Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
tərəfindən verilən maliyyə yardımı üzrə görülmüş işlərə dair Yekun
hesabat
Maliyyə yardımı müqaviləsi № __8/159/232___
Maliyyə yardımı alan QHT-nin adı
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi
Təqdim olunmuş tarix:
05.09.2013
Ümumi məlumat
Layihənin adı
|
Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə
|
Layihənin müddəti (başlangıc və son tarixlər)
|
04.04.2013 - 04.09.2013
|
Şura tərəfindən ayrılmış maliyyə yardımının ümumi məbləği
|
5000.00
|
Bu günədək ayrılmış maliyyə vəsaitinin miqdarı
|
5000.00
|
Hesabatın əhatə etdiyi dövr
|
04.04.2013 - 04.09.2013
|
-
Layihənin əsas məqsədi
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri canlı şahidlərin dili ilə dünya ictimayyətinə çatdırmaq, həmçinin millətin qan yaddaşını təzələmək, ölkə gənclərində düşmənə nifrət hissini gücləndirmək
-
Hesabat dövründə öhdəliyə götürülmüş işlər
Bu bölməyə aid məlumatlar aşağıdakı cədvəl şəklində verilməlidir.
|
Fəaliyyətin adı
|
Həyata keçirilmə tarixi
|
Həyata keçiriləcək yer
|
Məsul şəxs
|
1
|
Hazırlıq və planlaşdırma.
|
05 aprel
|
Bərdə
|
Xalid Kazımov
|
2
|
Ermənilərin Kəlbəcər rayonunun Başlıbel kəndində törətdiyi vəhşiliklərin canlı şahidləri ilə əlaqələr qurulması.
|
06 aprel – 22 aprel
|
Bərdə
|
Xalid Kazımov
Əliyar Həsənov
Natiq Kazımov
|
3
|
Başlıbel faciəsinin canlı şahidləri, 1993-cü ilin aprelində ailə üzvlərini itirən şəxslərlə görüşlər keçirilməsi (Bərdə, Mingəçevir, Gəncə, Zaqatala, İsmayıllı və Bakı şəhərinə səfərlər)
|
22 aprel – 10 iyun
|
Bərdə, Mingəçevir, Gəncə, Zaqatala, İsmayıllı və Bakı
(Zərdab və Ağcabədi)
|
Xalid Kazımov
Əliyar Həsənov
Natiq Kazımov
|
4
|
Götürülən müsahibələr, alınan fikirlərin kitab çap olunması üçün hazırlanması
|
11 iyun -10 iyul
|
Bərdə
|
Natiq Kazımov
Əliyar Həsənov
Gülsarə Həsənova
|
5
|
Materialların ingilis dilinə tərcümə edilməsi
|
11 iyul – 31 iyul
|
Bakı
|
Amin Məmmədov
|
6
|
«Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının dizayn edilməsi və çapı
|
01 avqust–01 sentyabr
|
Bərdə, Bakı
|
Babək Lazımzadə
Xalid Kazımov
|
7
|
«Başlıbel faciəsi: erməni vəhşilikləri
şahidlərin dili ilə» kitabının təqdimatı. Kitabın Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycandakı xarici ölkə səfirlikləri, Beynəlxalq təşkilatlara və ölkə kitabxanalarına çatdırılması.
|
02 sentyabr – 04 sentyabr 2013-cü il
|
Bakı
|
Xalid Kazımov
Əliyar Həsənov
Natiq Kazimov
|
8
|
Yekun hesabat
|
05 sentyabr 2013-cü il
|
Bakı
|
Xalid Kazımov
| -
Hesabat dövründə görülmüş işlər
(Hesabat dövründə həyata keçirilən hər bir fəaliyyət növü 2-ci bölmədə verilmiş ardıcıllığa uyğun olaraq aşağıdakı formada təsvir edilməlidir)
1-ci fəaliyyət
Fəaliyyətin adı
|
Hazırlıq və planlaşdırma.
|
Keçirilmə tarixi
|
05 aprel
|
Keçirildiyi yer
|
Bərdə rayonu
|
İştirakçılar
(burda sayını qeyd edin və siyah hesabata əlavə olunmalıdır)
|
Hazırlıq mərhələsində layihə rəhbəri və layihənin işçi heyətindən ibarət 5 nəfərlik tərkib iştirak edib.
|
Fəaliyyətin qısa təsviri
(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)
|
Layihənin hazırlıq mərhələsi çərçivəsində layihə rəhbəri, layihə çərçivəsində hazırlanacaq «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının redaktoru, reportyoru, tərcüməçi və mühasiblə görüş keçirilib. Layihə ilə bağlı işçi heyət məlumatlandırılıb. Görüşdə layihə çərçivəsində görüləcək işlər, səfər ediləcək rayonlar və Mingəçevir, Gəncə, Zaqatala, İsmayıllı və Bakı şəhərinə səfərlərin tarixi müəyyənləşdirilib.
|
2-ci fəaliyyət
Fəaliyyətin adı
|
Ermənilərin törətdiyi vəhşiliklərin canlı şahidləri ilə əlaqələr qurulması. Başlıbel faciəsinin canlı şahidləri, 1993-cü ilin aprelində ailə üzvlərini itirən şəxslərlə görüşlər keçirilməsi (Bərdə, Mingəçevir, Gəncə, Zaqatala, İsmayıllı və Bakı şəhərinə səfərlər)
|
Keçirilmə tarixi
|
22 aprel – 10 iyun
|
Keçirildiyi yer
|
Bərdə, Mingəçevir, Gəncə, Zaqatala, İsmayıllı və Bakı
|
İştirakçılar
(burda sayını qeyd edin və siyahı hesabata əlavə olunmalıdır)
|
Bərdə, Mingəçevir (12-15 may), Gəncə (19-22 may), Zaqatala (24-26 may), İsmayıllı (01-04 iyun) və Bakı (08-10 iyun) (Layihədə nəzərdə tutulandan əlavə Ağcabədi (27 may) və Zərdab (05 iyun) ) rayonlarında yaşayan Başlıbel kəndində ermənilərin törətdiyi vəhşiliklərin canlı şahidləri, 1993-cü ilin aprelində ailə üzvlərini itirən şəxslər, girovluq həyatı yaşayanlar və onların yaxınları. Ümumiliklə 61 nəfərlə fərdi söhbət aparılıb.
|
Fəaliyyətin qısa təsviri
(Bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)
|
1993-cü ilin aprelində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilən qətliamın canlı şahidləri, ailə üzvlərini itirən şəxslər, girovluq həyatı yaşayanlar, həmçinin 113 gün mühasirədə qalan insanlar və onların ailə üzvləri ilə əlaqələr qurulub. Daha sonra onlarla görüşlər keçirilib. Bu məqsədlə həmin şəxslərin yaşadığı Bərdə, Mingəçevir, Gəncə, Zaqatala, İsmayıllı və Bakı (Layihədə nəzərdə tutulandan əlavə Ağcabədi və Zərdab) şəhərinə səfər edilib. Onların yaşadıqları faciələrlə bağlı söhbətlər aparılıb. Həmin vaxt yaşadıqları faciələr onların dilindən öyrənilib.
|
3-cü fəaliyyət
Fəaliyyətin adı
|
Götürülən müsahibələr, alınan fikirlərin kitab çap olunması üçün hazırlanması
|
Keçirilmə tarixi
|
11 iyun – 10 iyul
|
Keçirildiyi yer
|
Bərdə
|
İştirakçılar
(burda sayını qeyd edin və siyahı hesabata əlavə olunmalıdır)
|
Layihə rəhbəri, «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının redaktoru, reportyor və korrektor (könüllü).
|
Fəaliyyətin qısa təsviri
(Bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)
|
1993-cü ilin aprelində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilən qətliamın canlı şahidləri, ailə üzvlərini itirən şəxslər, girovluq həyatı yaşayanlar, həmçinin 113 gün mühasirədə qalan insanlar və onların yaxınları ilə götürülən müsahibələr kompyuterdə yığılıb. Hazırlanan materiallar redaktə olunub.
|
4-cü fəaliyyət
Fəaliyyətin adı
|
Materialların ingilis dilinə tərcümə edilməsi
|
Keçirilmə tarixi
|
11 iyul – 31 iyul
|
Keçirildiyi yer
|
Bakı
|
İştirakçılar
(burda sayını qeyd edin və siyahı hesabata əlavə olunmalıdır)
|
«Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabını ingilis dilinə tərcümə edən Amin Məmmədov
|
Fəaliyyətin qısa təsviri
(Bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)
|
Bu mərhələdə «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının Azərbaycan dilində olan materilları ingilis dilinə tərcümə edilib.
|
5-ci fəaliyyət
Fəaliyyətin adı
|
«Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının dizayn edilməsi və çapı
|
Keçirilmə tarixi
|
01 avqust – 01 sentyabr
|
Keçirildiyi yer
|
Bərdə, Bakı
|
İştirakçılar
(burda sayını qeyd edin və siyahı hesabata əlavə olunmalıdır)
|
«Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının dizayneri Babək Lazımzadə (könüllü)
|
Fəaliyyətin qısa təsviri
(Bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)
|
Bu mərhələdə «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının materialları dizayn olunaraq «QHT nəşriyyatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbəsində çap olunub.
|
6-cı fəaliyyət
Fəaliyyətin adı
|
«Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının təqdimatı və kitabın paylanılması
|
Keçirilmə tarixi
|
02 sentyabr – 04 sentyabr
|
Keçirildiyi yer
|
Bakı
|
İştirakçılar
(burda sayını qeyd edin və siyahı hesabata əlavə olunmalıdır)
|
Layihənin işçi heyəti, 1993-cü ilin aprelində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilən qətliamın canlı şahidləri, ailə üzvlərini itirən şəxslər, girovluq həyatı yaşayanlar, həmçinin 113 gün mühasirədə qalan insanlar və onların ailə üzvləri, dövlət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri.
|
Fəaliyyətin qısa təsviri
(Bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)
|
02 sentyabr 2013-cü il tarixində saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında (Mətbuat prospekti, 529-cu məhəllə, bina 23. Azərbaycan Mətbuat Evinin 6-cı mərtəbəsi) «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının təqdimatı ilə bağlı tədbir keçirilib. Tədbirdə layihənin işçi heyəti, 1993-cü ilin aprelində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilən qətliamın canlı şahidləri, ailə üzvlərini itirən şəxslər, girovluq həyatı yaşayanlar, həmçinin 113 gün mühasirədə qalan insanlar və onların ailə üzvləri, dövlət rəsmiləri, vətəndaş cəmiyyəti institutlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak edib. Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» layihəsi və hazırlanan kitab haqqında məlumat verilib. Tədbir iştirakçılarının hazırlanan «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabı ilə bağlı fikirləri dinlənilib. Daha sonra kitabın Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycandakı xarici ölkə səfirlikləri, Beynəlxalq təşkilatlara və ölkə kitabxanalarına çatdırılması işi həyata keçirilib. Bundan sonra isə layihə ilə bağlı yekun hesabat hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunub.
|
-
Əgər planlaşdırılmış fəaliyyətlərdən hər hansı biri yerinə yetirilməyibsə bunun səbəblərinin əsaslandırın..
Layihədə nəzərdə tutulan bütün tədbirlərin hamısı həyata keçirilmişdir.
-
Layihənin hesabat dövrü üçün nəticələrini və əldə etdiyiniz nailiyyətləri qeyd edin.
Layihə çərçiəsində görülən işlər nəticəsində aşağıdakı nəticələri qeyd etmək olar:
-
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə həqiqətlər canlı şahidlərin dili ilə Azərbaycan və dünya ictimayyətinə çatdırılmasına səy göstərilib;
-
İndiyədək geniş ictimayyət üçün məlum olmayan Başlıbel faciəsi ilə tanışlıq gənclərdə düşmənə nifrət hissini gücləndirə biləcək. Bu da Azərbaycan xalqının Qarabağ uğrunda mübarizəsinə səfərbər olması işinə yardımçı olacaq;
-
Ölkə ictimayyəti ermənilərin azərbaycanlılara qarşı dünyanın hər yerində apardıqları təbliğata qarşı yeni təbliğat vasitəsi əldə ediblər;
-
Ermənilərin əsl mahiyyəti bir daha göstərilib;
-
Ölkə vətəndaşlarının milli özünüdərki və milli qan yaddaşı möhkəmləndirilib;
-
Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri arasında erməni vəhşilikləri barədə təbliğat aparmaq istəyənlər üçün hadisə şahidlərinin dili ilə verilən faktlar bir kitabda toplanılıb. Bu da yeni-yeni tarixi-elmi, bədii-təsviri əsərlərin yaranmasına təkan ola bilər;
-
Dövlətin bu istiqamətdə gördüyü işlərə dəstək verilib.
-
Əldə etdiyiniz nəticələrin və nailiyyətlərin qiymətləndirmə meyarlarını göstərin.
Layihə çərçivəsində aşağıda göstərilən indikatorlarla layihənin ilkin nəticələrini əldə etmək mümkün olmuşdir:
-
Təşkilatın layihənin həyata keçirilməsi üzrə qərarları;
-
Nəşr edilən kitabın nüxsələrinin sayı;
-
Nəşr edilən kitabların dizaynı və keyfiyyəti;
-
Layihənin icrası zamanı fəaliyyətləri özündə əks etdirən foto şəkillər, audio yazılar;
-
Mətbuatda çıxan yazılar və reportajlar;
-
Mütəxəssis rəyləri;
-
Materialların ingilis dilinə tərcüməsinin keyfiyyəti;
-
Layihənin həyata keçirilməsinin ictimai fikirdə yaratdığı nüanslar və ictimaiyyatın münasibəti;
-
Yekun hesabat.
-
Bu layihənin davamlı təsirlərinin əsas elementlərini açıqlayın.
«Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabında ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapıb. Kitabda Başlıbel kəndində törədilən soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaətini, vətən sevgisini göstərən faktlar verilib. Bu kitabın yazılması ilə həm də erməni vəhşiliklərinin ağrısını yaşayan, uşaqları gözləri qarşısında öldürülən valideynlərin fikirlərini gələcək nəsillərə çatdırmaq istədik. Bir sözlə kitabda erməni vandalizmi tam çılpaqlığı ilə, real faktlar əsasında təsvir edilib. Düşünürük ki, bu həqiqətlərin həmin hadisələrin canlı şahidlərinin dili ilə dünya ictimayyətinə və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin apardığı haqq işinə kiçik bir dəstəkdir.
Kitabda Başlıbel kəndi işğal olunarkən diri-diri yandırılan, ağır işgəncələrlə öldürülən, övladının, valideyninin, həyat yoldaşının gözləri qarşısında güllələnənlərin yaxınları, mühasirədə qalan şəxslərin fikirləri bir həqiqəti aşılayır. Başlıbel hadisəsi bütün bu ağırlıqlarına rəğmən düşmən arxasında yaşamağın, bir məqsəd uğrunda birləşən insanların hər şeyə qadir olduqlarını göstərib. Demək, hər daşı, hər qayası, hər dağı alınmaz bir səngər olan Kəlbəcəri, Laçını düşməndən azad etmək o qədər də çətin deyil. Ömrünün böyük bir hissəsini orada yaşayan insanlar o torpaqların hər cığırına bələddir. Kəlbəcərin işğalından sonra da dəfələrlə öz torpaqlarını ziyarət etmək üçün düşmənin bütün mövqelərini keçib gedən oğullar həmin torpaqlarda aparılan partizan müharibəsində böyük uğur qazana, torpaqlarımızı qısa müddətdə düşməndən azad edə bilərlər. Amma üzücü hal odur ki, o insanların sayı hər ötən gün azalır və əksəriyyəti dünyasını dəyişib. Bu gün Kəlbəcərdən, böyük faciənin yaşandığı Başlıbeldən kənarda dünyaya gələn uşaqların isə artıq 21 yaşı var. Həmin gənclərimizin qəlbində vətənpərvərlik ruhu nə qədər yüksək olsa da, ataları, babaları qədər o yerlərə bələd deyillər. Odur ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi işini övladlarımıza miras qoymamalıyıq.
.
-
Layihədən faydalananlar
|
Faydalananlar
|
Yaş həddi
|
Cəmi
|
Gender balansı
|
18 yaşa qədər
|
18-30 yaşa qədər
|
30-50 yaşa qədər
|
50 yaşdan yuxarı
|
1
|
Birbaşa bəhrələnənlər
|
2
|
5
|
52
|
26
|
85
|
Kişi: 58
Qadın: 27
|
2
|
Dolayısı yolla bəhrələnənlər
|
19
|
46
|
34
|
22
|
121
|
Kişi: 69
Qadın: 52
|
|
YEKUN
|
21
|
51
|
86
|
48
|
206
|
Kişi: 127
Qadın: 79
|
-
Layihədə çalışan işçilər
9.1. Layihədə daimi çalışan işçilər
|
Soyadı, adı və atasının adı
|
Layihədə vəzifəsi
|
İşlədiyi müddət
|
Hesabat dövründə aldığı əmək haqqının məbləği
|
1
|
Kazımov Xalid Vahid oğlu
|
Layihə rəhbəri
|
04.04.2013-04.09.2013
|
650 AZN
|
9.2. Layihənin icrasına müvəqqəti cəlb olunmuş işçilər
|
Soyadı, adı və atasının adı
|
Layihədə vəzifəsi
|
İşlədiyi müddət
|
Hesabat dövründə aldığı əmək haqqının məbləği
|
1
|
Abdullayeva Kubra Müslüm qızı
|
Mühasib
|
04.04.2013-04.09.2013
|
300 AZN
|
2
|
Məmmədov Amin Fəramiz oğlu
|
Tərcüməçi
|
04.04.2013-04.09.2013
|
300 AZN
|
3
|
Kazımov Natiq Vahid oğlu
|
Redaktor
|
04.04.2013-04.09.2013
|
300 AZN
|
4
|
Həsənov Əliyar Səfər oğlu
|
Reportyor
|
04.04.2013-04.09.2013
|
260 AZN
|
-
Layihə çərçivəsində alınmış avadanlıqlar
|
Avadanlığın adı
|
Sayı
|
Dəyəri
|
1
|
Fotoaparat
|
1
|
280 manat
|
2
|
Fotoaparat üçün yaddaş kartı
|
1
|
15 manat
|
|
Cəmi
|
|
295 manat
|
-
Layihə çərçivəsində hazırlanmış nəşrlər
|
Nəşrin adı
|
Nəşr haqqında qısa məlumat
|
Tirajı
|
Paylanma statistikası (hara, nə qədər?)
|
1.
|
Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabı
|
Son illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Amma Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşlarında da bununla bağlı kifayət qədər məlumat yoxdur. Belə hadisələrdən biri də 20 il öncə Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən faciədir. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II dünya müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər - I və II dünya müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur. Başlıbel kəndində törədilən qətliamı ilə bağlı «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabında ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapıb. Kitabda Başlıbel kəndində törədilən soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaətini, vətən sevgisini göstərən faktlar verilib. Bu kitabın yazılması ilə həm də erməni vəhşiliklərinin ağrısını yaşayan, uşaqları gözləri qarşısında öldürülən valideynlərin fikirlərini gələcək nəsillərə çatdırmaq istədik. Bir sözlə kitabda erməni vandalizmi tam çılpaqlığı ilə, real faktlar əsasında təsvir edilib. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaəti, vətən sevgisi öz əksini tapıb.
|
300
|
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 10 ədəd.
Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının təqdimat tədbirinin iştirakçıları
34 ədəd.
Azərbaycan Xarici İşlər Nazirliyi 60 ədəd.
Diasporla İş üzrə Dövlət Komitəsi 60 ədəd.
Azərbaycandakı xarici ölkə səfirlikləri 30 ədəd.
Azərbaycan Milli Kitabxanası 2 ədəd
AMEA-nın kitabxanası 2 ədəd
İnsan Hüquqları İnstitutu 2 ədəd
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi 10 ədəd.
Humanitar Tədqiqatlar Cəmiyyəti 5 ədəd
|
|
Cəmi
|
|
300
|
|
-
Hesabat dövrü ərzində maliyyələşmə vəziyyəti haqqında
|
Maliyyənin daxil olma tarixi
|
Məbləği
|
Xərclənib
|
Qalıq
|
|
22.04.2012
|
3500 AZN
|
5000 AZN
|
- 1500 AZN
|
|
Cəmi
|
3500 AZN
|
5000 AZN
|
- 1500 AZN
|
-
Layihənin monitorinqi haqqında
|
Monitorinq tarixi
|
Monitorinq edən təşkilatın adı və monitorinq aparan şəxsin adı və soyadı
|
Monitorinq dövründə aşkarlanan nöqsanlar, verilən tövsiyə və tapşırıqlar
|
Tövsiyələrin həlli üçün gördüyünüz işlər
|
|
|
|
|
|
|
|
|
|
|
-
Mətbuatla əlaqə sahəsində görülən işlər
|
Layihə haqqında məlumat verdiyiniz mətbuat orqanı
|
Layihə haqda məlumatın verilmə tarixi
|
Məlumatı verən mətbuat orqanın adı
|
11
|
http://regionalhumanrights.org/az/?p=967
|
17.04.2013
|
RİHMM-nin internet səhifəsi
|
|
http://aznews.az/news.php?id=20524
|
17.04.2013
|
aznews.az saytı
|
|
http://ucnoqta.az/xeber/new/Sosial/140447-Ba%C5%9Fl%C4%B1bel_faci%C9%99sinin_t%C3%B6r%C9%99dilm%C9%99sind%C9%99n_20_il_%C3%B6t%C3%BCr
|
17.04.2013
|
ucnoqta.az saytı
|
|
http://www.azadinform.az/news/a-42367.html
|
17.04.2013
|
«Azadinform» informasiya agentliyi
|
|
http://www.olaylar.az/news/politics/37438
|
17.04.2013
|
olaylar.az saytı
|
|
http://www.mediaforum.az/az/2013/04/17/Ba%C5%9Fl%C4%B1bel-faci%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-layih%C9%99-ba%C5%9Flad%C4%B1-020126244c00.html
|
17.04.2013
|
mediaforum,az saytı
|
|
http://www.newsmeeting.com/az/n/6293430-baslibel-faciesi-ile-bagli-layihe-basladi.aspx
|
17.04.2013
|
newsmeeting.com saytı
|
|
http://faktxeber.com/balbel-facisinin-trdilmsindn-20-il-tr_h423485.html
|
17.04.2013
|
faktxeber.com saytı
|
|
http://www.qhtxeber.az/news/a-22620.html
|
17.04.2013
|
qhtxeber.az saytı
|
|
http://moderator.az/haber-balbel-facisinin-tordilmsindn-20-il-otur-t4872.html
|
17.04.2013
|
moderator,az saytı
|
|
http://modern.az/articles/37452/1/
|
17.04.2013
|
modern,az saytı
|
|
http://news.day.az/politics/396471.html
|
17.04.2013
|
day.az saytı
|
|
http://bizimxeber.az/?p=17618
|
17.04.2013
|
bizimxeber.az saytı
|
|
http://www.musavat.com/new/%C3%96lk%C9%99/149369-Daha_bir_erm%C9%99ni_v%C9%99h%C5%9Filiyinin_%C3%BCst%C3%BC_a%C3%A7%C4%B1l%C4%B1r
|
17.04.2013
|
musavat.com saytı
|
|
«Yeni müsavat» qəzeti
|
18.04.2013
|
«Yeni müsavat» qəzeti
|
|
«Üç nöqtə» qəzeti
|
18.04.2013
|
Üç nöqtə qəzeti
|
|
«Şərq» qəzeti
|
18.04.2013
|
«Şərq» qəzeti
|
|
«Palitra» qəzeti
|
18.04.2013
|
«Palitra» qəzeti
|
|
http://regionalhumanrights.org/az/?p=1070
|
02.09.2013
|
RİHMM-nin internet səhifəsi
|
|
http://www.youtube.com/watch?v=R3WgHs5ET5w&feature=share&list=UUqGHOYqNL_uokgaz8eHvfuA
|
02.09.2013
|
“Kanal13” televiziyası
|
|
http://palitranews.az/news.php?id=11567
|
02.09.2013
|
palitranews.az saytı
|
|
http://qhtxeber.az/news/a-25632.html
|
02.09.2013
|
qhtxeber.az
|
|
http://www.azadinform.az/news/a-52399.html
|
02.09.2013
|
Azadinform.az
|
|
http://baymedia.az/news.php?id=23574#.UiR849JSgVo
|
|
baymedia.az saytı
|
|
http://modern.az/articles/43855/1/
|
02.09.2013
|
Modern.az saytı
|
|
http://ucnoqta.az/?p=15700
|
02.09.2013
|
ucnoqta.az
|
|
http://www.aznews.az/site/?c=news&id=35037
|
02.09.2013
|
aznews.az
|
|
http://palitranews.az/news.php?id=11567
|
02.09.2013
|
palitranews.az saytı
|
|
http://www.hafta-ichi.az/print.php?id=99319
|
02.09.2013
|
hafta-ichi.az saytı
|
|
http://moderator.az/?xeber=33083
|
02.09.2013
|
moderator.az saytı
|
|
«Üç nöqtə» qəzeti
|
03.09.2013
|
«Üç nöqtə» qəzeti
|
|
«Palitra» qəzeti
|
03.09.2013
|
«Palitra» qəzeti
|
|
«Kaspi» qəzeti
|
03.09.2013
|
«Kaspi» qəzeti
|
|
«Yeni müsavat» qəzeti
|
04.09.2013
|
«Yeni müsavat» qəzeti
|
Mətbuatda gedən materialların surəti hesabata əlavə olunmalıdır
-
Layihənin icrası müddətində qarşılaşdığınız problemləri və onları necə həll etdiyinizi izah edin.
Layihənin icrası üçün əvvəlcədən hazırlıq görüldüyündən ilkin mərhələdə ciddi problemlə üzləşməmişik. Lakin sonrakı mərhələrdə təşkilat bir sıra problemlərlə qarşılaşıb. Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunarkən Başlıbel kəndində törədilən qətliam qurbanlarının və onların yaxınlarının bir hissəsi ötən 20 ildə bir neçə dəfə yaşayış yerini dəyişib. Buna görə də layihədə nəzərdə tutulan Bərdə, Bakı, Gəncə, Mingəçevir, İsmayıllı, Zaqatala rayonlarından əlavə olaraq Ağcabədi və Zərdab rayonlarına da səfər edilib. Faciə qurbanlarının yaxınları ilə görüşülərək onların fikirləri öyrənilib. Həmçinin, layihənin icrası üçün ayrılan maliyyə vəsaitinin azlığı səbəbindən təşkilat kitabın hazırlanmasında çalışan operator, dizayner və korrektoru üçün əmək haqqı ödəmək mümkün olmayıb. Həmin işləri Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin könüllüləri yerinə yetirib.
Təşkilat ən böyük problemlə kitabın çapı zamanı qarşılaşıb. Belə ki, təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tövsiyyəsi əsasında «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının çapı üçün «QHT nəşriyyatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 aprel 2013-cü il tarixində xidməti müqavilə imzalayıb.Həmin müqaviləyə əsasən «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının (300 ədəd) çapı üçün təşkilat «QHT nəşriyyatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə 1200 AZN ödəməyi öhdəsinə götürüb. Həmin vəsait 16 iyul 2013-cü il tarixində bank köçürməsi ilə «QHT nəşriyyatı» MMC-nin hesabına ödənilib. Kitabın materialları layihənin icra planı və «QHT nəşriyyatı» MMC ilə bağlanmış xidməti müqaviləyə uyğun olaraq 20 avqust 2013-cü ildə çap olunması üçün 596435 saylı qaimə-faktura ilə nəşriyyatın nümayəndələrinə təhvil verilib. Avqustun 23-də isə «QHT nəşriyyatı» MMC rəhbərliyi maliyyə vəsaitinin azlığı səbəbindən kitabı çap etməkdən imtina edib. Halbuki 210 səhifədən ibarət (12 səhifə rəngli və qalın cildlə) «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabını Bakı şəhərində fəaliyyət göstərən əksər nəşriyyatlar (900-1050) manat vəsaitlə çap etməyə hazır olduqlarını bildiriblər. Buna baxmayaraq «QHT nəşriyyatı» MMC təşkilatdan əlavə olaraq daha 1200 manat ödənilməsini tələb edib. Həmçinin, «QHT nəşriyyatı» MMC ödənilmiş vəsaitin Regional İnsan Hüquqları və Media Mərkəzinə geri qaytarılmasından birmənalı şəkildə imtina edib. Belə olan halda çıxılmaz durumda qalan təşkilat «QHT nəşriyyatı» MMC-nin rəhbərliyi ilə xeyli müzakirələrdən sonra nəşriyyatla bağlanılan 03 aprel 2013-cü il tarixli xidməti müqavilə və 596435 saylı qaimə-fakturada göstərilən sayda kitabın çapı üçün əlavə olaraq pul ödəyib. Kitabın çapı yalnız bundan sonra mümkün olub.
-
Layihənin sizin təşkilata və layihədə iştirak edənlərə təsirini təsvir edin.
Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından artıq üçüncü dəfə maliyyə dəstəyi qazanmışdır. Qeyd etmək lazımdır ki, təşkilatın formalaşmasında, regionlarda ictimai nüfuz qazanılmasında, həmçinin ölkə xaricində tanınmasında bu layihə olduqca əhəmiyyətlidir. Təşkilat layihə çərçivəsində dövlət strukturları ilə, xüsusilə Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycandakı xarici ölkə səfirlikləri, beynəlxalq təşkilatlar və yerli icra orqanları ilə əlaqələr qurmağa müvəffəq olmuşdur. Bu mənada layihənin təşkilatın əlaqələrinin genişlənməsinə təsiri olmuş, layihə icraçılarının təcrübə toplamasına müsbət təsiri olmuşdur.
-
Layihə çərçivəsində müraciət etdiyiniz problemlə əlaqədar vəziyyətin daha da yaxşılaşdırılması və ya tam həlli üçün təklifləriniz .
Layihənin icrası zamanı təşkilat qarşılaşdığı problemlərin daha sonra yaranlmaması üçün bir sıra addımlar atılmasını zəruri sayır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan nəşrlərin daha keyfiyyətli çapı üçün təşkilatlara «QHT nəşriyyatı» MMC ilə müqavilə bağlanılması tövsiyyəsini müsbət addım kimi qiymətləndiririk. Buna baxmayaraq Şuranın bu tövsiyyəsindən süi-istifadə hallarına rast gəlinməsi təəssüf doğurur. Xüsusilə, Qeyri-Hökumət Təşkilatları ilə «QHT nəşriyyatı» MMC arasında bağlanılan müqavilələrdən layihənin son mərhələsində imtinası başadüşülən deyil. Digər tərəfdən «QHT nəşriyyatı» MMC tərəfindən nəzərdə tutulan çap məhsullarının bazar qiymətlərindən bir neçə dəfə baha edilməsi təşkilatları çıxılmaz durumda qoyur. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən çap məhsullarının hansı nəşriyyatda çap edilməsinə yox, hansı keyfiyyətdə çap edilməsinə önəm verilməsini təklif edirik. Bu həm də «QHT nəşriyyatı» MMC rəhbərliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunan məhsulların yalnız həmin nəşriyyatda çap ediləcəyinə əminliyinə son qoymuş olar. Düşünürük ki, belə olan halda «QHT nəşriyyatı» MMC-nin Qeyri-Hökumət Təşkilatlarına istədiyi qiyməti diqtə etməsi halları da aradan qalxmış olar.
Dostları ilə paylaş: |