The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
  1   2   3   4   5   6   7   8   9   ...   35


 

1279  


YEZEKEL

PEYĞƏMBƏRİN KİTABI

GİRİŞ

Yezekel peyğəmbər miladdan əvvəl 593-571-ci illərdə peyğəmbərlik edirdi. O, 

Babildə sürgündə yaşayırdı. Onun sözləri həm sürgündə yaşayan həmvətənlərinə

həm də Yerusəlim əhalisinə aid idi. «Yezekel» Kitabında təsvir olunan vacib 

hadisələr bunlardır:

Allah Yezekeli peyğəmbər olmağa çağırır. Sonra o, insanların üzərinə gələn 

Allah cəzası, Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq edir.

Yezekel Allahın xalqına zülm edən millətlərin Onun tərəfindən mühakimə 

edilməsi barədə peyğəmbərlik edir. Lakin Allah sədaqətlidir, buna görə də 

Yerusəlimin süqutu və dağıdılmasından sonra İsrail xalqına təsəlliverici sözlər və 

gələcəyə parlaq ümid verir.

Kitabın məzmunu bir qədər çətin anlaşılır, çünki onun bir hissəsini görüntülər 

təşkil edir.

Bu kitabda həm də bərpa olunmuş məbəd və İsrail Yezekelin təsvirində 

böyük maraq doğurur. Yezekel böyük imana malik idi. O, ürəklərin və ruhani 

vəziyyətin yeniləşməsinin zəruriliyini, hər insanın öz günahlarına görə 

məsuliyyət daşımasını vurğulayırdı. Yezekel xalqın həyatının yeniləşməsi barədə 

car çəkirdi. O, kahin və peyğəmbər kimi məbədin bərpa olunmasına və İsrailin 

qanuna uyğun pak olmasına ehtiyac duyurdu.

Kitabın məzmunu:

1:1–3:37 Allah Yezekeli peyğəmbər olmağa çağırır

4:1–24:27 Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq

25:1–32:32 Allahın millətlər üzərində məhkəməsi

33:1–37:28 Allahın Öz xalqına vədləri

38:1–39:29 Qoqa qarşı peyğəmbərlik

40:1–48:35 Gələcək məbəd və ölkə barədə görüntü

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

a

 1:1 Vəhy 19:11 



b

 1:1 Otuzuncu ildə – yaxud otuz yaşında ikən. 



c

 1:2 2Pad. 24:10-16;  

2Saln. 36:9-10 

d

 1:5 Vəhy 4:6 



e

 1:10 Yez. 10:14; Vəhy 4:7 



f

 1:13 Vəhy 4:5 



g

 1:15‑21 Yez. 10:9-13 



h

 1:18 Vəhy 4:8 



Yezekelin ilk görüntüsü

 



1



a

 Otuzuncu ildə, 

b

 dördüncü ayın beşinci günü mən Kevar çayı 

sahilində, sürgündə yaşayanlar arasında olanda göylər açıldı və 

Allahdan gələn görüntüləri gördüm. 



2



c

 Padşah Yehoyakinin sürgün 

olunmasının beşinci ilində, həmin ayın beşinci günü 



3

Xaldey ölkəsində, 



Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu. 

Orada Rəbbin əli onun üzərində idi.



4

Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək 



çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od 

içində kükrəyən metal kimi bir şey var idi. 



5



d

 Ən ortasında canlı məxluqa 

bənzəyən dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi. 



6

Hər birinin dörd üzü və dörd qanadı var idi. 



7

Onların bacaqları düz idi. 



Ayaqları dana ayaqlarına oxşayırdı və cilalanmış tunc kimi parıldayırdı. 

8

Dörd yanlarında, qanadları altında insan əlləri var idi. Dördü də üzlərə 



və qanadlara malik idi. 

9

Onların qanadları bir-birinə toxunurdu. İrəli 



gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi.

10



e

 Onların dörd tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə 

insan üzü, sağ tərəfdə aslan üzü, sol tərəfdə öküz üzü, arxada isə qartal üzü 

var idi. 

11

Onların üzləri və qanadları yuxarıya doğru açılmışdı. Hər canlının 



iki qanadı yanda o biri canlının qanadına toxunur, iki qanadı da bədənlərini 

örtürdü. 



12

Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara gedirdisə, 



onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər. 

13



f

 Bu canlılar 

görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların 

arasında od hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı. 

14

Canlı 



məxluqlar şimşək çaxan kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi.

15



g

 Mən canlı məxluqlara baxıb gördüm ki, hər birinin yanında yerə 

dəyən bir təkər var. 



16

Təkərlərin görünüşü və quruluşu belə idi: onlar sarı 



yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların görünüşü 

və quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 



17

Getdikləri zaman dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-



sola dönmürdülər. 

18



h

 Təkərlərin sağanaqları hündür və qorxunc idi. 

Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu idi. 



19

Canlı məxluqlar 



irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən qalxdıqca 

təkərlər də qalxırdı. 



20

Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər 



də onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə 

idi. 


21

Onlar irəliləyəndə bunlar da irəliləyirdi, onlar dayananda bunlar 



da dayanırdı. Onlar yerdən qalxanda yanlarındakı təkərlər də qalxırdı, 

çünki canlı məxluqların ruhu təkərlərdə idi.



Yezekel 1 

1280 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə