The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   27   28   29   30   31   32   33   34   35

 

m

 40:44 Cənub – qədim yunan tərcüməsində belədir, ibrani mətnində isə şərq. 

bir yarım qulac, hündürlüyü bir qulac idi. Yandırma qurbanlarının və 

başqa qurbanların kəsilməsində istifadə olunan alətləri bunların üstünə 

qoyurdular. 

43

Otağın divarlarına qarmaqlar asılmışdı: hər biri bir ovuc 



uzunluğunda idi. Masalar təqdim edilən heyvanın əti üçün nəzərdə 

tutulmuşdu.



Kahinlər üçün ayrılan otaqlar

44

İçəri darvazanın bayır hissəsində, içəri həyətdə ilahiçilər üçün 



otaqlar var idi. Bunlardan biri şimal darvazasının yanında idi və cənuba 

baxırdı, o biri cənub 



m

 darvazasının yanında idi və şimala baxırdı. 



45

O adam mənə dedi: «Cənuba baxan otaq məbəd üçün cavabdeh olan 



kahinlərə məxsusdur. 

46

Şimala baxan otaq isə qurbangah üçün cavabdeh 



olan kahinlərə məxsusdur. Onlar Levinin nəslindən olan və Rəbbə 

xidmət etmək üçün Ona yaxınlaşan Sadoq övladlarıdır». 



47

O adam həyəti 



ölçdü: həyət dördbucaqlı olub uzunluğu yüz qulac, eni də yüz qulac idi. 

Məbədin önündə qurbangah var idi.



Məbəd

48

Sonra o adam məni məbədin eyvanına aparıb eyvanın qapısının yan 



taxtalarını ölçdü. Darvazanın hər iki tərəfindəki sütunların eni beş qulac 

idi. Darvazanın hər iki tərəfinin eni isə üç qulac idi. 



49

Eyvanın uzunluğu 



iyirmi qulac, eni on iki qulac idi. Oraya pilləkənlə çıxırdılar. Darvazanın 

yan taxtalarının yanında iki sütun var idi: biri bu tərəfində, digəri isə o 

tərəfində idi.

41 


 

1

Sonra o adam məni məbədin əsas hissəsinə gətirib oradakı 



darvazanın yan taxtalarını ölçdü: yan taxtaların eni hər tərəfdən 

altı qulac idi. 



2

Girişinin eni on qulac, ona hər iki tərəfdən bitişən hər 



divarının eni isə beş qulac idi. O adam məbədin əsas hissəsini də ölçdü: 

uzunluğu qırx, eni iyirmi qulac idi.



3

Sonra o, iç otağa girib girişin yan taxtalarını ölçdü: hər birinin eni iki 



qulac idi. Girişin eni altı qulac, ona hər iki tərəfdən bitişən divarların eni 

yeddi qulac idi. 



4

O adam əsas hissənin o biri tərəfindəki iç otağı ölçdü: 



həm uzunluğu, həm də eni iyirmi qulac idi. O mənə «bura Ən Müqəddəs 

yerdir» dedi.



5

Sonra məbədin divarını ölçdü: qalınlığı altı qulac idi. Məbədin 



ətrafındakı yan otaqlardan hər birinin eni dörd qulac idi. 

6

Bu yan otaqlar 



üç mərtəbə idi, hər mərtəbədə otuz otaq var idi. Məbədin divarları 

boyu yan otaqlar üçün dayaq olan çıxıntılar var idi ki, dayaqlar məbəd 

divarlarına girməsin. 

7

Məbədin ətrafındakı yan otaqlar yuxarı mərtəbəyə 



tərəf çıxdıqca genişlənirdi. Məbədin ətrafındakı tikilinin yuxarıya qalxan 

Yezekel 40 ,  41 

1346 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

n

 41:22 Altlığı – qədim yunan tərcüməsində belədir, ibrani mətnində isə uzunluğu. 

bir pilləkəni var idi. Yuxarıya doğru çıxdıqca yan otaqlar genişlənirdi. 

Pilləkənlə aşağı mərtəbədən orta mərtəbəyə, oradan da üst mərtəbəyə 

çıxırdılar.

8

Məbədin ətrafında yan otaqların bünövrəsini təşkil edən uca bir 



döşəmə gördüm: uzunluğu bir qamış, yəni altı qulac idi. 

9

Yan otaqların 



bayır divarının qalınlığı beş qulac idi. Məbədin yan otaqları ilə kahin 

otaqları arasında açıq bir sahə var idi. 



10

Məbədin ətrafı boyunca uzanan 



sahənin eni iyirmi qulac idi. 

11

Yan otaqların girişləri açıq sahəyə baxırdı: 



biri şimalda, o biri isə cənubda idi. Açıq sahəyə bitişən bünövrənin eni 

hər tərəfdən beş qulac idi.



12

Məbədin qərbində açıq sahəyə baxan bir tikili var idi: eni yetmiş 



qulac idi. Divarının qalınlığı hər tərəfdən beş qulac, uzunluğu doxsan 

qulac idi.



13

Sonra o adam məbədi ölçdü: uzunluğu yüz qulac idi. Açıq sahə, tikili 



və onun divarları yüz qulac uzunluğunda idi. 

14

Şərqdəki məbədin açıq 



sahəsinin eni məbədin ön tərəfi ilə birgə yüz qulac idi.

15

O adam məbədin arxasındakı açıq sahəyə baxan tikilinin və hər 



iki tərəfindəki dəhlizlərin uzunluğunu ölçdü: yüz qulac idi. Məbədin 

əsas hissəsi, iç otaq, həyətə baxan eyvan, 



16

darvaza astanaları, 



qəfəsli pəncərələr, astananın qarşısında üç mərtəbəni əhatə edən 

dəhlizlər döşəmədən pəncərələrə qədər ağacla örtülmüşdü. Pəncərələr 

açılıb-bağlanırdı.

17

Girişin üstü, iç otaq, onun bayırı, bütün içəri və bayır divarlar 



nizamlı aralıqlarla, 

18

keruv və xurma ağacı oyma təsvirləri ilə 



düzəldilmişdi. İki keruv arasında bir xurma ağacı təsviri var idi. Hər 

keruvun iki üzü var idi: 



19

bir yandan xurma ağacına baxan insan üzü, o 



biri yandan xurma ağacına baxan şir üzü. Məbəd başdan-başa bu oyma 

təsvirləri ilə bəzənmişdi. 



20

Döşəmədən girişin üstündəki hissəyə qədər 



məbədin əsas hissəsinin divarları keruv və xurma ağaclarının oyma 

təsvirləri ilə düzəldilmişdi.



21

Əsas hissənin qapısının yan taxtaları dördbucaqlı şəklində idi. Ən 



Müqəddəs yerin önündəki qapının yan taxtaları da bunlara bənzəyirdi. 

22

Orada üç qulac hündürlüyündə, iki qulac uzunluğunda, iki qulac 



enində ağacdan düzəldilmiş bir qurbangah var idi. Onun küncləri, altlığı 

n

 

və yanları da ağacdan idi. O adam mənə «Rəbbin önündə olan masa 



budur» dedi. 

23

Əsas hissənin və Ən Müqəddəs yerin cüt qanadlı qoşa 



qapısı var idi. 

24

Hər qapının iki tərəfə iki qanadı var idi: bir qapı üçün 



iki qanad, o biri qapı üçün iki qanad. 

25

Divarlar üzərində olduğu kimi 



əsas hissənin qapılarında da keruv və xurma ağaclarının oyma təsvirləri 

düzəldilmişdi. Bayırda, eyvanın önündə ağacdan olan bir asma tavan 



 

1347 

Yezekel 41

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə