The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə6/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   2   3   4   5   6   7   8   9   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
16 
 
tutub silkələməyə baĢladı. AtaĢ sərxoĢ adamlar təki ayıldı və ağzına gələn ən pis küçə 
söyüĢləri ilə Əhmədin səhərini bəzəməyə baĢladı.Əhməd: 
 
-Ayıbın, ədəbin olsun burada qızlar var. Heç olmasa, onlardan utan- deyə onun ağzını əli 
ilə qapamağa çalıĢdı. 
 
- Burax əclaf ağz...- AtaĢ onun əlini üzündən kənarlaĢdıraraq söyləndi-....ımı. sən elə 
bilirsən onlar mələkdi?!. Narahat olma onlar bu söyüĢlərin lap göbəyindən gəlirlər. Qarğalar 
oyanmamıĢ yapıĢmısan gənə kimi yaxamdan hələ bir ağzımı da tutur. – AtaĢ yerindən qaxıb 
gərnəĢə- gərnəĢə hamama getdi.  
 
Əhməd yenə vəziyyətdən bir Ģey anlamayaraq AtaĢın hamamdan çıxmasını gözləməli 
oldu. Oturduğu yerdən qalxaraq büründüyü mələfəni özünə daha da bükərək yerə tökülmüĢ 
paltarların içindən özününküləri zorla taparaq bir yerə topladı  və geyinmək üçün mətbəxə 
getdi. Təzəcə geyinmiĢdi ki,  bir hənirti eĢidib geri döndü. AtaĢın belə tez hamamdan 
çıxmasına təəcübləndi. Lakin gələn qızlardan biri  idi ki, Əhməd onun AtaĢın yanında uzanan 
qız olmadığını  gördü. Qızın dağınıq saçlarının qapadığı üzündən yalnız al qırmızı dodaqları 
görünürdü. Yarıçılpaq bədənini yalnız tül  kimi bir gecəlik örtmüĢdü. Əhmədə bir anlıq elə 
gəldi ki, möhtəĢəm bir gözəlliyi muzeydə ĢüĢə arxasından ona nümayıĢ etdirirlər. O nəfəs 
aldıqca əynindəki nazik paltar sanki onun  bədənindən qaçıb qurtulacaq tək titrəyirdi. Əhməd 
ürəyinin baĢına çıxdığını zənn etdi. Nəfəsi təngiyə-təngiyə diqqətini qızın bədənindən 
ayıraraq  əllərinə dikdi. Qız əlinə keçən ilk stəkana su qrafinindən su tıkməyə çalıĢırdı lakin 
suyu stəkandan baĢqa hər yerə dağıdırdı. Əhməd  ürəksiz-ürəksiz qıza yaxınlaĢaraq: 
-
 
Qoyun mən edim.-dedi. 
Qiz  gözlərini Əhmədin üzünə dikəndə O, bu qədər gözəl olan bir varlığın heç bir Ģey ifadə 
etməyən bulanıq gözlərini görəndə əti ürpəĢdi.  Qız heç nə demədən stəkanı Əhmədə  tərəf 
uzatdı.  O, sürətlə stəkanı su ilə doldurub geri qaytardı. Qız eyni AtaĢ kimi sol əli burnunu 
ovuĢdura-ovuĢdura suyu titrəyən sağ əli tutmağa çalıĢırdı. Əhməd “ bəlkə də xəstələnib ona 
görə belə titrəyir” düĢüncəsi ilə : 
-
 
Özünüzü pis hiss edirsiniz?- yavaĢca soruĢdu. 
-
 
Yoooox-sözü uzadaraq səslənən qız səndələdi. – AtaĢ hanı? Onu tez çağır!- əli ilə mətbəx 
stoluna dayaq verib özünü düz tutmağa çalıĢdı. 
-
 
Nə lazımdırsa mən edə bilərəm. Bəlkə həkim çağırım?!- Əhməd cani-dilldən nə isə 
etməyə çalıĢan adam səsi ilə soruĢdu. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
17 
 
-
 
Nə həkim bazarıdı?!...tez AtaĢa denən ki,..............-qız artıq heç nə deyə bilməyərək 
boğulmağa baĢladı.Əhməd nə edəcəyini kəsdirə bilmədi. Qız artıq balıq kimi yerdə 
çapalıyırdı. Onun sürətlə yerə yıxılması və gözlərinin hədəsindən çıxması Əhmədi necə 
qorxutmuĢdusa o yerində donub qalmaqdan baĢqa bir Ģey edə bilmirdi. Elə bu an AtaĢ 
göydən düĢmüĢ kimi mətbəxin ortasında peyda oldu. O, cəld qızı qaldırıb divara söykədi 
və yataq otağına qaçdı. Heç bir dəqiqə keçməmiĢ geri döndü və cibindən rezin çıxararaq 
qızın qoluna sarıdı. Əhməd olanı bitəni heykəl kimi izləyirdi.  
AtaĢ: 
-
 
Nə gözünü döyürsən, kömək elə- deyəndə dik atıldı. Tez qıza dayaq verdi. Qız ət kimi o 
yana bu yana sürüĢür, Əhmədə qəribə izah olunmaz bir duyğu yaĢadırdı. AtaĢ isə 
Əhmədin rəngi – ruhuna fikir vermədən əlindəki Ģprisi qızın vena damarına boĢaltdı. IĢini 
bitirəndən sonra onu qucağına alaraq yataq otağına apardı. Əhməd  səhər –səhər acqarına 
baĢ verən bütün bu adrenalinin hesabını AtaĢdan soruĢmaq üçün  özünü ələ almağa 
çalıĢdı. O, yataq otağına keçəndə yerdəki qız tərpənmədən ölü kimi yerində yatmağında 
idi. AtaĢ  sağ qolundakı rezını açmağa çalıĢırdı.  
-
 
Iynə vurursan?  Bunun axırı yoxdur bilirsən?-Əhməd AtaĢın qolundakı rezini açmaqda 
ona kömək edə -edə dedi. 
-
 
Amma sən indi mənə kömək edirsən. YaxĢı dostlar sağ olsun. 
-
 
AtaĢ, yaxĢı dost adamı iynəyə oturtmaz. 
-
 
Atan kimi danıĢma. Məlum oldu baĢlayacaqsan qəzəl oxumağa . Bildik atanın oğlusan. 
QonĢunun səndən xəbəri yoxdu.- AtaĢ gözləri axa-axa Əhmədin kürəyinə döyəclədi. 
-
 
YaxĢı bəs bu qızlar? Bunları haradan tapmısan? Ona vurduğun iynə də bunan idi? 
-
 
Əhməd,sualları bir- bir ver nəfəsim tıncıxdı. 
-
 
Bəlkə də onun heç iyrimi yaĢı da yoxdur.- Əhməd heyfsilənə-heyfsilənə qıza tərəf baxdı. 
-
 
On səkkiz , on səkkiz yaĢı var . Onu üç ildi tanıyıram . Hə bir də onları biz tapmırıq, 
onlar bizi tapır.Bunlardan paytaxtın küçələrində yüzlərlədi. Bir qram heroyinə nəinki 
özlərini, hətta nəsillərini də satarlar.- AtaĢ qızın saçlarını qarıĢdıraraq dedi. 
-
 
Əlini onun saçından çək!- Əhməd AtaĢı itələdi. 
-
 
Ey,ey özünə gəl! Bir geçə sənin yanında yatdı deyə bəlkə  durub namus ustundə məni 
öldürəsən?!... 
-
 
Yox, yox ona görə demirəm, nə isə mənə baĢ qoĢma.- Əhməd belə deyərək çarpayıdan 
qalxıb pəncərəyə tərəf getdi.GünəĢ  boz buludların arxasından utancaq-utancaq 
boylanırdı.  Yazın  sehrli əli təbiətə yavaĢ-yavaĢ  əl gəzdirirdi. Ağacların kövrək pöhrələri 
Əhmədin olduğu dördüncü mərtəbədən görünməsə də, Əhməd pəncərədən vuran mehin 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
18 
 
qoxusundan onları hiss edirdi. Əhməd qəfil bu yarı bozumtul mənzərədən aralanaraq 
üzünü AtaĢa tərəf tutdu: 
-
 
Mənə həbi axĢam kim verdi? 
-
 
Neynirsən, xoĢuna gəlmədi?- siqaretin tüstüsünə bürünmüĢ AtaĢ suala sualla cavab verdi. 
-
 
Mənə birdə elə bir Ģey verməyin. Əgər versəniz, öldürsəniz belə çıxıb 
gedəcəm.Tüpürəcəm hər Ģeyə.  
-
 
YaxĢı, mən bunu uĢaqlara deyərəm. Mən....- AtaĢın danıĢığını yataqdakı qızın ayılması 
yarımçıq qoydu. Qız oturuĢuna  fikir vermədən  qalxıb AtaĢa söykəndi. Əhməd bu 
mənzərəyə baxmamaq üçün yenə üzünü pəncərəyə tərəf çevirdi.AtaĢ isə qızı özündən 
aralayaraq dedi: 
-
 
Gülya, sən əvvəl-axır məni bəlaya salacaqsan. Əgər Ģefin bu gecədən xəbəri olsa,  sən 
bilirsən o nə edər?... Ən azı piĢiyimizi ağaca dırmaĢdırar.  
-
 
Kef elə bir ..........yeyəmməz – Gülya Əhmədə qəribə gələn bir tərzdə söyüĢ söydü. Bir 
qızın bu Ģəkildə oturması( o gecəliyini tamamilə yuxarı sıyıraraq budlarını açıq 
buraxmıĢdı) belə Əhmədə necə pis təsir etmiĢdisə O, üzünü geri çevirməkdən daha 
çəkindi. O, qorxdu ki, onun bütün bədənin tər basmasını elə AtaĢ bilsə, biabır olacaq. Qız 
isə heĢ nəyə məhəl qoymadan AtaĢın əlindən siqaretini qaparaq çəkməyə baĢladı. 
-
 
Ay dəli, anaĢadı. Ġynə sənə indicə vurulub. Ölüb ayağımda qalacaqsan. Nadya ayılmamıĢ 
cəhənnəm ol, get buradan- AtaĢ siqareti onun əlindən alaraq üstünə qıĢqırdı. 
-
 
Axı niyə məni heç kəs baĢa düĢmür- qız qəfildən içini çəkə-çəkə ağlamağa baĢladı.  Sən 
heç vaxt qanmayacaqsan ki, o əntərin qoynuna girmək nə qədər əzablıdır.  
-
 
Hə, düz deyirsən. Bu mənə qismət olmayacaq,  amma baĢına dönüm məni qana çalxama . 
Bu əyri dünyada bir tikə çörək tapıb yeyirik, onu da zəhər etmə. O əntərin, o da sən .  
AtaĢın bu sözlərindən sonra qız paltarlarını axtarmağa baĢladı. Əhməd pəncərədən aralanaraq 
stulda oturdu. Onun qıza tamaĢa etdiyini anlayan AtaĢ: 
-
 
Ac qurd kimi baxırsan xəbərin var?- deyə  pıçıldadı 
Əhməd AtaĢın nəfəsini qulağının dibində hiss edəndə ,sözləri belə eĢitmədən qızardı. Qız 
iĢarələĢmədən nə anladısa, üzündə qəribə bir ifadə ilə gülməyə baĢladı və asta- asta Əhmədə 
yaxınlaĢdı. AtaĢa fikir vermədən : 
-
 
Bəlkə, məni evə qədər ötürəsən. Yol- yurd avara ilə doludur. – nazla Əhmədə dedi 
-
 
Yox, O, iĢ dalınca gedəcək.  Birinci dəfə deyil ki, tək gedə bilməyəsən... Guya bu Ģəhərin 
küçələrində böyümüĢ qız deyilsən?! .- AtaĢ Əhmədə macal vermədən  tez etiraz etdi. 
-
 
Mənim iĢim var ki? Bunu mənə niyə deməmisən ki?- Əhməd məsum Ģəkildə AtaĢdan 
bunu soruĢduqda, O, hirslə hər ikisinin üĢtünə çığırdı: 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə