The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

 

w

 34:5 Say. 27:17; 1Pad. 22:17; 2Saln. 18:16; Zək. 10:2; Mat. 9:36; Mark 6:34 

qalanları yem olsunlar deyə vəhşi heyvanlara verəcəyəm. Qalalarda 

və mağaralarda olanlar vəbadan öləcək. 



28

Ölkəni xaraba və sakinsiz 



qoyacağam. Qürurlandıqları qüdrət heç olacaq. İsrail dağları sakinsiz 

qalacaq, oradan kimsə keçməyəcək. 



29

Etdikləri bütün iyrənc işlərdən 



ötrü ölkəni xaraba və sakinsiz qoyduğum zaman biləcəklər ki, Rəbb 

Mənəm.


30

Sənə gəlincə, ey bəşər oğlu, xalqına mənsub olanlar divarların 



dibində, evlərin qapısı qarşısında sənin barəndə danışır. Bir-birlərinə 

deyirlər: ‹Gəl gedək, Rəbb tərəfindən nazil olan sözə qulaq asaq›. 



31

Xalq 



hər vaxt olduğu kimi sənin yanına gəlir. Mənim xalqım olduqları halda 

önündə oturur, sözlərinə qulaq asır, amma dediklərini etmirlər. Dilləri 

ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri haram qazanc dalınca 

gedir. 


32

Sən onlar üçün gözəl səslə sevgi nəğmələri oxuyan yaxşı bir 



çalğıçı kimisən. Sözlərinə qulaq asır, ancaq dediklərini etmirlər. 

33

Lakin 



bütün bunlar doğru çıxanda – mütləq doğru çıxacaq – aralarında bir 

peyğəmbər olduğunu başa düşəcəklər”».



İsrail başçılarına müraciət

34 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, peyğəmbərlik 



et, İsrailin çobanlarına qarşı peyğəmbərlik edib onlara söylə ki, 

Xudavənd Rəbb belə deyir: “Yalnız özlərini bəsləyən İsrail çobanlarının 

vay halına! Çobanlar sürünü bəsləməli deyilmi? 

3

Yağdan yeyir, yundan 



paltar geyir, bəslənmiş qoyun-keçini kəsirsiniz, ancaq sürünün qayğısına 

qalmırsınız. 



4

Zəiflərə qüvvət vermədiniz, xəstə olanı sağaltmadınız, 



yaralanana sarğı qoymadınız, azanı geri qaytarmadınız, itəni 

axtarmadınız. Ancaq zor və qəddarlıqla onlara ağalıq etdiniz. 



5



w

 Onlar 

da çoban olmadığı üçün dağılışdı və vəhşi heyvanlara yem oldu. 



6

Mənim 



sürüm bütün dağları və yüksək təpələri avara dolaşdı. Onlar bütün yer 

üzünə dağılışdı. Bir soruşan, bir axtaran yox”.



7

Buna görə də, ey çobanlar, Rəbbin sözünə qulaq asın. 



8

Xudavənd 



Rəbb bəyan edir: “Varlığıma and olsun, indi ki çoban olmadığı üçün 

sürüm qarət edildi, bütün vəhşi heyvanlara yem oldu, çobanlarım da 

sürümü axtarmadı və bəsləmədi, ancaq öz-özlərini bəslədi – 

9

bütün 



bunlara görə, ey çobanlar, Rəbbin sözünə qulaq asın. 

10

Xudavənd 



Rəbb belə deyir: ‹Mən bu çobanların əleyhinəyəm. Sürüm üçün hesab 

vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir daha onlara həvalə 

etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların 

dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar›”.



11

Çünki Xudavənd Rəbb belə deyir: “Mən Özüm qoyunlarımı soruşub 



axtaracağam. 

12

Dağılışmış qoyunlarının arasında olan bir çoban 



Yezekel 33 ,  34 

1334 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

x

 34:23 Vəhy 7:17 



y

 34:24 Yez. 37:24 

sürüsünü necə yoxlayırsa, Mən də qoyunlarımı eləcə yoxlayacağam. 

Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları 

qurtaracağam. 

13

Onları xalqların arasından çıxaracağam, ölkələrdən 



toplayıb öz torpaqlarına gətirəcəyəm. İsrail dağlarında, vadilərdə, 

ölkənin bütün məskuni yerlərində onları otaracağam. 



14

Onları gözəl 



bir otlaqda otaracağam. Yaylaqları İsrailin uca dağları üzərində olacaq. 

Orada gözəl bir yaylaqda yatacaqlar. İsrail dağları üzərində olan sıx 

otlaqda otlayacaqlar. 

15

Sürümü Mən Özüm otaracağam, onları Mən 



Özüm yatıracağam” Xudavənd Rəbb belə bəyan edir. 

16

“İtəni axtaracaq, 



azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət 

verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən 

qoyunlarımı ədalətlə otaracağam”.

17

Siz ey Mənim sürüm, Xudavənd Rəbb belə deyir: “Qoyunla qoyun 



arasında, qoçlarla təkələr arasında Mən hökm edəcəyəm. 

18

Gözəl 



otlaqda otlamağınız sizə az idi ki, otlaqlarınızın qalanını da ayaqlarınız 

altında tapdalayırsınız? Duru su içməyiniz sizə az idi ki, artığını da 

ayaqlarınızla bulandırırsınız? 

19

Mənim qoyunlarım isə sizin ayaqlarınızla 



tapdaladıqlarınızı yeyir, ayaqlarınızla bulandırdıqlarınızı içir”.

20

Buna görə də Xudavənd Rəbb onlara belə deyir: “Mən bəslənmiş 



qoyunla zəif qoyun arasında hökm edəcəyəm. 

21

Siz bütün zəif qoyunları 



böyrünüzlə və çiyninizlə itələyir, kənara çıxarmaq üçün buynuzlarınızla 

vurursunuz. 



22

Buna görə də Mən sürümü xilas edəcəyəm. Onlar daha 



qarət malı olmayacaq və qoyunla qoyun arasında Mən hökm edəcəyəm. 

23



x

 Başlarına onları otaran yeganə çoban olaraq qulum Davudu 

qoyacağam. Onları o otaracaq, çobanları da o olacaq. 



24



y

 Mən Rəbb 

onların Allahı olacağam, qulum Davud da onların içində rəhbər olacaq” 

Mən Rəbb bunu söylədim.

25

“Onlarla bir sülh əhdi bağlayacağam, ölkədən zərərli heyvanları 



qovacağam ki, onlar çöldə asayiş içində yaşayıb meşələrdə yatsın. 

26

Onların özlərinə də, təpəmin ətrafındakı yerlərə də bərəkət 



verəcəyəm. Yağışı vaxtında yağdıracağam, bərəkətli yağışlar olacaq. 

27

Çöldəki ağaclar meyvə yetirəcək, torpaq məhsul verəcək. Xalq öz 



torpağında asayiş içində yaşayacaq. Boyunduruq iplərini qırıb onları 

qul edənlərin əlindən qurtardığım zaman biləcəklər ki, Rəbb Mənəm. 



28

Artıq millətlərin qarət malı olmayacaqlar, vəhşi heyvanlar da onları 



yeməyəcəklər. Asayiş içində yaşayacaqlar, onları qorxudan olmayacaq. 

29

Onlar üçün şöhrətli bir şitillik yetişdirəcəyəm. Daha ölkədə aclıqdan 



tələf olmayacaq, millətlərin təhqirlərinə məruz qalmayacaqlar. 

30

Onda 



biləcəklər ki, Mən – özlərinin Allahı Rəbb onlarlayam, onlar – İsrail nəsli 

də Mənim xalqımdır” Xudavənd Rəbb belə bəyan edir.



 

1335 

Yezekel 34

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə