The prefixes in the english language



Yüklə 413,17 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü413,17 Kb.
#76883


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



125 

 

 

 

 

 

İNGİLİZ DİLİNDE PREFİKSLER (ÖNEKLER) 

 

THE PREFIXES IN THE ENGLISH LANGUAGE 

 

ПРЕФИКСЫ В АНГЛИЙСКОМ ЯЗЫКЕ 

 

 

Пянащлы СУРА

*

 

 

 

Özet 

Makalede İngiliz dilinde kullanılan prefiksler (önekler) araştırılmaktadır. Yazar 

önce eklerin formalaşması prosesini dikkate almaktadır. Sonra eklerin, daha sonra 

İngiliz dilinde kullanılan prefikslerin (öneklerin) kısımlandırılması ve kullanılma-

daki problemleri araştırılmaktadır. 

Anahtar kelimeler: İngiliz, dil, prefiksler, yazar, kısımlandırılma. 

 

Summary 

The prefixes in the English language are investigated in the article. The author 

considered the process of formation of prefixes, and investigated the prefixes, also 

the problems of the classification and the use of prefixes in the English language. 



Key words: English, language, prefixes, author, classification. 

 

 

Dilçilik  ədəbiyyatında  şəkilçiləşmənin daxili fleksiya (umlaut və anlaut) 



növündən əlavə bu növləri göstərilir: 

1. Mənasına görə şəkilçilərin növləri. 

2. Söz kökünə münasibətdə tutduqları mövqeyə görə şəkilçilərinin növləri. 

Kökə münasibətinə görə tutduğu mövqedən asılı olmayaraq şəkilçiləri 

mənasına görə iki qrupa ayırırlar: 

                                                 

*

 Азярбайжан Тибб Университети 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

126 

1. Sözdəyişdirici  şəkilçilər – bu şəkilçilər sözə hansı mövqedən 

artırıldıqlarından asılı olmayaraq, sözdə leksik-semantik məna dəyişikliyi  əmələ 

gətirir, onun yalnız qrammatik mənasını  dəyişir, sözdə yeni qrammatik məna 

yaradır, məsələn, hal, kəmiyyət, mənsubiyyət, xəbərlik, zaman və s. şəkilçilər 

belələrindəndir. 

2. Sözdüzəldici şəkilçilər – bu şəkilçilər də sözə hansı mövqedən artırılmaqdan 

asılı olmayaraq, sözdən yeni leksik-semantik mənalı yeni söz yaradır. Qrammatika 

kitablarında bu, morfoloji yolla söz yaradıcılığı adlanır. 

Dil nəzəriyyəsinə  həsr edilmiş  əsərlərin bir qismində  şəkilçiləri (affiksləri) 

vəzifəsinə görə iki qrupa bölürlər: 

1)  suffiks – sözdüzəldici – derivasion şəkilçilər; 

2)  fleksiya – sözdəyişdirici – relyasion şəkilçilər. 

Azərbaycan dilində yazılmış “Dilçiliyə giriş” (1980) kitabının müəllifləri 

N.Məmmədov və A.Axundov işlənmə yerinə görə suffiksi son şəkilçi hesab edir, 

onun həm sözdüzəldici, həm də sözdəyişdirici  şəkilçi olduğunu iddia edirlər: “... 

işlənmə yerinə görə şəkilçilər ön (prefiks), orta (infeks), son (suffiks) olmaq üzrə 

üç yerə (1, 161) bölünür”. “Suffiks sözün sonuna əlavə olunan morfemdir, həm 

sözlərin düzəldilməsinə  və  həm də qrammatik kateqoriyaların  əmələ  gəlməsinə 

xidmət edir” (1, 162). 

Azərbaycan dilçiliyində kökə münasibətdə tutduğu mövqeyə görə şəkilçiləri üç 

qrupa bölürlər: ön şəkilçilər (prefisklər), orta şəkilçilər (infekslər) və son şəkilçilər 

(postfikslər). Qeyd etmək lazımdır ki, Azərbaycan dilçiliyində  postfiks termini 

əvəzinə, yuxarıda göstərildiyi kimi, suffiks termini işlədilir. Təkcə bir əsərdə – 

Ə.Rəcəblinin “Dilçiliyə giriş kursundan mühazirə  mətnləri” adlı  əsərdə kökə 

münasibətdə  işlənmə yerinə  şəkilçilər fərqli  şəkildə  təsnif edilir. Müəllif  əvvəlcə 

şəkilçilərin mənşəyi haqqında qısa məlumat verir: “Dilçilik ədəbiyyatında göstərilir 

ki,  şəkilçilər tarixin dərinliklərində müstəqil, leksik-semantik sözlər olmuş, dilin 

inkişafı prosesində  əvvəlcə leksik-semantik mənasını itirərək köməkçi sözlər 

sırasına keçmiş (qrammatikallaşmış – qrammatik vasitəyə çevrilmiş, daha sonra 

şəkilçiləşmişdir. Bunu VIII yüzilliyin ədəbi abidələri olan Orxon-Yenisey 

kitabələrinin faktlarını müasir Azərbaycan dilinin faktları ilə müqayisə etdikdə 

aydın görə bilərik 

İsimlərdə Fellərdə 

kağan mən – xaqanam kazğanur mən – qazanıram 

kağan sən – xaqansan kazğanur sən – qazanırsan 

kağan – xaqan (dır) kazğanur – qazanır 

kağan biz – xaqanıq kazğanur biz – qazanırıq 

kağan siz – xaqansınız kazğanur siz – qazanırsınız 

“Irk bitig” kitabəsində  hətta ol “o” əvəzliyi üçüncü şəxsin təkində  xəbərlik 

şəkilçisi kimi işlənir: edgü ol – yaxşıdır” (2, 102-103). 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



127 

Ə.Rəcəbli dünya dillərində kökə münasibətdə işlənmə yerinə görə şəkilçilərin 

(affikslərin) aşağıdakı tiplərinin işləndiğini göstərir: 

1. Prefikslər. Sözün əvvəlinə artırılan şəkilçilərə prefikslər deyilir. Prefiklər ən 

çox flektiv dillərdə olur. Məsələn, rus dilində вход, выход, доход, проход, приход, 

уход, заход, переход, преход, сход, отход sözlərində в, вы, до, про, при, у, за, 

пере,  пре,  с,  от morfemləri prefikslərdir. Fars dilində  basəfa, namərd, binəsil, 

miqoft sözlərində ba, bi, na, mi morfemləri də prefiksdir. 

2. Postfikslər. Sözün sonuna artırılan şəkilçilərə postfikslər deyilir. Postfikslər 

ən çox aqqlütinativ dillərdə yayılmışdır. Məsələn, Azərbaycan dilində  məktəb-li-

lər-i-miz-dən-dir sözündə kökdən sonra işlənən altı şəkilçi postfiksdir. Postfikslər 

flektiv dillərdə də işlənir. Məsələn, rus dilində завод-а, завод-е, завод-ах, завод-

ами sözlərində а, е, ах, ами morfemləri postfiksdir.  

3.  İnfikslər. Sözün ortasına artırılan  şəkilçiyə infiks deyilir. Məsələn, latın 

dilində findere “parçalamaq, doğramaq” felinin keçmiş zamanında fidt 

“doğramışam”, indiki zamanda findo “doğrayıram” şəklində olur. İndiki zamanda 

işlənmiş findo sözündə n morfemi infiksdir. Tağal dilində sulat “məktub” – 

sumuldt “yazılmış”, pasok “giriş” – pamasok “girmək”, patay “ölü” – pinatay 

“oldürüldü” sözlərindəki um və in morfemləri infiksdir. 

4. İnterfikslər. Mürəkkəb söz yaradıcılığında iki sözün arasında işlənən morfem 

interfiks adlanır. Məsələn, alman dilində Dampf-s-schiff “paroxod”, rus dilində 

par-o-voz, Azərbaycan dilində üz-bə-üz, qaç-ha-qaç, rəng-a-rəng sözlərində 

mürəkkəb sözün komponentlərini birləşdirən s, o, bə, ha, a morfemləri interfiksdir. 

5. Konfikslər. Prefiks və psotfiksin kombinasiyasından  əmələ  gələn  şəkilçiyə 

konfiks deyilir. Belə  şəkilçilərdə prefiks sözün önünə, postfiks sözün sonuna 

artırılır. Bu tip şəkilçini düsturla belə göstərmək olar: prefisk+kök+postfiks. 

Məsələn, alman dilində loben “tərifləmək” – ge-lob-t “təriflənmiş”, rus dilində 

pod-stakan-çik, pred-ban-nik sözlərində kökdən əvvəl və sonra işlənən morfemlər 

konfiksdir. 

6. Transfiks. Konsonant dillərdə samitlərin arasına artırılan morfemlərə 

(saitlərə) transfiks deyilir; məsələn: 



Qədim yəhudi dilində 

ГНБ “oğurluq” НТН “vermə” 

ГНоБ “oğurlamaq” НТоН “vermək” 

ГаНаБ “oğurladı” НаТаН “verdi” 

ГоНəБ “oğurlayan” (oğru) НотəН “verən” 

ГаНиБ “oğurlanan” (əşya) НаТиН “verilən” 



Ərəb dilində 

KTB “yazı” KTL “qətl” 

KəTəBə “yazdı” KəTəLə “öldürdü” 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

128 

KuTiBə “yazıldı” KuTiLə “öldürüldü” 

KaTiBu “yazan” (katib) KaTiLu “öldürən” (qatil)  

KiTaBu “yazılan” KiTaLu “öldürülən” 

uKTuB “yaz” uKTuL “öldür” 

 

7. Daxili fleksiya. Dünyanın bəzi dillərində qrammatik məna söz kökünün 



dəyişməsi, daxili fleksiya ilə ifadə olunur. Belə qrammatik vasitə  ən çox flektiv 

dillərdə özünü göstərir. Daxili fleksiyanın iki tipi vardır: umlaut və anlaut. 

a) Umlaut. Umlaut özünü saitlərinin önsıra saitlərinə keçməsində göstərir; bu, 

qalın saitlərin incələşməsi hadisəsidir. Bu hadisə flektiv dillərdən  ən çox alman 

dilində büruzə çıxır, lakin o, ingilis dilində də müşahidə olunur. Məsələn:  

mouse “siçan” – mice “siçanlar” 

foot “ayaq” – feet “ayaqlar” 

tooth “diş” – teeth “dişlər” 

child “uşaq” – children “uşaqlar” 

b) Anlaut. Bəzən dünya dillərindən bəzilərində (məsələn, ingilis və alman 

dillərində) bəzən saitlərin, bəzilərində (məsələn, rus dilində - çeredovaniye 

soqlasnıx) samitlərin dəyişməsi qrammatik mənanın, bəzən hətta semantik mənanın 

dəyişməsi hadisəsi baş verir. Bu hadisə dilçilikdə anlaut adlanır. Məslən, ingilis 

dilində: 

sing “oxumaq”, sang “oxumuşdur”, sung “oxunmuş”, song “nəğmə”. 

Rus dilində:  беречь - “qorumaq”, берегу - “qoruyuram”, бережешь - 

“qoruyursan” (ç>q>j), мочь - “bacarmaq”, могу - “bacarıram”,  можешь - 

“bacarırsan” və s. (2, 102-105). 

Şəkilçilərin uyğun təsnifinə rus dilçiliyində  də rast gəlmək olar. Məsələn, 

A.A.Reformatskinin “Введение  в  языкознание” (M., 1967) adlı  əsərində 

şəkilçilərin təsnifi haqqında ətraflı məlumat verilir (3, 263-270). 

İngilis dilinin qrammatik quruluşuna aid ingilis dilində yazılmış monoqrafiya, 

dərslik və  dərs vəsaitlərində, habelə digər dillərdə (məsələn, Azərbaycan və rus 

dillərində) yazılmış  əsərlərdə, ingilis dilinin praktik və  nəzəri qrammatikalarında 

ingilis dilində işlənən prefisklər haqqında məlumata rast gəlmək olar. Azərbaycan 

dilçiləri  İ.Rəhimov və T.Hidayətzadə  “İngilis dilinin praktik qrammatikası” 

kitabında ingilis dilində  işlənən prefikslərə aid geniş  məlumat verilir: “İngilis 

dilində düzəltmə sözlər törəmə və mürəkkəb sözlər qrupuna bölünür. 

Törəmə sözlər aşağıdakı qayda ilə əmələ gəlir: 

a)   sözdəki vurğunun dəyişməsi vasitəsilə əmələ gələn sözlər; 

b)  sözün tələffüzü və yazısı dəyişmədən əmələ gələn yeni sözlər

c)   səslərin əvəzlənməsi vasitəsilə əmələ gələn yeni sözlər; 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



129 

ç) şəkilçilər vasitəsilə əmələ gələn yeni sözlər” (4, 268). 

Müəlliflər  şəkilçiləri iki qrupa ayırırlar: prefikslər və suffikslər. Onlar 

prefisklər haqqında ətraflı danışır, habelə göstərirlər ki, prefisklər sözün mənasını 

dəyişir, lakin sözü bir nitq hissəsindən başqa bir nitq hissəsinə çevirmir; məsələn: 

happy (sifət) “xoşbəxt” – unhappy (sifət) “bədbəxt” 

to like (fel) “xoşlamaq” – to dislike (fel) “xoşlamamaq” 

Kitab praktik qrammatika olduğu üçün müəlliflər hər bir ayrıca prefiks 

haqqında geniş danışılır və bolluca nümunələr gətirirlər, lakin biz bu kiçik həcmli 

məqalədə belə geniş imkana malik olmadığımız üçün müəlliflərin araşdırdıqları 

prefikslər haqqında qısa məlumat verəcəyik. 

un – prefiksi: sifətlərə  və fellərə qoşulur və zidd, əks məna  əmələ  gətirir; 

məsələn: 

certain “müəyyən” – uncertain “qeyri-müəyyən”; 

known “məlum ” – unknown “naməlum” 

to button “düymələmək” – to unbutton “düyməni açmaq”; 

to dress “geyinmək” – to undress “soyunmaq” və s. 

in – prefiksi: 

definite “müəyyən” – indefinite “qeyri-müəyyən”; 

direct “vasitəsiz” – indirect “vasitəli” və s. 

dis – prefiksi - həm inkar, həm də əks məna əmələ gətirir: 

to like “xoşlamaq” – to dislike “xoşlamamaq”; 

to appear “peyda olmaq” – to disappear “gözdən itmək”; 

honest “vicdanlı” – dishonest “vocdansız” 

non – prefiksi: 

effective “effektli” – non-effective “effektsiz”; 

productive “məhsuldar” – non-productive “qeyri-məhsuldar” və s. 

re – prefiksi – yenidən, təkrar mənası əmələ gətirir: 

to open “açmaq” – to reopen “yenidən açmaq”; 

to write “yazmaq” – to rewrite “yenidən yazmaq” və s. 

mis – prefiksi – səhv mənası yaradır: 

to hear “eşitmək” – to mishear “səhv eşitmək”; 

to understand “başa salmaq” – to misunderstand “səhv anlamaq” və s. 

over – prefiksi – çoxalmaq mənası yaradır:  

to load “yükləmək” – to overload “həddindən artıq yükləmək”; 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

130 

to produce “istehsal etmək” – to overproduce “həddindən artıq istehsal etmək” 

və s. 


under – prefiksi – az mənası əmələ gətirir:  

to value “qiymətləndirmək” – to undervalue “az qiymətləndirmək”; 

to pay “haqqını vermək” – to underpay “qiymətindən kəsmək” və s. 

pre – prefiksi – əvvəl mənası yaradır: 

revolutionary “inqilabi” – prerevolutionary “inqilabdan əvvəlki”; 

war “müharibə” – prewar “müharibədən əvvəl” və s. 

post – prefiksi – sonra mənası əmələ gətirir: 

revolutionary “inqilabi” – postrevolutionary “inqilabdan sonrakı” və s. 

anti – prefiksi – zidd, əks mənası əmələ gətirir:  

fascist “faşist” – antifascist “anti-faşist” 

inperialist “imperialist” – antiimperialist “anti-imperialist” və s. 

counter – prefiksi – kontr, əks mənası verir:  

attack “hücum” – counter-attack “əks hücum”; 

blow “zərbə” – conter-blow “əks zərbə” və s. 

co – prefiksi – birgəlik mənası yaradır:  

author “müəllif” – co-author “həmmüəllif”; 

operation “fəaliyyət” – co-operation “birgə fəaliyyət” və s. 

inter – prefiksi – arasında mənası əmələ gətirir: 

national “milli” – international “millətlərarası, beynəlmiləl”; 

dependent “asılı” – interdependent “qarşılıqlı asılı” və s. 

ex – prefiksi – sabiq, keçmiş mənası yaradır: 

president “president” – ex-president “eks (keçmiş) president”; 

minister “nazir” – ex-minister “eks (keçmiş) nazir” və s. 

ultra – prefiksi – ziyadə, ifrat mənası yaradır:  

violet “bənovşəyi” – ultra-violet “ultra bənovşəyi”; 

en – prefiksi – isim və sifətlərə artırıldıqda uyğun mənalı fel düzəldir: 

large “geniş” – to enlarge “genişləndirmək”; 

rich “varlı, dövlətli” – to enrich “varlanmaq” və s. (4, 273). 

Başqa bir Azərbaycan dilçisi – O.Musayev “İngilis dilinin qrammatikası” adlı 

dərsliyində prefisklərdən, demək olar ki, bəhs etmir, lakin onun unhappiness, 

reconstruction tipli sözləri un+happi+ness, re+constract+tion şəklində bölməsi (5, 

11) göstərir ki, ingilis dilində prefikslərin mövcudluğu müəllifə bəllidir. 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



131 

Rus dilçisi M.A.Belyayev ingilis dilində  məhsuldar işlənən prefiskləri belə 

təsnif edir: 

1. İsim və sifətlərə artırıldıqda inkarlıq mənası əmələ gətirən prefikslər: un, dis.  

2. Fellərə artırıldıqda hərəkətin əksi mənası yaradan prefikslər: un, dis, de. 

Bundan başqa müəllif pre, re, sub prefiklərini də araşdırır (6, 325). 

Tanınmış dilçi M.Y.Blox “İngilis dilinin nəzəri qrammatikası kursu” (7) adlı 

əsərində prefikslərə aid geniş məlumat verir. İngilis dilində işlənən prefikslərə aid 

müfəssəl məlumata V.L.Kauşanskayanın “İngilis dili qrammatikası” adlı  əsərində 

də rast gəlmək olar. 

 

İSTIFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

1.  Məmmədov N., Axundov A. Dilçiliyə giriş, Bakı, 1980. 

2.  Rəcəbli Ə. “Dilçiliyə giriş” kursundan mühazirə mətnləri. Bakı, 2008. 

3.  Реформатский А.А. Введение в языкознание. М., 1976. 

4.  Rəhimov  İ., Hidayətzadə T. İngilis dilinin praktik qrammatikası, Bakı, 

1965. 


5.  Musayev O. İngilis dilinin qrammatikası. Bakı, 1986. 

6.  Беляев М.А. Грамматика английского языка. М., 1976. 

7.  Bloch M.Y. A Course in Theoretical English Grammar. M., 2006.  

8.  Каушанская В.Л. Грамматика английского языка. Ленинград, 1973.  



 

 

 





 

Yüklə 413,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə