The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

Necə sevinə bilərik?

Qılınc oğlumun əsasına

Hər hansı bir əl ağacı kimi xor baxdı.

 

11

 Qılınc əldə tutulmaq üçün

Cilalanmağa verildi.

Öldürənin əlinə verilsin deyə

İtilənib cilalandı.

 

12

 Ey bəşər oğlu, fəryad edib ağla.

Çünki bu qılınc xalqıma və

Bütün İsrail rəhbərlərinə qarşı qalxıb.

Onlar xalqımla birgə

Qılınca təslim edildi.

Bunun üçün sinə döy”.

 

13

 Xudavənd Rəbb bəyan edir:

“Qarşıda sınaq var.

Qılıncın xor baxdığı əsa

Daha salamat qalmazsa, nə olar?

 

14

 Sən ey bəşər oğlu, peyğəmbərlik et,

Əllərini bir-birinə vur.

Qoy qılınc iki, üç dəfə vursun.

O öldürən bir qılıncdır,

Çoxlu adam qıran,

İnsanı hər tərəfdən saran qılıncdır.

 

15

 Onların ürəyi ərisin,

Yerə sərilənlər çox olsun deyə

Bütün darvazalarında qırğın qılıncı qoydum.

Ah, o, şimşək kimi parıldadı,

Öldürmək üçün sıyrıldı.

 

16

 Ey qılınc, sağa-sola dönüb kəs,

Sağa dön, sola dön,

Üzün hara çevrilsə, ora get.

 

17

 Mən də əllərimi bir-birinə vuracağam,

Beləcə qəzəbimi yatırdacağam.

Bunu Mən Rəbb söylədim”».

18

Mənə Rəbbin bu sözü nazil oldu: 



19

«Sən ey bəşər oğlu, Babil 



padşahının qılıncının gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən 

çıxsın. Bir yerdə nişan qoy, onu şəhər yolunun başında qoy. 



20

Qılınc 



Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə 

yönəlsin deyə yol hazırla. 



21

Çünki Babil padşahı yolayrıcında – iki 



yolun başında falçılıq etmək üçün dayanacaq. Oxları qarışdıracaq, ev 

bütlərindən soruşacaq, kəsilən bir heyvanın qaraciyərinə baxacaq. 



22

Onun 



Yezekel 21 

1308 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

r

 21:28‑32 Yer. 49:1-6; Yez. 25:1-7; Amos 1:3-15; Sef. 2:8-11 

sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq, 

öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini 

darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları 

düzəldəcək. 



23

Onunla and içib saziş bağlayanlar falın yalan olduğunu 



güman edəcək. Ancaq padşah təqsirlərini xatırlayıb onları əsir alacaq.

24

Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki təqsirlərinizi və 



üsyankarlığınızı göstərməklə bunları yada saldınız, bütün işlərinizdə 

günahlarınız aşkara çıxdı və yada salındınız, mütləq əsir düşəcəksiniz. 



25

Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza 



vaxtın gəldi”. 

26

Xudavənd Rəbb belə deyir: “Çalmanı və tacı götür. Daha 



bu belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt. 

27

Viran, viran, 



viran qoyacağam şəhəri! Haqq sahibi gələnə qədər bərpa olunmayacaq. 

Mən şəhəri ona verəcəyəm”.



28



r

 Sən ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Ammonlular və 

onların etdikləri təhqirə görə Xudavənd Rəbb belə deyir:

“Qılınc, qılınc həlak etmək üçün sıyrılıb,

Qırğın üçün itilənib ki,

Şimşək kimi parlasın.

 

29

 Elə bir zamanda ki

Sənə boş görüntülər görünür,

Sənə yalan falçılıq açırlar.

Ölməli olan pis adamların

Boyunlarına enəcəksən, ey qılınc!

Bu adamların günü çatdı,

Nəhayət, cəza vaxtı gəldi.

 

30

 Qılınc qınına qoyulsun!

Səni yaradıldığın yerdə,

Doğulduğun ölkədə mühakimə edəcəyəm.

 

31

 Qəzəbimi üstünə tökəcəyəm,

Hiddətimin odunu üstünə püfləyəcəyəm,

Səni vəhşi adamlara təslim edəcəyəm.

Onlar məhv etməkdə mahirdir.

 

32

 Sən oda qida olacaqsan,

Ölkə içində qanın töküləcək.

Daha yada salınmayacaqsan,

Çünki Mən Rəbb bunu söylədim”».

Yerusəlimin günahları

22 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Sən ey bəşər oğlu, 



mühakimə edəcəksənmi, qan tökən şəhəri mühakimə 

 

1309 

Yezekel 21 ,  22

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

s

 22:7 Çıx. 20:12; Qanun. 5:16 



t

 22:7 Çıx. 22:21-22; Qanun. 24:17 



u

 22:8 Lev. 19:30; 

26:2 

v

 22:10‑11 Lev. 18:7-20 



w

 22:12 Çıx. 23:8; Qanun. 16:19 



x

 22:12 Çıx. 22:25; 

Lev. 25:36-37; Qanun. 23:19 

edəcəksənmi? Gəl bütün iyrənc işlərini ona bildir. 



3

Ona söylə ki, 



Xudavənd Rəbb belə deyir: “Əcəli gəlsin deyə öz içində qan tökən bütlər 

düzəldərək özünü murdarlayan şəhər! 



4

Sən tökdüyün qana görə təqsirkar 



oldun, düzəltdiyin bütlərə görə murdar oldun. Sən əcəlini yaxınlaşdırdın, 

ömrün sona çatdı. Buna görə də səni millətlər içində rüsvayçılıq, bütün 

ölkələr arasında istehza hədəfinə çevirdim. 

5

Ey adı pisliyə çıxan, fitnə 



dolu şəhər, yaxın olanlar da, uzaq olanlar da sənə istehza edəcək. 

6

Budur, 



sənin içində olan hər bir İsrail rəhbəri əlindən gəldiyi qədər qan tökür. 

7



s

  

t

 Sənin içində ata-anaya hörmət edilmir, sənin içində qəribə qarşı 

zorakılıq, yetimə və dul qadına haqsızlıq edilir. 

8



u

 Müqəddəs şeylərimə 

xor baxdın, Şənbə günlərimə məhəl qoymadın. 



9

Sənin içində qan tökmək 



istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən qurbandan 

yeyir, şəhvətə qapılırlar. 



10



v

 Sənin içində ögey anaları ilə yatanlar, 

aybaşı olub murdarlanan qadınları zorlayanlar var. 



11

Sənin içində kimi 



qonşusunun arvadı ilə iyrənc iş edir, kimi həyasızlıqla gəlinini murdar 

edir, kimi öz atasının qızını – bacısını zorlayır. 



12



w

  

x

 Sənin içində qan 

tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən, zorakılıqla 

qonşularından haqsız muzd alırsan. Beləcə Məni unutdun” Xudavənd 

Rəbb belə bəyan edir.

13

“Əldə etdiyin haqsız muzddan ötrü və sənin içində tökülən qana görə 



əllərimi bir-birinə vururam. 

14

Sənə qarşı hərəkətə gəldiyim gün ürəyində 



taqət olacaqmı, qollarında qüvvət qalacaqmı? Mən Rəbb bunu söylədim 

və hökmən yerinə yetirəcəyəm. 



15

Səni millətlər arasına yayacağam, 



ölkələr arasına səpələyəcəyəm, içindəki murdarlığı məhv edəcəyəm. 

16

Millətlərin gözündə ləkələnəcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm”».



17

Mənə Rəbbin bu sözü nazil oldu: 



18

«Ey bəşər oğlu, mənim üçün 



İsrail nəsli metal tullantısına çevrilib. Hamısı soba içində qalan tunca, 

qalaya, dəmirə, qurğuşuna bənzəyir, gümüş tullantısı kimidir. 



19

Buna 



görə də Xudavənd Rəbb belə deyir: “İndi ki hamınız metal tullantısı kimi 

oldunuz, Mən sizi Yerusəlimə yığacağam. 



20

Əritmək üçün odu üfürüb 



gümüşü, tuncu, dəmiri, qurğuşunu və qalayı necə sobada toplayırlarsa, 

Mən də eləcə sizi qəzəb və hiddətimlə toplayacağam, sizi şəhərə qoyub 

əridəcəyəm. 

21

Sizi toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və 



şəhərin içində əriyəcəksiniz. 

22

Soba içində gümüş necə əridilirsə, siz də 



şəhərin içində əriyəcəksiniz. Onda biləcəksiniz ki, üstünüzə qəzəbimi 

tökən Mən Rəbbəm”».



23

Mənə Rəbbin bu sözü nazil oldu: 



24

«Ey bəşər oğlu, ona söylə: “Sən 



qəzəb günündə təmizlənməmiş, üstünə yağış yağmamış bir torpaqsan. 

Yezekel 22 

1310 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə