The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

 

n

 28:20‑26 Yoel 3:4-8; Zək. 9:1-2; Mat. 11:21-22; Luka 10:13-14 



j

 29:1–32:32 Yeş. 19:1-25; 

Yer. 46:2-26 

Sidonun əleyhinə peyğəmbərlik

20



n

 Mənə Rəbbin bu sözü nazil oldu: 

21

«Ey bəşər oğlu, üzünü Sidona 



tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki, 

22

Xudavənd 



Rəbb belə deyir:

“Ey Sidon, Mən sənin əleyhinəyəm,

Sənin içində izzət qazanacağam.

Mən sakinlərini cəzalandırıb

Onların arasında müqəddəs tutulanda

Biləcəklər ki, Rəbb Mənəm.

 

23

 Əhalinin içinə vəba,

Küçələrinə qan göndərəcəyəm.

Hər tərəfdən onların üstünə gələn qılıncla

Vurulub həlak olacaqlar.

Onda biləcəklər ki, Rəbb Mənəm.



Allahın İsrail xalqına vədi

24

İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha 



İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, 

Rəbb Mənəm”.



25

Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim 



xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda 

onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq. 



26

Orada asayiş 



içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən 

bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. 

Onda biləcəklər ki, Rəbb Mənəm”».

Misirin əleyhinə peyğəmbərlik

29 


 

1



j

 Sürgünlüyümüzün onuncu ilində, onuncu ayın on ikinci 

günü mənə Rəbbin sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, üzünü 



Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin əleyhinə 

peyğəmbərlik edib söylə ki, 



3

Xudavənd Rəbb belə deyir:



“Ey öz çayları içində yatan

Böyük əjdaha Misir padşahı firon,

Mən sənin əleyhinəyəm.

Sən deyirsən: ‹Nil çayı mənimdir,

Onu özüm üçün yaratdım›.

 

4

 Sənin çənənə qarmaq keçirəcəyəm,

Çaylarındakı balıqları



Yezekel 28 ,  29 

1324 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

p

 29:6 2Pad. 18:21; Yeş. 36:6 



q

 29:7 Burxutdun – qədim yunan və süryani tərcümələrində 

belədir, ibrani mətnində isə dikəltdin. 

Sənin pulcuqlarına yapışdıracağam.

Pulcuqlarına yapışmış balıqlarla birgə

Səni çaylarından çıxaracağam.

 

5

 Səni də, çaylarındakı bütün balıqları da

Səhraya atacağam.

Çöllərə düşəcəksən,

Yığılıb basdırılmayacaqsan.

Səni yem kimi vəhşi heyvanlara,

Göydəki quşlara verəcəyəm.

 

6

 ⁠

p

 Onda Misirdə yaşayan hər kəs

Biləcək ki, Rəbb Mənəm.

Çünki sən İsrail xalqı üçün

Qamışdan olan bir dəyənək oldun.

 

7

 Səndən yapışdıqları zaman

Qırılıb onların çiyinlərini yardın,

Sənə söykəndikləri zaman

Qopub onların bellərini burxutdun”. 



q

8

Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən sənin üstünə qılınc 



gətirəcəyəm, insanı da, heyvanı da üzərindən silib məhv edəcəyəm. 

9

Misir kimsəsiz qalacaq və xarabalığa çevriləcək. Onda biləcəklər 



ki, Rəbb Mənəm. Firon dedi: ‹Nil çayı mənimdir, onu mən yaratdım›. 

10

Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir 



torpağını Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam 

və xarabalığa çevirəcəyəm. 



11

İçindən insan ayağı da, heyvan ayağı da 



keçməyəcək, orada qırx il adam yaşamayacaq. 

12

Misiri xaraba qalan 



ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran olmuş şəhərlər kimi 

qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam, ölkələr 

arasına səpələyəcəyəm”.

13

Xudavənd Rəbb belə deyir: “Qırx ildən sonra Misirliləri 



səpələndikləri xalqların arasından bir yerə yığacağam. 

14

Sürgün 



olunan Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. 

Onlar orada zəif bir padşahlıq yaradacaq. 



15

Padşahlıqların ən gücsüzü 



olacaqlar, bir daha millətlərin üzərində ağalıq etməyəcəklər. Daha 

millətlərə hökmran olmasınlar deyə onların sayını azaldacağam. 



16

Misir 



bir daha İsrail xalqının güvəndiyi yer olmayacaq. Misirlilər onlara Misirə 

qayıtmaqla günah etdiklərini xatırladacaqlar. İsraillilər onda biləcəklər 

ki, Xudavənd Rəbb Mənəm”».

17

Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın birinci 



günü mənə Rəbbin sözü nazil oldu: 

18

«Ey bəşər oğlu, Babil padşahı 



 

1325 

Yezekel 29

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə