The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix12.10.2018
ölçüsü0,8 Mb.
#73265
1   2   3   4   5   6   7

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 



 



– Off! Lap kürəyim qovuşub. Televiziyada inqilab eləmişəm. Təklif elədim ki, builki novıy qodda dəyişiklik 

olsun respublikanın iyirmi illiyi münasibətilə. Bülbül məktəbinin uşaqlarını yığıb Azərbaycan tarixindən ən 

qədim, ən maraqlı mahnılar öyrətməliyik. Sədr dərhal maraqlandı. Dedi, maraqlı yenilik olar. Bu şərtnən özün 

də üç - dörd gün qal Bakıda, Şaxta baba ol, başqa Şaxta babaları da öyrət. İkicə gecə yuxusuz qaldım. Şaxta 

babalara, uşaqlara dərs dedim. Hər il bayramı belə keçirsək, üstəlik, Novruz bayramını da belə keçirsək, tədqiq 

olunmamış qədim tariximizi xeyli açarıq.  

Tahirə: 

– Çox maraqlı təklif eləmisən. Gözlərin süzülür. Yat, - dedi. 

– Yox, yox. Sən o əzbərlədiyin yeri de, gözümün işığı, görüm necə yazmışam. Finaldı axı, məsuliyyətli yerdi. 

Tahirə düşünmədən danışmağa başladı. 

Mahir birdən ufultu ilə gərnəşib sinəsinin düymələrini açdı. Sol döşündə köhnə, çökək yara yeri göründü. 

Tahirə o yara yerinə baxa-baxa danışırdı.  

“...Ermənilər Şuşanı topa basanda dərhal Kalaşnikovu götürüb Daşaltına yüyürdüm. Ardımca çoxlu adam - 

cavan, qoca gəlirdi. Özümü hündür bir qayanın dalına verib, erməni toplarının səngərləndiyi yeri binoklla 

müəyyənləşdirib, dərhal da avtomatı işə saldım. Ətrafımdakı kalaşnikovlar da şaqqıldaşıb qayalığa gurultu 

saldı. Mən tez - tez binoklla baxıb, o qədər də uzaq olmayan səngərdə, topların ara - bərəsində o yan - bu yana 

yüyürüşən adamları nişan alırdım. Arada əlimi tətikdən çəkəndə arxamda hənir duydum. Baxanda Mahirəni 

gördüm. Patron gətirmişdi. Sevindiyimdən qucaqladım Mahirəni. Lenti alıb avtomata saldım. Mahirə 

Kalaşnikovu qayanın dikdirinə qaldırdı. Qışqırdım ki:  

– Neynirsən? Güllə dəyər! 

Elə bu an özüm arxaya aşdım, istər-istəməz sinəmi qucaqladım. Güllə sol döşümdən, düz ürəyimin yanından 

keçmişdi. 

Mahirə qışqırıb özünü üstümə saldı, koftasını soyunub alt köynəyini çıxartdı, cəld hərəkətlərlə cırıb bir qismini 

sinəmə, qan axan yerə basdı, qalanını belimə sıxıb yaramı sarıdı. Mən Mahirənin əllərinə yox, üzünə baxırdım, 

daha doğrusu, sel kimi axıtdığı göz yaşlarına baxırdım. Hiss edirdim ki, yenidən vurulmuşam...” 

Tahirə susub narahatlıqla atasının üzünə baxırdı. 

Mahirin sol əli döşünün üstünə, çökək yerə qalxdı. Çoxdan sağalmış yarasının ağrısını duymuş kimi, gözlərini 

yumdu. Bu an telefon səsləndi. Mahir telefonu cibindən çıxarıb qulağına apardı. 

– Bəli. Eşidirəm, - dedi. 

Telefonda Azərbaycan diaspor sədrinin qalın səsi eşidildi: 

– Mahir! Mahir! Bilirəm Bakıdan təzə qayıtmısan, yorğunsan. Amma məni bağışla. Sən təcili diasporaya 

gəlməlisən. Qızını da gətirməlisən. Konservatoriyada dedim “bizə yaxşı “Sarı gəlin” oxuyan lazımdı”. Dedilər: 

“Tahirə Cəlalovadan başqa “Sarı gəlin” oxuyanımız yoxdu.” Məsələ burasındadır ki, erməni diasporası üç gün 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 



 



qabaqdan Novıy qod gecəsi hazırlayıb. Londondan, Parisdən, Berlindən muzıkantlar çağırıblar. Bizə də 

dəvətnamə göndəriblər, konsert proqramında birinci “Sarı gəlin”i yazıblar, Xaçaturyanın əsərləri bilirsən, bizim 

bəstəkarların kopyasıdı. Aramyan adında məşhur müğənnilərini çağırıblar Yerevandan. Konsertin əsas hissəsini 

ona tapşırıblar. Yaxşı səsi var Aramyanın. “Sarı gəlin”i də çox yaxşı oxuyur. Onun qabağına adam 

çıxartmalıyıq, sübut eləsin ki, “Sarı gəlin” armyanskaya narodnaya pesnya deyil, Azərbaycan mahnısıdı. Tahirə 

balam bacarar bunu.  

Mahir:  

– Gətirərəm, gətirərəm, arxayın ol, - dedi. - Amma Tahirəni orda çox saxlamaq olmaz. Sabah Bakıya 

aparmalıyam onu. Mənim Qar qızım olmalıdı, atasına kömək etməlidi. Söz vermişəm.  

Sədrin hələ sözü vardı. Dedi: 

– Xaricdən muzıkantları boş-boşuna çağırmayıblar. Dəvətnamələrin bir qismini bizim universitet tələbələrinə 

paylatdırdım, tapşırdım ki, xarici muzıkantların yanlarında otursunlar, Tahirə oxuyanda hər şeyi başa salsınlar 

xaricilərə.  

Mahir bir az duruxub soruşdu: 

– Məni bir məsələ düşündürür. Ermənilər imkan verərlərmi Tahirəyə? 

Sədr dedi:  

– Xaricilərin yanında heç bir qələt eləyəmməzlər.  

Mahirə qapının arasında - kandarda dayanıb qulaq asırdı, Mahir telefonu cibinə qoyanda dilləndi:  

– A kişi, bəs Bakıda söz vermisən ki, Şaxta baba olacaqsan, uşaqlardan dərs soruşacaqsan?! 

Mahir dedi:  

– Ermənilər üç gün qabaqdan keçirirlər konserti, xaricilərə görə. Təzə ilə dörd gün var. Bakıda da çatdırarıq. - 

Tahirəyə baxdı. - Yuxusuz qalmısan. Oxuya biləcəksənmi, gözümün işığı?  

Tahirə: 

– Lap bir həftə yuxusuz qalsam da, oxuyaram. “Sar gəlin”in bizimki olduğunu bilə - bilə dözərəmmi 

oxumasam, ay papa?!  

Mahir pəncərədən Kreml saatına baxdı. 

– Paho! Səkkizə az qalıb. Əyin-başını düzəlt, gedək, qızım.  

– Gedək, gedək, - deyə Tahirə cəld yönəlib şifonerin qapısını açdı. Qapının arxasında paltarını dəyişib, əynində 

qırmızı xara donla və qara qısa şuba ilə çıxdı.  

 

– 3 – 



 


www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 



 



B inadan bir az aralananda bir dəstə diaspor işçisi Mahirgili aralığa aldı. Bir-birinin sözünü kəsə - kəsə 

danışmağa başladılar: 

– Yükün ağırlığı sənin bu gözəl qızının üstünə düşür. Konsertin aparıcısı hələ birinci nömrəni elan eləməmiş 

Tahirə səhnədə ayrıca mikrofonun qabağında olmalıdı. Erməni müğənnisi “Sarı gəlin” oxumağa başlayanda 

Tahirə də başlamalıdı. Yoldaşlardan bir dəstə əlli - ayaqlı adam seçmişik, burdadılar. Ermənilər əl - ayaq 

tərpətsələr, mane olacaqlar bizimkilər. Tələbələr öz işlərini görəcəklər. İşin çətinliyi Tahirəynən yanaşı səhnəyə 

çıxanlarımızın üstünə düşür. Sən özün də çıxış hazırla. Lazım gəlsə, danışarsan. Nəzərə al ki, əsas müharibə 

burdadı indi. Qalib gəlməliyik. Şəksiz - şübhəsiz sübut olmalıdı ki, “Sarı gəlin” bizimdi. Aram Xaçaturyanın 

əsərləri də bizim bəstəkarların təsiriynən yazılıb. Musiqimiz əldən gedir, Mahir, başa düşürsən? Konserti üç gün 

qabağa salıblar ki, xaricilər Yeni il bayramında öz ölkələrində yaysınlar bu dəhşətli yalanı.  

Aralıqda sükut olanda Mahir dedi: 

– Hər şey aydındı. Hər şeydən istifadə eləyirlər köpək uşağı. Açığını deyirəm, biz tənbəllik eləyirik. Bu xına o 

xınadan deyil. Sübuta yetirməliyik hər şeyi. Xalçalarımızı öz adlarına çıxırlar xaricdə. Rəsm əsərlərimizi də öz 

adlarına çıxarırlar. Bu dəfə də bir şey eliyəmməsək, lap biabırçılıq olar. Qorxusuz-ürküsüz, dəvətnamə 

göndəriblərsə, özlərinə inanırlar. İnamlarını sındırmalıyıq bu dəfə...  

Zal dolu idi. Ermənilər çox müəmmalı sükutla Azərbaycan diasporunun üzvlərinə tamaşa edirdilər.  

Mahir salamsız - kəlamsız keçib, səhnə qabağında boş skamyalardan birində oturdu. Qalan azərbaycanlılar onun 

ətrafında düzüldülər.  

Səhnədə, mikrofonun arxasında tək bir nəfər - arıq, cılız müğənni Aramyan dayanmışdı.  

Çox keçmədən, səhnənin arxasında ağ pərdələrin arxasından konferansye görünəndə bütün ermənilər əl çaldılar. 

Konferansye də eynilə Aramyan kimi arıq, cılız adamdı. Baş əyib, dikəlib rus dilində dedi: 

– Əziz xarici qonaqlarımızı salamlayıram. Bizim bu Yeni il konsertimizə xoş gəliblər. Ümidliyəm ki, erməni 

xalqının zəngin yaradıcılığı ilə tanış olandan sonra öz ölkələrinə xoş təəssüratla qayıdacaqlar və bizim xalq 

haqqında qədim Avropada xoş sözlər danışacaqlar. Konsertimizin ilk mahnısı “Sarı gəlin”i bütün dünyada 

məşhur olan müğənnimiz Aramyan başlayır.  

Konferansye bu axırıncı sözləri deyərkən Tahirə artıq səhnədə idi. Aramyanın yanında konferansye üçün 

qoyulmuş ikinci mikrofonun arxasında dayanmışdı.  

Səhnənin arxasında - ortasında pərdə çəkildi. Çalğıçılar - tarzən, balabançı, kamançaçı və qavalçı görünəndə 

yenə çəpik səsləri eşidildi.  

Çalğıçılar “Sarı gəlin”in ilk notlarını çalmağa başlayanda Aramyanın nazik, zil səsi ilə birlikdə Tahirənin titrək 

zənguləli səsi də ucaldı: 

 

Saçın ucun hörməzlər, 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə