eni bir qamış idi. Bir kandarın eni bir qamış idi.
7
Keşikçi otaqlarının
hər birinin uzunluğu və eni bir qamış idi. Keşikçi otaqlarının arası beş
qulac idi. Məbədə baxan eyvanın yanındakı darvaza kandarı bir qamış
uzunluğunda idi.
8
Sonra o, darvaza eyvanını ölçdü:
9
eni səkkiz qulac idi.
Yan taxtaların qalınlığı iki qulac idi. Darvaza eyvanı məbədə baxırdı.
10
Şərq darvazasının hər iki yanında üç-üç keşikçi otağı var idi. Üçünün
də ölçüsü bir idi. Hər iki tərəfdə olan bölmə divarlarının da ölçüsü bir
idi.
11
O, darvazanın astanasının enini ölçdü: on qulac idi. Darvazanın
uzunluğu isə on üç qulac idi.
12
Hər iki tərəfdə olan keşikçi otaqlarının
qarşısında bir qulac yüksəkliyində bir-bir arakəsmə var idi. Hər iki
tərəfdə keşikçi otaqları dördbucaqlı idi. Kənarları hər tərəfdən altı qulac
idi.
13
Sonra o, darvazanın enini – girişləri bir-birinin qarşısında olan
keşikçi otaqlarının arxa divarlarının arasını ölçdü: iyirmi beş qulac
idi.
14
Sütunları ölçdü: altmış qulac idi. Darvazanın ətrafındakı həyət
sütunlara qədər uzanırdı.
15
Darvazanın astanasından eyvanın sonuna
qədər məsafə əlli qulac idi.
16
Darvazanın içəri tərəfinin hər yanında
keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri
var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var
idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi.
Bayır həyət
17
O adam məni bayır həyətə gətirdi. Orada bayır həyəti əhatəyə
alan otaqlar və daş yol var idi. Daş yol boyunca otuz otaq var idi.
18
Darvazaların hər iki tərəfindəki daş yolun eni qapıların uzunluğu qədər
idi. Bu, aşağı daş yol idi.
19
O adam həyətin enini aşağı darvazadan içəri
həyətin darvazasına qədər ölçdü: şərqdə və şimalda olan məsafə yüz
qulac idi.
Şimal darvazası
20
O adam bayır həyətin şimala baxan darvazasının uzunluğunu və
enini ölçdü.
21
Buranın hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə
divarları və eyvanları birinci darvazanın ölçüsünə bərabər idi:
uzunluğu
əlli qulac, eni iyirmi beş qulac idi.
22
Pəncərələrin, eyvanın və xurma
ağacı təsvirlərinin ölçüsü şərqə baxan darvazanın ölçüsünə bərabər idi.
Oraya yeddi pillə ilə çıxırdılar, bunların qarşısında eyvan var idi.
23
Şərq
darvazasında olduğu kimi şimal darvazasına da baxan bir içəri həyət
darvazası var idi. O adam bu iki darvaza arasındakı məsafəni ölçdü: yüz
qulac idi.
Cənub darvazası
24
O adam məni cənuba doğru apardı. Orada cənuba baxan bir darvaza
gördüm. O, darvazanın yan taxtalarını və eyvanı ölçdü:
ölçüləri o
Yezekel 40
1344
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
birilərinin ölçülərinə bərabər idi.
25
O birilərində olduğu kimi bu darvaza
ilə eyvanın hər tərəfində də pəncərələr var idi. Eyvanın
uzunluğu əlli
qulac, eni iyirmi beş qulac idi.
26
Oraya yeddi pilləkənlə çıxırdılar.
Bunların qarşısında eyvan var idi. Darvazanın yan taxtaları hər iki
tərəfdən bir xurma ağacı təsviri ilə bəzənmişdi.
27
İçəri həyətin cənuba
baxan bir darvazası var idi. O adam bu içəri darvazadan cənuba baxan
darvazaya qədər olan məsafəni ölçdü: yüz qulac idi.
İçəri həyətin darvazaları
28
O adam məni cənub darvazasından içəri həyətə apardı. Cənub
darvazasını ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi.
29
Keşikçi
otaqlarının, bölmə divarlarının və eyvanın
ölçüləri o birilərinin
ölçülərinə bərabər idi. Darvaza ilə eyvanın hər tərəfində pəncərələr
var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
30
Hər
tərəfdə uzunluğu iyirmi beş qulac, eni beş qulac olan eyvanlar var idi.
31
Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları xurma ağacı
təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pillə ilə çıxırdılar.
32
O adam məni şərqdəki içəri həyətə apardı. Oradakı darvazanı
ölçdü. Ölçüsü o birilərinin ölçüsünə bərabər idi.
33
Keşikçi otaqlarının,
bölmə divarlarının və eyvanının ölçüsü o
birilərinin ölçüsünə bərabər
idi. Darvaza ilə eyvanının hər tərəfində pəncərələr var idi. Darvazanın
uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
34
Eyvanı bayır həyətə
baxırdı. Darvazanın yan taxtaları iki tərəfdən xurma ağacı təsvirləri ilə
bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.
35
Sonra o adam məni şimal darvazasının yanına apardı. O, qapını
ölçdü: ölçüsü o birilərinin ölçüsünə bərabər idi.
36
Keşikçi otaqlarının,
bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər
idi. Darvazanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu
əlli qulac, eni iyirmi beş qulac idi.
37
Yan taxtaları bayır həyətə baxırdı.
Darvazanın yan taxtaları hər iki tərəfdən xurma ağacı təsvirləri ilə
bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.
Qurbanların hazırlandığı otaqlar
38
İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana
açılan bir otaq var idi. Yandırma qurbanları burada yuyulurdu.
39
Darvaza eyvanının hər iki tərəfində iki sıra qoşa masa var idi.
Yandırma qurbanı, günah qurbanı və təqsir qurbanı olacaq heyvanlar
bu masaların üstündə kəsilirdi.
40
Eyvanın bayır divarının yanında,
şimal darvazasının pilləkənlərinin hər iki tərəfində iki sıra qoşa masa da
var idi.
41
Beləcə qurbanlıq heyvanları kəsmək üçün darvazanın hər iki
tərəfində dörd-dörd olmaqla səkkiz masa var idi.
42
Yandırma qurbanları
üçün yonulmuş daşdan dörd masa var idi. Hər masanın uzunluğu və eni
1345
Yezekel 40
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation