The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin 

üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar.



28

Sən də, ey firon, qırılacaqsan, qılıncla öldürülənlərlə birgə 



sünnətsizlərin arasında uzanacaqsan.

29

Edom, padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına 



baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbirə enənlərin, 

sünnətsizlərin yanına uzanırlar.



30

Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri 



ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin 

altına endilər. Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində 

qəbirə enənlərin yanına uzandılar.

31

“Firon və onun bütün ordusu qılıncla öldürülmüş bu böyük kütləni 



görəndə təsəlli tapacaq” Xudavənd Rəbb belə bəyan edir. 

32

“Dirilər 



arasına qorxu salmasına izin verdiyimə baxmayaraq, firon və onun 

bütün xalqı qılıncla öldürülənlərlə birgə sünnətsizlərin yanına uzanacaq” 

Xudavənd Rəbb belə bəyan edir».

Rəbb Yezekeli xalqa gözətçi qoyur

33 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, xalqına 



mənsub olanlara belə söylə: “Deyək ki Mən bir ölkənin üstünə 

qılınc göndərəndə həmin ölkə xalqı arasından bir nəfəri seçib özü üçün 

gözətçi qoyur. 

3

Bu gözətçi də ölkənin üstünə qılıncın gəldiyini görəndə 



şeypur çalıb xalqa xəbərdarlıq edir. 

4

O zaman kim şeypur səsini eşidib 



xəbərdarlığa diqqət etməsə və qılınc gəlib onu öldürsə, ölümünün 

məsuliyyətini özü daşıyır. 



5

O, şeypur səsini eşitmiş, ancaq xəbərdarlığa 



diqqət etməmişdir, buna görə də ölümünün məsuliyyətini özü daşıyır. 

Amma xəbərdarlığa diqqət etsəydi, canını xilas edərdi. 



6

Lakin gözətçi 



gələn qılıncı görüb şeypur çalmırsa, xalqa xəbərdarlıq edilmirsə və 

qılınc da gəlib onlardan birini həlak edirsə, o adam öz təqsirinə görə 

öldürülmüşdür, ancaq ölümünün məsuliyyətini gözətçinin üzərinə 

qoyaram.


7

Sən ey bəşər oğlu, səni İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü 



Mənim ağzımdan eşidib Mənim tərəfimdən onlara xəbərdarlıq edəcəksən. 

8

Pis adama Mən ‹ey pis adam, mütləq öləcəksən› deyəndə sən ona öz 



yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə 

görə öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam. 



9

Əgər sən pis adama öz yolundan dönmək üçün xəbərdarlıq etsən, amma 



o öz yolundan dönməsə, öz təqsirinə görə öləcək, sənsə canını qurtarmış 

olursan”.



10

Sən ey bəşər oğlu, İsrail evinə belə söylə: “Siz deyirsiniz ki, 



üsyanlarımız və günahlarımız bizi üzür və biz onların içində əriyib 

yox oluruq. Belə halda necə yaşaya bilərik?” 



11

Onlara de: “Varlığıma 



Yezekel 32 ,  33 

1332 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

v

 33:21 2Pad. 25:3-10; Yer. 39:2-8; 52:4-14 

and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb 

yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis 

yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?”

12

Sən ey bəşər oğlu, xalqına mənsub olanlara söylə: “Üsyan etdiyi 



halda salehin salehliyi onu xilas etməz. Pis adama gəlincə, o öz 

pisliyindən dönərsə, bundan ötrü həlak olmaz. Saleh adam günah 

etdiyi halda öz salehliyi ilə yaşaya bilməz. 

13

Saleh adama ‹əlbəttə, 



yaşayacaqsan› dediyim zaman o öz salehliyinə güvənib pislik edərsə, 

saleh işlərindən heç biri yada salınmayacaq və etdiyi pisliyə görə öləcək. 



14

Pis adama ‹əlbəttə, öləcəksən› dediyim zaman günahından dönüb 



ədalətli və saleh işlər görərsə – 

15

girovunu geri verərsə, soyğunçuluqla 



aldığını geri qaytararsa, pislik etmədən həyatverici qaydalara görə rəftar 

edərsə, əlbəttə, ölməyib yaşayacaq. 



16

Bu adamın etdiyi günahlardan heç 



biri onun əleyhinə yada salınmayacaq. Ədalətli və saleh əməl etdiyi üçün, 

əlbəttə, yaşayacaq”.



17

Ancaq sənin xalqına mənsub olanlar deyir: “Rəbbin yolu düz deyil”. 



Halbuki onların öz yolları düz deyil. 

18

Saleh adam öz salehliyindən 



dönüb pislik edərsə, bundan ötrü öləcək. 

19

Pis adam öz pisliyindən 



dönüb ədalətli və saleh əməl etsə, bu əməllərlə yaşayacaq. 

20

Ancaq siz 



deyirsiniz: “Rəbbin yolu düz deyil”. Sizin hər birinizi öz əməlinə görə 

mühakimə edəcəyəm, ey İsrail nəsli!»



Yerusəlimin süqut xəbəri

21



v

 Sürgünlüyümüzün on birinci ilində, onuncu ayın beşinci günü 

Yerusəlimdən qaçıb qurtulmuş bir nəfər gəlib mənə dedi: «Şəhər zəbt 

edildi». 

22

O qaçqın mənim yanıma gəlməmişdən əvvəl axşam vaxtı 



Rəbbin əli mənim üstümdə idi və mən danışa bilmirdim. Səhər adam 

yanıma gəlməzdən qabaq Rəbb dilimi açdı, dilim açıldı, artıq danışa 

bilirdim.

23

Onda mənə Rəbbin bu sözü nazil oldu: 



24

«Ey bəşər oğlu, İsrailin 



xaraba qalmış şəhərlərində yaşayanlar belə söyləyir: “İbrahim yalqız 

olduğu halda ölkəni mülk aldı. Biz isə çoxuq, ona görə də ölkə mülk 

olaraq bizə verilmişdir”. 

25

Bu sözlərdən ötrü onlara söylə ki, Xudavənd 



Rəbb belə deyir: “Əti qanı ilə yeyirsiniz, bütlərinizə güvənirsiniz və 

qan tökürsünüz. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi? 



26

Qılıncınıza arxalanırsınız, iyrənc işlər görürsünüz, hər kəs öz 



qonşusunun arvadını murdar edir. Belə olduğu halda ölkəni mülk ala 

biləcəksinizmi?”



27

Onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki



xaraba qalan şəhərlərdə yaşayanlar hökmən qılıncla həlak olacaq. Çöldə 

 

1333 

Yezekel 33

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə