The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

 

c

 25:1‑7 Yer. 49:1-6; Yez. 21:28-32; Amos 1:13-15; Sef. 2:8-11 



d

 25:8‑11 Yeş. 15:1–

16:14; 25:10-12; Yer. 48:1-47; Amos 2:1-3; Sef. 2:8-11 

e

 25:12‑14 Yeş. 34:5-17; 63:1-6; 

Yer. 49:7-22; Yez. 35:1-15; Amos 1:11-12; Avd. 1-14; Mal. 1:2-5 

Ammonluların əleyhinə peyğəmbərlik

25 


 

1



c

 Mənə Rəbbin bu sözü nazil oldu: 

2

«Ey bəşər oğlu, 



üzünü Ammon övladlarına tərəf çevir və onların əleyhinə 

peyğəmbərlik et. 



3

Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin 



sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım 

ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə 

gedəndə ‹nə yaxşı› dediniz. 

4

Buna görə də Mən icazə verəcəyəm ki, 



şərq xalqları sizin torpağınızı fəth etsin. Onlar torpağınızda yurd 

salacaq, çadır quracaq. Meyvələrinizi onlar yeyəcək, südünüzü onlar 

içəcək. 

5

Rabbanı dəvələr üçün otlağa, Ammon övladlarının torpağını 



sürülər üçün ağıla çevirəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 

6

Xudavənd Rəbb belə deyir: “İndi ki siz əllərinizi bir-birinə vurub 



ayaqlarınızı yerə döydünüz və İsrail torpağını təhqir edib fəlakətinə 

bütün qəlbinizlə sevindiniz, 



7

Mən də sizə qarşı əlimi uzadıb sizi 



qarət malı kimi millətlər arasında bölüşdürəcək, xalqlar sırasından 

silib-atacaq, ölkələr içindən yox edəcək və məhv edəcəyəm. Onda 

biləcəksiniz ki, Rəbb Mənəm”.

Moavlıların əleyhinə peyğəmbərlik

8



d

 Xudavənd Rəbb belə deyir: “Moav və Seir xalqı deyir ki, budur, 

daha Yəhuda nəslinin başqa xalqlardan fərqi yoxdur. 



9

Buna görə də 



Mən Moavın sərhədini açıb ölkənin şöhrəti olan sərhəd şəhərlərini 

– Bet-Yeşimotu, Baal-Meonu, Qiryatayimi müdafiəsiz qoyacağam. 



10

Ammonlular bir daha xalqlar arasında yada salınmasınlar deyə 



Moavı Ammonluların torpağı ilə birlikdə şərq xalqlarına verəcəyəm. 

11

Beləcə Moav xalqını cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb 



Mənəm”.

Edomluların əleyhinə peyğəmbərlik

12



e

 Xudavənd Rəbb belə deyir: “Edom qisas alaraq Yəhuda nəsli ilə 

pis rəftar etdi, onlardan intiqam alaraq böyük təqsir etdi”. 



13

Buna görə 



də Xudavənd Rəbb belə deyir: “Edom torpağına əlimi uzadıb insanı 

da, heyvanı da oradan silib-atacaq, ölkəni viran edəcəyəm. Temandan 

Dedana qədər Edomlular qılıncla vurulub həlak olacaq. 

14

Mən xalqım 



İsrail vasitəsilə Edomdan Öz qisasımı alacağam. İsraillilər Edomda 

qəzəb və hiddətimə görə rəftar edəcək. Beləcə Edomlular Mənim 

qisasımın nə olduğunu anlayacaq” Xudavənd Rəbb belə bəyan edir.

Yezekel 25 

1316 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

f

 25:15‑17 Yeş. 14:29-31; Yer. 47:1-7; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7 



g

 26:1–28:19 Yeş. 23:1-18; Yoel 3:4-8; Amos 1:9-10; Zək. 9:2-4; Mat. 11:20-22; 

Luka 10:13-14 

h

 26:13 Yeş. 24:8; Vəhy 18:22 



Filiştlilərin əleyhinə peyğəmbərlik

15



f

 Xudavənd Rəbb belə deyir: “Filiştlilər Yəhudadan qisas alaraq pis 

rəftar etdi, ürəklərindəki əbədi ədavətlə onu yerlə yeksan edərək intiqam 

aldı”. 

16

Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Filiştlilərə qarşı 



əlimi uzadıb Keretliləri silib-atacağam, dəniz sahilində yaşayanlardan 

salamat qalanları məhv edəcəyəm. 



17

Onları şiddətlə məzəmmətləyib 



böyük qisaslar alacağam. Onlardan qisas alanda biləcəklər ki, Rəbb 

Mənəm”».


Sur şəhərinin əleyhinə peyğəmbərlik

26 


 

1



g

 Sürgünlüyümüzün on birinci ilində, ayın birinci günü 

mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, Yerusəlimə 



qarşı Sur belə dedi: “Nə yaxşı ki xalqların qapısı olan şəhər dağıldı, 

darvazaları mənim üçün açıldı. O dağıldığı üçün mən varlanacağam”. 



3

Bu sözlərə görə Xudavənd Rəbb belə deyir: “Ey Sur, Mən sənə qarşı 



gəlirəm. Dəniz necə dalğalarını coşdurursa, Mən də eləcə çoxlu milləti 

sənin üstünə coşduracağam. 



4

Onlar Surun divarlarını dağıdacaq və 



qüllələrini uçuracaq. Töküntülərini silib-süpürəcək, onu çılpaq bir qayaya 

çevirəcəyəm. 



5

Sur dənizin ortasında torların sərildiyi bir yer olacaq, 



çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. Sur millətlər 

üçün qarət malı olacaq. 



6

Oraya tabe olan sahil şəhərlərində yaşayanlar 



qılıncla öldürüləcək. Onda biləcəklər ki, Rəbb Mənəm”.

7

Xudavənd Rəbb belə deyir: “Mən padşahlar padşahı olan Babil 



padşahı Navuxodonosoru atlar, döyüş arabaları, süvarilər, qoşun və 

çoxlu xalqla birgə şimaldan Surun üstünə gətirəcəyəm. 



8

Ey Sur, o 



sənə tabe olan sahil şəhərlərində yaşayanları qılıncla öldürəcək, sənə 

qarşı mühasirə divarları, torpaq qalağı quracaq və sipərini əleyhinə 

qaldıracaq. 

9

Sənin divarlarını vurub-dəlmək üçün qoçbaşı alətləri 



quracaq, baltaları ilə qüllələrini uçuracaq. 

10

Atları çox olduğu üçün 



onların tozu səni örtəcək. Divarlarında oyuq açılmış bir şəhərə girilən 

tək sənin darvazalarından girdikləri zaman atlıların, təkərlərin və 

döyüş arabalarının gurultusundan divarların titrəyəcək. 

11

O öz 



atlarının dırnaqları ilə sənin bütün küçələrini tapdalayıb xarab edəcək, 

xalqını qılıncla öldürəcək. Möhkəm sütunların yerlə yeksan olacaq. 



12

Onlar sərvətini talan edəcək, ticarət mallarını qarət edəcək. Sənin 



divarlarını dağıdacaq, gözəl evlərini uçuracaq, daşlarını, taxtalarını 

və töküntülərini suya atacaqlar. 



13



h

 Oxuduğun nəğmələrin səsinə son 

 

1317 

Yezekel 25 ,  26

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə