The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə4/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   2   3   4   5   6   7   8   9   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
10 
 
əmin olan kim Əhmədə quru bir sağ ol belə demədən uzaqlaĢdı. Əhməd bu iki günlük 
həyəcanı beyninin bir küncündə dəfn edib yenə həmiĢəki yeksənək həyatına qayıtdı. Yenə 
bacısı dalaĢıb gəldi . Yenə sabaha kimi uĢağını saxlaya-saxlaya ağladı. Atası yenə əlindəki 
kitabda baĢını gizlətməyə çalıĢdı. Anası isə evdəki tarazlığı qorumaq üçün pələsəng oldu. 
Əhməd  boĢ vaxtında babasının ayaqlarını ovxalayır O, isə “əgər ġuĢada olsaydıq yəqin sənin 
mütləq bir qoyun sürün olardı, ya da sən yaxĢı muğam oxuyardın”deyəndə Əhməd gülərək 
“baba, mənim heç səsim yoxdur axı” deyəndə O, isə etiraz edərək deyərdi “sən Bakının çirkli 
suyunu içmisən sevin ki, hələ səsin batmayıb. Sən o Ġsa bulağından içəydin onda görərdin 
səsin var ya yox...” Əhməd babasını cırnatmaq üçün  Ģou biznesdəkiləri tərifləyəndə  qoca 
cin-cin olur və əsasını qaldıraraq əli yetdiyi Əhmədi vurmağa çalıĢardı. Nənəsi öləndən az 
sonra  babasının da ayaqları tutulmuĢdu. Həkim qaldığnız yeri tərk edin oranın rütubəti kiĢini 
xəstə edib dedisə də, buna bir əlac tapa bilmədilər .Babasını isə qaldıqları yerdən daha çox 
basdırılacağı yer maraqlandırırdı. Hey deyirdi “KaĢ mən ölənə qədər ġuĢa qaytarıla idi. Məni 
burda-Bakının min cür hoqqa çıxarılan qəbirstanlıqlarında dəfn etməyin.” Əhməd isə üzə 
vurmasa da özü-özlüyündə”Qəbirstanlıqda nə baĢ verə bilər ki,....” düĢünür, amma heç cur 
anlaya bilmir, soruĢmağa da utanırdı.   
Heç iki gün keçmədi yenə AtaĢ yarasa kimi gecənin qaranlığında  Əhmədin yolunun 
üstünə yapıĢdı.. Əhməd ərzaq dolu çantanı qolunu dincəltmək üçün yerə qoyub, siqaret 
yandırmıĢdı. AtaĢ qəfil pivə dükanın yanından çıxaraq: 
-Bəuuu! – deyə qiyyə vurdu.  
Əhməd tövrunu pozmadan: 
- Ġndi də xoxan olmağa qərar vermisən. 
- Mən həmiĢə xoxanam. Xəbərin yoxdur.- AtaĢ onun qorxmamağından pərt olaraq cavab 
verdi. 
- AtaĢ, mənim xoxandan qorxacaq yaĢım keçıb. 
AtaĢ yenə ətrafı sürətlə süzərək , yağdan tük çəkirmiĢ kimi bütün diqqətini Əhmədin 
gözlərinə topladı və pıçıldadı: 
-ġef səni görmək istəyir. 
-
 
Hansı Ģef?- Əhməd  siqaretin tüstüsünü soyuq havanın içinə üfürərək soruĢdu. 
AtaĢ onun sualını cavablandırmadan: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
11 
 
-
 
Gecə saat ikidə elə burada görüĢürük. – dedi və gəldiyi kimi yox oldu. 
 Əhməd AtaĢ gedən qaranlığa baxaraq” vallah bir gün mənə bu AtaĢ vampirdi desələr, buna 
heç təəccüblənməyəcəm” –deyə fikrindən sürətlə keçirdi. Bu qarmaqarıĢıq fikirlərlə ikinci 
mərtəbəyə qalxdı və evlərinin məscid kimi daim açıq olan qapısından içəri keçdi. Atası 
həmiĢəki tufanını qaldırmıĢdı. Əhmədin içəri girməyi də elə bil odun üstünə benzin tökdü: 
-Budur ey, baĢ müftəxor gəldi. Gəl, gəl baĢda əyləĢ –deyə atası riĢxəndlə dedi.  
-
 
Ata, sənin məndən baĢqa mövzun yoxdur? Təzə püskürən vulkanlardan danıĢ, onlar 
olmasa bütün müəllimlər kimi direktorun əleyhinə danıĢ. - Əhməd atasının riĢxəndinə 
zarafatla cavab verməyə çalıĢdı. 
-
 
Indi lağ yeri olmuĢam?! Ay yazıq, mən sən yaĢda universiteti qurtarırdım. Sən isə heç 
özünə iĢ belə tapacaq qüvvədə deyilsən. 
      -   Sən bir dəfə də mənə bir axĢamı haram etməsən yata bilmirsən eləmi? - deyə Əhməd əlini 
var qüvvəsi ilə divara çıpdı. Əli ağappaq əhəngə bulaĢmıĢ vəziyyətdə atasının üstünə getdi və 
nəfəsi kəsilə- kəsilə : 
-Siz insanı qatil edərsininz . Neynim? Haradan iĢ tapım?  Ağzımı açan kimi sən qaçqınsan nə 
vecinə deyirlər. Bax budur , budur mənim vecimə: rütubətli həyat kanalzasiya qoxusu verən 
yuxular. – çığırdı. 
-Sən cızığından çıxmısan – deyə atası bağıranda anası da “vallah bunlara əməl ediblər
bunların arasına qurd yağı sürtüblər deyə “- mızıldana-mızıldana ağlayırdı.  
    - Əclaf, elə maaĢımın yarısı sənin siqaretinə gedir. Bundan sənin xəbərin var? 
- Ey namuslu coğrafiya müəllimi, sən bizi yaĢada bilmədin ,bacarmadın bunu etiraf et . 
- Sən yaĢat! Tin avarası, görək nə bacarırsan. – atası sinəsini ovxalaya-ovxalaya divana 
çökdü.  
Əhməd səsinin tonunu alaraq  demək olar ki, pıçıldadı: 
-Hər halda mən səni, sən babamı yaĢatdığından   yaxĢı yerdə saxlayacam . 
Atası onun bu pıçıltısına cavab olaraq: 
-Əgər bu kasıb komanın qanınları ilə yaĢamayacaqsansa burdan rədd ol! 
 - Gedərəm. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
12 
 
-Get, cəhənnəm ol! 
- Gedərəm, gedərəm , tələsmə!-deyə Əhməd çarpayının üstünə atdiği cındırı çıxmıĢ 
gödəkcəsini dartdı. Onun burun pərələri ĢiĢir, atası kimi hirsindən bədəni əsirdi.. 
Anası Əhmədin qolundan yapıĢıb zarıdı: 
-Axı, hara gedəcəksən səəəən, gecənin bu aləmi? 
Lakin o, anasını kənara itələdi  
-Qoy getsin, bu yolunu azmıĢ ! Qoy getsin məlun! Yeri, yeri rədd ol!- Atası ucadan qıĢqıra-
qıĢqıra qapını taybatat açdı. Əhməd sıçrayıb bloka çıxdı və eĢitdiyi  axırıncı səs – anasının 
ağlar səsi idi.     
Əhməd bayıra çıxanda ilk öncə baĢından çıxan alovla soyuğu hiss etmədi. Bir neçə 
dəqiqədən sonra  üzünə tökülüb hərarətindən əriyən qarın mayesi dodaqlarına axanda qar 
yağdığınını fərqinə vardı. Birinci ağlına gələn Ģey  binadan sürətlə uzaqlaımaq oldu.Sonra 
yavvaĢ-yavvaĢ harada qala biləcəyi haqqında düĢündü. Əlini cibinə atdı. Bayaqkı bazarlıqdan 
cibində vur –tut  səksən qəpik qalmıĢdı. Sonra AtaĢın  saat ikiyə təyin etdiyi görüĢ yadına 
düĢdü. Özü- özülyündə “ora gedim getməyim” deyə tərəddüd içində qövrılmağa 
baĢladı.Sonra cıbındəki səksən qəpiyi , daha sonra isə evə qayitmağın bir qürur məsələsi 
olduğunu xatırlayıb “ lap dilənçi mafiyasına qoĢularam amma o evə qayıtmaram “ deyə özü 
üçün bir qərar qətiləĢdirdi. 
 AtaĢ görüĢ yerinə gələndə Əhmədin donmayan bircə diĢləri qalmıĢdı. 
  AtaĢın düĢdüyü maĢın qıĢın ayazında par-par yanırdı . O, heç bir söz demədən Əhmədin 
qolundan yapıĢıb maĢına otuzdurdu. Əhməd maĢının istisində bir az özünə gəlib AtaĢdan 
hara getdiklərinin soruĢdu. AtaĢ isə”tələsmə” deyə onu sakitləĢdirdı. Əhməd üzünü maĢının 
ĢüĢəsinə söykəyərək bir məchulluqda itib- batdığının fərqinə belə varmadan dolaĢıq fikirlərin 
içində tora düĢmüĢ balıq təki çapalayırdı. 
Gecənin qaranlığı maĢını udduqca Ģəhərin iĢıqları uzaqda bir mayaka dönürdü.Əhməd maĢının 
aynasından AtaĢın ona baxan gözlərinə baxaraq: 
-
 
Sən ancaq gecələr uçursan?-deyə ona sual verdi. 
-
 
Sən də görəcəksən . Biz bu Ģəhərin yarasalarıyıq .Biz gecə ova çıxmasaq ac qalarıq. 
-
 
Indi sən məni hara aparırsan?  Yoxsa Ģahiddən can qurtarma əməliyyatını keçirisən? 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə