüĢdə itirdik? 
-
 
Səkkiz nəfər itirdik və qırx səkkiz nəfər də bizimlədir yoldaĢ kambat. 
-
 
Indi kim kimi aldadır?  
Artıq söhbətin hara yuvarlandığını mən baĢa düĢməyə baĢlayırdım. Az sonra bizi – məni, 
Məhəmmədi,  Ġntiqamı və bizdən əlavə üç nəfəri – qubalı uĢaqları sıradan çıxardılar. Bizi 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
106 
 
icazəsiz bölüyü tərk etməkdə günahlandırdılar və hərbi tribunala veriləcəyimizi bildirdilər. 
Komandirimiz son cəhdini edərək elə bizim yanımızda heç bir rəsmiyyət- filan gözləmədən: 
-
 
Onlar mənimlə olublar. DöyüĢün qızgın yerində də. Qanun axtarmağın burda nə mənası 
var?!. Hə, siz nə edirsiinz. Onsuzda qaçan qaçanadır. Bu vətəni qoruyan o qədər azdır. 
Bəlkə də siz haqlısınız Onlar qanunsuzluq ediblər amma onlar qayıdıblar, bu gün 
burdadırlar.- hey danıĢaraq sanki onu yola gətirəcəyinə ümid edirdi. 
Kombat isə ona fikir vermədən bizi mal sürüsü kimi qabağına qatdı.Bizim əllərimizi 
kəndirləyərək yük maĢının kuzasına doldurdular. Mən dönüb geriyə baxanda heç vaxt 
unutmayacağım iki simanı gördüm. Bunun biri bizim komandir idi. O,əlləri ilə üzünü 
qapayaraq  palçığa qarıĢıb rəngini itirmiĢ qarın üstündə çömbəldi.digəri isə ..... Digəri bizi 
rabitə çadırının qarĢısında qarĢılayan həminki timsah sifət idi. Elə onda, mən əslində  
iĢimizin kimin verdiyini anladım. Bizi aparan maĢın batalyondan uzaqlaĢdıqca sanki o timsah 
sifətin diĢlərini ağardaraq bizi izləməyində davam etdiyini hiss edirdim. 
 Fevralın insanın diĢlərini sızladacaq sazağı axĢam düĢdükcə iliyimizə iĢləyirdi. Bizi mal 
tövləsinə bənzər bir yerə gətirib saldılar. Mal tövləsindən fərqli olaraq bu hündür divarlı 
tikilinin dam örtüyü yox idi. Sazağ Ģiddətləndikcə yavaĢ-yavaĢ qar da baĢlayırdı. Kombat 
Ģəstlə “ sabah sizi Ģəxsən özüm gülləliyəcəm” – deyərək bizi o sazağın içində tərk edib 
getdi. 
 Qubalıların üçü də büzüĢərək bir –birlərini qucaqlamıĢdılar. Mən qardan dəstəmaz alıb 
elə ordaca namazımı qılmağa baĢladım. Intiqamla Məhəmməd isə divar boyunca var- gəl 
edirdilər.      
 
Mən dayanmadan dodağımın altında dua edir, haqqın üzə çıxmasını 
diləyirdim.Soyuq Ģiddətləndikcə qubalılardan birinin iniltisi yüksəlirdi. Iniltinin sahibi 
qəfil yerindən sıçrayaraq bağırmağa baĢladı: 
-
 
Mənim üç balam var eyyy........ EĢidirsiniz məni, köpəkuĢağı. Bu gün mən, 
qarnıyoğunlardan fərqli olaraq Qarabağdayam. Öldürün bizi sabaha saxlamayın.OğraĢlar, 
vətəni satmıĢlar. – onu bağırtısını söyüĢlər əvəz etdi. Nəfəsi kəsilənə qədər çığırdı.  
O gecə-o “mındar” gecəni yatmadıq. Sabahın korunda, qarın ardınca yağıĢ baĢladı. Qardələn. 
Qarabağın fevralın qucağında oturmuĢ havasının özəlliyi. YağıĢ bizi isladıb donduracaq 
vəziyyətə saldı. Elə bu zaman biz kambatın səsini eĢitdik. Onun səsindən içkili olduğu 
anlaĢılırdı. O, əlindəki silahı oynadaraq havaya atəĢ açır və bizi də oradan çıxmağa məcbur 
edirdi. Saniyələrin söhbəti gedirdi artıq. O qubalılardan birini- bayaq çığıranı sürüyüb bayıra 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə