The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

Çinar ağacları onun şaxələri kimi deyildi,

Allahın bağçasındakı ağaclardan heç biri

Onun kimi gözəl deyildi.

 

9

 Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim,

Allahın bağçası olan Edendəki

Bütün ağaclar ona qısqandı”.

10

Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boyu ucalıb 



başı buludlara çatanda ucalığına görə ürəyi qürurlandı, 

11

Mən də onu 



millətlərin başçısına təslim etdim. O da onunla pisliyinə görə rəftar 

edəcək. Mən onu qovdum və 



12

yadelli millətlərin ən rəhmsizi onu kəsib 



yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin 

bütün vadilərində qırılıb qaldı. Yer üzünün bütün xalqları kölgəsindən 

çəkilib onu tərk etdi. 

13

Göydəki bütün quşlar onun yıxılmış gövdəsi 



üstünə qondu, bütün vəhşi heyvanlar şaxələri arasında yaşadı. 

14

Bu ona 



görə oldu ki, bir daha suların yaxınlığında bitən heç bir ağac boy-buxun 

atmasın, başını buludlara çatdırmasın, bol su içən heç bir ağac bu qədər 

yüksəlməsin. Çünki onların hamısı qəbirə enən insanlarla birgə ölümə – 

yerin dərinliklərinə təslim edildi”.



15

Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına endiyi gün ona 



yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, 

gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün 

çöl ağaclarını qurutdum.

16

Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman 



dağılmasının gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden 

bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan 

ağacları yerin dərinliklərində təsəlli tapdı. 

17

Kölgəsində yaşayanlar, 



millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına – 

qılıncla öldürülmüş adamların yanına endi.



18

Eden ağaclarından hansı izzət və əzəmətdə səninlə müqayisə edilə 



bilər? Ancaq sən Eden ağacları ilə birgə yerin dərinliklərinə endiriləcək

qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında yatacaqsan. Fironun 

və onun camaatının aqibəti belə olacaq” Xudavənd Rəbb belə bəyan 

edir».


Firon üçün mərsiyə

32 


 

1

Sürgünlüyümüzün on ikinci ilində, on ikinci ayın birinci günü 



mənə Rəbbin bu sözü nazil oldu: 

2

«Ey bəşər oğlu, Misir padşahı 



firon üçün mərsiyə oxuyub ona söylə:

“Millətlər içində özünü cavan bir aslana bənzətdin,

Amma sən bir dəniz əjdahası kimisən.

Çayları qarışdırırsan,

Ayaqlarınla suları çalxalayıb

 

1329 

Yezekel 31 ,  32

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

u

 32:7 Yeş. 13:10; Yoel 2:10,31; 3:15; Mat. 24:29; Mark 13:24-25; Luka 21:25; Vəhy 6:12-13; 

8:12 

Çayları bulandırırsan”.



 

3

 Xudavənd Rəbb belə deyir:

“Çoxlu xalqdan ibarət bir qoşun göndərib

Torumu üstünə atacağam.

Onlar səni torumla dartıb çıxaracaq.

 

4

 Səni quruya çıxaracağam,

Çölün üzünə atacağam,

Göydəki quşları üstünə qonduracağam.

Yer üzünün vəhşi heyvanlarını

Səninlə doyduracağam.

 

5

 Bədənini dağların üstünə sərəcəyəm,

Dərələri leşinlə dolduracağam.

 

6

 Ölkəni dağlara qədər axan qanınla sulayacağam,

Vadilər meyitinlə dolacaq.

 

7

 ⁠

u

 Səni məhv etdiyim zaman

Göyləri bağlayacağam,

Ulduzları qaraldacağam,

Günəşi buludla örtəcəyəm,

Ay işığını verməyəcək.

 

8

 Sənin üzərində nur saçan

Bütün səma cisimlərini qaraldacağam,

Ölkəni qaranlığa qərq edəcəyəm”

Xudavənd Rəbb belə bəyan edir.

 

9

 “Sənin məhv olmaq xəbərini,

Millətlərin arasına,

Tanımadığın ölkələrə çatdırdığım zaman

Bir çox xalqların ürəyini kədərləndirəcəyəm.

 

10

 Sənin başına gələnlərlə

Bir çox xalqı heyrətə salacağam.

Onların önündə qılıncımı yellədiyim zaman

Sənə görə padşahlarının tükləri biz-biz olacaq.

Yıxıldığın gün

Onların hamısı öz canları üçün

Durmadan qorxu içində titrəyəcək”.

 

11

 Xudavənd Rəbb belə deyir:

“Babil padşahının qılıncı sənin üstünə gələcək.

 

12

 İzin verəcəyəm ki, millətlərin rəhmsiz igidləri

Yezekel 32 

1330 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Sənin xalqını qılıncdan keçirsin.

Onlar Misirin qürurunu qıracaqlar,

Bütün ordusunu məhv edəcəklər.

 

13

 Bol suların yanında otlayan

Bütün mal-qaranı yox edəcəyəm.

Bundan sonra insan ayağı da, heyvan ayağı da

Suları qarışdırıb bulandırmayacaq.

 

14

 O zaman onların sularını duruldacağam,

Çaylarını yağ kimi axıdacağam”

Xudavənd Rəbb belə bəyan edir.

 

15

 “Misiri xarabalığa çevirəndə,

Ölkəni hər şeydən məhrum edəndə,

Orada yaşayan hər kəsi məhv edəndə

Biləcəklər ki, Rəbb Mənəm”.

16

Misir üçün oxunan mərsiyə budur. Millətlərin qızları bu mərsiyəni 



oxuyacaq. Misir və onun xalqı üçün bu mərsiyəni oxuyacaqlar. Xudavənd 

Rəbb belə bəyan edir».



17

Sürgünlüyümüzün on ikinci ilində, ayın on beşinci günü mənə yenə 



Rəbbin sözü nazil oldu: 

18

«Ey bəşər oğlu, Misir xalqı üçün yas tut. Onları 



və güclü millətlərin qızlarını qəbirə enənlərlə birgə yerin dərinliklərinə 

endir. 


19

Onlara söylə: “Məgər sən başqalarından daha gözəlsən? Yerin 



altına en və oradakı sünnətsizlərlə birgə uzan”. 

20

Misir xalqı qılıncla 



öldürülənlərin arasına düşəcək. Bu xalq qılıncın ixtiyarına verildi. Qoy 

Misir bütün camaatı ilə birgə sürüklənsin. 



21

Qüdrətli başçılar ölülər 



diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına 

endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”.



22

Aşşur və bütün ordusu oradadır. Qılıncdan keçirilmiş, ölmüş 



əsgərlərinin məzarları ətrafını bürümüşdür. 

23

Onların məzarları qəbirin 



lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu 

salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür.



24

Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. 



Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin 

dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət 

içində qəbirə enənlərə qoşuldular. 

25

Elam üçün öldürülənlər arasında 



bir yataq hazırlandı. Bütün xalqı məzarının ətrafındadır. Onların hamısı 

sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu 

salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşulub öldürülənlərin 

arasına qoyuldular.



26

Meşek, Tuval oradadır və bütün xalqı öz məzarlarının ətrafında 



uzanıb. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib 

öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar. 



27

Onlar da döyüş 



silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, 

 

1331 

Yezekel 32

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə