The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

 

l

 20:5‑6 Çıx. 6:2-8 

Bir daha səsi eşidilməsin.

 

10

 Sənin anan da çay kənarındakı bağında

Əkilmiş bir üzüm tənəyi kimi idi.

Bol sulardan bəhərli oldu,

Çoxlu qol-budaq verdi.

 

11

 Onun budaqları

Padşah əsası olacaq qədər gücləndi,

Boyu hündür ağaclara qədər ucaldı,

Onun çoxlu budaqları ilə

Hündürlüyü görünürdü.

 

12

 Ancaq onu qəzəblə

Kökündən çıxarıb yerə atdılar,

Şərq küləyi onun meyvəsini qurutdu,

Möhkəm budaqları qoparıldı,

Onlar qurudu,

Onları od yandırıb-yaxdı.

 

13

 O indi

Çöldə, quraq və susuz torpaqda əkildi.



 

14

 Gövdəsinin bir budağından od çıxdı,

Onun meyvəsini yandırıb-yaxdı.

Onda padşah əsası olmaq üçün

Bir möhkəm budaq da qalmadı”.

Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq».



Xəyanətkar İsrail

20 


 

1

Sürgünlüyümüzün yeddinci ilində, beşinci ayın onuncu günü 



İsrailin bəzi ağsaqqalları Rəbdən soruşmaq üçün gəlib önümdə 

oturdu.


2

Mənə Rəbbin bu sözü nazil oldu: 



3

«Ey bəşər oğlu, İsrail ağsaqqallarına 



söyləyib bildir ki, Xudavənd Rəbb belə deyir: “Siz Məndən soruşmağa 

gəldinizmi? Varlığıma and olsun ki, Mən sizin çağırışınıza cavab 

verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 

4

Onları mühakimə 



edəcəksənmi, ey bəşər oğlu, mühakimə edəcəksənmi? Onlara atalarının 

iyrənc işlərini bildirib söylə ki



5



l

 Xudavənd Rəbb belə bəyan edir: “O 

gün Mən İsraili seçdim, Yaqub nəslinin övladlarına and içdim, Misir 

torpağında Özümü onlara aşkar etdim və ‹Allahınız Rəbb Mənəm› 

deyə and içdim. 



6

O gün söz verdim ki, onları Misir torpağından özləri 



üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan, süd və bal axan 

Yezekel 19 ,  20 

1304 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

m

 20:11,13 Lev. 18:5 



n

 20:12 Çıx. 31:13-17 



j

 20:15 Say. 14:26-35 



p

 20:23 Lev. 26:33 

torpağa çıxaracağam. 

7

Mən onlara dedim: ‹Hər kəs gözünə xoş gələn 



iyrənc şeyləri atsın. Özünüzü Misir bütləri ilə murdarlamayın, Allahınız 

Rəbb Mənəm›. 



8

Ancaq onlar Mənə qarşı üsyankar oldu və qulaq asmaq 



istəmədi. Heç biri gözünə xoş gələn iyrənc şeyləri atmadı və Misir 

bütlərindən əl çəkmədi. Ona görə Mən dedim: ‹Misir torpağında qəzəbimi 

üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. 

9

Ancaq 



Mən Öz adım naminə elə etdim ki, aralarında yaşadıqları millətlərin 

gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail 

övladlarını Misir torpağından çıxarmaqla Özümü onlara göstərdim.

10

Mən onları Misir torpağından çıxarıb səhraya gətirdim. 



11



m

 Onlara 

qaydalarımı verib hökmlərimi bildirdim. Əgər insan bu hökmlərə 

əməl etsə, onların vasitəsilə yaşayar. 

12



n

 Onlara Öz Şənbə günlərimi 

də verdim ki, Mənimlə onların arasında əlamət olsun və onları təqdis 

edənin Mən Rəbb olduğunu bilsinlər. 

13

Ancaq İsrail nəsli səhrada Mənə 



qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimi 

rədd etdilər. Əgər insan bu hökmlərə əməl edərsə, onların vasitəsilə 

yaşayar. Onlar Mənim Şənbə günlərimə də heç məhəl qoymadı. Ona görə 

Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qızğınlığımı üstlərinə 

tökəcəyəm›. 

14

Ancaq Mən Öz adım naminə elə etdim ki, millətlərin 



gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail 

övladlarını Misirdən çıxarmışdım. 



15



j

 Mən də səhrada onlara and içdim 

ki, onları bütün ölkələrdən gözəl olan, özlərinə verdiyim süd və bal axan 

torpağa gətirməyəcəyəm. 

16

Çünki hökmlərimi rədd etdilər, qaydalarıma 



görə rəftar etmədilər və Şənbə günlərimə məhəl qoymadılar. Ona görə 

ki onların ürəkləri bütlərinə tərəf meyl edirdi. 



17

Ancaq Mənim onlara 



yazığım gəldi, onları həlak etmədim və səhrada qırıb-çatmadım.

18

Səhrada onların övladlarına dedim: ‹Atalarınızın qaydasına görə 



rəftar etməyin, hökmlərinə riayət etməyin və onların bütləri ilə özünüzü 

murdarlamayın. 



19

Allahınız Rəbb Mənəm. Mənim qaydalarıma görə 



rəftar edin, hökmlərimə riayət edin və onlara əməl edin. 

20

Şənbə 



günlərimi təqdis edin. Qoy onlar Mənimlə sizin aranızda əlamət olsun. 

Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm›. 



21

Ancaq övladlar da Mənə 



qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimə 

riayət və əməl etmədilər. Əgər insan bu hökmlərə əməl etsə, onların 

vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də məhəl qoymadı. Ona 

görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qəzəbimi üstlərinə 

tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. 

22

Ancaq Mən 



onlardan əl götürdüm və bunu Öz adım naminə etdim ki, millətlərin 

gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail 

övladlarını çıxarmışdım. 

23



p

 Mən səhrada özlərinə and içib dedim ki

 

1305 

Yezekel 20

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə