The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

 

a

 36:26‑28 Yez. 11:19-20 

halda ölkəsindən çıxmağa məcbur oldu”. 

21

İsrail nəslinin getdiyi millətlər 



arasında ləkələdiyi müqəddəs adımın izzətdən düşməsi üçün təəssüfləndim.

22

Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey 



İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında 

ləkələdiyiniz müqəddəs adım naminə edirəm. 



23

Millətlər arasında 



ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin 

gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, 

Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir. 

24

“Çünki sizi millətlərin 



arasından götürəcək, bütün ölkələrdən toplayacaq və öz torpağınıza 

gətirəcəyəm. 



25

Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi 



bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. 

26



a

 Mən 

sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən 



daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm. 

27

Öz Ruhumu sizin 



daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar 

edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz. 



28

O zaman atalarınıza 



verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız 

olacağam. 



29

Sizi bütün murdarlıqlarınızdan xilas edəcəyəm. Buğdaya əmr 



edib onu çoxaldacaq, üstünüzə aclıq gətirməyəcəyəm. 

30

Bir daha millətlər 



içində aclıq rüsvayçılığını çəkməyəsiniz deyə ağacın meyvəsini, tarlanın 

məhsulunu çoxaldacağam. 



31

O zaman pis əməllərinizi, xeyirsiz işlərinizi 



yada salacaqsınız. Təqsirlərinizdən və iyrənc işlərinizdən ötrü özünüzdən 

iyrənəcəksiniz. 



32

Bilin ki, bunu sizin naminizə etmirəm” Xudavənd Rəbb 



belə bəyan edir, “adətlərinizdən utanıb xəcalət çəkin, ey İsrail nəsli!”

33

Xudavənd Rəbb belə deyir: “Sizi bütün təqsirlərinizdən təmizlədiyim 



vaxt şəhərləri məskunlaşdıracaq, xaraba yerləri abad edəcəyəm. 

34

Boş 



qalmış ölkə şumlanacaq, halbuki hər yoldan keçənin nəzərində o bir 

viranə idi. 



35

Onda deyəcəklər: ‹Viran olan bu torpaq Eden bağı kimi 



oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin istehkamları tikildi, 

onların içində adamlar yaşayır›. 



36

Onda ətrafınızda qalan millətlər 



biləcək ki, dağıdılmış yerləri Mən Rəbb tikdim, çölə çevrilmiş yerləri Mən 

abad etdim. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”.



37

Xudavənd Rəbb belə deyir: “Mən İsrail nəslinin xahişini qəbul edib 



onlar üçün bunu edəcəyəm: əhalisini sürü kimi çoxaldacağam. 

38

Bayram 



günlərində Yerusəlimdə qurbanlıq heyvan sürüləri necə çox olursa, viran 

edilmiş şəhərlər də eləcə insan sürüləri ilə dolu olacaq. Onda biləcəklər 

ki, Rəbb Mənəm”».

Quru sümüklə müqayisə

37 


 

1

Rəbbin əli üzərimdə idi. Rəbb Öz Ruhu ilə məni bayıra çıxarıb 



vadinin ortasına qoydu. Vadi sümüklərlə dolu idi. 

2

O məni 



Yezekel 36 ,  37 

1338 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

b

 37:10 Vəhy 11:11 

onların üstündə gəzdirib hər tərəfə apardı. Gördüm ki, vadinin üstündə 

saysız-hesabsız sümük var. Onlar bərk qurumuşdu. 



3

Rəbb mənə dedi: 



«Ey bəşər oğlu, bu sümüklər dirilə bilərmi?» Mən cavab verdim: «Ey 

Xudavənd Rəbb, bunu Sən bilirsən». 



4

O mənə dedi: «Bu sümüklər üçün 



peyğəmbərlik edib onlara söylə ki, ey quru sümüklər, Rəbbin sözünü 

eşidin. 


5

Xudavənd Rəbb bu sümüklərə belə deyir: “Mən sizin daxilinizə 



ruh qoyacağam və siz diriləcəksiniz. 

6

Üstünüzə vətərlər qoyacaq, ət 



bitirəcək, sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz 

diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».



7

Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Mən peyğəmbərlik 



edərkən bir gurultu qopdu, bir taqqıltı eşidildi. Sümüklər yaxınlaşdı, 

sümük sümüyə bitişdi. 



8

Mən baxıb gördüm ki, onların üstünə vətərlər 



gəldi, ət bitdi, bunları isə dəri örtdü. Ancaq onlarda nəfəs yox idi. 

9

Rəbb 



mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik 

edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi 

dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”». 

10



b

 Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Nəfəs onların daxilinə 

girdi və onlar dirilib ayaq üstə qalxdı. Çox böyük bir kütlə yarandı.



11

Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər bütün İsrail nəslinin 



rəmzidir. Onlar belə deyir: “Sümüklərimiz qurudu, ümidimiz yox 

oldu, işimiz bitdi”. 



12

Buna görə də peyğəmbərlik edib onlara söylə ki, 



Xudavənd Rəbb belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb sizi oradan 

çıxaracaq və İsrail torpağına gətirəcəyəm. 



13

Ey xalqım, Mən qəbirlərinizi 



açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm. 

14

Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz 



torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu 

söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir».



Yəhuda və İsrailin birləşməsi

15

Mənə Rəbbin bu sözü nazil oldu: 



16

«Sən ey bəşər oğlu, əlinə bir 



əsa götür və onun üstünə “Yəhuda və müttəfiqləri olan İsrail övladları” 

sözlərini yaz. Sonra başqa bir əsa götür və onun üstünə “Yusif və 

müttəfiqləri olan bütün İsrail nəsli” sözlərini yaz. Bu, Efrayimin əsasıdır. 

17

Bu əsaları bir-birinin üstünə qoyaraq öz əlində birləşdir. Elə et ki, 



əlində bir əsa olsun. 

18

Əgər sənin xalqına mənsub olanlar “Etdiklərinin 



mənası nədir, bizə bildirməzsən?” deyə soruşsa, 

19

onlara söylə ki, 



Xudavənd Rəbb belə deyir: “Efrayimin əlindəki əsanı – Yusif və onun 

müttəfiqləri olan İsrail qəbilələrinin əsasını götürərək Yəhudanın əsası 

ilə birləşdirib bir əsa edəcəyəm. Onlar əlimdə bir olacaq. 

20

Üstünə 



yazı yazdığın əsaları onların görə biləcəyi şəkildə əlində tut. 

21

Sonra 



 

1339 

Yezekel 37

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə