The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   27   28   29   30   31   32   33   34   35

 

j

 42:4 Yüz – qədim yunan və süryani tərcümələrində belədir, ibrani mətnində isə bir. 



p

 42:10 Cənubu – qədim yunan tərcüməsində belədir, ibrani mətnində isə şərqi. 

var idi. 

26

Eyvanın yan divarlarındakı qəfəsli pəncərələrin hər iki tərəfi 



xurma ağaclarının oyma təsvirləri ilə örtülmüşdü. Məbədin yan otaqları 

ilə asma tavanları da bu cür idi.



Kahinlərin otaqları

42 


 

1

O adam məni şimala gedən yoldan bayır həyətə çıxardı, 



məbədin açıq sahəsinə və bayır həyətin şimalındakı tikililərə 

baxan otaqlara apardı. 



2

Qapısı şimala baxan bu tikilinin uzunluğu yüz



eni əlli qulac idi. 

3

İçəri həyətin iyirmi qulaclıq hissəsi ilə bayır həyətin 



daş yoluna baxan üç mərtəbənin dəhlizləri qarşı-qarşıya idi. 

4

Otaqların 



qabağında eni on qulac, uzunluğu isə yüz 

j

 qulac olan bir içəri dəhliz 

var idi. Qapıları şimala baxırdı. 

5

Tikilinin üst mərtəbədəki otaqları alt 



və orta mərtəbədəki otaqlardan daha dar idi, çünki üst mərtəbədəki 

dəhlizlər daha çox yer tuturdu. 



6

Həyətlərdə sütunlar olduğu halda 



üçmərtəbəli otaqların sütunları yox idi. Buna görə də üst mərtəbədəki 

otaqlar alt və orta mərtəbədəki otaqlardan daha dar idi. 



7

Otaqların 



qabağında, otaqlarla və bayır həyətlə yanaşı bir bayır divar var idi: 

əlli qulac uzunluğunda idi. 



8

Çünki bayır həyətin yanındakı yanbayan 



otaqların uzunluğu əlli qulac idi. Məbədin əsas hissəsinə daha yaxın 

yanbayan otaqların uzunluğu isə yüz qulac idi. 



9

Bu otaqların aşağıda 



bayır həyətdən girmək üçün şərqə tərəf bir qapısı var idi.

10

İçəri həyətin cənubu 



p

 boyu açıq sahəyə və bayır həyətdəki tikililərə 

baxan başqa otaqlar var idi. 

11

Şimal tərəfdəki otaqlarda olduğu kimi bu 



otaqların qabağında da bir keçid var idi. Otaqların uzunluğu və eni eyni 

idi, çıxışları və ölçüləri şimal tərəfdə olan otaqlarınkı kimi idi. Cənubdakı 

otaqların qapıları da şimaldakılar kimi idi. 

12

Keçidin başlanğıcında 



bir qapı var idi. Arxa divarlar boyunca şərqə uzanan bu keçid otaqlara 

açılırdı.



13

Sonra o adam mənə dedi: «Məbədin açıq sahəsinə baxan şimaldakı 



və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən kahinlər 

orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri 

– taxıl təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada 

qoyacaqlar, çünki ora müqəddəsdir. 



14

Kahinlər müqəddəs yerə girəndə 



xidmət edərkən əyinlərindəki geyimləri orada qoymadan bayır həyətə 

çıxmasın, çünki bu geyimlər müqəddəsdir. Onlar xalqın olduğu yerlərə 

getməzdən qabaq başqa paltarlar geyməlidir».

15

O adam məbədin sahəsini içəridən ölçüb qurtarandan sonra məni 



şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü. 

16

Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 



17

Şimal 



Yezekel 41 ,  42 

1348 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

q

 43:2 Yez. 10:3-4,18-19; 11:22-23 



r

 43:13‑17 Çıx. 27:1-2; 2Saln. 4:1 

tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 

18

Cənub tərəfini 



də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 

19

Qərb tərəfinə dönüb onu 



qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 

20

Beləcə sahənin dörd tərəfini 



ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin 

ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi.



Rəbbin hüzurunun məbədə qayıtması

43 


 

1

O adam məni şərqə baxan darvazanın yanına gətirdi. 



2



q

 Mən 

gördüm ki, şərq yolundan İsrail Allahının izzəti gəlir. Onun səsi 



gur axan suların səsi kimi idi, izzətindən yer parıldayırdı. 

3

Gördüyüm 



görüntü Allah şəhəri məhv etməyə gəldiyi vaxt və Kevar çayı sahilində 

gördüyüm görüntülərə bənzəyirdi. Mən bu zaman üzüstə yerə yıxıldım. 



4

Rəbbin izzəti şərqə baxan darvazanın yolundan məbədə girdi. 



5

Ruh 



məni qaldırıb içəri həyətə gətirdi. Mən gördüm ki, Rəbbin izzəti məbədi 

doldurub.



6

Adam yanımda durarkən məbəddən mənimlə danışan bir 



nəfərin səsini eşitdim. 

7

O mənə belə dedi: «Ey bəşər oğlu, taxtımın 



yeri, ayaqlarımın dabanları dəyən, İsrail övladları arasında əbədi 

yaşayacağım yer buradır. Bundan sonra İsrail xalqı ilə padşahları 

pozğunluqları və ölən padşahların cəsədləri ilə bir daha müqəddəs 

adımı murdarlamayacaq. 



8

Onlar astanalarını astanama, qapılarının 



yan taxtalarını qapımın yan taxtalarına bitişdirdi. Mənimlə onların 

arasında yalnız bir divar var idi. Etdikləri murdar işləri ilə müqəddəs 

adımı murdarladılar. Mən də qəzəbimlə onları qırıb-çatdım. 

9

İndi 



pozğunluqlarını və padşahlarının cəsədlərini Məndən uzaqlaşdırsınlar, 

Mən də əbədi olaraq onların arasında yaşayaram.



10

Sən ey bəşər oğlu, bu məbədi İsrail nəslinə təsvir et ki, 



üsyanlarından utansınlar və məbədin layihəsini ölçsünlər. 

11

Əgər 



etdikləri bütün işlərdən utanırlarsa, məbədin şəklini, nizamını, giriş-

çıxış yerlərini – bütün şəkillərini, bütün qaydalarını, quruluşlarını və 

qanunlarını onlara bildir. Onların gözü önündə bunları bir yerə yaz. 

Qoy bütün quruluş və qaydalarına əməl edib onları yerinə yetirsinlər. 



12

Məbədlə bağlı qanun budur: dağın başında hər tərəfdən onun bütün 



ərazisi çox müqəddəs olacaq. Bəli, məbədin qanunu budur.

Qurbangah

13



r

 Qurbangahın qulacla ölçüləri belədir. Hər qulaca bir ovuc əlavə 

edilmişdir: qurbangahı əhatəyə alan xəndəyin dərinliyi bir qulac, eni bir 

qulac, ətrafındakı çıxıntı bir qarış olacaq. Qurbangahın hündürlüyü isə 

belədir: 



14

qurbangahın yerdəki xəndəkdən alt çıxıntıya qədərki hissəsinin 



 

1349 

Yezekel 42 ,  43

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə