a
11:19‑20 Yez. 36:26-28
b
11:22‑23 Yez. 43:2-5
c
12:2 Yeş. 6:9-10; Yer. 5:21; Mark 8:18
14
Onda mənə Rəbbin bu sözü nazil oldu:
15
«Öz qohum-əqrəbana,
qəyyumlarına və bütün İsrail nəslinə gəlincə, ey bəşər oğlu, Yerusəlimdə
yaşayanlar onların hamısına belə deyir: “Rəbdən uzaq olun. Bu ölkə mülk
olaraq bizə verildi”.
16
Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir:
“Onları uzaqdakı millətlərin arasına aparıb ölkələr arasına səpələdiyimə
baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri ölkələrdə Müqəddəs
məkan oldum”.
17
Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi
xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə
gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm.
18
Oraya qayıdanda bütün
mənfur və iyrənc şeyləri o yerdən yox edəcəklər.
19
a
Mən onlara eyni
ürək verəcəyəm, onların daxilinə yeni ruh qoyacağam. Kökslərindən daş
ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki,
20
qaydalarıma əməl
etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar Mənim
xalqım, Mən də onların Allahı olacağam.
21
Ancaq ürəkləri öz mənfur
və iyrənc şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların
əməllərinin
əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
22
b
Bu zaman keruvlar qanadlarını qaldırdı, təkərlər də onların yanında
idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.
23
Rəbbin izzəti
şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində dayandı.
24
Ruh məni qaldırıb Allahın Ruhundan gələn görüntüdə Xaldey ölkəsinə,
sürgün olunanların yanına gətirdi. Sonra mənə görünən görüntü qeyb oldu.
25
Rəbbin mənə göstərdiyi şeylərin hamısını sürgündə olanlara danışdım.
Sürgünün rəmzi
12
1
Mənə Rəbbin bu sözü nazil oldu:
2
c
«Ey bəşər oğlu, sən üsyankar
bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var,
ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki
onlar üsyankar bir xalqdır.
3
Ey bəşər oğlu, sən sürgünə getmək üçün
şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların
gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar
da, bəlkə bunu başa düşdülər.
4
Öz şeylərini sürgünə getmək üçün lazım
olan şeylər kimi onların gözü önündə günün günorta çağı çıxart. Özün
də hamının gözü önündə axşamüstü sürgünə gedən kimi çıx.
5
Onların
gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart.
6
Hamının gözü
önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki,
torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm».
7
Mənə necə əmr olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə
getmək üçün lazım olan şeylər kimi günün günorta çağı çıxartdım və
axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda çıxartdım və
onların gözü önündə çiynimdə daşıdım.
1291
Yezekel 11 , 12
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
d
12:13 2Pad. 25:7; Yer. 52:11
8
Səhər tezdən mənə Rəbbin bu sözü nazil oldu:
9
«Ey bəşər oğlu, İsrail nəsli –
o üsyankar xalq sənə “Nə edirsən?” demədimi?
10
Sən onlara söylə ki, Xudavənd
Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan rəhbər və orada yaşayan
bütün İsrail nəsli üçündür”.
11
Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə
etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər.
12
Aralarında
yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq.
Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri
ilə görməsin.
13
d
Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu
Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək.
14
Ətrafındakıların hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin
əsdiyi dörd tərəfə səpəcək və onların arxasınca qılınc çəkəcəyəm.
15
Mən onları
millətlər arasına yayanda və başqa ölkələr arasına səpələyəndə biləcəklər ki,
Rəbb Mənəm.
16
Ancaq onlardan bir azını qılıncdan, aclıqdan və vəbadan sağ
buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına gedəcəkləri millətlərə
danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».
17
Mənə Rəbbin bu sözü nazil oldu:
18
«Ey bəşər oğlu, çörəyini titrəyərək
ye, suyunu əsə-əsə, qorxu ilə iç.
19
Ölkə xalqına söylə ki, İsrail torpağında,
Yerusəlimdə yaşayanlar üçün Xudavənd Rəbb belə deyir: “Onlar
çörəklərini qorxu ilə yeyəcək, sularını dəhşətlə içəcək, çünki orada
yaşayanların hamısının zorakılığından ötrü ölkələri bolluqdan məhrum
olacaq.
20
Adam yaşayan şəhərlər viran olacaq və ölkə xarabalığa
çevriləcək.
Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
21
Mənə Rəbbin bu sözü nazil oldu:
22
«Ey bəşər oğlu, İsrail torpağında nə üçün
“günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz?
23
Buna görə də onlara
söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu məsələ son qoyacağam, artıq İsraildə
bu məsəli işlətməyəcəklər. Ancaq sən onlara söylə ki, hər görüntünün yerinə
yetəcəyi günlər yaxınlaşdı.
24
Daha bundan sonra İsrail nəslinin arasında heç bir
boş görüntü və aldadıcı falçılıq olmayacaq.
25
Çünki Rəbb Mənəm, Mən deyirəm
və dediyim söz yerinə yetir, artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin
dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan
edir».
26
Mənə Rəbbin bu sözü nazil oldu:
27
«Ey bəşər oğlu, İsrail nəsli belə
deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq, o, uzaq gələcək
barədə peyğəmbərlik edir”.
28
Buna görə də onlara söylə ki, Xudavənd
Rəbb belə deyir: “Heç bir sözümü təxirə salmayacağam, dediyim söz
yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».
Yalançı peyğəmbərlərin cəzalanması
13
1
Mənə Rəbbin bu sözü nazil oldu:
2
«Ey bəşər oğlu, peyğəmbərlik
edən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən
Yezekel 12 , 13
1292
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation