The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix12.10.2018
ölçüsü0,8 Mb.
#73265
1   2   3   4   5   6   7

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

12 


 

Mahir dedi:  

– Konsertə oxumağa getmişdi. Mahnının lap əvvəlində xuliqanlar səhnədən itələyib zala yıxdılar. Huşunu 

itirmişdi. Bir nəfər nişatır spirti qoxulatdı. Ayıldı. Amma indi, görürsünüz, heç özündə deyil.  

Davıdov bir kəlmə:  

– Stres, - dedi. Sonra resept yazıb Mahirə verdi: 

– Növbətçi aptekdən bu dərmanları alın. Gözləyirəm, - dedi.  

Bir az ara verib: 

– Çox bərk stres keçirib. Təcili dərman lazımdı. 

Mahir Davıdovun yazdığı uzun resepti oxuya-oxuya pillələri enib, dolu sifətli provizora verəndə dərmanların 

adlarını dedi:  

– Vitamin B - odin. Sulfakompakain.  

Provizor:  

– Var, - deyib, Mahirin verdiyi onluğu götürüb, kassanın qulpunu şaqqıldatdı və siyirtməni açıb iki iri qutu 

çıxartdı.  

Mənzilə qayıdanda Mahir həkimin əlində hazır saxladığı iki şpris gördü. Davıdov “sulfakompakain”i bir şprisə, 

“Be - 1” vitamininin ikisini isə başqa şprisə doldurub Tahirəyə yaxınlaşdı.  

– Çevril, qızım, - dedi. Və qızın hər buduna bir şpris yeridib, spirtli pambıqla ovuşdurandan sonra divanın 

böyründəki kresloya çöküb fikrə getdi. Bu köhnə, zərif ziyalının zərif sifəti rəğbət doğururdu. Mahirlə Mahirə 

gözlərini ona dikib xeyli gözləməli oldular. Nəhayət, Davıdov başını qaldıranda ərlə arvad intizarla dikəldilər.  

Davıdov məxmər kimi yumşaq səslə, asta-asta danışmağa başladı:  

– Güclü stres keçirib. Ürəyinə zor düşüb. Ciyərləri sıxılıb. Mənim Bakıda çox istedadlı bir tələbəm var -- 

Qədimov Bəhram. O da “təcili yardım”da işləyir. Aparın onun yanına. Bəhramın bu xəstəliyi müalicə eləməyə 

gücü çatar. Amma mən özüm də çox maraqlandım bu xəstəliklə. Bir - iki saatdan sonra zəng vurun mənə, 

vəziyyətini deyin.  

Davıdov, Mahirənin gətirdiyi çayı içmədən, pul götürmədən təşəkkür edib getdi.  

Mahir xəstənin yanında oturub, mürgülədi və bir azdan dərin yuxuya getdi. Tahirənin səsini eşidəndə isə, bir 

müddət oyana bilmədi. Yuxuda erməni diasporunun zalını görürdü. Tahirə səhnədə, mikrofonun qabağında 

dayanıb “Sar gəlin” oxuyurdu. Sonra necə oldusa yoxa çıxdı. Həmişəki məlahətli səs “Sar gəlin”i oxuyurdu.  

Mahir əvvəlcə heç nə anlamadan qızına tamaşa etdi. Yalnız Mahirə qonşu otaqdan yüyürüb gəlib, həyəcandan 

titrəyən səslə:  

– Bu nədi, a kişi?! Yuxuda oxuyur?! - deyə soruşanda Mahir tamam oyandı.  

– Yuxuda?! Hə, yuxuda oxuyur! - dedi. - Bu nədi belə, Mahirə?! 

Mahirə tir - tir əsdi. Əlini uzadıb ehtiyatla qızın alnına qoydu.  




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

13 


 

– Qızım! Qurbanın olum, oyan! Sən yuxuda oxuyursan?! 

Tahirə gözlərini açıb anasına, atasına baxdı və tamamilə sərbəst soruşdu:  

– Nə olub? Niyə narahatsız?  

Mahirənin səsi titrədi:  

– Sən yuxuda oxuyurdun! Bu nə təhər şeydi? Yuxuda ey!  

Tahirə ağır - ağır başını buladı.  

– Yox, - dedi.  

Mahirlə Mahirə heç nə deyə bilmədilər.  

 

– 5 –  



 

M ahirə ibtidai məktəb müəlliməsi olmuşdu. Tahirəni dünyaya gətirəndən sonra isə işdən çıxıb, özünün dediyi 

kimi “xoşbəxt mətbəx qadını” olmuşdu. Xoşbəxtliyini ərinə və yeganə qızına ləziz xörəklər bişirməkdə, mənzili 

daim təmiz saxlamaqda, paltar-palazı nimdaşlaşana qədər yuyub - yaxalayıb, səliqəli saxlamaqda, Bakıda və 

Moskvada saysız-hesabsız qohum-əqrabalarını tez-tez qonaq çağırıb ürəkdən qulluq eləməkdə, bunların 

əvəzində hamının sevimlisi olmaqda görürdü.  

Mahir isə, beş il bundan əvvəl diasporda işə gətirildikdən sonra öz xoşbəxtliyini Moskvada daimi ünsiyyətdə 

olduğu camaata hər cür xidmət göstərməkdə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə, daha doğrusu, 

nazirliyin nəşriyyatı ilə sıx əlaqə saxlayıb Qarabağ hadisələrinə həsr etdiyi xırda hekayələrini, demək olar ki, 

hər il çap etdirməkdə, Bülbül adına musiqi məktəbində özünün şəxsi təşəbbüsü ilə əlavə fəndən - qədim 

Azərbaycan tarixindən dərs deyə - deyə təşəbbüskar pedaqoq kimi tanınmaqda, televiziyanın “İctimai kanalı” 

üçün səhnəciklər yaza-yaza Yazıçılar Birliyində də tanınmasında və perspektivdə böyük roman yazacağına 

inamında görürdü. Həmqafiyə adları kimi özləri də bir-birinə heyrətli dərəcədə oxşamaqla yanaşı, ailədə üçüncü 

həmqafiyə ad daşıyan Tahirənin də ata-anasının “kopyası” olması da bir xoşbəxtlik idi. Bu gözəl, həqiqətən 

xoşbəxt ailə ilin on - on bir ayını Moskvada aldıqları mənzildə, payız aylarından birində, meyvə bolluğu 

başlayanda isə Bakıda, televiziya qülləsinin arxa tərəfində, Patamdarın aşağısındakı binalardan birinin ikinci 

mərtəbəsində, üçotaqlı mənzildə yaşayırdılar. Bakıdakı həyatları Moskvadakı həyatlarına oxşayırdı. Təyyarədən 

düşəndə “taksi”ni “örtülü bazar”a, ya da Yasamal bazarına sürdürüb bol bazarlıq eləyirdilər. Yəni bir neçə 

təndir çörəyi, ət, çolpa, yağ, pendir, düyü, vermişel, makaron, xiyar, pomidor, hər cür mer - meyvə ilə iki 

soyuducunu və şkafı doldurandan sonra qohum - əqrabanı qonaqlığa çağırıb, il boyu kəsilmiş əlaqəni - ünsiyyəti 

bərpa edirdilər.  

Bakıya yalnız 2011-ci ilin dekabrın iyirmi səkkizində gəlişləri əvvəlki illərin gəlişlərinə bənzəmədi. Maşını 

Yasamal bazarına, ordan da evə sürdürəndən sonra bütün fikirləri Tahirənin qəribə, görünməmiş xəstəliyində 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

14 


 

olduğundan, qohum-əqraba əvəzinə psixiatr Bəhram Qədimov yada düşdü. İl boyu təmizlənməmiş mənzildə 

təmizlik işlərini qurtaran kimi “təcili yardım”a zəng vurdular, Bəhram Qədimovu çağırdılar.  

Qəribə idi ki, Bəhram Qədimov da boyunun ucalığından başlamış çənəsinin ucundakı qara saqqalına qədər 

Davıdovun cavanlığının eyni idi. İçəri girəndə o da Davıdov kimi “Bəhram Qədimov”, - deyə özünü təqdim 

etdi. Eynilə Davıdovun çamadanı kimi balaca, qara dəri üzlü çamadanını stolun üstünə qoyub, Tahirəni 

müayinə edə - edə suallar verdi. Davıdova verdiyi qısa məlumatın əksinə, Mahir baş verənlərin hamısını 

danışdı. Axırda:  

– Yuxuda oxumağı bizi çox qorxudur, - deyib Davıdovun yazdığı resepti göstərdi. Bəhram resepti oxuyub. 

– Dərmanlar düz təyin olunub, - dedi və Mahiri aptekə göndərdi, stolun arxasında oturub, çay içə-içə gözləməyə 

başladı. Yarım saat sonra Tahirə həkimin nə gözlədiyini hiss etmiş kimi yuxuya gedib, həzin yorğun səslə 

oxumağa başladı.  

Bəhram dərhal dik atılıb, çarpayıya yaxınlaşdı, əyilib qızın sifətinin donuq ifadəsinə baxa - baxa mahnı 

qurtarana qədər gözlədi.  

Mahir aptekdən gətirdiyi iki qutu dərmanı həkimin çamadanının üstünə qoyub qızının oxuyub qurtarmasını 

gözləyirdi. Mahnı qurtaranda çarpayıya yaxınlaşıb gözlərini Bəhrama dikdi.  

Bəhram da diqqətlə ona baxa - baxa nədənsə xeyli susandan sonra soruşdu ki:  

– “Sarı gəlin” demir. Niyə “Sar gəlin” deyir? 

Mahir:  

– “Sarı” əvəzinə “sar”ı mən demişəm, - dedi. - Məhəmməd peyğəmbər dünyasını dəyişəndən sonra Fatmeyilər 

Fatmaya “Sar gəlin” deyiblər, mahnını da o cavan gəlinə qoşublar, “Sar” çar, hökmdar deməkdi. Ermənilər 

“Sarı” eləyiblər.  

Bəhram:  

– Çox maraqlıdı, - dedi. - Belə çıxır ki, “sar”a biz sonralar “çar” demişik.  

Mahir:  

– Rusiyanın tərkibinə keçəndən sonra demişik. Amma “çar” əvəzinə “sar” oxumuşuq. Ermənilər “sarı”nı 

saxlayıblar. Məncə, bu da səbəbsiz deyil. Yəqin bilirlər Fatmanın Məkkədə bir müddət Sar olduğunu.  

Bəhram: 


– Ola bilər. Ola bilər, - deyə təkrar etdi. - Ola bilər ki, diasporadakı qalmaqal da elə bunun üstündə olub.  

Bir qədər də susandan sonra dedi:  

– Keçmişdə İtaliyada belə bir xəstəlik olub. Məşhur bir müğənni yuxuda oxuyurmuş. Sağaldıblar onu. Amma 

çox qəribə üsulnan sağaldıblar. Operadakı səslərnən sağaldıblar. Yuxuda oxuyan müğənni oxumağa başlayanda 

üç - dörd müğənni növbəynən nadir, eşidilməmiş mahnılar oxuyurmuşlar. Təzə mahnı beyinə, ürəyə tez təsir 

eləyir, ürək döyüntüsünü tənzim eləyir. Məncə, bu təcrübədən istifadə eləmək lazımdır. Çünki Tahirədə ürək 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə