The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

 

z

 35:1‑15 Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; Amos 1:11-12; Avd. 1-14; 

Mal. 1:2-5 

31

“Mənim qoyunlarım, otlağımın qoyunları siz insanlarsınız, Mən də 



sizin Allahınızam” Xudavənd Rəbb belə bəyan edir».

Edomun əleyhinə peyğəmbərlik

35 


 

1



z

 Mənə Rəbbin bu sözü nazil oldu: 

2

«Ey bəşər oğlu, üzünü Seir 



dağına çevir və onun əleyhinə peyğəmbərlik edib 

3

söylə ki, 



Xudavənd Rəbb belə deyir:

“Ey Seir dağı, Mən sənin əleyhinəyəm.

Mən əlimi sənə qarşı uzadacaq,

Səni xaraba, sakinsiz bir yerə çevirəcəyəm.

 

4

 Şəhərlərini viran edəcəyəm və sən xarabalığa çevriləcəksən.

Onda biləcəksən ki, Rəbb Mənəm.

5

Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və 



cəzalandırıldıqları vaxt zirvəyə yetəndə onları qılınca təslim etmisən”. 

6

Buna görə 



də Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, səni qana bulaşdıracağam, 

qan səni izləyəcək, qan tökməkdən imtina etmədiyinə görə qan səni izləyəcək. 



7

Mən Seir dağını sakinsiz bir yerə və xarabalığa çevirəcəyəm. Oraya gedib-gələnin 



ayağını kəsəcəyəm. 

8

Dağlarını ölülərlə dolduracağam, qılıncdan keçirilənlər sənin 



təpələrində, dərələrində, vadilərində yıxılıb həlak olacaq.

 

9

 Səni əbədi olaraq xarabalığa çevirəcəyəm,

Şəhərlərində heç kəs yaşamayacaq.

Onda biləcəksən ki, Rəbb Mənəm.

10

Sən belə söylədin: ‹Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim 



olacaq, onları özümə mülk edəcəyəm›”. 

11

Buna görə də Xudavənd Rəbb belə bəyan 



edir: “Varlığıma and olsun ki, xalqıma kin bəslədiyinə görə onlarla necə qəzəb və 

qısqanclıqla rəftar etdinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Səni mühakimə 

etdiyim zaman onlara da Özümü göstərəcəyəm. 

12

O zaman biləcəksən ki, Mən 



Rəbb İsrail dağlarına qarşı söylədiyin təhqirlərin hamısını eşitmişəm. Sən belə 

demişdin: ‹Yerlə yeksan oldular, yeyilmək üçün bizə verildilər›. 



13

Ağzınızla Mənə 



qarşı qürurla danışdınız, Mənim əleyhimə hörmətsiz sözlər dediniz. Mən Rəbb də 

bunları eşitdim”.



14

Xudavənd Rəbb belə deyir: “Bütün yer üzü sevindiyi halda Mən səni viran 



edəcəyəm. 

15

İsrail xalqının irsi yerlə yeksan olanda sən necə sevindinsə, Mən də 



səninlə elə rəftar edəcəyəm. Ey Seir dağı, viran olacaqsan, bütün Edom da viran 

olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.



Allahın İsrailə xeyir‑duası

36 


 

1

Sən ey bəşər oğlu, İsrail dağları üçün peyğəmbərlik edib 



söylə ki, ey İsrail dağları, Rəbbin sözünü eşidin. 

2

Xudavənd 



Yezekel 34 – 36 

1336 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Rəbb belə deyir: “Düşmən sizin barənizdə ‹nə yaxşı, bu qədim təpələr 

bizim mülkümüz oldu› dedi”. 



3

Buna görə də peyğəmbərlik edib söylə 



ki, Xudavənd Rəbb belə deyir: “Sizi viran etdilər, hər tərəfdən sıxışdırıb 

tapdaladılar, başqa millətlər mülkünüzə sahib oldu, dillərə düşdünüz 

və xalqın dedi-qodusuna çevrildiniz”. 

4

Bütün bunlara görə, ey İsrail 



dağları, Xudavənd Rəbbin sözünü eşidin. Xudavənd Rəbb dağlara, 

təpələrə, vadilərə, dərələrə, ətrafındakı başqa millətlərə, qarət və kinayə 

hədəfi olan viran olmuş xarabalıqlara, tərk edilmiş şəhərlərə belə deyir. 

5

Buna görə də, Xudavənd Rəbb belə deyir: “Başqa millətlərə, xüsusilə 



bütün Edoma qarşı qızğın qısqanclığımla danışdım. Onlar bütün ürəkləri 

ilə sevinib həqarət edərək ölkəmə sahib çıxdılar ki, onun otlaqlarını 

qarət etsinlər”. 

6

Buna görə də İsrail ölkəsi üçün peyğəmbərlik edib 



dağlara, təpələrə, vadilərə və dərələrə söylə ki, Xudavənd Rəbb belə 

deyir: “Millətlərin təhqirinə hədəf olduğunuz üçün qısqanc qəzəbimlə 

danışdım”. 

7

Buna görə də Xudavənd Rəbb belə deyir: “And içirəm ki, 



ətrafınızdakı millətlər də mütləq təhqir olunacaq.

8

Ey İsrail dağları, siz qol-budaq atacaq, xalqım İsrail üçün meyvə 



verəcəksiniz, ona görə ki xalqım İsrail tezliklə öz yurduna qayıdacaq. 

9

Çünki Mən sizin tərəfinizdəyəm, sizə tərəf dönəcəyəm. Torpağınız 



şumlanıb əkiləcək. 

10

Ölkənizdə adamların sayını, bəli, bütün İsrail 



nəslinin sayını çoxaldacağam. Şəhərlər məskunlaşacaq, xarabalıqlar abad 

ediləcək. 



11

Ölkənizdə adamların və heyvanların sayını çoxaldacağam, 



törəyib çoxalacaqlar. Keçmişdə olduğu kimi ölkənizi insanlarla 

məskunlaşdıracaq və sizə əvvəlkindən də artıq yaxşılıq edəcəyəm. Onda 

biləcəksiniz ki, Rəbb Mənəm. 

12

Ölkənizdə xalqım İsraildən olan insanları 



gəzdirəcəyəm və onlar sizə sahib olacaq. Siz də onların irsi olacaqsınız. 

Onları bir daha övladlarından məhrum etməyəcəksiniz”.



13

Xudavənd Rəbb belə deyir: “Ey ölkə, insanlar sənə adam yeyən, 



millətini övladdan məhrum edən bir ölkə deyir. 

14

Ancaq bundan sonra 



sən daha adam yeməyəcək, millətini övladdan məhrum etməyəcəksən” 

Xudavənd Rəbb belə bəyan edir. 



15

“Artıq Mən millətlərin təhqirlərini 



eşitdirməyəcəyəm, daha xalqların kinayəsinə düçar olmayacaqsan. 

Millətini bir daha büdrətməyinə izin verməyəcəyəm” Xudavənd Rəbb 

belə bəyan edir».

16

Mənə Rəbbin sözü nazil oldu: 



17

«Ey bəşər oğlu, İsrail nəsli öz 



torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların 

adətləri Mənim önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi 

idi. 

18

Mən də qəzəbimi onların üstünə tökdüm, çünki ölkədə qan tökdülər, 



bütləri ilə onu murdar etdilər. 

19

Onları millətlər arasına yaydım, ölkələr 



arasına səpələndilər. Onları adətlərinə və əməllərinə görə mühakimə 

etdim. 


20

Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı 



ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu 

 

1337 

Yezekel 36

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə