The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə37/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   33   34   35   36   37   38   39   40   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
107 
 
çıxardı. əlindəki tapançanı onun baĢına dirəyərək qəfil tətiyi çəkdi. Onun bu hərəkətiylə 
mənim elə bil ayaqlarımı doğradılar. Dizlərim yerə gəldi. Bizim bu Ģəkildə Ģoka 
düĢdüyümüzü görən o əclaf eyni filmlərdə olduğu kimi soyuq qəhqəhələr çəkirdi. O qubalı 
balası ölməmiĢdi, amma ölüdən betər olmuĢdu. Onun sabahın ayazında gömgöy olmuĢ rəngi, 
indi lap meyid rənginə çalırdı. O it isə “xalıstoy” gullələri bizim üstümüzə saçaraq daha da 
zövq alırdı. Bizi bu əzabdan, onu da bu zövqdən qəfil alaqaranlığın içindən peyda olan vilis 
qurtardı. Vilisin qapısı açılanda oradan kombriqin düĢdüyünü  gördük. Öz aləmində kral kimi 
əylənən kombat  nə hiss etdisə, qəfil geri döndü. Onun qəhqəhəsi dodaqlarında dondu. 
Kombriq palçığın içində diz üstə çökmüĢ qubalıya və mənə  baxdı və bayaqdan sakit görünən 
bu rütbə sahibi bir neçə saniyə sonra kombatı təpiyinin altına salmıĢdı. 
 
Bizim hamımızı qospitala göndərdilər.BaĢına silah tuĢlanan qubalı elə oradaca- 
qospitalda öldü. Beyninə qan sızdı. Yəqin ki, gecəki qorxunu adlada bilməmiĢdi. Biz geriyə 
batalyona qayıdanda kombatımızı dəyiĢmiĢdilər.  
 
Bəs kombriqin bu iĢdən necə xəbəri olmuĢdu?- Mən qorxa-qorxa ona sual verdim. 
 
 -Bizi kombat aparandan sonra komandirimiz əlini hər yerə atıb. Səsinə səs verən 
olmayıb. Gecəyarıya kimi gözləyib birbaĢa kombriqin yanına gedib. Silahı onun baĢına  
dirəyərək onu dinləməsini məcbur edib. Kombriq bundan sonra qalxıb məsələni yoluna qoyub. 
Bunu sonralar bizə kombriqin  “axranası”  dedi. 
 
-Yəqin ki, öldürdüyünüz də elə kombat idi, eləmi?- Mən artıq söhbətin məğzini tutan biri 
kimi arxayın-arxayın soruĢdum. 
  O, mənim çiynimin üzərindən uzaqlara baxaraq sanki sualımı eĢitməyibmiĢ kimi davam etdi: 
 
-    Mövqelərimiz Ağdama qədər geriləmiĢdi. Yaz yağıĢı kimi idik. Gah iki üç kənd 
irəliləyir qələbəni dadırdıq, bəzən elə o axĢam da hər Ģeyi itirib beĢ-altı mövqe geri 
otuzdurulurduq. Bəzən döyüĢün qızğın yerində bizə geri çəkilmək əmri verilə bilərdi. Ağdamın 
Güləbirdində baĢqa bir batalyonla eyni mövqelərə düĢdük. Mən “akopa” girmək istəyəndə onu 
gördüm. Kürəyində rabitə “veĢ-vüĢü” bizim tərəfə gəlirdi. Məhəmmədi dümsükləyib onu 
göstərdim. Bəli, tamam əmin idik . Bu o idi . Timsah sifət.O, bizi görmədi. . Məhəmməd ona 
tərəf qalxıb getmək istəyəndə qolundan yapıĢdım. O isə “indi nəyi gözləyirik” – deyərək əlimi 
itələdi. Timsah sifət isə bütün bunlardan xəbərsiz halda, bizdən doqquz-on metr aralı akopa girdi.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
108 
 
 
O hadisədən sonra bizim batalyondan kombatdan baĢqa O da yerini dəiyĢmiĢdi. Oradan 
qayıdandan sonra onu axtardıqsa da tapa bilməmiĢdik. Indi cəbhənin qızğın yerində onun  
haqqında necə qərar verəcəkdik: bunu belə bilmirdik. 
  
YağıĢ göydən sel kimi səpələyəndə onu tapdıq. Gecə həminki gecə idi, lakin zaman və 
bizim hiss etdiklərimiz fərqli idi. Yenə o gecəki kimi bu gecə də göyün üzü yagıĢlardan 
görünmürdü. Bu gecə də səma  gözlərinə dəm vermiĢdi amma dərddən, yoxsa sevincdən yaĢ 
tökdüyü bəlli deyildi. Silahı onun alnının ortasına dirədim. O gecə hədəf olunananlar  bu gecə 
hədəfə almıĢdı. Əynimdəki “buĢlatın” qollarından süzülən sular onun üzünə süzülürdü. Onun 
bəlkədə göz yaĢları onu artıq satmıĢdısa da, biz bunu çətin ki bu suların arasından seçə biləydik. 
Silahın soyuq tətiyi əlimin altında idi.  Əslində onu niyə öldürməliydik ki..- o boğuq səslə dedi- 
Axı, o erməni deyildi, axı o düĢmən deyildi amma ........-o susdu.- amma -əlləri titrəyə-titrəyə 
yenə bir siqaret yandırdı.bir qullab vurub külqabıya qoydu.Alnını ovuĢduraraq çətin bir qərar 
verəcəkmiĢ kimi düĢüncəli bir görkəm aldı və ağır-ağır davam etdi: 
-Gecənin qaranlığında bir anın hökmü idi ki, əlimdəki silahın tətiyini çəkəm və onu 
cəhənnəmə vasil edəm  amma bunu edə bilmirdim.O qədər döyüĢ görmüĢdüm amma kimisə 
öldürəcək   qədər insanlığımı itirməmiĢdim. Yox! Mən onu öldürməyəcəkdim. Onu bu qaranlıq 
təpələrin arxasına Məhəmməd sürüyüb gətirmiĢdi. Tam bir ildən sonra yenə fevral soyuğunda bir 
yerdə idik. Qubalı əlindəki lapatkanı onun çiyninə endirdi. Sümüyünün Ģaqqıltısından çiyninin 
qırıldığını bütün beynimlə hiss etdim. O yerə yıxılaraq nəfəsi təngiyə-təngiyə “ mənə yazığınız 
gəlsin üç balam vaarrr”- deyə zarıdı. KaĢ o sözləri deməyəydi. Qubalı isə lapatka ilə onun baĢına 
döĢəyə-döĢəyə”Ġt, bəs mənim qardaĢım........... Mənim qardaĢımın üç balası yox idi ki.. Niyə kiĢi 
kimi baĢına bir güllə sıxmadınız haa. Bizim qoyun kimi sıraya vurub çıxdınız. Tula, Ģpiyonluq 
edəndə bunun sonrasını niyə düĢünmədin”.Timsah sifət al qan içində çapalayırdı. Mən 
qaranlıqda bunu sezməsəm də, qanın qoxusu ağzıma burnuma dolurdu.  Mən tətiyi çəkdim. 
Dəfələrlə çəkdim. Qulağıma gələn zarıltı səsi kəsilənə qədər çəkdim. Sonra sürətlə oranı tərk 
etdim.  
Səhər alatoranında bizim mövqelər yenə dəyiĢiləndə yenə qarın ardınca qardələn 
baĢlamıĢdı. Təpənin arxasındakı gecəki izləri isə palçıq çoxdan udmuĢdu. – o dərindən nəfəs 
alaraq susdu. 
 Mən əmimin bütün bunları danıĢdıqdan sonra üzündəki əzabı gördüm. Ona nələrisə 
xatırlatmağıma peĢman oldum. Bunu sezdiyimi bildirməmək üçün  yerimdən qalxıb samovardan  
çaylarımızı təzələdim.                               


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
109 
 
 
 
 
 
 
Ülviyyə Tahir:Şeytanın missiyası 
B
u  uzaq,  gözdəniraq  məkanda  yovşanlardan  və  yalnız  qoyuna-mala  şirin  gələcək  otlardan 
başqa  heç  nə  yox  idi.  Bu  düzənlik  ayda  və  ya  da  həftədə  bir  kərə  gördüyü  “cip”  maşınlar 
istisna olmaqla sanki sivilizasiyadan xəbərsiz idi. Buranın əsas qəhramanları qoyunlar idi.
 
Onlar yeyır, yatır və nə vaxtsa öləcəklərini xəyallarına belə gətirmirdilər. 
 
Onların burada nökərləri insanlar idi. Bir tikə çörəkdən ötrü bu qədər zülmə qatlanmaq yalnız 
belə doğulub, belə yaĢamağa öyrənmıĢ insanların əlindən gələ bilərdi. Yayda günəĢin yandırıcı 
Ģüaları, qıĢda yolların keçilməzliyi bu insanların mətanətini qıra bilmirdi. Burada xəstələnən 
uĢaqları ehtiyat dərmanlar olmayanda Allahın köməyi sağaldırdı. Qarabağ əldən gedəndən sonra 
yaylaq görmüĢ çox insan arançılığa dözməyib öldü. Bəlkə də qoyunlar da öldü, amma bunu heç 
kəs bilmədi. Onsuzda bu düzənlikdən kimin xəbəri var idi ki?!.. 
Çiçək gözünü bu əcaib yerdə açmıĢdı. Bu yer Çiçəyə ta gedib rayonu görənəcən əcaib 
gəlməmiĢdi. Onun oyuncaqları qoyun yunu, kəndir bir də atasının haradansa tapdığı qırıq bir 
maĢın idi. Çiçək heç məktəb üzü də görməmiĢdi. Rayona əmisigilə gedəndə əmisiuĢaqları Tarzan 
gormüĢ kimi tez bütün Ģeylərini gizlədərdilər. Çiçək onlarda gördüyü rəngli televizoru
baĢgicəlləndirici ətir iyi verən evi qoyub daim qoyun pendiri iyi verən qamıĢ dəyələrinə dönmək 
istəməzdi. Amma anası yenə onu bəlkə də, Allahın da yaddan çıxardığı bu düzənliyə sürüyüb 
gətirərdi.Burada yaĢanılan günlərin bir-birindən fərqi olmazdı.Beləcə Çiçək zamanın hamını 
sürüyüb müxtəlif Ģəkillərə saldığı dünyada böyüməkdə idi.Özünə üfüqlə yerin qovüĢduğu, bəlkə 
də dünyanın mərkəzi olan bu yerdə qardaĢı,anası və atasından baĢqa bir Ģey tapmıĢdı. Onun 
həyatına rəng qatan bu yeganə Ģey günün sonunda tamaĢa etdiyi mənzərə idi. Çiçək iĢini qurtaran 
kimi gedib yaxınlıqdakı təpəyə dırmaĢar,günəĢin üfüqün qoynuna necə girdiyinə tamaĢa edərdi. 
Bunu hər gün etsə də bundan bezmir, hər gün günəĢin zərrəsində bir rəng kəĢf edərdi. Onun üçün 
günəĢ hər gün yatmağa gedir, səhər isə oyanıb gəlirdi .Ona “günəĢ batmır, yer fırlanır” 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə