The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 

q

 20:29 Bama ibrani dilində səcdəgah, həmçinin ba – getməkma – nədir deməkdir. 

onları millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm. 

24

Çünki onlar hökmlərimə əməl etmədi, qaydalarımı rədd etdi, Şənbə 



günlərimə məhəl qoymadı və gözləri atalarının bütlərinə dikildi. 

25

Mən 



də onlara xeyirli olmayan qaydalar və həyat verə bilməyən hökmlər 

verdim. 


26

İmkan verdim ki, hər ilk doğulan övladı oddan keçirərək 



qurban etdikləri hədiyyələrlə özlərini murdarlasınlar. Bunu etdim ki, 

onları dəhşətə salım, qoy bilsinlər ki, Rəbb Mənəm”.



27

Ey bəşər oğlu, buna görə də İsrail nəslinə müraciət edib söylə ki, 



Xudavənd Rəbb belə deyir: “Atalarınız bununla yenə xəyanət edərək 

Mənə küfr etdi. 



28

Mən onları vəd etdiyim torpağa gətirəndə hər yüksək 



təpəni, hər qollu-budaqlı ağacı görüb qurbanlarını orada kəsdilər

Mənim qəzəbimə səbəb olan qurbanlarını orada təqdim etdilər, ətirli 

təqdimlərini orada qoydular və içmə təqdimlərini orada səpdilər. 

29

Ona 



görə Mən onlara dedim: ‹Getdiyiniz o səcdəgah nədir?› Bura indiyə qədər 

Bama 


q

 adlanır”.



30

Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: 



“Siz atalarınızın yolu ilə gedib onların iyrənc işləri ilə pozğunluq 

edərək özünüzü murdar edərsinizmi? 



31

İndiyə qədər hədiyyələr 



gətirərək oğullarınızı oda qurban verərək özünüzü bütlərinizlə murdar 

edirsiniz. Hələ bununla da Məndən soruşmaq istəyirsiniz, ey İsrail 

nəsli?” Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, Məndən 

soruşmağınıza icazə verməyəcəyəm. 



32

Ağlınıza gələn şey heç vaxt həyata 



keçməyəcək. Siz deyirdiniz: ‹Millətlər, yadelli tayfalar kimi biz də ağaca 

və daşa sitayiş edəcəyik›”.



33

Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, sizin üzərinizdə 



qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə hökmən padşahlıq edəcəyəm. 

34

Mən sizi qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə xalqlar arasından 



çıxaracağam, səpələndiyiniz ölkələrdən bir yerə toplayacağam. 

35

Sizi 



xalqların səhrasına gətirəcək və orada üz-üzə mühakimə edəcəyəm. 

36

Atalarınızı Misir torpağının səhrasında necə mühakimə etdimsə, sizi 



də eləcə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 

37

“Sizi 



əsanın altından keçirəcək və əhdlə bağlayacağam. 

38

Sizin aranızdan 



Mənə qarşı üsyankar olanları və qanunsuzluq edənləri ayıracağam. 

Onları müvəqqəti qaldıqları ölkədən çıxaracağam, ancaq İsrail torpağına 

girməyəcəklər. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 

39

Xudavənd Rəbb 



belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq 

edin. Ancaq bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və 

bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz”.

40

Xudavənd Rəbb bəyan edir: “Müqəddəs dağım olan İsrailin uca 



dağında, həmin ölkədə hamı – bütün İsrail nəsli Mənə qulluq edəcək. 

Yezekel 20 

1306 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Orada onlardan razı olacağam. Bütün müqəddəs şeylərinizlə birgə 

təqdimlərinizi və ən seçmə hədiyyələrinizi sizdən qəbul edəcəyəm. 



41

Sizin arasında çıxardığım və səpələndiyiniz ölkələrdən topladığım 



zaman ətirli təqdim kimi sizdən razı qalacağam. Millətlərin gözü önündə 

sizin aranızda müqəddəs tutulacağam. 



42

Sizi atalarınıza verməyi vəd 



etdiyim torpağa – İsrail torpağına gətirdiyim zaman biləcəksiniz ki, Rəbb 

Mənəm. 


43

Orada əməllərinizi və bütün işlərinizi yada salacaqsınız, bu 



işlərlə siz özünüzü murdar etdiniz. Etdiyiniz bütün pisliklərə görə öz-

özünüzdən iyrənəcəksiniz. 



44

Ey İsrail nəsli, pis əməllərinizə və pozğun 



işlərinizə görə deyil, ancaq Öz adım naminə sizinlə belə rəftar edəndə 

biləcəksiniz ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir».



45

Mənə yenə Rəbbin sözü nazil oldu: 



46

«Ey bəşər oğlu, üzünü cənuba 



doğru çevirib cənuba tərəf danış və Negev meşəsinə qarşı peyğəmbərlik 

et. 


47

Negev meşəsinə söylə ki, Rəbbin sözünü dinləsin. Xudavənd Rəbb 



belə deyir: “Mən sənin içində od yandıracağam və səndə olan bütün yaşıl 

və quru ağacları yandırıb-yaxacaq. Alışan alov sönməyəcək, cənubdan 

şimala qədər bütün üzlər odda qovrulacaq. 

48

Bütün bəşər görəcək ki, 



odu Mən Rəbb alışdırdım və o sönməyəcək”». 

49

Mən dedim: «Ah, ya 



Xudavənd Rəbb! Onlar mənim barəmdə belə deyir: “Bu adam ancaq 

məsəllərlə danışır, elə deyilmi?”»



Rəbbin cəza qılıncı

21 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, üzünü 



Yerusəlimə tərəf çevirib Müqəddəs məkanlara qarşı danış və 

İsrail torpağının əleyhinə peyğəmbərlik et. 



3

Sən İsrail torpağına söylə 



ki, Rəbb belə deyir: “Budur, Mən sənin əleyhinəyəm. Qılıncımı qınından 

çıxararaq sənin içində olan salehi də, pis adamı da qırıb-çatacağam. 



4

Sənin içində olan salehi də, pis adamı da qırıb-çatım deyə Mənim 



qılıncım cənubdan şimaladək ərazidə yaşayan bütün bəşərin üzərinə 

enmək üçün qınından çıxacaq. 



5

Onda bütün bəşər biləcək ki, Mən Rəbb 



qılıncımı qınından çıxardım və bir daha yerinə qayıtmayacaq”.

6

İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-



acı içini çək. 

7

Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara 



deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, 

bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar 

yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».

8

Mənə Rəbbin bu sözü nazil oldu: 



9

«Ey bəşər oğlu, peyğəmbərlik edib 



söylə ki, Xudavənd belə deyir:

“Söylə ki, qılınc, qılınc

İtilənib, cilalanıb.

 

10

 Öldürmək üçün itilənib,

Şimşək kimi çaxsın deyə cilalanıb.



 

1307 

Yezekel 20 ,  21

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə