The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   27   28   29   30   31   32   33   34   35

 

x

 44:22 Lev. 21:7,13-14 



y

 44:23 Lev. 10:10; Yez. 22:26 



z

 44:25 Lev. 21:1-4 



a

 44:28 Say. 18:20 



b

 44:29‑30 Say. 18:8-19 



c

 44:31 Lev. 22:8 



d

 45:5 Orada yaşamaları 



üçün onlara məxsus şəhərlər olacaq – qədim yunan tərcüməsində belədir, ibrani mətnində 

isə orada mülk olaraq iyirmi otaq alacaqlar. 



22



x

 Kahinlər dul yaxud boşanmış arvad almasın, ancaq İsrail nəslindən 

olan bir bakirə qız yaxud da başqa kahindən dul qalmış arvadı ala 

bilərlər. 

23



y

 Onlar Mənim xalqıma müqəddəs olan şeyi adi şeydən, murdar 

şeyi pak şeydən ayırmağı öyrədəcək. 



24

Mübahisəli işlərdə onlar hakimlik 



edəcək, hökmlərimə görə qərar verməlidirlər. Bayramlarımla bağlı qayda-

qanunlarıma əməl etməli, Şənbə günlərimi müqəddəs saymalıdırlar.



25



z

 Kahin adam meyitinə yaxınlaşıb özünü murdarlamasın, amma bu, 

anasının, atasının, oğlunun, qızının, qardaşının yaxud ərə getməmiş 

bacısının meyiti olsa, özünü murdarlaya bilər. 

26

Pak olduqdan sonra hələ 



yeddi gün gözləsin. 

27

Məbəddə xidmət etmək üçün içəri həyətə girəcəyi 



gün özü üçün bir günah qurbanı təqdim etsin” Xudavənd Rəbb belə 

bəyan edir.



28



a

 “Kahinlərin irsi var: onların irsi Mənəm. İsraildə onlara mülk 

verməyin. Onların mülkü Mənəm. 



29



b

 Kahinlər taxıl təqdimlərini, günah 

və təqsir qurbanlarını yesin. İsraildə Rəbbə həsr olunan hər şey onlarınkı 

olsun. 

30

Bütün nübarların ilk hissəsi və bütün xüsusi hədiyyələriniz 



kahinlərinki olsun. Evinizə bərəkət yağsın deyə taxılınızın ilkini onlara 

verin. 


31



c

 Kahinlər ölü halda tapılmış yaxud vəhşi heyvanlar tərəfindən 

parçalanmış heç bir quş və heyvan yeməsin.



Rəbbə verilən torpaq payı

45 


 

1

Ölkəni irs olaraq payladığınız zaman Rəbb üçün torpaqdan 



pay kimi iyirmi beş min qulac uzunluğunda, on min qulac 

enində müqəddəs bir bölgə ayırın. Bütün bu bölgə müqəddəs olacaq. 



2

Bu 



bölgədən dördbucaqlı şəklində uzunluğu və eni beş yüz qulaclıq bir hissə 

müqəddəs məskən üçün, əlli qulaclıq bir yer isə ətrafındakı açıq sahə 

üçün ayrılsın. 

3

Bu ölçü ilə bir hissə ölç: uzunluğu iyirmi beş min qulac 



və eni on min qulac olsun. Müqəddəs məkan – Ən Müqəddəs yer orada 

olacaq. 


4

Bu, ölkənin müqəddəs payı olacaq. Bu yer məbəddə xidmət 



etmək üçün Rəbbə yaxınlaşan kahinlərə ayrılacaq. Burada kahinlərin 

evləri, Müqəddəs məkan üçün müqəddəs yer olacaq. 



5

Məbəddə xidmət 



edən Levililərə mülk olaraq iyirmi beş min qulac uzunluğunda, on min 

qulac enində bir bölgə verilsin. Orada yaşamaları üçün onlara məxsus 

şəhərlər olacaq. 

d

6

Müqəddəs bölgəyə düşən hissə ilə birlikdə şəhər üçün eni beş min, 



uzunluğu iyirmi beş min qulac olan bir hissə ayırın. Bu bütün İsrail xalqı 

üçündür.


Yezekel 44 ,  45 

1352 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

e

 45:10 Lev. 19:36 



f

 45:21 Çıx. 12:1-20; Say. 28:16-25 



Başçıya verilən torpaq payı

7

Müqəddəs bölgəyə düşən hissə ilə şəhərə düşən hissənin hər iki 



tərəfindəki torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar qərbdən-qərbə, 

şərqdən-şərqə doğru uzanacaq və qərb sərhədindən şərq sərhədinə qədər 

uzunluğu bir İsrail qəbiləsinə düşən hissə qədərdir. 

8

Bu torpaq İsrail 



rəhbərinin payı olacaq. Bundan sonra rəhbərlərim xalqıma bir daha zülm 

etməyəcək, ancaq ölkəni qəbilələrinə görə İsrail nəslinə verəcək”.



9

Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! 



Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. 

Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir. 



10



e

 “Düzgün tərəzi ilə çəkin. Çəkdiyiniz efa da, bat da düzgün olsun. 

11

Efa ilə bat eyni çəkidə olsun. Bat xomerin onda birinə, efa da xomerin 



onda birinə bərabər olmalıdır. İkisinin çəkisi də xomerə görə olsun. 

12

Bir 



şekel iyirmi geraya bərabər olmalıdır. İyirmi, iyirmi beş, on beş şekel 

birlikdə bir minaya bərabər olmalıdır.



Qurbanlar və bayramlar

13

Gətirəcəyiniz təqdimlər bunlardır: hər xomer buğdadan efanın altıda 



biri qədər buğda, hər xomer arpadan efanın altıda biri qədər arpa verin. 

14

Zeytun yağını isə bat çəkisinə görə ölçün və hər kor zeytun yağından 



batın onda biri qədər təqdim edin. Bir kor on bat yaxud bir xomerə 

bərabərdir. 



15

İsrailin sulu otlaqlarındakı sürüdən iki yüz qoyundan bir 



qoyun götürülsün. Bu qoyunlardan taxıl təqdimləri, yandırma qurbanları 

və ünsiyyət qurbanları üçün istifadə edilsin ki, xalq kəffarə olunsun” 

Xudavənd Rəbb belə bəyan edir. 

16

“Bütün ölkə xalqı bu təqdimi İsrail 



rəhbərinə verəcək. 

17

İsraildə keçirilən bütün bayramlarda – şənliklərdə, 



Təzə Ay mərasimlərində və Şənbə günlərində yandırma qurbanları, taxıl 

və içmə təqdimlərini təmin etmək rəhbərin işi olacaq. Günah qurbanını, 

taxıl təqdimini, yandırma qurbanını və ünsiyyət qurbanlarını rəhbər 

təmin edəcək ki, İsrail nəsli üçün kəffarə versin”.



18

Xudavənd Rəbb belə deyir: “Birinci ayın birinci günü qüsursuz bir 



buğa götürüb Müqəddəs məkanı pak et. 

19

Kahin günah qurbanının 



qanından götürüb məbədin darvazasının yan taxtalarına, qurbangahın 

üst çıxıntısının dörd küncünə, içəri həyətin darvazasının yan taxtalarına 

sürtsün. 

20

Səhvən yaxud bilmədən günah etmiş adam üçün də həmin 



ayın yeddinci günü eyni şeyi et. Beləcə məbədi pak edəcəksən.

21



f

 Birinci ayın on dördüncü günü Pasxa bayramını yeddi gün keçirin 

və mayasız çörək yeyin. 



22

O gün rəhbər özü və bütün ölkə xalqı üçün 



günah qurbanı olaraq bir buğa hazırlasın. 

23

Yeddi gün bayram ərzində 



 

1353 

Yezekel 45

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə