The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

 

g

 17:12‑15 2Pad. 24:15-20; 2Saln. 36:10-13 



İsrailin qartal və tənəklə müqayisəsi

17 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, İsrail nəslinə 



bir tapmaca de və bir məsəl danışıb 

3

söylə ki, Xudavənd Rəbb belə 



deyir: “Qanadları böyük, lələkləri uzun, üstü rəngbərəng tüklərlə dolu iri bir 

qartal Livana uçdu və sidr ağacının başından bir zoğ götürdü. 



4

Onun körpə 



budaqlarının başını qoparıb ticarət ölkəsinə apardı və onu tacirlər şəhərinə 

qoydu. 


5

O torpağın toxumunu götürüb bərəkətli torpaqda əkdi. Söyüd ağacı 



əkilən kimi onu gur axan suların kənarında yerləşdirdi. 

6

O da böyüyüb enli, 



balacaboy bir üzüm meynəsi oldu. Budaqları qartala doğru əyilirdi, kökləri 

isə altında qalırdı. Beləcə şaxə verən, budaq salan bir üzüm tənəyi oldu.



7

Böyük qanadları, çoxlu tükləri olan başqa iri qartal da var idi. Üzüm 



tənəyi köklərini ona tərəf döndərdi, budaqlarını əkildiyi ləklərdən ona 

doğru uzatdı ki, sulansın. 



8

O, gur axan suların kənarında, bərəkətli 



torpaqda əkildi ki, qol-budaq atsın, meyvə yetirsin və möhtəşəm bir 

üzüm tənəyi olsun”.



9

Sən söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu üzüm tənəyi bəhərli 



olacaqmı? Əvvəlki qartal onun köklərini qırıb meyvələrini qurumaq üçün 

qoparmayacaqmı? Onun təzə bitən bütün pöhrələri quruyacaq. Kökündən 

qırıb atmaq üçün böyük qüvvəyə yaxud çoxlu adama ehtiyac olmayacaq. 

10

O əkilsə də, bəhrəsi olacaqmı? Şərq küləyi ona toxunan kimi tamamilə 



qurumayacaqmı? Bəli, bitdiyi ləklərdə quruyacaq”».

11

Mənə Rəbbin bu sözü nazil oldu: 



12



g

 «İndi o üsyankar nəslə söylə: 

“Bu şeylərin mənasını bilmirsinizmi?” Onlara de: “Budur, Babil padşahı 

Yerusəlimə gəldi, oranın padşahını və başçılarını götürüb Babilə, öz 

yanına apardı. 



13

Padşah nəslindən olan bir nəfəri götürərək onunla 



əhd kəsib and içdirdi. Ölkənin igid adamlarını da götürüb apardı ki, 

14

padşahlıq alçaldılıb daha qalxa bilməsin və əhdinə sadiq olub yerində 



qalsın. 

15

Ancaq Yəhuda padşahı atlar və çoxlu əsgər versinlər deyə 



elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan qaldırdı. O uğur 

qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat 

qalacaqmı?” 

16

Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, 



hökmən onu taxta oturdan padşahın ölkəsində – Babildə öləcək, çünki 

içdiyi anda xor baxdı, bağladığı əhdi pozdu. 



17

Babillilər çoxlu adam 



qırmaq üçün torpaq qalağı və mühasirə divarları düzəldəndə firon 

güclü ordusu, böyük qoşunu ilə müharibədə ona kömək edə bilməyəcək. 



18

Çünki o, əhdi pozaraq içdiyi anda xor baxdı, söz verdiyi halda bütün bu 



işləri etdiyinə görə özü də qaçıb qurtara bilməyəcək”.

19

Buna görə də Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun 



ki, önümdə içdiyi anda xor baxdığına görə, əhdimi pozduğu üçün 

 

1299 

Yezekel 17

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

h

 18:2 Yer. 31:29 

onu cəzalandıracağam. 

20

Onun üstünə Öz torumu sərəcəyəm, onu Öz 



tələmə salıb Babilə gətirəcəyəm. Mənə xəyanət etdiyinə görə orada onu 

mühakimə edəcəyəm. 



21

Onun bütün fərari əsgərləri qılıncla həlak olacaq, 



yerdə qalanlar küləyin əsdiyi dörd tərəfə dağılacaq. Onda biləcəksiniz ki, 

Mən Rəbb bunu söylədim”.



22

Xudavənd Rəbb belə deyir:



“Mən hündür sidr ağacının başından

Bir zoğ götürüb əkəcəyəm.

Onun budaqlarının başından

Zərif bir budaq qoparacağam,

Onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm.

 

23

 Onu İsrailin uca dağına əkəcəyəm.

O, qol-budaq atıb meyvə verəcək,

Möhtəşəm bir sidr ağacı olacaq.

Hər cür quş onun altına sığınacaq,

Budaqlarının kölgəsində yuva quracaq.

 

24

 Bütün çöl ağacları biləcək ki,

Hündür ağacı Mən Rəbb alçaltdım,

Alçaq ağacı yüksəltdim,

Yaşıl ağacı qurutdum,

Quru ağacı yaşıllaşdırdım.

Mən Rəbb bunu söylədim və

Hökmən yerinə yetirəcəyəm”».

Əməllər üçün cavabdehlik

18 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2



h

 «Siz İsrail torpağı üçün

“Atalar kal üzüm yedi,

Oğulların dişi qamaşır”

məsəlini söyləyərək nə demək istəyirsiniz? 



3

Xudavənd Rəbb bəyan edir: 



“Varlığıma and olsun ki, daha siz İsraildə bu məsəli söyləməyəcəksiniz. 

4

Axı bütün adamlar Mənimdir: atanın canı Mənim olduğu kimi oğulun 



da canı Mənimdir. Yalnız günah işlədən adam öləcək.

 

5

 Əgər bir adam salehdirsə,

Ədalətli və saleh işlər görürsə,

 

6

 Dağlarda gətirilən qurbandan yemirsə,

Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə,

Qonşusunun arvadını ləkələmirsə,

Aybaşı olan qadınla yaxınlıq etmirsə,

 

7

 Kimsəyə haqsızlıq etmirsə,

Borclunun girovunu qaytarırsa,



Yezekel 17 ,  18 

1300 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə