The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

 

f

 14:21 Vəhy 6:8 

salehlikləri ilə ancaq öz canlarını qurtarar” Xudavənd Rəbb belə bəyan 

edir. 


15

“Əgər Mən bu ölkəyə vəhşi heyvanlar göndərsəm, onlar oranı 



sakinsiz qoysa və o torpaq bu heyvanlara görə xaraba qalıb keçilməz 

olsa, 


16

bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, 



“Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz 

canlarını qurtarar, ölkə isə xaraba qalar. 



17

Yaxud o ölkənin üzərinə qılınc 



gətirsəm və ona ‹ey qılınc, ölkəni qırıb keç› deyərək insanı və heyvanı 

oradan silib atsam, 



18

bu üç adam orada olsa belə” bəyan edir Xudavənd 



Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız 

öz canlarını qurtarar. 



19

Yaxud o ölkəyə vəba göndərsəm, qan tökməklə 



onun üstünə qəzəbimi yağdıraraq insanı və heyvanı oradan silib atsam, 

20

Nuh, Daniel və Əyyub orada olsa belə” bəyan edir Xudavənd Rəbb, 



“Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, salehlikləri 

ilə yalnız öz canlarını qurtarar”.



21



f

 Çünki Xudavənd Rəbb belə deyir: “Hələ Mən Yerusəlimdən insanı 

və heyvanı silib atmaq üçün dörd ağır cəzamı – qılıncı, aclığı, vəhşi 

heyvanları və vəbanı onun üzərinə göndərəndə daha nələr olacaq! 

22

Amma orada bir dəstə salamat qalacaq. Sağ qalan oğlan və qızlar 



oradan çıxarılıb sizin yanınıza gələcək. Siz də onların əməllərini və 

işlərini görəcəksiniz. Onda Yerusəlim üzərinə gətirdiyim bəlaya görə, 

oraya etdiyim hər şeydən ötrü təsəlli tapacaqsınız. 

23

Onların əməllərini 



və işlərini gördüyünüz zaman bu sizə təsəlli olacaq. Onda biləcəksiniz ki, 

oraya etdiyim hər şeyi boş-boşuna etmədim” Xudavənd Rəbb belə bəyan 

edir».

Yerusəlimin tənəklə müqayisəsi

15 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, üzüm 



tənəyinin ağacı hər hansı bir meşə ağacındakı budağın ağacından 

nə ilə üstündür? 



3

Bir işdə istifadə etmək üçün ondan ağac alınırmı? 



Üstünə əşyalar asmaq üçün ondan payacıq düzəldilirmi? 

4

Budur, 



o yanmaq üçün oda atılır. Od onun uclarını yandırandan və ortası 

qovrulandan sonra daha bir işə yarayarmı? 



5

Bütöv olanda da bir işə 



yaramırdı, od onu yandırıb-qurtaranda və ortası qovrulanda heç bir işə 

yaramayacaq.



6

Buna görə də Xudavənd Rəbb belə deyir: “Meşə ağacları arasında 



üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə 

yaşayanları da eləcə oda atacağam. 



7

Mən üzümü onlara qarşı 



çevirəcəyəm. Oddan qaçsalar da, od yenə onları yandıracaq. Üzümü 

onlara qarşı çevirəndə biləcəksiniz ki, Rəbb Mənəm. 



8

Ölkəni viran 



edəcəyəm, çünki onlar xainlik etdi” Xudavənd Rəbb belə bəyan edir».

 

1295 

Yezekel 14 ,  15

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Xəyanət etmiş Yerusəlim

16 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, murdar 



əməllərini Yerusəlimə bildirib söylə ki, 

3

Xudavənd Rəbb 



Yerusəlimə belə deyir: “Əslin və mənşəyin Kənan torpağındandır: atan 

Emorludur, anan isə Xetli. 



4

Doğulduğun gün göbək bağın kəsilmədi, səni 



su ilə yuyub təmizləmədilər, duzla ovulmadın və qundağa bələnmədin. 

5

Heç kəs sənə şəfqətlə baxmadı, rəhm etmədi ki, bunların birini sənə 



etsin. Doğulduğun gün səndən iyrəndikləri üçün çölə atıldın.

6

Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və 



öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən sənə ‹Yaşa!› dedim. 

7

Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddi-büluğa 



çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin.

8

Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın 



idi. Mən sənin üstünə ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə 

əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun. 



9

Mən 



səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh 

etdim. 


10

Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı 



dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni 

ipəklərlə örtdüm. 



11

Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna 



zəncir taxdım. 

12

Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına 



şərəf tacı qoydum. 

13

Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən 



və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı 

yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin. 



14

Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş 



etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə 

bəyan edir.



15

“Ancaq sən gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik 



etdin, hər yoldan keçənə özünü təslim edib pozğunluq etdin. 

16

Öz 



paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların 

üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq. 



17

Mənim sənə 



verdiyim qızıl-gümüşümdən hazırlanan zinətlərini götürüb özünə kişi 

surətləri düzəltdin və onlarla pozğunluq etdin. 



18

Əlvan naxışlı paltarını 



götürüb onların üstünə örtdün, zeytun yağımı və buxurumu onların 

önünə qoydun. 



19

Sənə verdiyim çörəyimi, sənə yedirdiyim narın unu, 



zeytun yağını və balı da ətirli buxur olaraq onların önünə qoydun. Bu iş 

baş verdi” Xudavənd Rəbb belə bəyan edir.



20

“Mənim üçün doğduğun oğul və qızlarını götürüb bütlərə yemək 



olsun deyə qurban etdin. Fahişəliyin az idi ki, 

21

hələ övladlarımı 



da kəsdin və onları bütlərə təqdim etdin? 

22

Bütün iyrənc işlərini və 



fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və 

çılpaq idin, öz qanın içində qımıldanırdın”.



Yezekel 16 

1296 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation





Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə