The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə9/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
25 
 
Əgər bilirlərsə niyə bu ağır iĢin ardınca onu göndərirlər. BaĢçının ikisinə güllə sıxmağa gücü 
yetmir.?!...” Suallar üstünə yağıĢ kimi səpələndikcə Əhməd baĢını itirirdi. Evin divarlar da 
sanki- hamı hər Ģeyi bilir. Bu da son -deyə pıçıldayırdı.O, canını götürüb evdən qaçmaqdan 
baĢqa bir çarə tapmadı. Ürəyindən “əgər bu doğurdan da sondursa gedim Gülnarı görüm.”- 
keçirtdi.        
MaĢın yolu qarĢısına aldıqca Əhmədin baĢı da ayazıyırdı. Hər Ģeyi daha məntiqlə düĢünməyə 
çalıĢırdı. Bu məsələni bilsəydilər, ikimizi bir yerdə göndərməzdilər. Əgər bu məsələni 
bilsəydilər, qadının kimliyini niyə AtaĢ mənə deyərdi ki, .............. 
Cürbəcür versiyalarla beynini yükləyəyirdi ki, Gülya zəng vurdu. 
Salamsız kəlamsız təlaĢla : 
-Bet, AtaĢ bura gəlmiĢdi.  
- Eləmi?- Əhməd özündən asılı olmadan ağlına ilk gələn sözü dedi. 
- Bizi bir yerdə cənuba yollayırlar. Nə olub? Bunların nədənsə xəbəri olub?   
- Sən bilən elədi?- Əhməd canı bu cavabdan asılı imiĢ kimi ürəyi döyünə -döyünə cavabı gözlədi 
- Pis olma.- Gülyanın  səsinin bir az qırılması onun ürəyini daha da ayağnın altına saldı- Bilirəm 
bunu eĢidəndə özünü pis hiss edirsən, amma o vurulmuĢ üç gündü burdadı. Ġki saat olar gedib. 
HəmiĢəki kimi idi. Bir Ģey bilsəydi hər halda bir Ģey sezərdim 
Gülyanın bu sözləri Əhmədə içindəki qorxudan da pis təsir etdi.Qısqanclıq elə bil kəlləsinə qədər 
çıxıb ora mismar çalırdı. Udquna udquna yalnız: 
-HəmiĢəki yerə gəl saat üçdə - deyə bildi və telefonu arxa oturacağa vızıldatdı. 
Bacısı bu dəfə də əri ilə sözləĢib ağlamıĢdı. Əhməd onun qızarmıĢ gözlərinə fikir vermədən : 
-
 
Bir çay gətir – dedi. 
Gülnar ərinə tərəf dönərək “ona sən deyəsən bəlkə” pıçıldayanda bunu Əhməd də eĢitdi. 
-
 
Yenə pul istəyəcəksiniz eləmi?! Siz belə mundar adamsınız Bir stəkan çay istəyirəm də. 
Ġmkanınız olsa, onun da pulunu alarsınız. Baxın, mən öləcəm, onda siz mənim meyidimi 
də soyarsınınz. 
-
 
Yox, Əhməd nə olub sənə belə?! Vallah pul istəmirdik. Üç həftədi haralardasan? Səni 
tapmaq vallah indiki zamanada pul tapmaqdan da çətin olub. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
26 
 
Lakin Əhməd bacısının bu sözlərini dinləmədən sürətlə yerindən durub otaqdan çıxdı.Gülnar 
onun ardınca ha nə qədər cəldilkə çıxdısada artıq gec idi. UzaqlaĢan maĢının ardınca yalnız 
bunu pıçıldaya bildi: 
-
 
Mən yalnız babamızın öldüyünü deyəcəkdim. 
  
KiĢinin gözləri dirənmiĢdi. Həkimlər bir ürəkdən baĢqa bütün orqanların iflic olduğunu 
söyləyirdilər. Qafar baĢını qucaqlayıb yenə divanın küncündə oturmuĢdu. QonĢular gəlib 
dəyir, son zamanlarında onu heç tək qoymurdular. Gələnin gedənin arasından qocanın gözləri 
hey kimisə arayırdı. Bunu demək olar ki,  hamı bilirdi, amma heç kəs Qafar müəllimin 
qorxusundan  bunu deyə bilmirdi. Qoca aradığının adını çəkməsədə, nisgilini soruĢmağı 
unutmurdu. Yarıxırıltılı səslə: 
-
 
Bala, ġuĢanı qaytarmırlar? 
Ürəyi yumĢaqlar : 
- Darıxma! Baba, deyirlər ki, erməni vurulmuĢlar yeddi rayonu verəcəklər.-deyə qocanı 
aldadırdılarsa, 
Insafsızlar:  
-
 
Ay baba, qiyamətə qaldı. Çətin görərik oraları deyib, kiĢinin üzülmüĢ ürəyini daha da 
üzürdülər. 
-
 
Mən burada ölmək istəmirəm. 
-
 
Nə ölmək, ay kiĢi, sən hələ yüz il yaĢayacaqsan- bu yalıanı da həkim söyləyirdi. 
Axırıncı günlərdə dili də batdı. Bircə gözləri danıĢdı. Qonum-qonĢu yanından əl çəkmirdi. 
Əhməd evi tərk edəndən sonra ilk dəfə idi ki, AtaĢın anası Məleykə də, gəlmiĢdi kiĢiyə 
dəyməyə. Salam- kəlamdan sonra əyilib xəstənin yastığının altına bir topa pul basdı. Qafar 
bunu sezən kimi cəld yerindən durub  çarpayıya tərəf irəlilədi, lakin arvadı bunu tez baĢa 
düĢüb qəfil onun qabağına keçdi: 
-
 
Ay kiĢi,  bir sən bəri gəl – deyərək arxa balkona tərəf iĢarə elədi.Qafar əlacsız-əlacsız 
qonaqlara baxıb, diĢi dodağını gəmirə- gəmirə arvadının arxasınca getdi. Qafarın otağı 
tərk etdiyini görəndə Məleykə dərindən nəfəs alaraq arvadlarla söhbətə baĢladı: 
-
 
Aaz ,vallah mən evdə də deyirəm bu kiĢinin indi belə xəstələnən vaxtı deyildi. Bu kiĢini 
buranın rütubəti elədi. Biz də bu binada oluruq amma elə qəĢəng təmir elətdirdik AtaĢım 
arçipannan yığdırdı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
27 
 
-
 
Ay Məleykə, indi sənin oğlun edir, bu yazıqlarınkın kim eləsin. Bir müəllim maaĢıynan 
bu bədbaxt oğlu nağarsın hay?- Kərəmin arvadı baĢındakı alabəzək yaylığın ucunu 
dartıĢdıra- dartıĢdıra dedi. 
-
 
Aaz, guya bunun oğlu Əhməd də AtaĢ iĢləyən yerdə iĢləmir?! Niyə qoymur gədəni 
qapıya?-Məleykə piyin içində itib- batmıĢ gözlərini süzdürdü.- Bu Qafar haram deyə- 
deyə camaatın halal iĢinə də Ģər atır. Biz nağardıq ki, aparıb balasına çörək verdik dəə. 
-
 
Ay Məleykə, bildiyin də var bilmədiyin də. Sən bilmədiyini danıĢırsan. 
-
 
Aaz, get o yoluğ Kərəmin dərdin çək. Sən indi mənə qanmaz deyirsən? Acından günorta 
dur, sonra da de ki, bu haramdı bu halal.  Qoyaydı balasını qapıya bizə nə olub ki?!.... Biz 
indi yolkəsənik?!... 
-
 
Ay arvadlar, səsininzi içinizə salın! Ayıbdı. Xəstə yanına gəlmisiniz- içlərində ən yaĢlı 
olan Həlimə dilləndi. InĢallah, Əhməd də gələr bu kiĢi də sevinər. Onun bu sözlərinə 
arıqlayıb uzunsov suyu cəkilmiĢ yemiĢə bənzəyən baĢını qaldıran baba demək olar ki, 
xırıldayaraq: 
-
 
Əhməd, Əhməd niyə onu çağırmırsınız?- dedi 
-
 
Aaz, qaç!, qaç Qafar kiĢiyə de ki, kiĢi danıĢdı.  
Arvadlar necə səs- küy saldılarsa kiĢinin olan qalan səsi də bu uğultunun içində batdı. 
Qafar arvadının dalınca arxa balkona çıxan kim onu sıxma –boğmaya saldı: 
-
 
Elələrinin pulu mənə lazım deyil. Haramdı haram. 
-
 
Bircə sənsən halal. CəbiĢ müəllimə dönmüsən. 
-
 
Dayan! Qoy, cəhənnəm olsun götürüb ordan səpəcəm balkondan aĢağı görərsən. 
-
 
Elə sən dörsən milləti bizim evdən didərgin salan. Əminoğlu o boyda qaçkınkomu əlində 
fırlayır, hamı qabağında Ģax durur sən ona salam da vermirsən. GuyamıĢ ki,adamın 
ehtiyacı vardı sənə?! 
-
 
Kəs səsini! Camaat eĢıdır. Arvadsan cəhənnəm ol, yeməyini biĢir paltarını  yu! 
Arvadı gözünün yaĢını silə-silə: 
-
 
Mən cəhhənəm,  yad qızıyam, belə erməniyəm. Bəs atan o boyda kiĢini çürütdün 
buralarda. YaxĢı bu da cəhənnəm, Bəs oğlun? Onu niyə həsrət qoymusan buralara budu 
ey –səsini daha da aĢağı salaraq pıçıldadı- Məleykə piyli qaza oxĢayır, telləri parildayır. 
Kaftar çağında məndən cavan görünür. mənə bax, ona bax: zıbillik pıĢıyinə oxĢayıram.-
arvadın son sözlərini içəridən qopan səs-küy batırdı. Arxa balkona özünü atan Kərəmin 
arvadı: 
- Gözün aydın. Ay Qafar qardaĢ, kiĢi danıĢdı. Deyəsən üzü bəridi- dedi 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə