The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə39/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   33   34   35   36   37   38   39   40   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
113 
 
qayıdan Ağa da onların arasında idi. 
- Ağa, baĢına dönüm, nə yaxĢı qayıtdın?! Sən olmasaydın indi Çiçək yox idi.-deyə 
baba gücü çatdığı qədər ona minnətdarlığını bildiməyə çalıĢırdı. Baba daha gecə 
heç kəsin suya əl atmadığını, hər kəsin can hövlü ilə bayıra qaçdığını söyləmədi. 
Onsuzda bunların hamısını Ağa öz gözü ilə görmüĢdü. 
Çiçəyə dayanmadan dualar oxuyan Ağanın boğazı qurumuĢdu. Gecədən huĢsuz yatan Çiçək 
nəhayət ayıldı. Son iki aydakı sərsəm səsindən fərqlənən ayıq bir səslə su istədi. Ona su verən 
anası onun yanında yerə çökərək ağlamağa baĢladı: 
-Biz indi nə edəcəyik? 
-Arvad, səsini kəs!-deyə ata hiddətlə söylədi. 
-Siz buralardan getsəniz yaxĢı olar.ĠĢin bir hissəsi baĢa çatdı. 
-Mən Çiçəyi özümlə apara bilərəm-deyən baba bunula həm Ağaya cavab vermiĢ oldu həm də 
kürəkənindən cavab gözlədi. 
-Hə. Əmi sən uĢaqları götür get, mən də bir neçə gündən sonra gələrəm. 
Atadan baĢqa hamı toplanıb yola çıxdı. Onların bir daha dönməyəcəyi bu düzənlik onlar 
uzaqlaĢdıqca onların arxasında okean kimi böyüyürdü. Çiçəyin aĢiq olduğu təpə isə getdikcə 
kiçik bir nöqtəyə dönürdü.Hər kəsin yadından çıxmıĢ bu düzənlik təkcə Ģeytanın yadından 
çıxmamıĢdı. ġeytan iki gün sonra puldan baĢqa Allahı olmayan Moranın Çiçəyin atasını 
öldürməsindən də ayrıca zövq alacaqdı. 
 
 
 
 
 
 
                                                           SON ARZU 
 
 
Gecənin qaranlığı düĢdükcə Ģəhərin neçə müddətdir mülayim keçən   qıĢı öz sərt üzünü 
göstərməyə baĢlayırdı. Yalnız bu gün,  Xocalıda baĢlayan qar əsl qıĢın xəbərini  verirdi.  Sanki 
hər Ģey buradakı insanlardan üz döndərmiĢdi. Əli , ünü bir yerə çatanlar Ģəhəri vaxtkən tərk 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
114 
 
etmiĢdilər. Heç kəsin söyləməyə belə cəsarəti çatmayan sözləri ,elə bil qıĢın sərt çovğunu 
insanların üzünə çırpırdı. Çovğundan  betər olan  bu sözlər  qəlbləri, beyinləri elə keyitmıĢdi ki, 
qıĢın soyuğunu az qala hiss etmirdilər. Simsiz teleqraflar tək  evlərə soxulan qırıq-qırıq 
xəbərlərin qorxusunu körpələr də baĢa düĢmüĢdülər. Mənasını bilmədikləri sözləri böyüklər bir- 
birinə deyir, qadınlar “hiiy” deyərək içlərini çəkir, kiĢilər isə səsizcə siqaretlərini yandırırdılar. 
Hansısa  dəhĢətli bir hadisənin baĢ verəcəyini hamı gözləyirdi amma yenə haradasa- qəlblərinin 
bir küncündə bir ümid qırıntısı qalmıĢdı. Bu ümid qırıntısı isə qorxularının və həyacanlarının 
altında elə əzilmiĢdi ki, ona yenidən can vermək üçün möcüzə gərək idi. Müharibə insanların 
kəĢf etdiyi elə bir nəhəng qüvvədir  ki,  o insanların hansı təbəqədən və hansı ölkədən olmasına 
baxmayaraq, onları həyatlarından və qismətlərindən qopararaq öz cızdığı taleyə məhkum edir. 
Alınlarına basılmıĢ müharibə taleyindən  qurtulmaq üçün  Xocalıda da hərə bir yanda can 
cəkirdi.  
  Xocalının ucqarındakı Ramizin kasıb koması da bundan nəsibini almıĢdı. Taxta qapını ehmalca 
aralayıb içəri girən ailənin yeganə yeriyən baĢıpapaqlısı  olan oğul, çovğunun onunla bərabər 
içəri soxulmasının qarĢısını almaq üçün cəld qapını örtdü. IslanmıĢ papağını və köhnə paltosunu 
dəhlizdə əlindən alan arvadına: 
-
 
Atam necədir?-deyə pıçıldadı. 
-
 
Qoyub getdiyin kimi.- arvadı ümidsizcəsinə cavab verdi. 
Oğul içəri otağa keçən kimi atasının çarpayısının  yanında diz çökdü. Atasının əlini əlinə alaraq: 
-
 
Necəsən?-deyə səsindəki kədəri gizlətməyə çalıĢaraq soruĢdu. 
-
 
Bir az  yaxĢıyam- atası xırıltılı səslə cavab verdi və 
-
 
Sən əsas Gülərlə maraqlan- deyə qonĢu çarpayıya boylandı .  
 Fevral girən kimi evdə hər Ģey bərbad olmuĢdu. Atasının  qəfil iflic olması evdəkilərin baĢını 
yeni qatmıĢdı ki, Gülər- evin böyük uĢağı- yıxılıb qıçını qırdı. Bir tərəfdən Ģəhərin mühasirəsi, 
bir tərəfdən naməlum vəziyyət , - biz nə edəcəyik?- sualı domokl qılıncı tək baĢlarının üzərindən 
asılmıĢdı. 
-
 
Bala nə deyirlər? Camaat nə etmək fikrindədir?- Ramiz kiĢi balıĢından azca baĢını 
qaldıraraq soruĢdu. 
-
 
Heç nə. Qaçan qaçıb. Deyirlər Əlifi, Tofiqi öldürüblər. Mühasirə daralır. Bəlkə də bir- iki 
gün qala-qalmaya bizi Spitakda etdikləri kimi... 
-
 
Əliyar- arvadı özündən asılı olmayaraq onun sözünü kəsdi. Ananın qucağında oturan on 
yaĢlı Əli anasının yaxasını dartıĢdırdı: 
-
 
Ana atam nə deyir? Spatak haradı? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
115 
 
-
 
Spitak, bala, Spitak – baba səhvi düzəltdi. 
-
 
Nə fərqi var. Cəhənnəm olsun hər Ģey.  QonĢular məsləhətləĢib bu gecə çıxmalıyıq 
-
 
Hə gedin lazımdır. Bakıdan bir mədət ummağın yeri yoxdur..- Ramiz  köksünü ötürərək 
dedi. 
Qapının qəfil döyülməsi aralarındakı söhbəti kəsdi. Əlyar qapını açmağa getdi və içəri 
qonĢuları Səfi ilə qayıtdı. Yerdə bardaĢqurma oturdular.  Səfi baĢının aĢağı salaraq yerdəki 
palazın ilməklərini oynadırdı. Az sonra gözünü yerdən qaldırmayaraq: 
-Ağırdır, vallah ağırdır. Az qala ürəyim partlayacaq. Vallah silah olsa bilərdik neyniyək 
.əliyalın qalmıĢıq . Bədbəxt millətik də.... hanı? Hanı yiyəmiz? 
- Bala, elə demə . Yəqin bundada bir xeyir var.  
- Ay  baba nə xeyir ?  Milləti gözgörəti qoyublar güllənin qabağına . YaxĢı. Sən özün  
fevralın əvvəlinə qədər əlində silah bu camaatın arasında idin. Sən axı hər Ģeyi öz gözünlə 
görürdün. 
-Daha gecdir . Ġndi müzakirə zamanı deyil.-  azca dikələn Ramiz kiĢi ötkəmlə söylədi-yığıĢın 
Ģəhərdən çıxın.Ölmək betər deyil, ondan betəri əsir düĢməkdir.  
Ramiz sözünü yenicə bitirmiĢdi ki, o biri otaqda açılan qapının Ģaqqıltısı hamısını 
diksindirdi. Əliyar cəld əlini divara söykənmiĢ avtomata atdı. Özünü içəri təpən adamın üstü- 
baĢı zığ içində idi. Üstünə tuĢlanmıĢ avtomatı gördükdə:  
-
 
Ayə, neynirsən? Mənəm ey: Cəfərəm . Zibilini o yana elə- deyərək üzünün zığını qoluna 
sildi 
Cəfəri tanıyan kimi hamının beynindən ildırım sürəti tək bircə süal keçdi.Cəfər niyə səngəri 
qoyub gəlib, yoxsa.... Bu “yoxsa” kəlməsini sanki onların üzlərindən oxuyan Cəfər: 
-
 
Tez eləyin!  Onlar Ģəhərə girdilər.   Telefon məntəqəsi dağıdılıb . Bakı ilə tamamilə əlaqə 
kəsildi.  Tez eləyin! Çox az vaxtımız var.  
Onun sözləri bitməmiĢ Səfi evlrinə tərəf qaçdı, Əliyarın arvadı isə sürətlə uĢaqları geyindirməyə 
baĢladı. O,  əlləri əsə-əsə paltarları seçir , uĢaqların ağlamağna baxmayaraq əyri- düz 
geyindirirdi. Əliyar heç nəyə fikir vermədən,  atasının çarpayısının yanında yerə çökdü.  Əli ilə 
onun yorğanın qaldırmaq istəyəndə, qoca sağ əli ilə yorğanı möhkəm özünə tərəf çəkdi. 
-
 
Olmaz-onun gözləri öğlunun üzünə sərt Ģəkildə dikildi. – sən Güləri aparacaqsan . Gəlin 
də əkizləri. Olmaz mən qalıram. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə