The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə40/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   33   34   35   36   37   38   39   40   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
116 
 
-
 
Səni erməni dığalarını içində qoyub gedə bilmərəm. Getsəm də,  vicdan əzabından 
ölərəm.  
-
 
Yox sən məni də,  aparsan  asta gedəcəksiniz. Onlar yəqin ki sizi izləyəcəklər . UĢaq 
olma . Balalarımı oda atma. Təsəvvür et: mən yoxam . Bir ay bundan qabaq ölmüĢəm .  
-
 
Yox! - Əliyarın bu bağırtsına uĢaqlar daha möhkəm ağlamağa baĢladılar. Qapıda Əliyarı 
gözləyən Cəfər  içəri girərək,  onları daha da tələsdirdi. Əliyar isə elektrik vurmuĢ adam 
kimi heç nəyə reaksiya vermirdi. Cəfər onu sirkələdi: 
-
 
QardaĢ, tez çıxmalıyıq. AtıĢma səslər yaxınlaĢır. UĢaqları çıxarmalıyıq .Mən sizi meĢəyə 
çıxarıb, yenidən geri qayıdacam . Bizim üĢaqlar da,  Səfigil də sizi gözləyir. 
Əliyar baĢını bulaya- bulaya adyala bürünmüĢ qızını qucağına aldı – “Allah məni seçim 
qarĢısında qoydu. Ya balam,  ya atam . Ġkisi də yeriyə bilmir . Ġkisinin də mənə ehtiyacı var 
amma mən kimi seçirəm?!” - Əliyar bunları düĢündükcə gözünün yaĢı sel kimi yanaqlarından 
axırdı. 
-Ata mən sənin üçün qayıdacam. Söz  verirəm,  Ata , söz qayıdacam. 
- Bilirəm,  bala.  bilirəm qayidacaqsan. – Ramiz kiĢi  gözünün yaĢını uda-uda evi tələsik tərk 
edən qafiləyə baxdı.  Elə bil onların gediĢi ilə,  evin istiliyi də yoxa çıxdı.  Ramiz bir anlığa 
tənhalıqdan ürəyinin ağzına gəldiyini hiss etdi. Özünü  birtəhər ələ alaraq vəziyyəti götür –qoy 
etməyə baĢladı.  Uzaqdan eĢidilən atıĢma səsləri getdikcə səngiyirdi. Bu da axırı ,deməli atıĢma 
zəifləyirsə,  döyüĢ bitir. Ah, kaĢ bir az uzun sürəydi.  Onlar  gələnə qədər Əliyargil bir az aralana 
biləydilər. Qoca azacıq tərpənərək sağ əlini döĢəyin altina atdı. HəmiĢə ehtiyat olaraq özü ilə 
gəzdirdiyi ov bıçağını  çıxardı. Dəstəyi qızılı rəngdə olan bıcağı əlində fırlayaraq qolunu hərəkət 
etdirməyə çalıĢdı.   “Bu bıçaqla nə qədər xatirələr var. Heç vaxt mənə xəyanət etməyib . Etibarlı 
dost indi səndən  son dəfə istifadə edəcəm.” – deyə Ramiz kiĢi bıçaqla danıĢmağa baĢladı. “Indi, 
bəlkə də bir saata onlar gələcəklər. Yəqin ki bu çürümüĢ ayağım olmasaydı onların baĢını daha 
çox qatardım.”- sol əlini qaldıraraq  ayağına çırpdı. “Hissiyatsız . Heç nəyə reaksiya vermir. 
Yəqin donuzuĢağı məni gülləyəndə də bu murdar ayaq hiss etməyəcək. KaĢ  elə o an öldürsünlər 
. Allah sən mənə əsir düĢməyi qismət etmə . Görəsən  uzaqlaĢa bildilər?! Yox ! Cəfər onları ələ 
keçməyə qoymaz. MeĢəni, çay qırağını o yaxĢı tanıyır. Əsgəran, Əsgəran yoluna çıxa bilsələr 
daha qorxusu yoxdur. Nə yaxĢı razılaĢıb getdilər. Allah elə qorxurdum, elə qorxurdum ki, Əliyar 
mənimlə razılaĢmaya ... Allah sənə Ģükürlər olsun. Hərçənd səninlə məni həyatda tanıĢ edən 
olmadı, amma mən səni yenə tanıdım. Sən də mənə pis bəxt vermədin. Bu son arzumu da mənə 
qismət etsən .....” Ramiz yerində qurcuğa-qurcuğa qapı ilə arasındakı məsafəni gözəyarı  
ölçməyə  baĢladı. “Içəri girəndə yəqin bir anlığa qapının ağzında dayananı tapılacaq . Atam da 
məni kim yiyəsiz ölüb. Yəqin tək ölüb ki, heç qara kağızı da gəlmədi. Qırx iki də getdi. Bilmədik 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
117 
 
faĢist öldürüb yoxsa rus . Bilinmədi. KiĢini elə bil məchulluq uddu. Yaxınlıqda açılan atəĢ səsi 
fikirlərini darmadağın etdi. AtəĢ səslərinin   ardınca, ermənicə  gedən danıĢığı eĢidən qoca bıçağı 
əlinə aldı.  Bu ucqar evə gəlib çatıblarsa,  deməli Ģəhər tamamilə alınıb. Daha ümid yoxdur. Indi 
evləri tək-tək araĢdırırlar. YaxĢı ki, lənətə gəlmiĢ iflic sol tərəfimi vurdu . Allaha Ģükür , Allaha 
Ģükür ki, ən azından  bir bıçaq atacaq qədər qüvvəm var. Yəqin ki, var . Bunun olması,  mənim 
son ümidimdir” – qoca diqqəti yayınmasın  deyə,  daha fikirləĢməkdən də vaz keçdi.  Səslər 
getdikcə yaxınlaĢırdı. Qapını bir həmlə ilə qırdılar. Içəri girməmiĢ,  yoxlamaq üçün   bir –iki dəfə 
atəĢ açdılar.Cavab gəlmədikdə,  sərbəst Ģəkildə evə doluĢdular.  Dəhlizdən qonaq otağına gedən 
qapını ilk açan,  erməni yalnız “ya Allah” sözünü eĢitdi. Boğazına sancılan bıçaq onu dəhlizin 
divarina mismarladı.  
     
     
-
 
 
-
 
 
                                       DÖNÜġ 
Siqaretini külqabıda əzərək söndürdü. Ayağa qalxaraq pəncərəyə yaxınlaĢdı. Pərdəni 
yana çəkərək gözünü Ģəhərin qaranlıq boĢluqlarında ulduz kimi yanan iĢıqlara dikdi.” Izmirlə 
Bakı sanki bacı-qardaĢdı. Bəlkə də, heç vaxt bir- birini tanımayan bacı-qardaĢ kimi. Kimlərsə 
onları görüb, bənzədir amma hamı bəlkə də, boĢ bir ehtimal üçün ağzını açmaq istəmir”. Bu 
düĢüncələrlə könlündən ikinci siqareti yandırmaq keçdi amma qarĢısındakı sehrli mənzərəni 
qoyub getmək istəmədi. O, həmiĢə Bakıya gələndə eyni oteldə, mümkün olduğu qədər eyni 
otaqda qalır və hər zaman gecəyarı  olana qədər öz fikirləri ilə bu əsrarəngiz Ģəhərin iĢıqlarına 
qərq olub gedərdi. Bakı müasirləĢdikcə iĢıqlarının da rəng çalarları artırdı. Hər nə qədər dəyiĢsə 
də, Bakının gecələrini sevməkdən vaz keçə bilmirdi.  
  
Iki il öncə onu Bakıda , gecə iĢıqlarının altında sehrli və cazibədar tələ yaxaladı. Bu tələ 
əvvəl ayaqlarını, sonra əllərini ən axırda isə qəlbini ovsunlayaraq onu əvvəli-axırı olmayan bir 
labirintə həbs etdi. Ehtiyatsız yaxalanmıĢdı. Bir yalanın dəryasında boğulub gedirdi. Ana yalan 
bu iki il ərzində çoxlu Ģikəst balalar doğmuĢdu. Bəzən O, hansı yalanın kimn anası olduğunu 
unudur, “yalançının yaddaĢı olmaz”   teoremininin onun həyatında təsdiqini tapmasını acı-acı 
seyr edərdi. Allahın bir Ģeydə ona lap yazığı gəlmiĢdi. Bu rəhm onun səbirli arvadı idi. Hər dəfə 
Bakının adını tutanda, arvadı dinməz- söyləməz onun çamadanını hazırlayar və bu zaman onun 
üzünə baxmamağa çalıĢardı. O hiss etmiĢdi, sümüyü duymuĢdu ki, arvadı nəsə bilir.  Sükut 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə