The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix12.10.2018
ölçüsü0,8 Mb.
#73265
1   2   3   4   5   6   7

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 



 



Gülü sulu dərməzlər, Sar gəlin... 

Bu sövda nə sövdadır, Sar gəlin... 

 

Bu an səhnənin sol tərəfindəki pərdə aralandı. İki nəfər - hündürboylu, iri sifətli bir erməni ilə onun əksinə - 



balacaboy bir erməni pərdənin arasından qəzəblə Tahirəyə baxıb, sonra üzlərini zala tutub, öz aralarında nə isə 

danışa-danışa irəli çıxdılar. Kök erməni boğuq səslə: 

– Poçemu dopuskayete?! Ostanavite yeyo! - dedi. Zalda əvvəlcə xısın-xısın, sonra boğuq gurultuya çevrilən 

uğultu yayıldı.  

Zaldakı ermənilər ordan-burdan ayağa qalxıb, pillələrlə səhnəyə yüyürdülər, Tahirəni mikrofonun arxasından 

qabağa çəkdilər. Tahirə onların arasından çıxıb yenə mikrofona yanaşanda atası yerindən dik atıldı. Onun böyür 

- başındakı azərbaycanlılar da səhnəyə qalxdılar. 

– Oxu, qızım! Oxu! Oxu! - dedilər.  

Tahirə nəfəsini dərib, çalğıçıları və Aramyanı gözləmədən, təkbaşına oxumağa başlayanda kök erməni özünü 

irəli verib, qızın qolundan yapışdı. O biri ermənilər də qızı pilləkənə doğru dartdılar, pilləkənin yarısına çatanda 

isə azı dörd - beş erməni Tahirəni arxasından zala irəlilədilər.  

Zalda əcnəbi qonaqlar təlaşla tərpənişdilər. Tələbələr onlara nə isə izah edirdilər. Tahirə pillələrdən aşağıya 

səndələyə - səndələyə gedib üzü üstə döşəməyə döşənəndə bütün zal çaxnaşdı. Mahir yönəlib qızı arxası üstə 

çevirib, qucağına qaldırdı. Qız huşunu itirmişdi.  

Mahir camaatdan kömək istəyirmiş kimi hövllə o yan - bu yana baxanda, kim isə bir insaflı erməni Tahirənin 

burnuna nişatır spirti tutdu. Qız dərindən nəfəs alıb gözlərini açdı. Mahir də bir az toxtayıb, zala üz tutub, 

azərbaycanca:  

 

– Biz bu biabırçılığı gözləmirdik! Ayıb olsun sizə! - dedi. 



Kök erməni, deyəsən, vəzifə sahibi idi. O da azərbaycanca: - Siz bizim işimizi pozdunuz! - dedi.  

Mahir:  


– Bu mənim qızımdı. Sizin səhnənizə gözəllik gətirib. Çıx yuxarı, qızım. Oxu! - dedi.  

Tahirə gözlərini silib, dolaşıq addımlarla səhnəyə qalxdı. Lakin bu dəfə cınqırını da çıxara bilmədi; Kök erməni 

qonaqlardan da həyalanmadan:  

– Ya skazal ne dopuskayete! - dedi. - “Sarı gəlin”, burada deyildiyi kimi, qədim erməni mahnısıdır. Biz ən 

sevimli mahnımızı nümayiş etdirmək üçün on beş Avropa muzıkantına zəhmət verib konsertimizə dəvət 

etmişik. Xahiş edirəm, qızınızı çağırın yanınızda otursun!  

Mahir də səsini qaldırdı: 

– Qızım sizin müğənni ilə yanaşı oxuyacaq! 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

10 


 

Kök erməni bu dəfə var səsi ilə qışqırdı: 

– Oxumuyacaq! 

Mahir təkrar etdi:  

– Oxuyacaq! 

Erməni də təkrar etdi. 

– Oxumayacaq! - Sonra zala üz tutdu: - Əziz xarici qonaqlar! Görürsünüzmü bu azərbaycanlılar necə həyasızlıq 

eləyirlər. Biz onları dəvət etmişik ki, “Sarı gəlin”i qədim erməni dilində, erməni müğənnisinin ifasında 

eşitsinlər öz qulaqları ilə, inansınlar ki, bu mahnı ermənicədir və ermənilərindir... Başla, cənab Aramyan! 

Müvəffəqiyyət arzulayıram! 

Aramyanın səsi çıxmamış səhnədəki ermənilər yenidən Tahirənin üstünə cumdular və bu dəfə həddini çox-çox 

aşan kobudluqla səhnədən zala atdılar. Tahirə arxası üstə döşənib hərəkətsiz qaldı. Atası yenə cumub qızını 

qucaqladı, qaldırıb sinəsinə sıxdı.  

Zalın əsas qismi - ermənilərin hamısı ayaq üstə idi. Ermənicə, rusca, azərbaycanca qarışıq qışqırtı, bağırtı 

başlandı. Mahirin dəhşətli qışqırtısı bütün səslərə üstün gəldi: 

– Proqrama bəstəkarınız Aram Xaçaturyanın əsərlərini də salmısınız. Birinci əsər “Qılınclarla rəqs”dir. Bunu siz 

iyirmi il davam etdirdiyiniz, atəşkəsə ara vermədiyiniz müharibənizin rəmzi kimi salmısınız. Halbuki, 

“Qılınclarla rəqs” böyük Azərbaycan bəstəkarı Qara Qarayevin “Əlibaba və qırx quldur” baletindəndir. 

Orkestriniz gəlsin Xaçaturyanın “Qılınclarla rəqs”ini çalsın. Xarici qonaqlardan soruşun: bu əsər Azərbaycanın 

bütün dünyada məşhur bəstəkarı Qara Qarayevin baletindən deyilmi?!  

Yenə də bütün planetdə məşhur “Arşın mal alan” operettası Azərbaycanın ürəyi Üzeyir bəy Hacıbəylinin əsəri 

deyilmi?! Nə üçün Xaçaturyanın adına yazırsınız?! Bu dərəcədə də plagiatlıq - oğurluq olarmı?!  

Siz bizim dilimizi öyrənəndə biz əbləhlər sevinirdik. Sonra gördük daxilimizə girmək üçün öyrənirsiniz. 

“Kirvə” dediniz bizə. Alimlərimizə məlumdur ki, “ki” kəlməsi Qreklərindir, adi od deməkdir. “Kirvə” isə qədim 

Azərbaycan dili Odər dilində OdRev sözündəndir. Həqiqət Evi deməkdir. Həqiqəti, həqq Evini ləğv etmək üçün 

dəyişdirmisiniz ən müqəddəs sözümüzü. Siz o vaxtlardan qənim kəsilmisiniz Azərbaycana. Axırda da lap 

açıldınız, çörəyini yediyiniz, iqtisadiyyatı ilə yaşadığınız Azərbaycan xalqına xəyanət etdiniz. Doğma 

torpaqlarımızdan bir milyon əhalini didərgin saldınız. Rusiyanın köməyinə arxalandınız, torpağımızın iyirmi 

faizini fəth etdiniz. Bəs deyilmi, ay həyasız millət? Bakıda, Salyanda, Qubada saldığınız qırğınların səbəbi 

nədir?! Nə üçün əl çəkmirsiniz bizdən?! Mədəniyyət ocaqlarımızı dağıtmısınız! İndi də mədəniyyətimizi 

oğurlayırsınız! Xalçalarımıza qədər erməni xalçaları kimi qələmə verib xaricdə satırsınız. Qədimdən qədim 

dastanlarımızı mənimsəyirsiniz! Bu yaxınlarda məlum oldu ki, “Aşıq Qərib” kimi nöqtəsinə qədər Azərbaycan 

dastanının əsasında film çəkib erməni dastanı kimi qələmə vermisiniz. Mən Azərbaycan xalqı adından sizə 

xəbərdarlıq edirəm. Bir az da belə getsə, yurdunuz xaraba qalacaq. Erməni xalqı sizin mənəvi, iqtisadi 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

11 


 

yoxsulluğunuza dözməyəcək, büsbütün emiqrasiyaya gedəcək. Şah İsmayılın tikdirdiyi Erməni paytaxtı kimi 

qələmə verdiyiniz doğma şəhərimiz İrəvan boşalacaq. Bəsdir! Bəsdir! Bəsdir!  

Mahirin gurultulu nitqi zalda sükut yaratmışdı.  

Azərbaycanlılar yerbəyerdən qalxıb qapıya yönələndə addım səslərindən bir ordu yerişi kimi gurultu düşdü.  

Qızıl meydanın girəcəyində Mahir Tahirəni sol qucağına keçirib cibindən pul çıxarıb yanınca gedən oğlana 

verdi:  

– Səhər reysinə Bakıya üç bilet al.  

Oğlan pulu cibinə qoyub:  

– Bu axşam gəlməmisinizmi Bakıdan? - dedi. 

Mahir qımışdı:  

– Şaxta baba olmuşam, Bakıda uşaqlarnan əylənəcəm, - dedi və üşürgələndi: - qızın rəngində qan qalmamışdı.  

 

– 4 –  


 

İ çəri keçən kimi Tahirəni divana uzadıb telefona əl atdı, “Təcili yardım”a zəng vurdu:  

– Xəstənin on dörd yaşı var. Adı Tahirə, familiyası Cəlalovadır. Pilləkəndən yıxılıb, qorxu keçirib, rəngi ağarıb. 

Məncə, psixiatr lazımdır, - dedi.  

Mahirənin rəngi qızınınkından da pis idi. Mətbəxə keçdi, əli əsə - əsə qazı yandırıb çay qoydu. Yemək otağına 

qayıdanda qızının üstünə cumdu.  

– Necəsən, qurbanın olum?  

Tahirə gözlərini açıb anasına baxdı. Dillənmədi. 

Mahirənin rəngi daha pis ağardı.  

– Soruşuram, necəsən. Ağrıyan yerin varmı? 

Tahirənin səsi çıxmadı. Nəfəsi ilə:  

– Heç yerim ağrımır, - dedi. 

Bir azdan qapının zəngi çalındı. 

Qaşları və çənəsinin ucundakı saqqalı dümağ ağarmış, iyirminci illərin ziyalılarını xatırladan ucaboy bir həkim 

gəldi.  

– Davıdov Dmitriy İvanoviç, - deyə özünü təqdim edib, şlyapasını, paltosunu asıb, yataq otağına keçdi, əlindəki 

çamadanla divana yaxınlaşdı. Çamadanı açıb, dəyirmi təzyiqölçəni Tahirənin biləyinə keçirib təzyiqini ölçdü. 

Sonra ciyərlərini, kürəyini dinlədi. Sonra aparatı çamadanın üstünə qoyub, əlini qızın alnına, başına sıxıb 

soruşdu:  

– Qıza nə olub? 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə