The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə7/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   2   3   4   5   6   7   8   9   10   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
19 
 
-
 
Cəhənnəm olun gedin! Allah bəlanızı versin. Qanmaz köpəkuĢağı. 
Onun çığırtılarından  bir dəqiqə sonra Əhməd Gülya ilə binanı tərk edirdi. 
-
 
O, niyə o qədər hirsləndi?- Əhməd dodağının altında mızıldandı. 
-
 
Sadəcə olaraq bizi qorumaq istəyir. 
-
 
Kimdən?- Əhməd ona sual verdi.  
-
 
Ehh . Cəhənnəm olsun hamısı. De görüm adın nədir?- qız dirsəyi ilə onu dürtmələdi. 
-
 
Əhməd.  
-
 
Barrıkasan? Yoxsa ........ 
-
 
Yox. Deyilənə görə əsas iĢdəyəm. 
-
 
Çəkmə, vurma, iyləmə hansından xoĢun gəlir?- Gülya maraqla onun üzünə baxdı. 
-
 
Heç birindən təmiz. 
-
 
Inanmaram. Mənim bildiyimə görə bu iĢin polis iti olmaq belə, onu dadına baxmaqla 
baĢlayır 
-
 
Təbiətdə buynuzlu ilan var eĢitmisən? Çətin eĢidəsən. Atam həmiĢə deyir ki, yeganə su 
heyvanıdır ki, bütün həyatı sudan asılı olsa da üzməyi bacarmır. 
-
 
Yox eĢitməmiĢəm-Gülya məsumcasına boynuna aldı- yəni iĢi iĢə bulaĢmadan görmək 
olar, amma bu məndən keçib. 
-
 
Səni müalicə etdirmək olar, bəlkə də. - Əhməd dedi 
-
 
Yox, olmaz. Mən artıq butun həyatımı girov qoyaraq bu aləmdə yaĢayıram.  Müalicə 
olunub nə edəcəm? Bizim kimilərə bu həyatda heç vaxt yer olmayıb. Biz bu dünyanın 
artıq kəsilmiĢ dırnaqlarıyıq. Gəl, burada oturaq- qız içindən keçdikləri parkdakı 
skameykanı göstərdi. 
-
 
Hə oturaq . Sən burada gözlə, mən  bir Ģey alım yeyək.- Əhməd onun cavabını 
gözləmədən  oradan aralandı.GünəĢ yavaĢ- yavaĢ  günota xəttinə yaxınlaĢırdı. Əhməd 
bulka və bir az da Ģirə alaraq cəld geriyə döndü. O, skamyanın yanına çatanda Gülya artıq 
orada yox idi. Əhməd nə qədər ətrafa boylansa da, onu görə bilmədi. Əlindəkiləri yanına 
qoyaraq oturdu və bir siqaret yandırdı. 
 
*** 
Əhməd içində alıĢıb yanan qəribə bir hissin ayaqları altında idi. O, indi Gülyanı 
görmək ümidi ilə demək olar ki, hər gün “mərkəzə” baĢ çəkirdi. Mərkəz adlandırılan yer 
önü maĢın təmiri, arxası böyük bir  sex idi. Lazım olan məsələlər, malın bölüĢdürülməsi 
və xainlərin cəzalandırılaması belə bu məkanda baĢ verirdi. Əhməd diqqət çəkməmək 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
20 
 
üçün əvvəlcə maĢını təmirə verir sonra Ģübhəli bir Ģey sezməyəndə içəri sızırdı. Bir dəfə 
uzaqdan Gülyanın buradan çıxdığını görəndən sonra içindəki bir qırıq ümid onu hər gün 
bura sürükləyirdi.  Iki- üç günlüyə ölkəni tərk edəndə isə geriyə qayıtmaq üçün az qala 
zamanın ipini çəkirdi. Yenə təmir sexinin qarĢısında stulda oturub ayaqlarını 
laqeydcəsinə uzatmıĢdı. GünəĢ zalımcasına parlayır, səmadan yerə yay alovunu 
püskürürdü. Əhməd  kepkasının günlüyünü gözünün üstünə basaraq özünü yuxululuğa 
vurmuĢdu. Elə bu zaman  tanıĢ bir səs qulağnın dibində çınladı: 
  
 
-Ġyrimi iki yaĢlarında boyu bir metr yetmiĢ beĢ, alagöz, dərisi günəĢdən yanaraq 
miĢ rəngə düĢmüĢ, əynində son moda cıns Ģalvar və ağ futbolka olan  Əhməd adlı oğlan 
evdən çıxmıĢ və bir daha geri qayıtmamıĢdır. Görənlərdən xahıĢ olunur ki, qaqaĢı AtaĢ ondan 
ötru möhkəm darıxmıĢdır.-Əhməd AtaĢın bu sözlərinə qəhqəhə çəkərək qalxıb onunla 
qucaqlaĢdı. AtaĢ isə dil boğaza qoymadan döğrayıb tökürdü: 
-
 
Ay Ģərəfsiz, haralardasan ? Niyə evə gəlmirsən? Qara piĢik keçib aramızdan? 
-
 
Alə, yox . Yaydı da,  elə maĢında yatıram. Yuxum gəlir ki.... 
-
 
Məcnun olub düĢmüsən çöllərə, amma qardaĢım səhv yoldasan- deyə AtaĢ baĢını buladı. 
Əhməd heç nə anlamırmıĢ kimi: 
          -Nə deyirsən? Heç nə baĢa düĢmədim 
     - Lazım olmayan adamın dalınca düĢmüsən. 
          - Sən haradan bilirsən? 
           -Mən sevən adamı nəfəsindən hiss edirəm.Gəl gedək, bir yerdə oturaq. DanıĢmaq 
lazımdır.  
AtaĢ Əhmədi dəniz qırağındakı həmiĢə oturduqları restorana apardı. AtaĢ siqareti siqaretə 
calayaraq  hey susurdu.  
-
 
AtaĢ, di balala. Ürəyim partladı.- Əhməd səbirsiz-səbirsiz dilləndi. 
-
 
Heç bilmirəm haradan baĢlayım. QaqaĢ, sən doğurdan bu Gülyanın dalınca sürünürsən? 
-
 
Bayaq soruĢdun, mən də boynuma aldım. Hə vurulmuĢam. 
-
 
Sən onun haqqında hər Ģeyi bilirsən? 
-
 
Insan bildiyini deyil, duyduğunu sevər. 
-
 
YaxĢı, yaxĢı anladım. Indi sənə onun kim olduğunu desəm, yəqin ki vaz keĢərsən bu 
sərsəm fikrindən. 
-
 
BaĢla! Ürək dərmanı atım? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
21 
 
-
 
Lağ eləmə! Əhməd, mən səni qorumaq istəyirəm. 
-
 
Atam deyilsən ki,, De görüm, nə deyirsən.- Əhməd əsəbi Ģəkildə ona cavab verdi. 
-
 
Əhməd, o qız Ģefin məĢuqəsidir. Bunu  dəstədə hamı bilir. Onun on səkkiz yaĢı tamam 
olandan bəri O, ən yaxĢı kamikadze kimi ad çıxarıb.  
-
 
Yəni bətnində mal keçirdənlərdən eləmi.- bunu deyərək Əhməd baĢını qucaqladı və bir 
neçə dəqiqədən sonra- Qaqa, əgər məni bircə damcı istəyirsənsə, onun ünvanını ver . 
-
 
Olmaz! – AtaĢ qəti Ģəkildə etiraz etdi.  
-
 
Vallah öləcəm. Buram məni öldürəcək.- Əhməd əlini sinəsinə döyəclədi- Ver ünvanı! 
-
 
Verə bilmərəm.Onun evi daim nəzarət altındadır amma səninlə onu bir dəfə görüĢdürə 
bilərəm. Bir Ģərtim var . 
-
 
Nə Ģərt? 
-
 
Bu birinci və axırıncı görüĢ olacaq. 
-
 
Sən görüĢü təĢkil et mən Ģərti fikirləĢərəm. 
-
 
Yox fikirləĢməyəcəksən! Edəcəksən!- AtaĢ qəti səslə bildirdi. Əhməd çarəsiz Ģəkildə 
onun üzünə baxdı. 
 
Əhməd dəstədə olduğu müddətdə, dəqiqliyi və etibarı ilə ad qazanmıĢdı. Əldə etdiyi 
qazancın yalnız otuz faizini özündə saxlayardı. Qalan hissəsi bacısına çatardı. Bacısıgil bu 
müddətdə kirayəyə çıxmıĢdılar, hətta Bakı ətrafından torpaq da ala bilmniĢdilər. Yeznəsi 
bəzən qudurmıĢluğuna salanda Əhmədin cibində az qala siçanlar oynayırdı. Canını bu qədər 
riskə atmağının yeganə qazancı isə aldığı ikinci əl qara Mersedes idi 
AtaĢ günortaya ünvanı gətirib verəcəyini boyun olmuĢdu. Səhər erkəndən oyanmıĢdı. 
Ürəyi sinəsində quĢ balası kimi çırpınırdı.  Hey saata baxmaqdan canı boğazına yığıldı. Vaxtı 
öldürmək üçün geyinib evdən çıxdı.Özündən asılı olmadan bir anda bacısıgilin evinin 
qarĢısında özünü tapdı. .  
Adəti üzrə maĢınını səliqə ilə kənarda saxlayıb, balaqapıya doğru irəlillədi. Əlini bala qapıya 
atmıĢdı ki, əli havada qaldı. Balaqapının o tayında bir tanıĢ üz ona baxırdı. Bu tanıĢ üz necə 
də arıqlamıĢdı, necə də gözlərinin altı torbalanmıĢdı. Istədi salam versin lakin dilinin ağzında 
necə ağır olduğunun fərqinə vardı. Birtəhər özünü topalayıb kənara çəkildi. Onları bu ağır 
vəziyyətdən bacısı vaxtında qurtardı: 
-Ata, tələsmə qoy bunu da verim- deyərək əlindəki bükülü ilə arxadan yaxınlaĢdiğinda 
Əhmədi görərək duruxdu. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə