The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix12.10.2018
ölçüsü0,8 Mb.
#73265
1   2   3   4   5   6   7

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

15 


 

çatışmazlığı əmələ gəlib. Oxuyanda nəbzi yüz, yüz on vurur. Mən indi Davıdovun dərmanlarını vuracam. 

Amma bu kifayət deyil. Televiziyamızın birinci kanalının sədri İsmayıl Ömərova zəng vurmaq lazımdı. Üç 

nəfər orijinal səsli müğənni versin. Təzə mahnıları isə seçmək lazımdı. Yazıçı Muğannanı tanıyırsınızmı?  

Mahir maraqla:  

– Əlbəttə, - dedi. - Muğannanın son illərdə yazdığı şeirləri qədim SafAğ elmi üstündədi, yəni təzədi. Amma 

nədənsə çap elətdirmir çoxunu. Bilmirəm istəsək verərmi?  

Bəhram dedi:  

– Ömərovnan yaxındırlar. Müğənniləri istəyəndə xahiş elə, Muğannaya zəng vursun.  

Mahirin gözləri qızının üzərində idi. Tahirənin rəngi dümağ ağarmışdı. Ata ürəyi çırpındı. 

– Bəlkə elə indi zəng vurum Ömərova? 

Bəhram:  

– Vur! Vur! - dedi.  

Mahir dərhal telefona əl atdı.  

– Salam, İsmayıl müəllim. Təzə iliniz mübarək, Mahir Cəlalovdu danışan. Sizə işim düşüb, - dedi və erməni 

diasporunda baş vermiş hadisədən başlayaraq, məşhur psixiatr Bəhram Qədimovun yazıçı Muğanna və 

müğənnilərə qədər dediklərini danışdı.  

İsmayıl Ömərov məhz hansı müğənnilərin lazım olduğunu soruşanda Mahir telefonu Bəhrama verdi. Bəhram 

hər şeyi əvvəlcədən müəyyənləşdirmiş kimi, heç fikirləşmədən üç nəfərin adını verdi:  

– Nazpəri Dostəliyeva, cavan müğənni Babək, bir də aşıq Zülfiyyə.  

 

 

– 6 –  



 

Y azıçı Muğannanın mənzili Azərbaycan prospektində “Yazıçılar evi” adlanan binanın birinci blokunun beşinci 

mərtəbəsində idi. Mahir bunu çoxdan bilirdi. Onu da bilirdi ki, üç il bundan əvvəl səksən üç yaşlı qocanın 

çoxdan tökülmüş saçları əvəzində başında qapqara saç peyda olmuşdu. Üzünü qırxmayanda saqqalının da o 

qədər ağarmadığı hamıda heyrət doğururdu. Mahir bu təfsilatı məşhur yazıçının haqqında danışılan söz-

söhbətlərdən bilirdi.  

Bəhramı yola saldıqdan sonra “taksi” çağırıb Azərbaycan prospektindəki binaya getdi. “Yazıçılar evi” adlansa 

da, burada yaşayan qələm əhlinin hamısı dünyasını dəyişmişdi, binada təkcə Muğanna qalmışdı. Mahirin özünü 

görməsə də, adını eşitdiyinə görə xoş üzlə qarşıladı. Günəş işığında yaşıl kölgədə açıq bozumtul görünən sakit

qaynar gözlərlə sakitcə baxa-baxa Rəhmana dəhlizdə əl verib yemək otağına dəvət etdi, səksən bir yaşlı 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

16 


 

qarayanız, gümrah arvadı ilə tanış edib stul çəkdi, gözlənilən qonaq ilə üzbəüz oturub dərhal sorğu - suala 

başladı.  

– Nə əcəb gəlmisiniz? Şeirlər nə üçün lazımdı?.. Gözləyə bilərsinizmi kompyuterdə surətlərini çıxarım? Təzə 

mahnıynan müalicəni birinci dəfə eşidirəm, doktor Bəhram sizə necə təsir bağışladı?.. Şaxta babalığa nə əcəb 

razılıq vermisiniz?.. Tarixi mənim kitablarımdan öyrənmisinizsə, demək, inanırsınız mənim yazdıqlarıma?.. 

Hələ dərs də keçmisiniz uşaqlara?.. Qədim Azərbaycan sizi nə üçün bu qədər maraqlandırıb?.. “Sarı gəlin” 

əhvalatını haradan bilirsiniz? Mənim kitablarımdan?  

Yadımdadı ki, doxsan üçüncü ildə “Dünya” adında jurnal çıxırdı. Orda hekayəm getmişdi, “Sarı gəlin” də 

ordaydı. Amma jurnal çıxanda gördüm o yeri pozublar.  

Mahir yazıçının sözünü kəsdi:  

– Mən o nömrənin korrekturasında oxumuşdum “Sarı gəlin” barədə. 

Muğanna başını buladı.  

– Heyif ki, mənim əsərimin hətta korrekturasıynan maraqlanan kişiynən belə gec tanış oluram, - dedi.  

Qonağını böyük razılıqla yola saldı.  

Mahir elə o gün şeirləri İsmayıl Ömərova çatdırdı və Bəhramın tapşırığı ilə:  

– “Divani”, “Dastanı”, “Zarıncı” saz havaları üstündə oxusunlar, - dedi.  

 

– 7 –  



 

Y anvarın otuzunda zəng səsinə qapını açanda Mahir ilk dəfə gördüyü cavan müğənni Babəklə qarşılaşdı. 

Nazpəri Dostəliyeva ilə aşıq Zülfiyyə arxada, psixiatr Bəhram isə pilləkəndə dayanmışdılar. Səhər saat on 

olmasına baxmayaraq, dəhlizdə hələ lampa yanırdı. Gur işıq altında Mahir Zülfiyyəni əlindəki çılpaq sazından 

tanıdı. Nazpərini televizorda görmüşdü. Babək isə özü tanışlıq verdi.  

Mahir müalicə üçün çağırılan adamların hamısını sevinclə qarşıladı.  

– Xoş gəlmisiniz, - dedi.  

Qonaqlarını içəri ötürdükdən sonra isə yemək otağında stul çəkdi.  

– Əyləşin. Tahirə səhərə qədər ara-sıra oxuyub. Yuxusuz qalıb. Yatır, - dedi.  

Mahirə mətbəxdən çıxdı.  

– Xoş gəlmisiniz, - deyib ərinə baxdı. Mahir isə Bəhrama baxırdı. Soruşdu ki:  

– Oyadımmı, doktor? 

Bəhram:  

– Oyat. Bir az yoxlayım, - dedi.  




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

17 


 

Müğənnilərlə aşıq yemək otağında qaldılar. Bəhramla Mahir və Mahirə yataq otağına keçdilər. Mahir əlini 

qızının üzünə vurub: 

– Oyan, qızım. Həkimin gəlib, - dedi.  

Bəhram çamadanını çarpayının ayaq tərəfində açıb, təzyiqölçəni götürdü. Tahirənin əvvəlcə bir qolunu, sonra o 

biri qolunu çırmayıb, təzyiqi yoxladı, əlini qızın sinəsinə qoyub:  

– Ürək çatışmazlığı əvvəlinci işimizdi, - deyib çamadanından iki şpris götürdü, dünənki dərmanlarla doldurub 

əzələ daxilinə yeritdi.  

– Birinci Zülfiyyə xanım gəlsin, - dedi. Zülfiyyə yataq otağına gələndə soruşdu ki: 

– Sazında “Dastanı” necə alınır?  

Zülfiyyənin zərif, solğun sifəti tutqun idi. Elə tutqun halında ciddiyyətlə:  

– Mənim sazımda hər şey yaxşı çıxır, - dedi.  

Tahirə matdım-matdım aşığa baxırdı. 

Zülfiyyə çarpayıya yaxınlaşıb, sazın kökünü yoxlayanda qız zəif, yuxulu səslə:  

– Mən belə oxuya bilmərəm. İcazə verin, geyinim, - dedi.  

Zülfiyyənin dodaqları qaçdı.  

– Mənim oxumağımı istəmirsənmi?  

Tahirə: 


– Niyə istəmirəm? Oxuyun, xahiş eləyirəm, - dedi.  

Saz kökdə idi. “Dastanı” lap yuxarı dəm pərdələrdə elə cingilti ilə səsləndi ki, Nazpəri ilə Babək də yataq 

otağına gəldilər. Mahir cəld yönəlib, hər əlində bir stul gətirdi.  

– Əyləşin, - dedi.  

Zülfiyyədən başqa hamı oturdu. Aşığın zərif barmaqları aşağı pərdələrə enəndə, yəni saz zilə qalxanda 

“Dastanı” üstündə Muğannanın sözləri səsləndi:  

 

 

Nə sağalar, nə sozalar 



Dil yarası, söz yarası.  

Sızlaya-sızlaya qalar 

Dil yarası, söz yarası.  

 

Beyində yuva salar, 



Əksilməz, artar çoxalar. 

Daimi, dərin olar, 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə