The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

 

z

 24:2 2Pad. 25:1; Yer. 52:4 

Bacın Samariyanın kasası

Dəhşət və viranəlik kasasıdır.

 

34

 Bu kasadan içəcəksən,

Onu boşaldacaqsan,

Parçalarını gəmirəcəksən,

Köksünü yırtacaqsan”.

Çünki bunu Mən söylədim,

Xudavənd Rəbb belə bəyan edir.

35

Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki Məni unutdun, 



Mənə arxa çevirdin, pozğunluğun və fahişəliyin üçün cəzanı çək”».

36

Rəbb mənə dedi: «Ey bəşər oğlu, Oholanı və Oholivanı mühakimə 



edəcəksənmi? Elə isə iyrənc işlərini özlərinə bildir. 

37

Çünki onlar xəyanət 



etdi və əlləri qana batıb. Onlar bütlərə səcdə edib xəyanət etdi. Hətta 

Mənim üçün doğduqları oğullarını bütlərə yemək olmaq üçün təqdim 

etdilər. 

38

Mənə qarşı hələ bunları da etdilər: həmin gün Müqəddəs 



məkanımı murdar etdilər, Şənbə günlərimə məhəl qoymadılar. 

39

Onlar 



bütləri üçün övladlarını kəsdikdən sonra həmin gün Müqəddəs məkanıma 

girərək oranı murdarladılar. Üstəlik bunu məbədimin ortasında etdilər.



40

Bundan başqa, qasidlər göndərib uzaqdan gələn adamlar gətirtdilər. 



Bu adamlar gələndə sən onlar üçün yuyundun, gözlərinə sürmə çəkdin 

və bər-bəzək taxdın. 



41

Möhtəşəm divan üzərində oturdun. Onun önündə 



hazırlanmış süfrə var idi. Mənim buxurumu və zeytun yağımı onun 

üstünə qoydun. 



42

Ətrafında kef edən bir dəstənin gurultusu yüksəldi. 



Bayağı adamlar dəstəsi ilə səhradan Sevalılar oraya gətirildi. O iki 

qadının biləklərinə bilərziklər, başlarına şərəf tacları qoydular.



43

Mən zinakarlıqda qarımış qadın barədə dedim: “İndi qoy onlar bu qadınla 



zina etsin, çünki o, fahişədir”. 

44

Fahişənin yanına girən kimi onun yanına girdilər. 



Beləcə pozğun qadınlar olan Ohola ilə Oholivanın yanına girdilər. 

45

Amma saleh 



adamlar zina edən qadına verilən cəzanı, qan tökən qadına verilən cəzanı onlara 

verəcək, çünki bu qadınlar zina edib və əlləri qana batıb.



46

Buna görə də Xudavənd Rəbb belə deyir: “Üstlərinə bir qoşun gətir və onları 



dəhşətə, talana düçar et. 

47

Bu qoşun onları daşqalaq edəcək və qılıncla doğrayacaq. 



Oğullarını və qızlarını öldürüb evlərini yandıracaqlar. 

48

Ölkədə olan pozğunluğa 



son qoyacağam. Bütün qadınlar bundan dərs alıb sizin kimi pozğunluq etməyəcək. 

49

Pozğunluğunuzun cəzasını öz başınıza gətirəcəklər. Bütlərinizə tapınmağınızın 



əvəzini alacaqsınız. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”».

Paslanmış qazanla müqayisə

24 


 

1

Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə 



Rəbbin bu sözü nazil oldu: 

2



z

 «Ey bəşər oğlu, bu günün, məhz bu günün 

 

1313 

Yezekel 23 ,  24

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

a

 24:5 Odun – ibrani mətnində sümüklər. 

tarixini qeyd elə. Çünki Babil padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı. 

3

Bu üsyankar xalqa bir məsəl danışıb söylə ki, Xudavənd Rəbb belə deyir:



“Qazanı oda qoy, oda qoy,

İçinə su doldur.

 

4

 Ətin parçalarını, ən yaxşı parçalarını,

Budu və döşü oraya yığ.

Onu seçilmiş sümüklərlə doldur.

 

5

 Sürüdən ən yaxşı heyvanları götür,

Qazanın altına isə odun 

a

 yığ.


Qoy içindəki su qaynasın ki,

Qazandakı sümükləri də bişsin”.

 

6

 Buna görə də Xudavənd Rəbb belə deyir:

“Qan tökən şəhərin vay halına!

Ora pas tutmuşdur,

Öz pasından təmizlənməmiş qazana bənzəyir.

Püşk atmadan əti parça-parça qazandan çıxarın.

 

7

 Çünki onun tökdüyü qan hələ içindədir.

Qanı tozla örtmək üçün hətta yerə də tökmədi,

Düz çılpaq qayanın üstünə axıtdı.

 

8

 Mən də qəzəbi alovlandıraraq

Qisas alınsın deyə

Onun qanını çılpaq bir qayanın

Üstünə tökdüm ki, örtülməsin”.

 

9

 Buna görə də Xudavənd Rəbb belə deyir:

“Qan tökən şəhərin vay halına!

Mən də odun qalağını böyüdəcəyəm.

 

10

 Odunları yığ, odu alovlandır,

Əti yaxşı bişir,

Ədviyyatını qat,

Sümüklər də yansın.

 

11

 Onun közləri üstünə

Qazanı boş qoy ki, qızsın,

Misi yansın,

İçindəki murdarlığı getsin,

Pası ərisin.

 

12

 Bütün zəhmət hədər getdi,

Qalın pası ərimək bilmir,

Pası odla da çıxmır.



Yezekel 24 

1314 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

b

 24:17,22 Yas tutanların – arami və latın tərcümələrində belədir, ibrani mətnində isə 



adamların. 

 

13

 Etdiyin pozğunluq səni murdarladı,

Səni təmizləmək istədim,

Amma sən təmizlənmək istəmədin.

Sənə qarşı qəzəbim yatana qədər

Öz murdarlığından təmizlənməyəcəksən.

 

14

 Mən Rəbb bunu söylədim,

Vaxt çatdı ki, yerinə yetirim.

Çəkinməyəcəyəm, acımayacağam,

Peşman olmayacağam.

Adətlərinə və əməllərinə görə cəzalanacaqsan”

Xudavənd Rəbb belə deyir».



Yezekelin arvadının ölümü

15

Mənə Rəbbin bu sözü nazil oldu: 



16

«Ey bəşər oğlu, gözündə çox 



qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas 

tutma, ağlayıb göz yaşı tökmə. 



17

İçin-için ağla, ölülər üçün yas tutma. 



Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini 

örtmə, yas tutanların 



b

 çörəyini yemə».



18

Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım 



öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim. 

19

Xalq mənə dedi: 



«Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?» 

20

Mən 



onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu: 

21

İsrail nəslinə 



söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, 

gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs 

məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz 

oğullarınız və qızlarınız qılıncdan keçiriləcək. 



22

Mən nə etdimsə, 



siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, 

yas tutanların çörəyini yeməyəcəksiniz. 



23

Çalmanız başınızda, 



çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, 

ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib 

inləyəcəksiniz. 

24

Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də 



onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb 

Mənəm”.


25

Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində 



qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını 

onlardan aldığım vaxt – 



26

o gün fəlakətdən qaçıb qurtulan bir nəfər 



gəlib sənə bu xəbəri bildirəcək. 

27

O gün bu qaçağın yanında dilin 



açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar 

üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm».



 

1315 

Yezekel 24

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə